Məhkəmə qərarları › İş №2-1(120)-2508/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2508/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2508/2024 22.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X7 İdarəsi Lənkəran X2 və X3rşı “Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X7 İdarəsi Lənkəran X2 və X3rşı “Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkili Vəkil ərizə ilə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Baş X7 İdarəsi Lənkəran X2 və X6 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. Orada yaşadığı müddətdə ona Rusiya Federasiyasına məxsus olan sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi ilə o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası ərazisində də avtomobil idarə edirdi. Məlum olduğu kimi bununla bağlı beynəlxalq müstəvidə qəbul olunmuş Vyana Konvensiyası mövcuddur. Belə ki, o artıq daimi olaraq, Azərbaycan Respublikasında yaşayacağına görə, qeyd olan sürücülük vəsiqəsini dəyişdirmək qərarına gəlmişdir. Bununla bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35-ci və 35-1-ci maddələrini rəhbər tutaraq, qeyd olunan sürücülük vəsiqəsinin dəyişdirilməsindən ötrü cavabdeh orqana müraciət etmişdir.Lakin cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək, ona məxsus olan sürücülük vəsiqəsini dəyişdirməkdən imtina olunmuşdur. Qeyd edir ki, ona məxsus olan sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə artıq bitirdi. Buna görə də o, xx.xx.2023-cü il tarixdə, iddia tələbində qeyd olunalar əsasında, cavabdeh orqana müraciət etmişdir. Bundan bir müddət keçdikdən sonra, ona telefonla zəng olundu və yenə də əvvəlki bəhanələr bildirildi. O, rəsmi cavab istədikdə ona bildirilib ki, rəsmi cavab telefon danışığıdır. O, məcbur qalaraq yenidən cavabdeh orqana müraciət etmişdir. Cavab məktubunda cavabdeh orqan onlara təkrar müraciət etməyini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35-1 -ci maddəsinin İ bəndinə əsasən, etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında, qeyd etdiklərinin mümkün olması bildirilmişdi. Qeyd edir ki, onun şifahi müraciətləri və ən əsası da yazılı müraciəti olunan vaxt, ona məxsus olan sürücülük vəsiqəsi qüvvədə idi. Bu barədə poçt qəbzləri də vardır. Həmçinin cavabdeh orqan cavab məktubunda da qeyd edir ki, onlara müraciət edərkən ona məxsus olan sürücülük vəsiqəsinin müddəti bitməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Seriya AZE ******** nömrəli xx.xx.2015-ci il tarizli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Lənkəran rayonu Tütəpeştə kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan Rüsiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “B” kateqoriyası üzrə avtomobil idarəetmək hüququ vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı ona məxsus sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan Azərpoçt MMC-nin ********* nömrəli məxaric qəbzindən görünür ki, İddiaçı tərəfindən Lənkəran RQİ və TBŞ-yə ünvanlanmış məktub xx.xx.2023cü il tarixdə cavabdeh orqana çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı ona məxsus sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair cavabdeh orqana təkrar müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş X7 İdarəsi Lənkəran X2 və X4 iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, etibarlıq müddətinin bitməsinə 2 gün qalmış Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı Lənkəran regional qeydiyyat-imtahan və X5 ünvanladığınız müraciətə baxılmışdır. Məsələ ilə bağlı əvvəlki müraciətinizə baxilmış və sizə məxsus olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlanılmış, müraciətinizdə Qeyd etdiyiniz xüsusatlar üzrə və X7inin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri, əməkdaşların hüquq və vəzifələri barədə izahlar verilmişdir. Bir daha bildiririk ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-1 maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Baş X7 İdarəsi Lənkəran X2 və X4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı sürücülük vəsiqəsinə dəyişdirilməsinə köməklik göstərilməməsi xüsusatları ilə bağlı bildiririk ki, adı çəkilən şəxs şöbəmizə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi məqsədilə müraciət etmiş və bununla bağlı qanunvericiliyin tələbləri diqqətinə çatdırılmışdır. Bildiririk ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-1 maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının sərhdindən müxtələlif vaxtlarda giriş çıxış etmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli Q16-001- 12 №-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın 6.16.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi onun sahibinə imtahansız, həmin müddət bitdiyi gün qaytarılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 3 3 . Nəqliyyat vasitələrini idarəetmə hüququ İ. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35-ci maddəsinin V bəndinin 7-ci hissəsində, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslardan biri də, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olmasıdır. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35- 1-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35ci maddəsinin Vİ- Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35-ci maddəsinə əsasən Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması əsasları kimi aşağıdakılar müəyyən edilmişdir: Vİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; 7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. Vİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Vİİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); 3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd; 4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir. Vİİİ-İ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İX.Sürücülükvəsiqəsində göstərilmiş kateqoriyaların (altkateqoriyaların) dəyişdirilmə si məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci— beşinci hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır. Xİ. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Xİİ. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya baxılarkən süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 3 5 - 1 . Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi. İ. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİ. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİİ. Bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus Rusiya Federasiyasına məxsus xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan sürücülük vəsiqəsinin dəyişdirilməsindən ötrü cavabdeh orqana sürücülük vəsiqəsinin etibarlılığı bitməzdən əvvəl müraciət etmişdir. Qeyd edilən Qanunvericiliyin müddəalarından da göründüyü kimi sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Həmçinin imtinanın əsas səbəbi olan sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsinə münasibətdə, məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinə uyğun olaraq iddiaçı iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqana vəsiqənin etibarlıq müddəti bitməmiş, yəni xx.xx.2023-cü il tarixdə müraviət etmişdir.Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya münasibətdə sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina etməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Baş X7 İdarəsi Lənkəran X2 və X4 üzərinə İddiaçı sürücülük vəsiqəsinin Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqəsinə dəyişdirilməsi öhdəliyi qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Məhkəmə qərarından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar