Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1899/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon Şəfəq Bələdiyyəsinə qarşı “xx.xx.2017-ci il tarixli məktuba cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı oğlu cavabdeh Beyləqan rayon Şəfəq Bələdiyyəsinə qarşı xx.xx.2017-ci il tarixli məktuba cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. X7 Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək onlardan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Beyləqan Rayon X1 zidd hərəkətsizliyi nəticəsində onun Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmış və Konstitusiyada qeyd olunan və qorunan eyni zamanda dövlət tərəfindən bu hüquqların müdafiəsinə təminat verilən hüquqları pozulub. Belə ki o, vətəndaş İddiaçı tərəfimdən rəsmi poçt vasitəsi ilə xx.xx.2017-ci il tarixdə Beyləqan Rayon X5nə rəsmi poçt vasitəsilə sorğu göndərilmişdir. Həmin rəsmi müraciəti Beyləqan Rayon X5 tərəfindən rəsmi qaydada qəbul etmişdir. Şikayət ərizəsinə əlavə olunan poçt göndərişləri haqqında qəbzindən görünür ki, onun tərəfimdən Beyləqan Rayon X5nə poçt vasitəsi ilə xx.xx.2017-ci il tarixdə rəsmi sorğu göndərilməsi sübut olunur. Lakin, Beyləqan Rayon X3 qarşı qərəzli münasibət bəslədiyindən bu günə kimi qanunvericiliyin tələblərini pozmaqla qanuna zidd hərəkət edərək rəhbərliyini aldatmaqla yalan məlumat vermiş və qeyd olunan sorğuya qanuna zidd olaraq cavab vermir. Beyləqan Rayon X5 tərəfindən bu günədək rəsmi sorğuya cavab verməyərək qanuna zidd hərəkətlərini davam edir. İmişli regional ədliyyə idarə isə ona məhkəməyə müraciət etməyi bildirib. Beyləqan Rayon X4 sədrinin məsələ ilə bağlı rəhbərliyini aldatmasını və bununla bağlı həqiqətə uyğun olmayan tamamilə yalan məlumat verdiyini sübut edən fakt müvcuddur. Beləki Beyləqan Rayon X4 sədri onun xx.xx.2017-ci il tarixdə rəsmi məktubunu şəxsən özü poçtun mövcud olan F8 jurnalına imza etməklə qəbul etmişdir və həmin F8 jurnal hazırda Beyləqan Poçt filialın arxivində saxlanılır. Beyləqan Rayon X4 sədri onun poçt vasitəsilə göndərdiyi məktubunu qəbul etsə də gizlədir və rəhbərliyini aldadaraq həmin məktubu almadığını bildirib. Dəfələrlə Beyləqan Rayon X4 sədrindən onun poçt vasitəsi ilə göndərdiyi xx.xx.2017-ci il tarixdə rəsmi məktubuna cavab verilməsini tələb etsə də, onu bir vətəndaş olaraq saymayaraq Konstitusion hüquqlarını ayaqlar altına ataraq hüquqlarını pozmaqda davam edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Beyləqan Rayon X4 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Beyləqan Rayon X5 iddiaya qarşı xx.xx.2022-ci il tarixli məktubla münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixli müraciətinə xx.xx.2017-ci ildə cavab verilmişdir. Təkrar məktub xx.xx.2017-ci ildə daxil olmuş, ona isə xx.xx.2017-ci ildə cavab verilmişdir. xx.xx.2021-ci il tarixli müraciətinə isə xx.xx.2021-ci ildə cavab verilmişdir. Bildirirlər ki, X2 2007-ci ildə ayrılmış 100 kv.m sahibkarlıq məqsədli torpaq sahəsi Dövlət Torpaq Komitəsi tərəfindən araşdırma nəticəsində Beyləqan şəhər bələdiyyəsinə aiddir. Ona görə də həmin torpaq sahəsi ilə bağlı Şəfəq Bələdiyyəsinin verdiyi qərar hüquqi qüvvəyə malik deyil. Bunun üçün Beyləqan şəhər bələdiyyəsinə müraciət olunmalıdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun : 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1-ci maddəsinə əsasən sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2-ci maddəsinə əsasən informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5.-ci maddəsinə əsasən informasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. 3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 24.5-ci maddəsinə əsasən informasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2-ci maddəsinə əsasən informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4-cü maddəsinə əsasən informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə. 27-1-ci maddəsinə görə sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. 12.2. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər. 12.3. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir.Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar. Məhkəmə qeyd edir ki, informasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli, 103-1-22/1/1602 nömrəli cavab məktubuna əsasən sistem üzərindən araşdırma aparıldığı və İddiaçı xx.xx.2017-ci il tarixli sorğu məktubunun həmin tarixdə Beyləqan Poçt filialının Müştəri xidmətləri şöbəsi tərəfindən Beyləqan rayon Şəfəq bələdiyyəsinə çatdırıldığı müəyyən edilmişdir. Sadalanan normalardan görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi informasiyaların sahibi məhz Beyləqan Rayon Şəfəq bələdiyyəsidir və cavabdeh informasiya sorğusunu aldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddətində icra etmək öhdəliyi daşıyır. Məhkəmənin qənaətinə görə cavabdeh iddiaçının informasiya sorğusunu icra etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.2017-ci il tarixli məktubuna cavab verilməsi öhdəliyi cavabdeh Beyləqan rayon bələdiyyəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixli məktubuna cavab verilməsi öhdəliyi cavabdeh Beyləqan rayon Şəfəq bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1899/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1899/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver