Məhkəmə qərarları › İş №2-1(120)-3047/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3047/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3047/2023 02.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, informasiya sorğusunun cavablandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizəsində bildirmişdir ki, o, Media Haqqında "Qanunun müvafiq maddələrini rəhbər tutaraq, Redaksiyamız tərəfindən, X2 və Masallı Peşə Məktəbinin əkin yararlı torpaq sahəsinin olub-olmaması barəsində,bundan başqa, hənin Müəssisələrdə təhsil alan tələbələr üçün, istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədi ilə, dövlət və özəl işəgötürən müəssisələrlə müvafiq əlaqələrin olub-olmaması barəsində informasiya sorğusunun cavablandırılmasını xahiş etmişdir. Lakin, Peşə Təhsili üzrə Dövlət Agentliyi,X2 fəaliyyəti ilə bağlı informasiya sorğusunu cavablandırmamış, Masallı Peşə Məktəbinin fəaliyyəti, ilə bağlı informasiya sorğusunu isə qeyri-obyektiv, əsassız cavablandırmışdır. Hesab edir ki, Peşə Təhsil üzrə Dövlət Agentliyi, bununla ciddi qanun pozuntusuna yol vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Həqiqətlə üz-üzə qəzetinin baş redaktoru İddiaçı Azərbayca Respublikası Təhsil Nazirliyi Peşə təhsini üzrə Dövlət Agentliyinə ünvanladığı 29 dekabr 2022-ci il tarixli 191 nömrəli sorğuda göstərilmişdir ki, X2 dövlət və özəl işəgötürən müəsisələrlə tələbələrin təlim-təcrübə keçmələri üçün müqavilələrin (özəl və dövlət müəsisələrin adı və ünvanı göstərilməklə) vəziyyəti barəsində, Liseyin əkinə yararlı torpaq sahəsinin yeri və neçə ha olması barəsində, İddiaçı tərəfindən ünvanlanan 11 aprel 2022-ci il tarixli, 152 nömrəli məktuba gələn cavab tam, dolğun olmadığı üçün aidiyyatı üzrə, Şirvan İnzibati məhkəməsinə müraciət edərək, xahiş edilmişdir ki, informasiya sorğusunun cavablandırılmasında kömək edilsin. 25 noyabr 2022-ci il tarixində məhkəmə prosesində qarşı tərəfdən Təhsil Nazirliyi Hüquq və İnsan resursları sektorunun baş məsləhətçisi Əvəz Mustafayev iştirak etmişdir. X4 qərar vermişdir ki, İddiaçı təkrar X3 mübahisə doğuran məsələlərlə bağlı, Peşə Təhsili üzrə Dövlət Ağentliyinə yazılı müraciət etmişdir. X2 əkinə yararlı torpaq sahəsinin yeri və neçə ha olması bərəsində dövlət və özəl işəgötürənlərlə tələbələrin təlim təcrübə keçdikləri, müəsisələrin konkret adı və ünvanı barəsində qanun pozuntusu olduğu informasiya mövcud olduğundan. İnformasiyanın tam dolğun şəkildə, obyektiv yoxlayıb müraciətlərini cavablandırılmasını, yoxlayarkən İddiaçı - Baş redaktor kimi dəvət edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərnamənin surətindən görünür ki, Həqiqətlə üz-üzə qəzetinin baş redaktoru İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə məktub ünvanlanmışdır. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciətlər etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına, həmçinin bələdiyyələrə şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, həmçinin bələdiyyələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada və müddətlərdə baxmalı və cavab verməyə borcludurlar və yalnız bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “informasiya sorğusunun cavablandırılması” barədə iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin üzərinə İddiaçı sorğusuna cavab verilməsi ilə əlaqədar müraciətlərinə cavab verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar