Məhkəmə qərarları › İş №2-1(120)-2883/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2883/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2883/2023 13.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin onun hərbi xidmətdən tərxis edilməyi barədə N may Nci il tarixli, 125 saylı əmrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Ağcabədi rayonu olduğunu, Ağcabədi rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-4477/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 125 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər O.N.İsmayılov və S.F.Həsənovdan ibarət tərkibdə) 22 fevral 2023-cü il tarixli, 2- 1(106)-91/2023 saylı qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)- 2-1(120)-1455/2022 nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə” vəsatətlə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilərək iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı “əmrin ləğvi edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmrinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-2016-cı illərdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub bir qədər istirahət etdikdən sonra xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluğa qəbul olunmuş və xx.xx.N-ci il tarixədək həmin hərbi hissədə qulluq keçmişdir. Hərbi qulluq keçdiyi müddətdə qulluqkeçmə ilə əlaqədar qüvvədə olan normativ sənədlərin, komandanlığın əmrlərinin və birbaşa komandirinin göstərişlərinin tələblərinə mütəmadi əməl etmişdir. 02 may N-ci il tarixdə digər iki nəfər iş yoldaşları ilə bərabər, onlardan birinə məxsus şəxsi minik avtomaşınında iş yerlərinə-Mərdəkan qəsəbəsində “Mayak dənizi”nə gedərkən avtomaşının radio-maqnitolasında musiqi dinləmişlər, iş yoldaşı, avtomaşının sahibi isə onun musiqi dinləməyini telefonla videoya çəkmiş və son nəticədə həmin videonu telefonda ona göndərmiş, o da onu internetdə öz statusunda yerləşdirmişdir. 02 may N-ci il tarixdə xidmətdə olarkən hərbi hissənin komandiri Eyvaz Xalıqov onu yanına çağırtdırmışdır. O, hərbi hissənin komandiri Eyvaz Xalıqovun iş otağına daxil olarkən ona demişdir ki, - “bu nədir, hərbi hissənin adını biabır etmisən”. O, soruşanda ki, cənab komandir nə olub, komandir həmin yuxarıda qeyd etdiyi avtomaşında musiqi dinləməyini əks etdirən videonu ona göstərmişdir. Məlum oldu ki, həmin video internetdə “tik-tok” səhifəsinə yerıləşdiriməklə ictimaiyyət üçün açıq olmuş, baxılmış, müxtəlif rəylər yazılmışdır. Bundan sonra rəhbərliyin göstərişi ilə kiçik araşdırma aparıldı və komandirin müavini Amid Məmmədovun yanında onun adından raport əmri üçün raportdur, belə başa düşmüşdür ki, doğrudan da yəqin ona yüngül xəbərdarlıq, yaxud töhmət verilməsi ilə kifayətləniləcəkdir. Eyni zamanda onun barəsində hərbi hissənin “şərəf məhkəməsi” keçirildi və o, orada hadisənin bütün təfsilatını danışmış, hərəkətindən peşmançılıq hissləri keçirdiyini, bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək cavanlığının nəzərə alınmasını, bağışlanmağını, bu mümkün olmazsa heç olmasa barəsində yüngül cəza tətbiq olunması haqda qərar çıxarlmasını xahiş etmişdir. “Şərəf məhkəməsi” isə özü müstəqil bir qərar vermədi, sadəcə bildirildi ki, “hərbi hissə komandiri hansı cəzanı məsləhət görsə biz də elə qərar qəbul edəcəyik”. Ertəsi gün xx.xx.N-ci il tarixdə gözləmədiyi halda onun xidmətdən tərxis edilməyi barədə komandir tərəfindən 125 nömrəli əmr verildi. Həmin əmrdə qeyd edildiyinə görə onun avtomaşında musiqi dinləməyi barədə videonun internetdə yerləşdirilməsi nəticəsində guya xidmət yerinin sirri yayılmışdır və bununla da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin tələbləri pozulmuşdur, onun hərbi xidmətə uyğunsuzluğu müəyyənləşdirilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq tərxis edilməyi barədə əmrin surətini cavabdeh ona verməkdən əsassız olaraq imtina etmişdir. Barəsində əməlinə adekvat olmayan, layiq olmadığı ən ağır cəza tədbiri tətbiq etdiyindən tərxis edilməyi barədə cavabdehin ədalətsiz, əsassız və qanunsuz əmri ləğv olunmalıdır. Belə ki, ərizəsinə əlavə etdiyi, bir neçə saniyə davam edən videodan açıq-aydın görünür ki, o, orada avtomaşında iş yerinə gedərkən həm avtomaşını idarə edən vəziyyətdə sakitcə musiqini dinləmiş və bu zaman tərəfindən heç bir-artıq-əskik sözə, hərəkətə, xidmət etdiyi orqanın nüfuzuna kölgə salacaq hər-hansı qəbahətli hərəkətə yol verilməmişdir. Dinlədiyi müsiqi tamamilə normaldır, etik qaydalar çərçivəsindədir, musiqinin özündə və müğənninin oxuduğu mahnının sözlərində də heç bir biədəb, əxlaqa uyğun olmayan ifadə yoxdur. Digər tərəfdən faktik vəziyyət bundan ibarətdir ki, onun musiqi dinləməyi bilavasitə xidməti iş yerində, postda baş verməmişdir, bu hadisə hələ o, işə, posta gedərkən yolda avtomaşında baş vermişdir ki, bu da xidmətdə iş başında xidməti vəzifənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Bütün bunları qeyd etməklə yanaşı, o, çox gözəl başa düşür ki, qanunvericilik “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulan cəzalardan hər hansı birinin tətbiqi məsələsini komandanlığın ixtiyarına buraxmışdır və cavabdeh izah edə bilər ki, onu xidmətə uyğunsuzluq səbəbilə tərxis etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Bəli, komandir onun tərxis olunmağı barədə əmr verə bilər. Amma hansı halda, hansı əsaslarla və səbəblərlə? Təbii ki, yalnız onun törətdiyi əməl buna tam əsas verdiyi halda belə bir əmr verilə bilərdi. Bir daha təkrar edir ki, onun hərəkətləri xidmətə uyğunsuzluq kimi qiymətləndirilə bilməz və o, belə bir ağır cəzaya layiq olmamışdır. Yuxarıda qeyd etdiyi kimi, o, hərəkətlərinə münasibətdə ən ağır cəza olaraq tərxis edilmə barədə əmrin çıxarılmasını ədalətsiz və açıq-aşkar qərəzli hesab edir. Əmrin qərəzli olması bir də bununla sübut olunur ki, komandanlıq əvvəllər daha ağır xidməti pozuntular törətmiş hərbi qulluqçular barəsində dəfələrlə yüngül cəzalar tətbiq etməklə kifayətləndiyi halda, onun hərəkətinə qiymət verilərkən hərbi xidmətə sevgisini, cavanlığını, nümunəvi hərbiçi olmağını nəzərə almadan heç bir əsas, səbəb göstərmədən barəsində ən ağır cəzanı tətbiq etmişdir və cavabdehin verdiyi “xidmətə uyğunsuzluqla” bağlı tərxis əmri onun bütün həyat planlarını pozmuşdur, belə bir əmrlə o, bundan sonra harada işə düzələ bilər? Məlumat üçün bildirir ki, 27 sentyabr N-ci il tarixdə 2-ci Qarabağ Müharibəsi başlayanda o, dərin təəssüf hissləri keçirdi, fikirləşdi ki, əgər onu da xidmətdə saxlasaydılar, Vətənin müdafiəsində xidmət yoldaşları ilə birlikdə erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak edərdi. Lakin o, Vətəninin müdafiəsində iştirak edə bilməsə də doğma qardaşı, Azərbaycan Respublikasının Ordu sıralarında müddətdən artıq hərbi qulluqda olan X8 27 sentyabr N-ci il tarixdə torpaqlarımızın azad edilməsi uğrunda erməni qəsbkarlarına qarşı müharibə başlayan günü dərhal döyüşlərə atılmış, Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Həmin gərgin və ağır döyüşlərdən birində X14 torpaqlarımızın azad edilməsi uğrunda qarşıya qoyulmuş döyüş tapşırığını şücaətlə yerinə yetirərkən 30 oktyabr N-ci il tarixdə şəhid olmuşdur. X14 döyüşlərdə mərdlik və igidlik göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti X13 Əliyevin şəxsən imzaladığı xx.xx.N-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə, Prezidentimizin şəxsən imzaladığı xx.xx.N-ci il tarixli sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ona görə də, X14in qəhrəmancasına Vətən uğrunda şəhid olmasından sonra o da hərbi qulluğunu davam etdirmək, işinə bərpa olunmaq, qardaşının xatirəsini öz əməli ilə, işi ilə davam etdirmək, lazım gələrsə erməni qəsbkarlarına qarşı vuruşub qardaşının qanını almaq istəyir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş, xx.xx.N-ci il tarixədək həmin hərbi hissədə xidmət keçmiş, hərbi xidmət keçdiyi müddətdə xidmət keçmə ilə əlaqədar qüvvədə olan normativ sənədlərin, komandanlığın əmrlərinin və birbaşa komandirlərinin göstərişlərinin tələblərinə mütəmadi əməl etmiş, xx.xx.N-ci il tarixdə digər iki nəfər iş yoldaşı ilə bərabər minik avtomobili ilə iş yerinə Mərdəkan qəsəbəsində “Mayak dənizi” adlanan yerə gedərkən avtomobilin radio-maqnitolasında musiqi dinləmiş, avtomobilin sahibi olan iş yoldaşı onun musiqi dinləməsini telefonla çəkərək ona yollamış və videonu internetdə öz statusunda paylaşmışdır. xx.xx.N-ci il tarixdə xidmətdə olarkən hərbi hissənin komandiri Xaliq Eyvazov onu yanına çağırmış, hərbi hissə komandirinin otağına daxil olarkən komandir ona “bu nədir hərbi hissənin adını biabır etmisən” demiş, komandirdən nə olmasını soruşduqda avtomobildə çəkilmiş musiqi dinləməsini əks etdirən videonu ona göstərmiş, məlum olmuşdur ki, həmin vedeo internetdə “tik-tok” sosial şəbəkəsində yerləşdirilməklə ictimaiyyət üçün açıq olmuş və müxtəlif rəylər yazılmışdır. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, rəhbərliyin göstərişi ilə kiçik araşdırma aparılmış, komandir müavini Amid Məmmədovun yanında onun adından raport yazılmış, raportun yazılmasını “Töhmət” intizam cəzası üçün olduğu bildirilmiş, onun barəsində hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi keçirilmiş, hadisənin bütün təfsilatını danışmış, hərəkətlərindən peşmançılıq hissləri keçirdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək cavanlığının nəzərə alınmasını, bağışlanmasını, mümkün olmazsa barəsəndə yüngül cəza tətbiq olunması haqqında qərar çıxarılmasını xahiş etmiş, şərəf məhkəməsi isə özü müstəqil qərar vermədiyini, hərbi hissə komandirinin hansı cəza məsləhət görsə elə qərar veriləcəyini bildirmişdir. xx.xx.N-ci il tarixdə gözləmədiyi halda onun xidmətdən tərxis edilməsi barədə komandir tərəfindən 125 nömrəli əmrin verilməsini, həmin əmrdə avtomaşında musiqi dinləməsi barədə videonun internetdə yerləşdirilməsi nəticəsində hərbi sirrin yayılmasının qeyd edilməsi, bununla da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin tələblərinin pozulması, hərbi xidmətə uyğunsuzluğunun müəyyənləşdirilmişdir. Bundan başqa iddiaçı ərizəsində bildirmişdir ki, dəfələrlə tələb etməsinə baxmayaraq tərxis edilməsi haqqında əmrin surətini ona verməkdən əsassız olaraq imtina edilmiş, əməlinə adekvat olmayan, layiq olmadığı ən ağır cəza tədbiri tətbiq edildiyindən barəsində verilmiş ədalətsiz və qanunsuz əmr ləğv olunmalıdır. Eyni zamanda iddiaçı bildirmişdir ki, ərizəsinə əlavə etdiyi bir neçə saniyə davam edən videodan açıq-aydın görünür ki, avtomaşınla iş yerinə gedərkən həm avtomaşını idarə edən vəziyyətdə sakitcə musiqini dinləmiş, bu zaman tərəfindən heç bir artıq-əskik sözə, hərəkətə, xidmət etdiyi orqanın nüfuzuna kölgə salacaq hər-hansı qəbahətli hərəkətə yol verməmiş, dinlədiyi musiqi tamamilə normal, etik qaydalar çərçivəsində olmuş, musiqinin özündə və müğənninin oxuduğu mahnının sözlərində də, heç bir biədəb, əxlaqa uyğun olmayan ifadə olmamışdır. İddiaçı həmçinin ərizəsində bildirmişdir ki, musiqi dinləməyi bilavasitə xidməti iş yerində, postda baş verməmiş, posta gedərkən yolda avtomobildə baş vermişdir ki, bu da xidmətdə iş başında xidməti vəzifənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulan cəzalardan hər hansı birinin tətbiqi məsələsi komandanlığın ixtiyarına buraxılmış və cavabdehin onu xidmətə uyğunsuzluqla tərxis etməsinin qanunvericiliyin tələblərinin pozulmamasının izahını tələb etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirlər və hesab edirlər ki, iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan İddiaçı X10 müavini daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli, 90 №-li əmrinə əsasən “Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətə keçmək haqqında öhdəlik vermiş hesab edilərək N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi; X10 müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli, 53 №-li əmrinə əsasən aparılmış ştat dəyişiklikləri ilə əlaqədar olaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. X10 müavini - daxili qoşunların komandanının xx.xx.N-ci il tarixli, 70 №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcəbədi rayon bölməsinə göndərilmişdir. O, xidmət etdiyi dövrdə xx.xx.2017-ci il tarixdə “patrul xidməti zamanı mobil telefonu təhvil vermədiyinə görə” bölmə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən “Töhmət”, xx.xx.2018-ci il tarixdə “İnspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul olunmuş məqbulların nəticələrinə görə qeyri kafi qiymət aldığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.2018-ci il tarixdə “günün nizam qaydalarını pozduğuna görə” yarımqrup komandiri tərəfindən “Töhmət", xx.xx.2019-cu il tarixdə “verilmiş tapşırıqların icrasına laqeyd münasibət bəslədiyinə və icazəsiz olaraq yataqxanada qalmadığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.N-ci il tarixdə “Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcədə sosial şəbəkədən istifadə etdiyinə görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 249 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının “Şərəf məhkəməsi”nə cəlb edilmişdir. xx.xx.N-ci il tarixdə hərbi hissərıin gizir və MAXE hərbi qulluqçularının “Şərəf məhkəməsi” əsgər İddiaçı dinləmiş, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığından hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının “Şərəf məhkəməsi”nin qərarına əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan Əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı ərizəsində digər hərbi qulluqçularla bərabər xidmət yerinə gedərkən müsiqi dinlədiyini, musiqi dinləyərkən avtomobil sahibinin onun video çəklişini apararq ona göndərməsini, həmin videonu ictimayət üçün açıq olan sosial şəbəkə hesabında yerləşdirməsini, qeyd olunan çəkilişin heç bir əxlaqa zidd olmadığını bildirsə də, məlum olmuşdur ki, mütəmadi olaraq etik davranış qaydaları barədə söhbətlər aparılsada, sosial şəbəkələrdən istifadə zamanı hərbi qulluqçuya yaraşmayan hərəkətlərin qadağan olunması izah edilsədə İddiaçı dəfələrlə hərbi qulluqçu adına yaraşmayan video görüntüləri sosial şəbəkə hesabında paylaşaraq nalayiq hərəkətlərə yol vermişdir. Bundan başqa iddiaçı ərizəsində “Şərəf məhkəməsi”nin onun barəsində müstəqil deyil hərbi hissə komandirinin təsiri altında ədalətsiz qərar qəbul etdiyini bildirsə də o, xx.xx.N-ci il tarixdə raportla komanda üzrə məruzə edərək bildirmişdir ki, vəzifə borclarının öhdəsindən gələ bilmir, həmçinin hərbi xidmətin çətinliklərinə dözə bilmədiyindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edir, onunla komandirləri xidmətini davam etdirməsi barədə söhbət aparmış, söhbətdən sonra qalıb xidmətini davam etdirməmək istədiyini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarsa gələcəkdə dövlət orqanlarında xidmətə qəbul olunmasında problemlərin olacağı izah edilmiş və bunula bağlı heç bir şikayətinin olmamasını bildirmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X6 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2002-ci il tarixli, AZ-İ 204744 nömrəli doğum haqqında şəhadətnamənin, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2014cü il tarixli SX ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixində Ağcabədi rayonunun Muğanlı kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 05 oktyabr 2016-cı il tarixli, 90 nömrəli və 04 iyun 2018-ci il tarixli əmrlərindən çıxarışlardan görünür ki, ehtiyatda olan əsgər İddiaçı N saylı hərbi hissə üzrə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 249 nömrəli əmrindən çıxarışdan görünür ki, MAXE əsgər İddiaçı xidməti fəaliyyətində şəxsi intizamsızlıq nümayiş etdirdiyinə, verilmiş tapşırıqların icrasına laqeyd yanaşdığına və xidmət zamanı sosial şəbəkələrdən istifadə qaydalarının tələblərini pozduğuna görə gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinə cəlb edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin N may N-ci il tarixli, 6 nömrəli protokolunun təsdiq olunmuş surətindən görünür ki, hərbi hissə komandanlığı tərəfindən aparılan fərdi tərbiyəvi söhbətlərdən, verilmiş intizam cəzasından nəticə çıxarmadığına, hərbi kollektivin mənəvipsixoloji tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verdiyinə görə Azərbaycan Respublikası X10 xx.xx.2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “X9 Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.1.6-cı bəndinə əsasən MAXE əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 251 nömrəli əmrindən çıxarışdan görünür ki, “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq qaydada sənədlərin hazırlanıb Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması barədə əmr verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 125 nömrəli əmrindən çıxarışdan görünür ki, Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrinə və hərbi hissədən verilmiş xx.xx.N-ci il tarixli, 134 nömrəli göndəriş vərəqəsinə əsasən əsgər İddiaçı xx.xx.N-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1ci yarımqrupunda atıcı vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, habelə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması barədə əmr verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri və 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin komandiri tərəfindən imzalanmış N may N-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər İddiaçı mənfi xasiyytnamə ilə xarakterizə olunmuşdur. İş materiallarında olan İddiaçı “xidməti vərəqə”sindən görünür ki, “patrul xidməti zamanı mobil telefonu təhvil vermədiyinə görə” xx.xx.2017-ci il, “İnspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul olunmuş məqbulların nəticələrinə görə qeyri kafi qiymət aldığına görə” xx.xx.2018-ci il, “günün nizam qaydalarını pozduğuna görə” xx.xx.2018-ci il, “verilmiş tapşırıqların icrasına laqeyd münasibət bəslədiyinə və icazəsiz olaraq yataqxanada qalmadığına görə” xx.xx.2019-cu il tarixlərində iddiaçıya “töhmət” verilmiş, xx.xx.N-ci il tarixində isə “Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcə də, sosial şəbəkədən istifadə etdiyinə görə” ona “şiddətli töhmət” elan edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında mübahisələndirilən əmrin əsası kimi məhz yuxarıda sadalanan tarixlərdə iddiaçıya verilmiş 5 (beş) “Töhmət” cəzasına istinad etmişdir. Lakin İddiaçı “xidməti vərəqə”sindən görünür ki, o, “patrul xidməti zamanı mobil telefonu təhvil vermədiyinə görə” xx.xx.2017-ci il tarixində “töhmət” alsa da, xx.xx.2017-ci il tarixində “tutulan iradlardan düzgün nəticə çıxardığına və xidmətində müsbət dönüş yaratdığına görə” həmin “töhmət” götürülmüş, həmçinin, “İnspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul olunmuş məqbulların nəticələrinə görə qeyri kafi qiymət aldığına görə” xx.xx.2018-ci il, “günün nizam qaydalarını pozduğuna görə” xx.xx.2018-ci il tarixlərində “töhmət” alsa da, xx.xx.2018-ci il tarixində “tutulan iradlardan düzgün nəticə çıxardığına və xidmətində müsbət dönüş yaratdığına görə” həmin “töhmət”lər götürülmüş, eləcə də, “verilmiş tapşırıqların icrasına laqeyd münasibət bəslədiyinə və icazəsiz olaraq yataqxanada qalmadığına görə” xx.xx.2019-cu il tarixində “töhmət” alsa da, xx.xx.2019-cu il tarixində “xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə, yüksək peşəkarlıq və hərbi intizam göstərdiyinə görə” həmin “töhmət” də götürülmüşdür. Göründüyü kimi, sonuncu dəfə cəzalandırıldığı xx.xx.N-ci il tarixə qədər “Azərbaycan Respublikası Silahlı X1”nin 22-ci bəndinin b) yarımbəndinə və 25-ci bəndinin b) yarımbəndinə (əvvəl verilmiş intizam cəzasını götürmək) müvafiq olaraq İddiaçı üzərindən bütün cəzalar götürülmüş, yəni qeyd olunan tarixə artıq onun heç bir “töhmət”i olmamış, əksinə, xx.xx.2019-cu il tarixində hərbi xidməti üzrə fəaliyyəti komandanlıq tərəfindən “vəzifə borcunu layiqincə yerinə yetirməsi, yüksək peşəkarlıq və hərbi intizam göstərməsi” kimi qiymətləndirilmişdir. Buna baxmayaraq, N nömrəli hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsi N may N-ci il tarixli, 6 nömrəli protokolunda iddiaçının hərbi hissə komandanlığı tərəfindən aparılan fərdi tərbiyəvi söhbətlərdən, verilmiş intizam cəzasından nəticə çıxarmadığını, hərbi kollektivin mənəvi-psixoloji tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verdiyini, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyini qeyd etmiş, lakin hansı əsaslarla bu nəticəyə gəlindiyini açıqlamamış və bu halları təsdiq edən heç bir sənədi protokola əlavə etməmiş, yalnız sübut edilməsi tələb olunan ümumi sözlərlə kifayətlənərək MAXE əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, N nömrəli hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların “şərəf məhkəməsi”nin N may N-ci il tarixli iclasında iddiaçının yalnız “Etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, eləcə də, sosial şəbəkədən istifadə etməsi” məsələsi müzakirəyə çıxarılmış, həmin iclasda MAXE əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması qərara alınmış, N nömrəli hərbi hissə komandiri tərəfindən “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq qaydada sənədlərin hazırlanıb Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması barədə N may N-ci il tarixli, 251 nömrəli əmr verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 tərəfindən hərbi hissə komandirinin həmin təqdimatına əsasən əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N may N-ci il tarixli, N ş/h nömrəli əmr verilmiş, N nömrəli hərbi hissənin komandiri isə öz növbəsində Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrinə və hərbi hissədən verilmiş xx.xx.N-ci il tarixli, 134 nömrəli göndəriş vərəqəsinə istinad edərək əsgər İddiaçı xx.xx.N-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, habelə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması barədə N may N-ci il tarixli, 125 nömrəli əmr vermişdir. Məhkəmə hesab edir ki, istər “Etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, eləcə də, sosial şəbəkədən istifadə etməsi” məsələsinin xx.xx.N-ci il tarixində “Şərəf məhkəməsi”ndə müzakirəyə çıxarılaraq İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması barədə qərarin qəbul olunmasında, istər həmin qərar əsasında iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq qaydada sənədlərin hazırlanıb Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması barədə N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 251 nömrəli əmrinin verilməsində ciddi qanun pozuntularına yol verilmiş, nəticədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 tərəfindən əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hazırda mübahisələndirilən N may N-ci il tarixli, N ş/h nömrəli əmr verilmişdir. Belə ki, İddiaçı “xidməti vərəqə”sindən görünür ki, “Etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, eləcə də, sosial şəbəkədən istifadə etməsi”nə görə xx.xx.N-ci il tarixində hərbi hissənin komandanlığı tərəfindən ona “Azərbaycan Respublikası Silahlı X1”nin “Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları” bölməsinin 48-ci bəndinin v) yarımbəndində nəzərdə tutulmuş cəza növü tətbiq olunmuş, yəni “şiddətli töhmət” verilmişdir. Buna baxmayaraq, həmin məsələ bir gün sonra, yəni xx.xx.N-ci il tarixində “Şərəf məhkəməsi”ndə müzakirəyə çıxarılmış, bu zaman xx.xx.N-ci il tarixdə hərbi hissə komandiri tərəfindən iddiaçıya eyni məsələ ilə bağlı artıq “Azərbaycan Respublikası Silahlı X1”nin “Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları” bölməsinin 48-ci bəndinin v) yarımbəndində nəzərdə tutulmuş cəza növünün tətbiq olunduğu, yəni “şiddətli töhmət” verildiyi nəzərə alınmayaraq, İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmiş, bununla da İddiaçı “eyni hərəkət”ə görə ikinci dəfə cəzalandırılmasına zəmin yaradılmış, hərbi hissə komandiri isə “Şərəf məhkəməsi”nin qərarını nəzərə alaraq, Daxili İşlər Nazirliyi X4 əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimat vermiş, X7 tərəfindən isə əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hazırda mübahisələndirilən N may N-ci il tarixli, N ş/h nömrəli əmr verilmiş və nəticə etibarı ilə o, artıq cəza aldığı “eyni nalayiq hərəkət”ə görə qanunvericiliyin tələbinə zidd olaraq ikinci dəfə cəzalandırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı X1”nin “İntizam cəzalarının verilmə qaydası” bölməsinin 85-ci bəndinə əsasən “Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır”. “İntizam Nizamnaməsi”nin 87-ci bəndinə əsasən “Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir”. “İntizam Nizamnaməsi”nin 88-ci bəndinin tələbinə görə “Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır”. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, “Etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, eləcə də, sosial şəbəkədən istifadə etməsi”nə görə İddiaçı “İntizam Nizamnaməsi”nin 88-ci bəndinin tələbinə zidd olaraq iki dəfə cəzalandırılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən əmr İddiaçı hüquqlarını kobud şəkildə pozur və o, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmri ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar