Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1906/2024 15.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “2022-ci ildə inspeksiya yoxlanması zamanı məhrum olunduğu 3000 manat əmək haqqının, xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı 2022-ci ildə inspeksiya yoxlanması zamanı məhrum olunduğu 3000 manat əmək haqqının, xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü ildə Lerik rayonunda anadan olmuşdur. 2013-2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi-hərbi xidmət keçmişdir. Vətənə xidmətə olan marağı və istəyi 2016-cı ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Sıralarında Xidmət etməyi ona nəsib etdi. Belə ki, 2016-cı ildə Daxili Qoşunlara xidmətə götürdükdən sonra Gəncə şəhərində yerləşən X1 hərbi hissədə 2018-ci ildən 2023-cü ilin iyun ayınadək Bakı şəhərində yerləşən Hərbi hissədə xidmət etmişdir. Xidmət dövründə qüsursuz xidmət etməklə Hərbi hissənin rəhbərliyinin tapşırıqlarını daima ləyaqətlə və vicdanla yerinə yetirmişdir. 2022-ci ildə səhətində yaranan narazıçılıqla əlaqədar o, həkimlərə müraciət etməli olmuşdur. Həkim müayinəsi zamanı onda bel nahiyəsində yırtıqlar, baş nahiyəsində kistalar, boyun fəqərələrində əyriliklər və bu xəstəliklər fonunda yaranan sinir sistemində pozulmalar müəyyən edilib. Qeyd etdiyi xəstəliklərlə əlaqədar xidmət etdiyi Hərbi hissənin rəhbərliyini bildirməklə sənədlərini hərbi hissənin tibb bölməsinə təqdim etmişdir. Təqdim edilən sənədlərdə ona ağır işlərin görülməməsi, sıra duruşunda durmaması və idman təlimlərinə cəlb edilməməsi tövsiyyə edilmişdir. Həkim rəyi əsasında idmandan azad olunmağına baxmayaraq növbəti 2022-ci ilin sentyabr ayında keçirilən inspeksiya yoxlanması zamanı ondan fiziki hazırlıqla bağlı imtahan götürülmüş və sağlamlıq məhdudhiyyətindən ona qeyri-kafı qiymət verdilər. Bu səbəbdən o, Daxili Qoşunlarda nəzərdə tutulan 13-14-cü əmək haqqını ala bilməmişdir. O cümlədən mükafatlandırmadan məhrum edilmişdir. Beləliklə o, 3000 manat əmək haqqından məhrum edilmişdir. O, dəfələrlə rəhbərliyə bildirib ki, ona qarşı bu haqsızlıqdır. Belə ki, o, rəsmi sənəd təqdim etdiyi halda ona qeyri-kafı qiymət verilir. Bunun nəticəsində əmək haqqından məhrum edilir. Bu müraciətlərinə heç bir əhəmiyyət verilməyib. Baxmayaraq ki, o, 7 ildən artıq Daxili Qoşunlarda ləyaqətlə və qüsursuz xidmət etməklə rəhbərliyinin tapşırıqlarına dönmədən əməl etmişdir. Xidmət zamanı iş saatlarından artıq olmaqla gündəlik 11 saat xidmət etmişdir. Ona qarşı edilən bu haqsızlığa görə və onu 3000 manat əmək haqqından məhrum etdiklərinə görə məcbur olaraq məhkəməyə müraciə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan əsgər İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “2022-ci ildə inspeksiya yoxlaması zamanı məhrum olduğu 3000 manat əmək haqqının, gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 2016-cı il tarixdə Daxili Qoşunlarda xidmətə qəbul olunmuş, xidmətə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə başlamış, 2018-ci il tarixdən 2023-cü il iyun ayınadək Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, xidmət dövründə qüsursuz xidmət etməklə hərbi hissənin rəhbərliyinin tapşırıqlarını daima ləyaqətlə yerinə yetirmiş, 2022-ci ildə səhhətində yaranan narahatlıqla əlaqədar həkimlərə müraciət etmiş, həkim müayinəsi zamanı bel nahiyəsində yırtıqlar, baş nahiyəsində kistalar, boyun fəqərələrində əyriliklər və bu xəstəliklər fonunda yaranan sinir sistemində pozulmalar müəyyən edilmiş, qeyd etdiyi xəstəliklərlə əlaqədar xidmət etdiyi hərbi hissənin rəhbərliyinə bildirməklə sənədlərini hissənin tibb məntəqəsinə təqdim etmiş, təqdim edilən sənədlərdə ona ağır işlərin görülməsi, sıra düzülüşündə durmaması və idman təlimlərinə cəlb edilməməsi tövsiyyə edilmişdir. Həmçinin, iddiaçı ərizəsində bildirmişdir ki, həkim rəyi əsasında idmandan azad olunmasına baxmayaraq növbəti 2022-ci ilin sentyabr ayında keçirilən inspeksiya yoxlaması zamanı ondan fiziki hazırlıqla bağlı imtahan götürülmüş, sağlamlıq məhdudiyyətindən ona qeyri-kafı qiymət verilmiş, bu səbəbdən nəzərdə tutulan 13-14-cü əmək haqqını ala bilməmiş, o, cümlədən mükafatlandırmadan məhrum edilərək 3000 min manat əmək haqqından məhrum edilmişdir. Dəfələrlə rəhbərliyə ona qarşı rəsmi sənəd təqdim etdiyi halda ona qeyri-kafı qiymət verilməsinin, əmək haqqından məhrum edilməsinin haqsızlıq olmasını bildirmiş, müraciətinə heç bir məhəl verilməmişdir. Eyni zamanda iddiaçı ərizəsində iş saatından artıq olmaqla gündəlik 11 saat xidmət etdiyini və 3000 manat əmək haqqından məhrum edildiyinə görə məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirərək 2022-ci ildə inspeksiya yoxlaması zamanı əsassız olaraq məhrum olunduğu 3000 manat əmək haqqının, xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə ödənilməsini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirəm və qanunvericiliyin tələblərinə zidd olduğundan iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı Daxili Qoşunlarda həqiqi hərbi xidmət keçməsi aşağıdakı kimi olmuşdur. Daxili X11-daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 45 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 134 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; Daxili X11-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 105 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 297 №-li əmrilə 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Daxili X11-X6 xx.xx.2023-cü il tarixli 107 №-li şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-25/Ə430/2023 №li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi dövrdə xx.xx.2017-ci il tarixdə “Dəfələrlə deyilməsinə baxmayaraq sıra intizamını pozduğuna görə” bölük komandirinin müavini tərəfindən “Töhmət”, xx.xx.2021-ci il tarixdə “Şəxsi intizamsızlığına görə” bölük komandiri tərəfindən “Töhmət”, xx.xx.2021-ci il tarixdə hərbi hissə komandirinin N nömrəli əmri ilə “Fiziki hazırlıq üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət”, xx.xx.2022-ci il tarixdə hərbi hissə komandirinin Ə835-3 86-22 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, üzərində qüvvədə olan 1 intizam cəzası olmuş, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. N saylı hərbi hissə komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli və Ə 868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” əmrlərindən məlum olur ki, İddiaçı idman və fiziki hazırlıqdan azad edilməmişdir. N saylı hərbi hissədən verilmiş arayışdan məlum olmuşdur ki, İddiaçı 2022-ci ilin yekunlarına görə inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə “qeyri-kafı” qiymət almışdır. N saylı hərbi hissə komandirinin Ə835-386-22 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət” intizam cəzası ilə cəzalandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli Q21-001-18 nömrəli (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçularına əlavə pul təminatı ödənilməsi qaydalarının təsdiq edilməsi haqqında) Qərarının icrasının təmin edilməsi məqsədilə N saylı hərbi hissə komandirinin 3-13-14- 25/Ə87/2023 nömrəli xx.xx.2023-cü il tarixli (Hərbi qulluqçulara 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi haqqında) əmrinə əsasən İddiaçı ümumi yoxlamadan “qeyri-kafı” qiymət aldığına görə birdəfəlik pulla 50% məbləğində mükafatlandırılmışdır. N saylı hərbi hissədən təqdim olunmuş arayışdan məlum olmuşdur ki, İddiaçı 2022-ci ilin yekunlarına görə birdəfəlik pulla 50% məbləğində mükafatlandırıldığından ona 928,29 manat ödənilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi “Caspian international Hospital” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənəddən məlum olur ki, Boyun fəqərələrinin MR müayinəsi Saggital Tl, T2, aksial T2W proyeksiyalarda: Boyun lordozu azalıbdır. Fəqərə cismlərinin yüksəklikləri və siqnal intensivlikləri təbiidir. Fəqərə arası disk yüksəklikləri dəyişilməyibdir. Servikal fəqərə arası disklərin siqnal intensivlikləri erkən mərhələ degenerasiyaya bağlı periferik hissələrdə azalmışdır. Servikal disklərdə onurğa kanalına doğru bariz yerdəyişmə (yırtıq və ya protuziya), sinir köklərinə kompressiya izlənilmədi. Onurğa beyinin morfologiya və siqnal intensivliyi təbiidir. Onurğa kanalının diametri təbiidir. Paravertebral sahələrdə infıltrasiya, möhtəviyyat lehinə patoloji siqnal dəyişiklik aşkar edilmir (Həkim: Nərmin Quliyeva). Digər tibbi sənədlər xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, N saylı hərbi hissədə ümumi inspeksiya yoxlaması 09 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək keçirilmişdir. İddiaçı “Caspian international Hospital”da xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və onun sağlamlığında hər hansı patologiya aşkar olunmamışdır. Həmçinin, məlum olur ki, iddiaçı qeyd olunan tibb müəssisələrinə N saylı hərbi hissə komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” əmrindən və hərbi hissədə keçirilmiş ümumi inspeksiya yoxlamasından sonra, (09 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək) yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı fiziki hazırlığının yoxlanılması üzrə müəyyən normativlərin yerinə yetirilməsinə cəlb edilməsi zamanı qanunvericiliyin tələblərini pozmamışdır.Həmçinin, xx.xx.2022-ci il tarixdə hərbi hissə komandirinin Ə835-3 86-22 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət” intizam cəzası ilə cəzalandırılması nəticəsində hissə komandirinin 3-13-14-25/Ə87/2023 nömrəli xx.xx.2023-cü il tarixli (Hərbi qulluqçulara 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi haqqında) əmrinə əsasən birdəfəlik pul mükafatına 50% layiq görülməsi üzrə iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Eyni zamanda iddiaçı ərizəsində iş saatından artıq olmaqla gündəlik 11 saat xidmət etdiyini və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə əlavə ödənişin edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilməlidir ki, hərbi qulluqçular hərbi hissənin gün nizamına əsasən xidmətə cəlb olunur. Daxili xidmət naryadlarma və yaxud fəaliyyət istiqaməti üzrə xidmətə cəlb olunmuş hərbi qulluqçular qanunvericilikdə nəzərdə tutulmuş qaydada istirahət vaxtı ilə təmin olunur.Həmçinin “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən Daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram günləri xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunan hallarda əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Odur ki, göstərilənləri nəzərə alıb, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Birkandul kəndində anadan olmuşdur. X2 xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Bel-oma MR müayinəsində qeyd edilmişdir ki, Koronal STİR, Saggital T1, T2, aksial T2W proyeksiyalarda: Bel lordozu artmışdır. Fəqərə cismlərinin yüksəklikləri və siqnal intensivlikləri təbiidir. Fəqərə arası disk yüksəklikləri dəyişməyibdir. Lumbal disklərin siqnal intensivliyi adidir. L3-4 diskdə anterior epidural sahə ilə sərhədlənən mərkəzi qabarma izlənilir. L4-5 diskdə anterior epidural sahə, fəqərəarası dəliklərdə mülayim darlıq yaradan, hər iki sinir kökünə kompressiya göstərən 2mm ölçülü sirkulyar protruziya qeyd olunur. Onurğa beyni Th12-L1 səviyyədə konus medullaris olaraq sonlanmaqdadır. Onurğa kanalının diametri təbiidir. STİR müayinə zamanı sümüklərdə patoloji siqnal artışı qeyd olunmur. X2 xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Boyun fəqərələrinin MR müayinəsində qeyd edilmişdir ki, Saggital T1, T2, aksial T2W Boyun lordozu azalıbdır. Fəqərə cismlərinin yüksəklikləri və siqnal intensivlikləri təbiidir. Fəqərə arası disk yüksəklikləri dəyişməyibdir. Servikal fəqərə arası disklərin siqnal intensivlikləri erkən mərhələ degenerasiyaya bağlı periferik hissələrdə azalmışdır. Servikal disklərdə onurğa kanalına doğru bariz yerdəyişmə (yırtıq və ya protruziya), sinir köklərinə kompressiya izlənilmədi. Onurğa beyninin morfologiyası və siqnal intensivliyi təbiidir. Onurğa kanalının diametri təbiidir. Paravertebral sahələrdə infıltrasiya, möhtəviyyat lehinə patoloji siqnal dəyişikliyi aşkar edilmir. xx.xx.2023-cü il tarixli Xidməti Xasiyyətnamədə qeyd edilmişdir ki, əsgər İddiaçı, xx.xx.2018-ci ildən Daxili işlər nazirliyinin daxili qoşunların N saylı hərbi hissəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü aşağıdakı kimi göstərmişdir. Funksional vəzifə borclarını zəif bilir və gündəlik xidmətində onları həyata keçirməyə çətinlik çəkir. Hərbi Nizamnamələrin tələblərini bilir, lakin gündəlik fəaliyyətində onları rəhbər tutmağa çətinlik çəkir. Xidmət etdiyi bölmənin təyinatına uyğun fəaliyyət göstərməyi zəif bacarır. Qrupun qarşısında duran vəzifələri şüurlu surətdə dərk edərək öz fəaliyyəti ilə başqalarına nümunə olmağa səy göstərir. Böyük rəis, komandirlər tərəfindən verilmiş tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Hərbi qulluqçulara müraciətində hərbi etika qaydalarına riayət edir. Ümumi inspeksiya yoxlaması zamanı təlim fənlərinin nəticələri üzrə ümumi “qeyrikafi” qiymət aldığına görə cəzalandırılmışdır. Döyüş və ictimai-siyasi hazırlığı məşğələlərində zəif iştirak edir. Hərbi kollektivdə özünəməxsus hörmət və nüfuza malikdir. 2022-ci ildə ümumi yoxlamadan “qeyri-kafı” qiymət almışdır, 30 noyabr 2022-ci il tarixdə inspeksiya tərəfindən götürülmüş təkrar fiziki hazırlıqdan “qeyri-kafı” qiymət almışdır. Mənəvi cəhətdən sabit, xasiyyətcə təmkinli və təvazökardır. Fiziki cəhətdən zəifdir. Xarici görkəmi qənaətbəxşdir. Kollektiv arasında nüfuza malikdir. Dövlət sirrini qorumağı bacarır. Nəticə: Tutduğu vəzifəyə uyğun deyil. Mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 324 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, arxiv sənədlərinə istinad edərək verilir ondan ötrü ki, həqiqətən də əsgər İddiaçı N və N saylı hərbi hissələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır. Daxili X11 daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 45 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 134 №-li əmrilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; Daxili X11-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 105 №-li ş/h üzrə əmrilə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yanmqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. Qeyd: Daxili X11 - daxili qoşunların komandanının 2021-ci ildən və hərbi hissə komandirlərinin 2017-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. X10 xidmətinə təqdim olunur. N saylı hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 134 nömrəli Əmrindən çıxarışdan görünür ki, Hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilsin: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq hərbi xidmət keçmək haqqında öhdəlik vermiş, SHXÇDX-nin Lerik rayon şöbəsindən çağırılmış ehtiyatda olan əsgər İddiaçı, Daxili X11-X6 21 may 2016-cı il tarixli 45 ş/h saylı əmrinə əsasən 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı (HQİ № 132015) vəzifəsinə təyin edilməklə, 31 may 2016-cı ildən vəzifəsinin icrasına başlamış hesab edilsin. Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət müddəti 31 may 2016-cı il tarixdən hesablansın. Əsas: Daxili Qoşunların Baş İdarəsindən verilmiş 30 may 2016-cı il tarixli 1670 nömrəli göndəriş vərəqəsi. Azərbaycan Respublikasi Daxili X11 X4 xx.xx.2023-cü il tarixli, 107ş/h nömrəli əmrindən çixarişda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq: Əsgər İddiaçı, N saylı hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götünnə qrupunun 1-ci yanmqmpunun atıcısı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. N saylı Hərbi hissə komandirinin № 3-13-14-25/Ə430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, MAXE əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun N -ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilib, xx.xx.2023-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. Təvəllüdü-xx.xx.1994-cü il, milliyyəti - azərbaycanlı. Təhsili, orta. xx.xx.2023-cü il tarixə xidmət illəri: təqvimlə 08 il 05 ay 29 gün təşkil edir. Hərbi qeydiyyata alınması üçün SHXÇDX-nin Lerik rayonşöbəsinə göndərilsin. Döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına və nizam intizamına görə birdəfəlik pul mükafatına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 50 faiz layiqdir. 2023-cü il üçün növbəti məzuniyyətdən istifadə edib. Əsas: Daxili X11 - daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli N ş/h nömrəli əmrindən çıxarışı və hərbi hissədən verilmiş xx.xx.2023-cü il tarixli 219 nömrəli göndəriş vərəqəsi. N saylı Hərbi hissə komandirinin № 3-13-14-25/Ə87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi qulluqçulara 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi haqqında” Azərbaycan Respublikası X12 xx.xx.2018-ci il tarixli Q21 -001-18 nömrəli “Azərbaycan Respublikası Daxili X14 Qoşunlarının hərbi qulluqçularına əlavə pul təminatı ödənilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarının icrasını təmin etmək məqsədilə, Əmr edirəm: 2. 2022-cü ildə xidməti vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara və ümumi yoxlamadan “qeyri-kafı” qiymət aldıqlarına görə birdəfəlik pul mükafatı 50% məbləğində verilsin: əsgər İddiaçı - 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2- ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun atıcısı; Əmrin icrası maliyyə xidmətinin rəisinə, nəzarət isə hərbi hissə komadirinin N -ci müavini - qərargah rəisinə həvalə edilsin. Əmr aidiyyəti üzrə elan edilsin. Əsas: Hərbi hissə komandirinin müavinləri, dəstə, tabor və bölük komandirlərinin raportları. N saylı Hərbi Hissə Komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində qeyd edilmişdir ki, “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 01 aprel 2020-ci il tarixli 64 nömrəli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimat"ın tələbərini rəhbər tutaraq hərbi hissədə fiziki hazırlıq üzrə məşğələlərin səmərəli və keyfiyyətlə keçirilməsi, eləcə də hissənin zabit, gizir , MAXE və müddətli hərbi qulluqçularının sağlamlıqlarının qorunması məqsədi ilə, əmr edirəm: Hərbi hissənin aşağıda adları göstərilən zabit, gizir, MAXE və müddətli hərbi qulluqçuların səhhətlərini nəzərə alaraq idman və fiziki hazırlıqdan azad edilsinlər: Hərbi qulluqçular xəstəliyi ilə bağlı müalicədən sonrakı dövrdə tibbi sənədlərə əsasən müəyyən olunmuş müddət ərzində fiziki hazırlıq üzrə müalicəvi gimnastika üzrə məşğələlər istisna olmaqla digər məşğələlərdən azad olunsun. Səhhətinə görə fiziki hazırlıq məşğələlərinə buraxılmayan yuxarıda adları qeyd olunmuş hərbi qulluqçular göstərilən müddətlərə müalicəvi idman qrupunda məşğul olaraq, sağaldıqdan sonra həkim rəyinə əsasən müvafiq yaş qruplarında məşğələlərə buraxılsınlar. Əmrin icrası, tibb xidmətinin rəisinə , dəstə və bölmə komandirlərinə nəzarət isə hərbi hissə komandirinin 1-ci müavini - qərargah rəisinə həvalə olunsun. Əmr aidiyyəti üzrə elan edilsin. N saylı Hərbi Hissə Komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində İddiaçı adı qeyd edilməmişdir. N saylı Hərbi Hissə Komandirinin Ə 868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində qeyd edilmişdir ki, “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 01 aprel 2020-ci il tarixli 64 nömrəli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimat"ın tələbərini rəhbər tutaraq hərbi hissədə fiziki hazırlıq üzrə məşğələlərin səmərəli və keyfiyyətlə keçirilməsi, eləcə də hissənin zabit, gizir, MAXE və müddətli hərbi qulluqçularının sağlamlıqlarının qorunması məqsədi ilə, əmr edirəm: Hərbi hissənin aşağıda adları göstərilən zabit, gizir, MAXE və müddətli hərbi qulluqçuların səhhətlərini nəzərə alaraq idman və fiziki hazırlıqdan azad edilsinlər: Hərbi qulluqçular xəstəliyi ilə bağlı müalicədən sonrakı dövrdə tibbi sənədlərə əsasən müəyyən olunmuş müddət ərzində fiziki hazırlıq üzrə müalicəvi gimnastika üzrə məşğələlər istisna olmaqla digər məşğələlərdən azad olunsun. Səhhətinə görə fiziki hazırlıq məşğələlərinə buraxılmayan yuxarıda adları qeyd olunmuş hərbi qulluqçular göstərilən müddətlərə müalicəvi idman qrupunda məşğul olaraq, sağaldıqdan sonra həkim rəyinə əsasən müvafiq yaş qruplarında məşğələlərə buraxılsınlar. Əmrin icrası, tibb xidmətinin rəisinə , dəstə və bölmə komandirlərinə nəzarət isə hərbi hissə komandirinin 1-ci müavini - qərargah rəisinə həvalə olunsun. Əmr aidiyyəti üzrə elan edilsin. N saylı Hərbi Hissə Komandirinin Ə 868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində İddiaçı adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 07 nömrəli arayışında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı X6 xx.xx.2023-cü il tarixli N ş/h nömrəli və hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-25/Ə430/2023 nömrəli əmrinə əsasən 156-cı maddənin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) SQ-rə ehtiyata buraxılmış və həmin əmrə əsasən 386,79 manat məbləğində birdəfəlik pul mükafatı ilə təmin olunmuşdur. Əlavə olaraq qeyd edirik ki, hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-25/Ə87/2023 nömrəli əmrinə əsasən 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatına 50% layiq olmuş və həmin əmrə əsasən 928,29 manat hesablanıb öənilmişdir. 2022-ci il üçün ümumi yoxlamadan qiymət haqqında məlumatdan görünür ki, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1ci yarımqrupunun atıcısı əsgər İddiaçı 2022-ci ildə ümumi yoxlamadan “qeyri-kafi” qiymət almışdır. İddiaçı aid Xidməti Vərəqədən görünür ki, o, dəfələrlə deyilməsinə baxmayaraq sıra intizamının pozulmasına görə xx.xx.2017-ci il tarixdə, şəxsi intizamsızlığına görə xx.xx.2021-ci il tarixdə, Fiziki hazırlıq üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək “qeyri-kafi” qiymət aldığına görə xx.xx.2012-ci ildə və xx.xx.2022-ci il tarixdə ümumi inspeksiya yoxlaması zamanı aşağı “qeyri kafi” qiymət aldığına görə “Töhmət” almışdır. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçular hərbi hissənin gün nizamına əsasən xidmətə cəlb olunurlar. Daxili xidmət naryadlarına və yaxud fəaliyyət istiqaməti üzrə xidmətə cəlb olunmuş hərbi qulluqçular qanunvericilikdə nəzərdə tutulmuş qaydada istirahət vaxtı ilə təmin olunur. Həmçinin “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilikdə hərbi qulluqçulara iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram günləri xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunan hallarda əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. X8 Baş İdarəsinin İnspeksiyası tərəfindən 2022-ci ildə N saylı hərbi hissədə keçirilmiş ümumi və məqsədli inspeksiya yoxlamaları zamanı hərbi qulluqçuların (İddiaçı) təlim fənləri üzrə qiymətləndirmə cədvəllərindən çıxarışı ünvanınıza göndəririk. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Hərbi xidmətə yararlıdır, bel fəqərəsinin osteoxondrozu, funksiya pozulması olmadan. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hal hazırda psixoloji vəziyyəti sabitdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 25 nömrəli arayışında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı X6 xx.xx.2023-cü il tarixli N ş/h nömrəli və hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-25/Ə430/2023 nömrəli əmrinə əsasən 156-cı maddənin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) SQ-rə ehtiyata buraxılmış və həmin zaman pul təminatı aşağıda göstərilən qaydada olmuşdur; birdəfəlik pul mükafatı(50%): 386,79 manat, təxris müavinatı: 1485,26 manat, əmək haqqı: 40,88 manat olmuşdur. Kapital Bankın məhkəməyə təqdim etdiyi 13 may 2024-cü il tarixli hesab vərəqindən çıxarışdan müəyyən edilir ki, ümümilikdə aylar üzrə İddiaçı 1 165.97 manat məbləğ ödənilmişdir. xx.xx.2023-cü il tarixdə ona 2 094.26 manat, xx.xx.2023-cü il tarixdə isə 1 912.93 manat pul ödənilmişdir. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçular hərbi hissənin gün nizamına əsasən xidmətə cəlb olunurlar. Daxili xidmət naryadlarma və yaxud fəaliyyət istiqaməti üzrə xidmətə cəlb olunmuş hərbi qulluqçular qanunvericilikdə nəzərdə tutulmuş qaydada istirahət vaxtı ilə təmin olunur. Həmçinin “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilikdə hərbi qulluqçulara iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram günləri xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunan hallarda əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin N saylı hərbi hissə komandirinin Ə-775-386- 22 nömrəli, xx.xx.2022-ci il tarixli, Ə-868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli və 3-13-14- 25/Ə87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlərindən çıxarışı ünvanınıza göndəririk. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Hərbi Həkim Komissiyasının müayinə arayışlarından müəyyən olunur ki, 14 aprel 2023-cü il tarixdə İddiaçı ultrasəs, EKQ, Rentgen müayinələrindən keçmiş və həmin tarixdə şəxsə göndəriş verilmişdir. İddiaçının müayinə dəftərinin surətindən müəyyən edilir ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə İddiaçı nevropotoloq, fizioterapevt müayinəsindən keçmiş, xx.xx.2022-ci il tarixdə göndəriş verilmişdir. Daxili Qoşunların Baş İdarəsinin İnspeksıyası tərəfindən N saylı hərbi hissədə 09xx.xx.2022-ci il tarixlərdə hərbi qulluqçulardan təlim fənləri üzrə qəbul edilmiş imtahanların qiymət cədvəlindən çıxarışdan görünür ki, İddiaçı ümumi qiyməti 2 olmuşdur. Tətbiq edilən hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizaminaməsində təsbit olunmuş əsaslara görə hərbi qulluqçu öz Vətəni - Azərbaycan Respublikasının müdafiəçisidir. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Bundan başqa, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; döyüşçü yoldaşlığına sadiq olmalı öz yoldaşlarına sözü və işi ilə kömək etməli onları nalayiq hərəkətlərdən çəkindirməli həyatını əsirgəmədən təhlükədən xilas etməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə görə hərbi qulluqçular (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə iddiaçının iddia tələbinin xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə əlavə pulun ödənilməsi hissəsinə münasibətdə diqqətə çatdırır ki, hərbi qulluqçular hərbi hissənin gün nizamına əsasən xidmətə cəlb olunurlar. Əsasnaməyə uyğun olaraq daxili xidmət naryadlarına və yaxud fəaliyyət istiqaməti üzrə xidmətə cəlb olunmuş hərbi qulluqçular qanunvericilikdə nəzərdə tutulmuş qaydada istirahət vaxtı ilə də təmin olunurlar. Belə ki, “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 26. Daxili qoşunların hərbi qulluqçularının hüquqi vəziyyəti Daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: a) hərbi qulluqçuların tətil hüququ yoxdur; b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər; ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir; d) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır; e) hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır.
2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının məzuniyyəti onların hauptvaxtda olduğu günlərin sayı qədər qısaldıla bilər.
3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram günləri xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunan hallarda əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. Yuxarıda sadalanan hüquq normalarından da görünür ki, hərbi qulluqçunun hüquqları məhdudlaşdırıla bilər və bu hərbi qulluçunun vəzifəsi, Vətənə sədaqət borcudur. Həmçinin iddiaçı cavabdeh inzibati orqan tərəfindən xidmət saatından artıq xidmətə cəlb olunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tələbin 2022-ci ildə inspeksiya yoxlanması zamanı iddiaçının məhrum olunduğu əmək haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının xəstəliyi ilə bağlı müraciəti inspeksiya yoxlamasından sonra olmuşdur.Həmçinin 67987 Sayli Hərbi Hissə Komandirinin Ə775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən və Ə868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində də göründüyü kimi “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 01 aprel 2020-ci il tarixli 64 nömrəli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimat"ın tələbərinə əsasən hərbi hissədə fiziki hazırlıq üzrə məşğələlərin səmərəli və keyfiyyətlə keçirilməsi, eləcə də hissənin zabit, gizir, MAXE və müddətli hərbi qulluqçularının sağlamlıqlarının qorunması məqsədi ilə, Hərbi hissənin adları göstərilən zabit, gizir, MAXE və müddətli hərbi qulluqçuların səhhətlərini nəzərə alaraq idman və fiziki hazırlıqdan azad edilmişdirlər. Hərbi qulluqçular xəstəliyi ilə bağlı müalicədən sonrakı dövrdə tibbi sənədlərə əsasən müəyyən olunmuş müddət ərzində fiziki hazırlıq üzrə müalicəvi gimnastika üzrə məşğələlər istisna olmaqla digər məşğələlərdən azad olunmuşdurlar. 67987 Sayli Hərbi Hissə Komandirinin Ə 868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində İddiaçı adı qeyd edilməmişdir. İddiaçının iddia tələbinin xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). “Hərbi Qulluqçuların Statusu” haqqında Azərbaycan Respublikası Qanununun 13.7ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə, onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır.Onun ehtiyata buraxılması xəstəliklə bağlı deyil, xidmət müddətinin başa çatmasına görə olmuşdur. Və onun xidmət zamanı xəstəliyinin onun xidmətini istisna etməsi faktı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin onun xəstəliyi hərbi xidmət vəzifələrinin icrası zamanı almadığı müəyyən edilmişdir.Belə ki, Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Hərbi xidmətə yararlıdır, bel fəqərəsinin osteoxondrozu, funksiya pozulması olmadan. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hal-hazırda psixoloji vəziyyəti sabitdir. Məhkəmə işin bütün faktiki və hüquqi hallarını məcmu formada təhlil edərək belə qənaətə gəlir ki, iddiaçının tələbi ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından mümkün olmamış və cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “2022-ci ildə inspeksiya yoxlanması zamanı məhrum olunduğu 3000 manat əmək haqqının, xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova