Məhkəmə qərarları › İş №2-1(120)-1966/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1966/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1966/2023 13.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin nümayəndəsi X4, Cavabdeh, Üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özbaşına qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özbaşına qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 30 mart 2023-cü il tarixli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Cavabdeh Masallı şəhəri, H. Əliyev prospektində yerləşən bir mərtəbəli qeyri-yaşayış obyektinə dair icazəverici sənəd təqdim etmədən özbaşına yenidənqurma işlərini apardığı aşkarlanmışdır. Bununla əlaqədar araşdırma zamanı Masallı Rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 18 aprel 2002-ci il tarixli Sərəncamına əsasən “avtomobillərə texniki xidmət sexi”nin tikintisi üçün 100 m2 torpaq sahəsinin Cavabdeh Sükür oğluna ayrılmasına baxmayaraq, onun tərəfindən həmin sahədən artıq sahədə tikintiyə icazə alınmadan özbaşına qanunsuz tikintiquraşdırma işlərin aparılması müəyyən olunmuşdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd olunan məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısın birinci müavinin 16 may 2021-ci il tarixli M-02-827 nömrəli məktubu Agentliyə ünvanlanmışdır. Tikintiyə icazə təqdim olunmadığına görə Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 18 iyun 2021-ci il tarixli 0371 nömrəli Qərarı verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsi tələblərinin pozulmasını bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müəyyən müddət ərzində müvafiq tədbirlərin görülməsini tapşırılmışdır. Buna baxmayaraq, həmin yerdə iki mərtəbəli obyektin inşasının davam edilməsi nəticəsində 2022-ci ildə həmin obyektin yan divarlannın və dam örtüyünün tikintisi başa çatmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirik ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi həmin Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcüdluğunu nəzərə alınaraq, Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Məcəlləsinin 95.2-ci maddəsinə əsasən Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məcəllənin 97-ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X1 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X1 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən tikintisinə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikilmiş və barəsində tikinti işlərinin dayandırılmasına dair Məcəllənin 92-ci maddəsinə müvafiq qaydada qərar qəbul edildiyi gündən 1 (bir) il müddətində Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tikintisinə icazə alınmayan, yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış obyektin sökülməsi barədə Agentlik müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4-cü bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özbaşına qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özbaşına qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 63 nömrəli sərəncamından görünür ki, Masallı şəhər sakini Cavabdeh sahəsi 100 kv.m olan avtomobillərə texniki xidmət sexi tikintisinə icazə verilmişdir. İş materiallardan, o cümlədən iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 100 kv.m torpaq sahəsində olan qeyri-yaşayış obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 18 iyun 2021-ci il tarixli, 0371 nömrəli qərarından görünür ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus 1 mərtəbəli qeyri yaşayış obyektinin yenidən qurulması barədə tərtib olunmuş 175786 nömrəli texniki baxış aktına əsasən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün cavabdehə 30 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, M-02-827 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 11 2014-cü ıl tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Gaydalarfna əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində şəhər sakini Cavabdeh Şükur oğlu tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına olaraq istifadəsindeki qeyri-yaşayış obyektinə bitişik həndəsi ölçüləri 22.0mx5 2m olan tikilinin inşa edilməsi faktı aşkarlanmışdır Rayon İcra hakimiyyəti tərəfindən vətəndaşa özbaşına tikilinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanları nəzərə alaraq qeyri-qanuni aparılan tikinti işlərinin dərhal dayandırılması, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun digər qanunamuvafıq tədbirlərin görülməsinə göstəriş verməyi xahiş etmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-66/2-299/2023 nömrəli məktubundan görünür ki, Masallı RİHB-nın 2002-ci ilə aid sərəncamları və digər sənədlər “Dövlət orqanlarında kargüzarlığın aparılmasına dair Təlimafın tələblərinə əsasən saxlanılması məqsədilə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsi rəhbər tutularaq Masallı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Məlumat üçün bildiririk ki, məktubunuz aidiyyəti üzrə baxılması üçün Masallı rayon Dövlət Arxivinə göndərilmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, M-3-48-33RA/2-88/2023 nömrəli məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı işlə ilə bağlı, Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2023 il tarixli 5-66/2-1361/2023 saylı qoşma məktubu ilə birgə, xx.xx.2023 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, Masallı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002 il tarixli 63 saylı cərəncamının (sorğunuzda belə qeyd edilib) təsdiq olunmuş surəti sizə göndərilir. Sərəncama digər sənədlər (icazə, istismar aktı, razılıq və s.) əlavə edilmədiyindən, həmin sərəncamın qəbul edilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanımız xaricindədir. Cavabdehin həmin obyektə istifadə hüququnun mövcud olub-olmamasına, Arxivin cavab vermə səlahiyyəti yoxdur. Ümumiyyətlə Arxivlər, arxivdən kənar obyektlərin, hüquqi və fiziki şəxslərin mövcud hazırki vəziyyətilə bağlı infomasiya bankına sahib deyillər (Milli Arxiv Fonduna daxil olan sənədlər, minimum 5 il idarə arxivlərində saxlanıldıqdan sonra dövlət arxivlərinə verilə bilər). İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Azərdövlətsənayelayihə DLİnstitutunun direktoru X7 ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, P/492/23 nömrəli Texniki müayinə işlərinin aparılması barədə müqavilənin surətindən görünür ki, “Sifarişçi” Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış binasına dair mövcud vəziyyətə uyğun olaraq istismarına icazə almaq məqsədilə, həmin obyektdə vizual texniki müayinə işlərinin aparılmasını “İcraçı”ya tapşırır və bu müqavilənin 4.1-4.4-cü bəndlərində göstərilən texniki müayinə işlərinin dəyərini ödəməyə öz öhdəsinə götürür. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyət hüququ əsasında özünə məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən iki mərtəbəli qeyri yaşayış obyektinin yan divarlarının və dam örtüklərinin tikintisi başa çatmış 100 kv.m sex əvəzinə binanın ümumi sahəsi 624,4 kv.m olan, tikili isə hal-hazırda 450 kv.m olan qeyri-yaşayış binası inşa etdirmişdir. Qeyd olunan tikilinin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinin tələblərinə uyğun olaraq tikintiyə xüsusi razılığın, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın, tikinti layihəsinə dair ekspertiza rəyinin olduğunu təsdiq edən dəlil-sübutların təqdim edilməsi təklif olunsa da, cavabdeh bu barədə məhkəməyə heç bir hüquqmüəyyəedici sənəd təqdim etməmiş, bununla da, məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan tikinti işləri apararaq mülkiyyət hüququ əsasında özünə məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən iki mərtəbəli qeyri yaşayış obyektinin yan divarlarının və dam örtüklərinin tikintisi başa çatmış tikilini özbaşına inşa etdirmiş, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərınin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri X3 tərəfindən Nazirliyin Tikintidə Təhlukəsizliyə X5 və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. İnzibati və mülki hüquq münasıbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qanunsuz inşa olunmuş əlavə tikilinin cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özbaşına qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq Cavabdeh hesabına sökülməsi öhdəliyi qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özbaşına qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyriyaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar