Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2189/2023 14.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(120)-440/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və İmişli rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(120)-440/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(120)-61/2022 nömrəli qərardadı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(120)-61/2022 nömrəli məktubundan görünür ki, 23 may 2022-ci il tarixli, 2-1(120)-61/2022 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti həmin işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(106)-175/2022 nömrəli qərardadı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(120)- 61/2022 nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilmədiyindən iddiaçının həmin qərardan 30 gün müddətində deyil, onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət vermək hüququ vardır. İddiaçı bu müddəti ötürməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(106)-175/2022 nömrəli məktubundan görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(106)-175/2022 nömrəli qərardadından cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin sədri X5 və onun vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti inzibati işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2100/2022 nömrəli qərardadından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(106)-175/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(120)-2189/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 3-cü şəxslər siyahısından çıxarılaraq, İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(120)-2189/2023 nömrəli qərardadı ilə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi və borcun silinməsi” kimi baxlılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı iclas protokolunun qərarı ilə "xxxx" MMC-nin mədən vergisi üzrə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun tutulması qərara alınmışdir. Cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin "xxxx" MMC-yə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergisi üzrə borcu olması barədə qərar əsassızdır. AZE” MMC hər il öz fəliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcunun cavabdehin hesabına ödəmişdir. AZE” MMC-nin cavabdehə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergisi üzrə borcu yoxdur. Cavabdeh bələdiyyə heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqıda qanunun tələblərinə uyğun olmayan qaydada, öz şəxsi təsüratları əsasında əsassız məbləğ hesablanmışdır. Həmin məbləğdə vergi borcunun hesablanmsı üçün heç bir əsas mövcud deyildir. Digər halda cavabdeh bələdiyyə heç bir əsası olmadan özbaşına olaraq müvafiq icazəsi olmadan "xxxx" MMC-nin istehsal fəaliyyəti sahəsinin giriş qapısına müşahidə kamerası quraşdırılmışdır ki, buna cavabdehin heç bir hüququ yoxdur. Mədən vergisinin hesablanmasının öz qaydası var və bu normativ aktlara, hüquqa uyğun formada aparılmalıdır. Həmçinin cavabdeh "xxxx" MMC-yə əsassız mədən vergisi borcu hesablayarkən heç bir müvafiq qanunvericilik aktına istinad etməmiş və yalnız subyektiv şəxsi mülahizələr əsasında əsassız vergi borcu hesablanışdır. Həmçinin bildirmişlər ki, cavabdeh bələdiyyə tərəfindən iddia müddəti keçmiş tələb irəli sürülür. Cavabdeh bələdiyyə əgər borcu olarsa yalnız bir il müdətinə yaranmış vergi borcuna görə tələb irəli sürə bilər. Cavabdeh bələdiyyə isə altı il ərzində olan müddətə əsassız vergi borcu hesablanmış və əsassız tələb irəli sürmüşdür. Halbuki cavabdeh bələdiyyənin buna ixtiyarı yoxdur. Göstərilənlərə əsasən cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020ci il tarixli, 13 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasına gəlmiş, cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin, üçüncü şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyin, İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsi və İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız oldunun bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin 05 noyabr 2014-cü il tarixli, 239 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi nəzərə alınmış və cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və emalı üçün Bəcirəvan kəndi yaxınlığında Araz çayının yatağından 6.0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsinə icazə verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İmişli rayon İcra Hakimiyyəti arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 05 noyabr 2014-cü il tarixli, 69 nömrəli müqavilədən görünür ki, İmişli rayon İcra Hakimiyyətinin 05 noyabr 2014-cü il tarixli sərəncamı əsasında 6,0 hektar torpaq sahəsi 30 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. İş materiallarında olan İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarından görünür ki, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin 16 sentyabr 2020-ci il tarixli iclasında Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında vergi borcunu ödəməkdən yayınan İmişli rayon Bəcirəvan kəndi ərazisində fəaliyyət göstərən VÖEN № ********** olan AZE MMC-nin mədən vergisi üzrə yaranmış ******* (üç milyon iki yüz otuz səkkiz min) manat borcun ödənilməsi barədə İmişli rayon İmişli rayon İcra və Probasiya şöbəsinə tədbir görülməsi üçün göndərilməsi, Bəcirəvan bələdiyyəsi ərazisində olan vergi ödəyicilərinin vergi ödəmələrindən yayınan şəxslər barədə akt tərtib olunması qərara alınmışdır. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən görünür ki, İmişli rayonu Bəcirəvan kənd ərazisində fəaliyyət göstərən "xxxx" MMC-dən 3,238,000 manat məbləğində pul vəsaiti tutulub İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin hesabına ödənilməlidir. İş materiallarında olan İmişli rayonu Bəcirəvan bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 18 nömrəli Bəcirəvan bələdiyyəsinin 16 sentyabr 2020-ci il tarixli 13 saylı protokolu əsasında "xxxx" MMC 3.238.000 manat mədən vergi borcunu məcburi qaydada ödənilməsi tələbinə dair inzibati akt qəbul edilmişdir. Həmin qərardan "xxxx" MMC Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda həmin İnzibati mübahisə sizin icratdadır. Bundan sonra "xxxx" MMC mədən vergi borcunu yenə ödəməmiş və 30 aprel 2021-ci il tarixdə Bəcirəvan bələdiyyəsi 04 saylı protokolu qəbul etmiş və həmin iclas protokoluna əsasən "xxxx" MMC-nin 23 sentyabr 2020-ci ildən 10 mart 2021-ci ilədək 306.920 manat yeni mədən vergi borcu yaranmışdır. Odur ki, məlumat üçün İmişli rayon Bəcirəvan Bələdiyyəsinin 04 saylı iclas protokolunu həmin inzibati işə əlavə etmək üçün göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-440/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: birinci-yeddinci suallar üzrə-rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla cavabdeh İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə qəbul edilmiş 16 sentyabr 2020-ci il tarixli, 13 saylı qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığı müəyyən olunur. Yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilir ki, istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının 6 (altı) illik dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında mühasibat və hesabat sənədləri tam şəkildə olmadığından 3-7-ci suallar üzrə tədqiqat aparmaq mümkün olmadı. Göstərilənlərlə yanaşı qeyd edilir ki, təqdim edilmiş iş materiallarında müəssisənin vergilər üzrə vərəqəsi öz əksini tapmışdır ki, həmin vərəqədə müəssisə tərəfindən vergi ödənişlərinin aparıldğı öz əksini tapmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının "xxxx" MMC-yə 3.238 manat məbləğində mədən vergisi üzrə borcun hesablanması hissəsində etibarsız hesab edilməsi və hesablanmış 3.238 manat məbləğində mədən vergisi üzrə borcun ləğv edilməsi” tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-1335/2020 saylı qərardadının surəti, eləcə də iddia ərizəsinin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan İmişli rayon Bəcirəvan bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli rayon İcra və Probasiya şöbəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərdiyi xx.xx.2020-ci il tarixli, 37 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin ərazisində fəaliyyət göstərən VÖEN № ********** olan "xxxx" MMC-nin Bəcirəvan bələdiyyəsinə ******* (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergisi üzrə borcunun məcburi qaydada ödənilməsi üçün 16 sentyabr 2020-ci il tarixli, 13 saylı iclasının qərarından çıxarış icra olunması üçün göndərilmişdir. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci li tarixli, 166405 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Bəcrəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı icra sənədi (3238000 manat vergi borcunun ödənilməsi barədə) 14 oktyabr 2020-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş digər sənədlər (tələbin könüllü ödənilməsi barədə bildiriş və Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarının kserekopiyası) icra edilməsi üçün borcu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Göndərilmiş məktub İcra və probasiya şöbəsinə geri qayıtmamışdır. "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Kamran Yəhyayev adlı şəxs müəssisəyə göndərilmiş məktubla birlikdə xx.xx.2020-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinə gəlmişdir. Ondan izahat alınmış və izahatında cəmiyyətin ünvanına göndərilmiş icraata başlamaq haqqında qərarı və əlavə olunmuş sənədləri aldığını etiraf etmişdir. Cəmiyyətin direktoru Bəcirəvan Bələdiyyəsinə müəssisənin borcu olmadığını və Bəcrəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarı ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət olunacağını bildirdi. Borclu təşkilatın rəhbəri telefon (vatçap) vasitəsiilə məhkəməyə göndərilmiş ərizəsinin surətini işə əlavə olunması üçün göndərmişdir. Odur ki, məhkəmə mübahisələrinin yekun nəticəsinədək iş üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli rayon Bəcirəvan bələdiyyəsinə göndərdiyi 23 oktyabr 2020-ci il tarixli, 38 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı iclas protokolunun qərarı ilə "xxxx" MMC-nin mədən vergisi üzrə 3.238.000 manat (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun tutulması qərara alınmışdır. Onlar həmin qərarla razı deyil. Onların heç bir borcu yoxdur. Yaranmış mədən vergisini vaxtı-vaxtında bələdiyyənin hesabına köçürümüşük. Yaranmış mübahisənin məhkəməyə qədər həll edilməsi üçün müraciət etmişdir. Belə ki, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarının, yəni "xxxx" MMC-yə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borc hesablanmasına dair hissədə etibarsız hesab edilərək əsassız hesablanmış 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun ləğv edilməsinə dair qərar qəbul etməyinizi xahiş etmişdir. Əks halda qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış mədən vergisi tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya məhkəməsinə müraciət edəcəyəm. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli rayon Bəcirəvan bələdiyyəsinə göndərdiyi 30 oktyabr 2020-ci il tarixli, 39 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu Bəciravan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarının, yəni "xxxx" MMC-yə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borc hesablanmasına dair hissədə etibarsız hesab edilərək əsassız hesablanmış 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun ləğv edilməsinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya məhkəməsinə müraciət etmişəm. Həmin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətini məlumat üçün göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə görə vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) və bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: - (maddə 8.1.1) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; - (maddə 8.1.2) fiziki şəxslərin əmlak vergisi; - (maddə 8.1.3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; - (maddə 8.1.4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcələnin 10-cu maddəsinə görə vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları, Azərbaycan Respublikasının gömrük orqanları, bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları, bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər. Həmin Məcəllənin 11-ci maddəsinə görə vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Əsasnamənin 3.1-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: - (3.1.1-ci yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; - (3.1.2-ci yarımbənd) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; - (3.1.3-cü yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; - (3.1.12-ci yarımbənd) bələdiyyələrin qərarlarını icra edir. Əsasnamənin 3.2-ci bəndinə görə bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: - (3.2.1-ci yarımbənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; - (3.2.2-ci yarımbənd) bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək; - (3.2.3-cü bənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək. Əsasnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinbə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşin müəyyən edilmiş hallarından və 03 noyabr 2021-ci il tarixli, 12 saylı qərarın məzmunundan görünür ki, Bələdiyyə həmin qərarı (inzibati aktı) qəbul edərkən "xxxx" MMC vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün ödənilməmiş vergi borcunu ödəmək üçün verilmiş 10 gün müddət ərzində ödənilmədiyini göstərməklə kifayətlənmiş, Bələdiyyə tərəfindən inzibati icraat aparılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən, cavabdeh İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə qəbul edilmiş 16 sentyabr 2020-ci il tarixli, 13 saylı qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığı müəyyən olunmuş, yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmamışdır. İstehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının 6 (altı) illik dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Mühasibat və hesabat sənədləri tam şəkildə olmadığından tədqiqat aparmaq mümkün olmamış, təqdim edilmiş iş materiallarında müəssisənin vergilər üzrə vərəqəsi öz əksini tapmışdır ki, həmin vərəqədə müəssisə tərəfindən vergi ödənişlərinin aparıldığı öz əksini tapmışdır. Göründüyü kimi İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hesablamış olduğu mədən vergisi vergi qanunvericiliyinin tələblərinə əsasən düzgün hesablanmadığı müəyyən edilmiş, cəmiyyətin fəaliyyətini real əks etdirən mühasibatlıq sənədləri əsasında aparılmamışdır. Bu hal məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə əsas verir. Məhkəmə tərəfindən müyyən edilmişdir ki, cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsi "xxxx" MMC barəsində mədən vergisini hesablayan səlahiyyətli qurum (vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı) kimi ******* manat mədən vergi borcunun hesablanması barədə əlverişsiz inzibati akt qəbul edərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməmiş, eləcə də cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 24, 25 və 61-ci maddələrinə ziddir. Qeyd olunanlarla yanaşı, məhkəmənin icraatında olmuş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə ilə alınmış müvafiq ekspert rəyi ilə vergi orqanının vergi ödəyicisi kimi iddiaçıya qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığının müəyyən olunduğu, yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmadığı, həmçinin istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Bu da öz növbəsində cavabdeh tərəfin iddiaçıya əlavə mədən vergi borcunun hesablanmasının əsaslı olmamasına ehtimalı artırır. Qeyd olunanlar, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın qanuna zidd sayılması qənaətinə gəlmək üçün yetərli əsaslardır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və vergi borcunun silinməsi barədə qərar qəbul edilməlidir, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli rayonu Bəcirəvan bələdiyyəsinin 13 saylı ümumi iclas qərarının protokolundan çıxarış üzrə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və vergi borcu silinsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2189/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2189/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver