Məhkəmə qərarları › İş №2-1(120)-2277/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2277/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2277/2025 14.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixdə xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixdə xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbini onunla əsaslandırmışdır ki, N №-li hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmət keçərkən 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən anti-terror əməliyyatı zamanı Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2023-cü il tarixdə düşmən tərəfindən açılan artilleriya atəşi nəticəsində yaralanmışdır. Aldığı yaralanma nəticəsində səhhətinə zərər dəymiş və AR X3-X2 xx.xx.2024-cü il tarixli, 025 gm №-li əmrinə əsasən N №-li hərbi hisə komandirinin 263 №-li, xx.xx.2024-cü il tarixli əmrilə “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən buraxılmışdır. Lakin ona xidməti vəzifələrinin icrası zamanı aldığı yaralanmaya görə heç bir kompensasiya ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın mənə ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Qeyd olunanları nəzərə alaraq onun xx.xx.2023-cü il tarixdə xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) bildirmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərinin əmakdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanı1 .«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 2.1. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.1.1-7.1.4-cü, 7.1.6-7.1.8-ci maddələrində nəzərdə tutulmuş vəzifələri (Maddə 7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər; Maddə

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri-Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.) Yuxarda qeyd olunanlardan aydın olur ki, əməkdaşların siyahıları və onların vəzifələrinin müəyyən edilməsi Müdafiə Nazirinin diskresion səlahətidir və Müdafiə Nazirinin əmri ilə təsdiq edilir. Fərmanın icrası ilə bağlı mütəmadi olaraq (hər il və ya ildə bir neçə dəfə) Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. İddiaçı 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən onun tutduğu vəzifə hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında olmadığı üçün “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununda qeyd olunmuş imtiyazlar və hüquqların ona şamil edilməsi qanunsuz və əsasızdır. İddiçı öz ərzəsində ona cavab verilmədiyini göstərsədə, bu haqda idiaçının nümayəndəsi olan X5 yazılı məlumat verilmişdir. Məlumat üçün bildirirəm ki, İddia təmin edildiyi təqdirdə, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanının tələblərinin yerinə yetirilməsinə dair Müdafiə Nazirliyi tərəfindən verilən əmr və qərarlarının ləğv edilməsi anlamına gəlir və xidmətdə olan hərbi qulluqçular tərəfindən verilən əmr və qərarların yerinə yetirilməsinə şübhə ilə yanaşmasına gətirib çıxarda bilər. Əlavə olaraq bildirirəm iddia təmin edilsə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də halhazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X7 və X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdirlər. İddianın növü və mümkünlüyü.

İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lerik rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 958 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü gizir kəşfiyyatçı İddiaçı mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2023) nəticəsində sağtərəflixroniki koxlear nevrit, sağtərəfli neyrosensoı ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ile Partlayış travması (xx.xx.2023). Sağ budun orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmalarına göı aparılmış yaraların birincili cərrah i işlənməsindən sonrakı bərkimiş dəri çapıqlan, yumşaq toxumaların yad cismi (metal qəlpə). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hepatostəatoz. İkinciii hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 263 nömrəli əmrindən çıxarışdan görünür ki, Hərbi hissənin 3-cü taborun 2-ci bölüyün 3-cü taqımın 1-ci qrupun komandiri gizir İddiaçı Xaləddin oğlu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 02 sentyabr 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinə göndərilsin. Gizir İddiaçı Xaləddin oğluna 2024-cü ilin yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Gizir İddiaçı Xaləddin oğluna Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. 2024-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Əsas: X3 - X2 05 iyul 2024-cü il tarixli 025gm nömrəli əmrindən çıxarış. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı Xaləddin oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8/2514 nömrəli məktubundan görünür ki, 2023-cü il sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən tutduğu vəzifə (N nömrəli hərbi hissənin əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri) Azərbaycan Respublikası müdafiə nazirinin 2023-cü il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən Müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyat subyektləri(strukturları) və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən müəyyən edilir və müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyat subyektlərinin(strukturlarının) müəyyən edilməsinə dair tələblər və onların fəaliyyət sahələrinin müəyyən edilməsi yaradılmış müvafiq komissiya tərəfindən müəyyən olunur və Müdafiə naziri tərəfindən müvafiq əmrlə təsdiq olunur. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 8/223 nömrəli məktubundan görünür ki, iddiaçı ehtiyatda olan gizir İddiaçı 2023-cü il sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən tutduğu vəzifə (N nömrəli hərbi hissənin əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri) Azərbaycan Respublikası müdafiə nazirinin 2023-cü il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən Müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyat subyektləri(strukturları) və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən müəyyən edilir və müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyat subyektlərinin(strukturlarının) müəyyən edilməsinə dair tələblər və onların fəaliyyət sahələrinin müəyyən edilməsi yaradılmış müvafiq komissiya tərəfindən müəyyən olunur və Müdafiə naziri tərəfindən müvafiq əmrlə təsdiq olunur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alıb, vətəndaş İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 8/238 nömrəli məktubundan görünür ki, iddiaçının hərbi əməliyyatlar zamanı tutduğu vəzifə “N nömrəli hərbi hissənin əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2023-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alıb, vətəndaş İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-19/2-688/2025 nömrəli məktubundan görünür ki, iddiaçı öz ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixdə xəsarət almışdır və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaya cavab olaraq bildiririk ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilir. Öncə qeyd olunanlardan aydın olur ki, döyüşən hərbi hissələrdə xidmət etmək və ya həmin hərbi hissələrə ezam olunaraq onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdası olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamsı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. İddiaçı N №li hərbi hissələrə müracitlər etmişdir. N №li hərbi hissənin cavabında İddiaçı onun tutduğu vəzifənin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmədiyi qeyd olunmuşdur. Əlavə olaraq bildirirəm ki, Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsil və icra edilməsi qanunauyğun deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbini rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-8/2-855/25 nömrəli məktubundan görünür ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu vəzifə “N nömrəli hərbi hissənin əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2023-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Bundan başqa inzibati mübahisənin obyektiv araşdırılması məqsədi ilə İddiaçı həqiqi hərbi xidmətdən buraxıldığı günə kimi qeyd olunan (Müdafiə nazirliyində hərbi kəşfiyyat həyata keçirən əməkdaşların) siyahısında olub-olmaması, olduğu halda hansı dövr ərzində olması barədə məlumatları cavablandırmaq mümkün olmadığından aidiyyəti üzrə N nömrəli hərbi hissəyə göndərilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. Maddə 15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər 15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır. Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşının xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Əvvəlcə iddiaçının yuxarıda qeyd edilən qərarın təsiri altına düşən subyekt olubolmaması müəyyən edilməlidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh təşkilat (üçüncü şəxs) məxfi hesab edilən Azərbaycan Respublikası Müdafiə Nazirinin 0026 saylı, 22 fevral 2023-cü il tarixli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin Siyahısı”na məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və siyahıda N nömrəli hərbi hissə üzrə yalnız kəşfiyyat bölməsinin qeyd edildiyi, İddiaçı tutduğu “əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri” vəzifəsinin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmədiyi və siyahıya əsasən həmin vəzifənin kəşfiyyat fəaliyyəti subyekti hesab olmadığı müəyyən edilmişdir. İddiaçının mübahisə etdiyi digər məsələ həmin əmridə vəzifə olmasa belə qeyd hissəsinə əsasən onunda həmin hüquqdan yararlanması ilə bağlı olmuşdur və hesab edir ki, həmin hissəyə əsasən, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinın əməkdaşıdır. Sözügedən əmrə nəzər yetirilən zaman əmrdə vəzifələrin konkret qeyd edildiyi və müvafiq “qeyd” hissəsinin olmadığı müəyyən edilir. Toplanılan materiallar əsasında aparılan araşdırma nəticəsində İddiaçının N nömrəli hərbi hissə üzrə xidmət etdiyi “əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri” vəzifəsinin kəşfiyyat orqanı olmadığı və bunu təkzib edəcək hər hansı məlumatın iş materiallarında mövcud olmadığı müəyyən edilir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçının tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar” ona tətbiq edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixdə xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar