Məhkəmə qərarları › İş №2-1(120)-1965/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1965/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1965/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 sentyabr 2023-cü il tarixdə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-1965/2023 nömrəli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-1965/2023 nömrəli qərardadı ilə Cavabdeh ölümü ilə əlaqədar X20 onun prosessual hüquq varisi qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısının 27 dekabr 2022-ci il tarixli, M-01-2654 saylı məktubuna əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində Masallı şəhəri, Anar Novruzov küçəsində (Kosakül yolu) yerləşən torpaq sahəsində Cavabdeh qeyri-yaşayış obyektini qanunsuz inşa etməsi faktı aşkarlanmışdır. Bununla əlaqədar Tikintidə X1 Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və qaydaları pozmaqla qeyri yaşayış obyekti inşa etmişdir. Hal-hazırda tikinti obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatdırıldığına görə, Agentlik tərəfindən qeyd olunan özbaşına tikilinin sökülməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək zərurəti yaranmışdır. Həmin Məcəllənin 95.1.1-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.2 Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.2 Bu Məcəllənin 95.1.3-1 -ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları’nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti -quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə X1 Agentliyi və Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları’nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4-cü bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanları, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci, 95.3-cü maddəsini və İnzibatı Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 46-cı və 68-ci maddələrini rəhbər tutaraq, Masallı şəhəri Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquq varisi X20 hazırda qeyri-yaşayış sahəsindən özünün istifadə etdiyinin bildirərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, M-01-2654 nömrəli məktubunda qeyd edilmişdir ki, rayon ərazisində qanunverciliyin tələbləri pozulmaqla aparılan tikililər müəyyən edildikdə tikinti işlərinin dayandırılması barədə sifarişçilərə yazılı xəbərdarlıq edilməsi və müvafiq tədbirlərin görülməsi üçün faktlarla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə rəsmi məlumatların verilməsi həyata keçirilir. Verilmiş məlumatlara Agentlik tərəfindən operativ reaksiya göstərilməklə sifarişçilərə tikintilərin dayandırılması ilə bağlı müvafiq qərarların verilməsi həyata keçirilməkdədir. Bəzi hallarda isə dayandırma qərarları verilmiş obyektlərdə sifarişçilər tərəfindən tikinti-quraşdırma işlərinin başa çatdırılması şəhərsalma nəzarətinin, eləcə də tikintiyə dövlət 'nəzarətinin həyata keçirilməsində çətinliklər yaratmaqdadır. Tikinti işlərinin dayandırılması barədə verilmiş qərarların icrasına nəzarət mexanizminə riayət olunmaması isə özbaşına tikililərin sayının artmasına səbəb olmaqdadır. Rayon ərazisində, xüsusilə Masallı şəhəri ərazisində özbaşına tikililərin sayının artması bu sahədə daha ciddi tədbirlərin görülməsini gündəmə gətirmişdir. Masallı şəhəri ərazisində şəhərsalma sənədlərinə uyğun olmayan tikinti norma və qaydalarının pozulması ilə inşa edilmiş bir neçə qeyri-yaşayış obyekti mövcuddur ki, onların sökülməsi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görülməlidir. Belə ki, Masallı şəhəri ərazisində X13, X3, X4, X16, X7, X5, X2 (3 obyekt) tərəfindən müvafiq icazə sənədi almadan şəhərsalma norma və qaydaları pozulmaqla tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq qanunsuz tikililərin sökülməsi barədə tədbirlərin görülməsi səlahiyyətinizə aid olduğunu nəzərə alaraq yuxarıda qeyd olunan özbaşına tikililər barədə məlumatlar və digər zəruri sənədlər sizə göndərilərək özbaşına inşa edilmiş qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin cavabdeh X8 ünvanladığı 21 noyabr 2022-ci il tarixli 385 nömrəli məktubunda bildirilmişdir ki, Masallı şəhəri, Anar Novruzov küçəsində (Kosakul yolu) yerləşən torpaq sahəsində həndəsi ölçüləri 12.0 m x 18 0 m olan qeyriyaşayış obyektinin qanunsuz inşa edilməsi faktı aşkarlanmışdır. Bununla bağlı sizə 3 (üç) ış günu müddəti ərzində sözügedən obyektə aid müvafiq sənədlərin Masallı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə təqdim etməyiniz tələb olunur. Əks təqdirdə özbaşına inşa edilmiş qeyri-yaşayış obyekti qanunsuz hesab edilərək, aidiyyəti uzrə huquq mühafizə orqanlarına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndəriləcəkdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə ünvanladığı 18 iyun 2020-ci il tarixli, M-03-1670 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri ərazisində Kosakul yaşayış məntəqəsinə gedən yolun sol tərəfində şəhər sakini Cavabdeh tərəfindən istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövcud qanunvericiliyin tələbləri pozulmaqla tövlə binası inşa etməsi faktı aşkar edilmişdir. Faktla bağlı Rayon İcra hakimiyyəti tərəfindən vətəndaşa müvafiq xəbərdarlıq edilmiş və müvafiq tədbirlərin görülməsindən ötrü rayon Polis Şobəsinə rəsmi müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq özbaşına tikili barədə qanunamuvafiq tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İmanov X10 rayonu, Ərkivan qəsəbəsində yerləşən ümumi sahəsi 0.18 ha torpaq sahəsini X14 bağışlamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin Masallı rayon Polis şöbəsinə ünvanladığı 18 iyun 2020-ci il tarixli, M-06-1669 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri ərazisində Kosakul yaşayış məntəqəsinə gedən yolun sol tərəfində şəhər sakini Cavabdeh tərəfindən istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövcud qanunvericiliyin tələbləri pozulmaqla tövlə binası inşa etməsi faktı aşkar edilmişdir. Faktla bağlı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa müvafiq xəbərdarlıq edilmiş və bu barədə aidiyyatı orqanlara məlumat verilmişdir. Sözügedən özbaşına tikili barədə qanunamuvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirik. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və qaydaları pozmaqla qeyri yaşayış obyekti inşa etmişdir. Qeyd olunan torpaq sahələri və həmin torpaq sahələri üzərində inşa olunmuş tikililər üzrə hər hansı hüquqda (vərəsəlik, mülkiyyət, sahiblik, istifadə, icarə) səlahiyyətə malik olduğunu təsdiq edən dəlil-sübutların təqdim edilməsi təklif olunsa da, cavabdehin hüquqi varisi bu barədə məhkəməyə heç bir hüquqmüəyyəedici sənəd təqdim etməmiş, bununla da, məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iş materiallarından görünür ki, İmanov X10 rayonu, Ərkivan qəsəbəsində yerləşən ümumi sahəsi 0.18 ha torpaq sahəsini X14 bağışlamışdır. Bundan əlavə Cavabdeh ölümü ilə əlaqədar X20 onun prosessual hüquq varisi qismində tanınmışdır. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh üzərində heç bir hüququ olmadığı torpaq sahələrində özbaşına tikinti işləri aparmış, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərınin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri X6 tərəfindən Nazirliyin Tikintidə Təhlukəsizliyə X11 və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. İnzibati və mülki hüquq münasıbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı Masallı şəhəri, Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Masallı şəhəri, Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyi cavabdehin nüquqi varisi X9 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Masallı şəhəri, Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyi cavabdehin hüquqi varisi X9 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar