Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3167/2023 14.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Hava Yolları QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 887/ş saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunmağı və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Hava Yolları QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 887/ş saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunmağı və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən X10 X2 Xidmətində baxış və nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və 05 yanvar 2023-cü il tarixinə kimi Lənkəran X9 Buraxılış Bürosunun müfəttişi vəzifəsində çalışmışdır. Lənkəran X9 işlədiyi 14 il müddətində dövlətinə və yuxarı rəhbərliyinə sadiq insan olub sədaqətlə xidmət aparmışdır. Hər zaman dövlət rəhbərinin siyasətini işi ilə dəstəkləməyə çalışmış, tutduğu vəzifədən asılı olmayaraq o, da öz töhvəsini verməyə çalışmışdır. İş fəaliyyətində heç zaman və hər hansı kiçicik bir qanunsuz əməllərdə iştirak etməmiş, zərərli fəaliyyət və vərdişlərə malik olmamışdır. İşdən aldığım 401 manatlıq halal əməkhaqqı ilə dolanaraq 2 azyaşlı uşaq böyüdür və əlavə olaraq xəstə anasına baxmaqdadır. Özü də illərdir insulindən asılı 2 tip orta-ağır formalı şəkər xəstəliyindən və yüksək arterial hipertenziya təzyiqdən əziyyət çəkir və Lənkəran Rayon Mərkəzi X1 uçotdadır. 2022-ci ilin 24 oktyabr tarixində X10 X2 Xidmətinin rəisi Füzuli Ağayev tərəfindən ona işlədiyi Aviasiya Təhlükəsizliyi Xidmətinin Buraxılış Bürosunun müfəttişi vəzifəsinin xx.xx.2022-ci il tarixindən ixtisar olunacağına görə və əmək müqavilənin 9 təqvim həftəsindən sonra, yəni xx.xx.2023-cü il tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna cavab olaraq ona illərdir yüksək şəkər xəstəliyindən əziyyət çəkdiyi və 2 azyaşlı uşağının olduğunu, bu halın mövcud Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə zidd olaraq qadağan olunduğunu (qanunun həmin hissələrinin surəti ərizəyə əlavə olunmuşdur) bildirib. Sonrakı 2 ay ərzində onunla bağlı bu halın qanunvericiliyə zidd olması ilə əlaqədar mütəmadi olaraq Aviasiya Təhlükəsizlik Baş İdarəsinin, o cümlədən İnsan Resursları şöbəsinin müvafiq rəhbər vəzifəli şəxsləri və Baş İdarənin Həmkarlar İttifaqı Komitəsi ilə müraciət edərək müzakirələr aparsa da F.Ağayev və onu himayə edən Aviasiya Təhlükəsizlik Baş İdarəsinin və İnsan Resursları şöbəsinin müvafiq rəhbər vəzifəli şəxsləri qanunvericiliyin tələblərini nəzərə almamış, gah “ona arayışın saxtadır”, “qeydiyyata sahnmamısan”, “gərək şəkər dispanserində qeydiyyatın olsun” və s. bəhanələr uydurublar. Onlar öz qərarlarında israrlı qalaraq ona yalnız digər hava limanlarında və digər xidmətlərdə aşağı kateqoriyalı işə keçiriləcəyinin mümkünlüyü və ya bununla razı olmayacağı halda əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyini bildirməklə mövcud vəziyyətlə barışaraq ərizə ilə müraciət etməyini tələb etdilər. Gələcəkdə imkan olarsa yenidən Lənkəran X9 işlə təmin olunacağını da ona şifahi bildirblər. O, bunları düşünərək mövcud xəstəliyi imkan verməsə də müvəqqəti hal olacaq deyə işini itirməmək üçün 23 dekabr 2022-ci il tarixində İnsan Resursları şöbəsinə gedərək “X10 X3 Xidmətində Buraxılış Bürosunun müfəttişi vəzifəsi ləğv olunduğu üçün məhdud məcburi vəziyyət yarandığından” sözlərini yazaraq onu H.Əliyev adına X9 Xüsusi Obyektlərin mühafizəsi üzrə inspektor vəzifəsinə keçirilməyinə razılığ haqqında ərizə ilə müraciət etmişdir. Ərizədə qeyd etdiyi ştatın ləğv olunması ilə əlaqədar məhdud məcburi vəziyyət yarandığı sözlərini yazdığı üçün İnsan Resursları şöbəsinin rəisi Vidadi Mikayılov ona bu sözlərlə yox sadəcə xahiş edirəm ki, məni öz arzumla işlə təmin edəsiniz məzmunlu yeni ərizə yazmağını tələb etmişdir. Lakin o, buna razılaşmayıb ərizəsini dəyişmədim. Həmin ərəfədə Bakı şəhərində olduğundan istifadə edib məcbur qalıb təkrarən Respublika Endokrinoloji Mərkəzdə bir daha yoxlamadan keçmiş və xəstəliyinin 3 ildir ki, davam etdiyi və qanında yüksək miqdarda (345 mq %) şəkərin olmasının bir daha təsdiqini almışdır. Bu barədə İnsan resursları şöbəsinin müdiri Vidadi Mikayılova zəng edərək yenə bildirb. O, isə bizi incitmə deyərək gedib ərizəni onun dediyi formada dəyişməyini tələb edib. Təbii ki, onun dediyi ilə razılaşmaməşdır. Bundan 1 həftə sonra ona təqdim olunmuş xx.xx.2022-ci il tarixli 887/ş saylı əmrdən çıxarışda isə onun səbəb və konkret yer göstərilmədən tutduğu vəzifədən azad olunaraq 2023-cü il yanvar ayının 05-dən Xüsusi Obyektlərin Mühafizəsi Xidmətinə inspektor vəzifəsinə keçirilməyi qeyd olunmuşdur. Qeyd etdikləri onda işlədiyi ştatın bəlkə də ləğv edilmədiyini, ondan sadəcə ərizə alınaraq onların özbaşınalıq etdiyi qənaətini yaratmışdır. Bunları nəzərə alaraq əmək hüquqlarını qorumaq məqsədilə müvafiq instansiyalara müraciət etməyindən ötrü barəsində olan əmrin tam mətninin surətinin ona verilməsinə və onunla şəxsən tanış olmağına şərait yaratmaqlarını kadrlar şöbəsindən xahiş etsə də bu xahişi də təmin olunmadı. Bildirir ki, o, bütün bu baş verənləri X10 X2 Xidmətinin rəisi işləyən Füzuli Ağayevin illərdir ona qarşı olan qərəzli münasibəti kimi qəbul edir və məsələnin əsl səbəbinin onun F.Ağayevin uzun müddətdən bəri məşğul olduğu özbaşınalıq və mənimsəmə kimi qanunazidd əməllərində heç zaman iştirak etməməym, bu tipli hərəkətlərinə daima etirazla yanaşmağı, öz hüquqlarını qorumaq məqsədilə bəzən məcbur olub yuxarı rəhbər şəxslərə şifahi və yazılı müraciət etmələri və bu səbəbdən də onun üçün “arzuolunmaz işçi'’ olmağı olmuşdur. Bu tip müraciətlərə nümunə kimi 01 fevral 2022-ci il tarixində yazılı və poçt vasitəsilə Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin rəisi cənab Nazim Aslanova göndərdiyi (eyni zamanda bir nüsxəsini əlbəəl olaraq onun müavini Rasim Hüseynova təqdim etmişəm) məktubun surətini də ərizəyə əlavə edir. Lakin onu da qeyd edir ki, etdiyi müraciətlərə yuxarı orqanda bir sıra vəzifəli şəxslərin göstərdikləri laqeydlik və navadarlıq sayəsində onun layiqli cəza almadığı, əksinə korrupsiya cinayətlərini daha şövqlə davam etdiyi göz önündədir. Heç də şübhə doğurmur ki, etdiyi müraciətlər, onunla qurmadığı “işbirliyi” və təbii ki, bunların F.Ağayevin xoşuna gəlməməsi üzündən o, ixtisar olunacaq ştat və işçilər haqqında yuxarı orqana təqdimat verərkən onun namizədliyini (eyni zamanda ondan narazı qalmış daha 3 şəxsi) daxil etmişdir. Beləliklə, o, F.Ağayevin sahib olduğu vəzifədən sui-istifadə niyyəti və vəzifə səlahiyyətlərini aşaraq məqsədli qisasçılıq əməlinin qurbanına çevrilməkdədir. Qeyd etdiyi bu nüanslarla əlaqədar qanunvericiliyin pozulma hallarının yol verildiyini görüb barəsində verilmiş əmrdən narazı qaldığı, onun yüksək şəkər xəstəliyindən əziyyət çəkdiyini, konkret yer göstərilmədən aşağı vəzifəyə təyin olunduğu Xüsusi Obyektlərin Mühafizəsi üzrə inspektor vəzifəsinin ağır iş rejiminin səhhətinə, əvvəlki xidmət növümə və yaşayış yerimə uyğun gəlmədiyini, 2 azyaşlı uşağının olduğunu nəzərə alaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti üzrə haqqında olan xx.xx.2022-ci il tarixli 887/ş saylı əmrin ləğv edilərək onun əvvəlki işlədiyi Lənkəran X9 Buraxılış Bürosunun müfəttişi vəzifəsinə bərpa olunmağını Cavabdeh üzərinə vəzifə olaraq qoyulması və bu müüdət üçün obyektiv səbəblərdən işə davam etmədiyinə görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi X8 vəsatət verərək bildirmişdir ki, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin hüquqi statusu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları’' QSC-nin Nizamnaməsinə və strukturuna əsasən müəyyən edilmişdir. Belə ki, iddiaçının əvvələr çalışdığı "Lənkəran” Beynəlxalq Hava X2 Xidməti "Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan, qeyri-hüquqi şəxs statuslu. Cəmiyyətin prezidentinin əmri ilə yaradılmış və təsdiq etdiyi Əsasnamə ilə fəaliyyət göstərən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin "Lənkəran" X6 ərazi qurumdur. ATBİ-nin və onun ərazi qurumlarının öhdəliklərinə görə isə cavabdeh olan "xxxx" QSC-dir. X15 Məhkəməsində qeyd olunanlara görə baxılmasına etiraz edirlər. İddianın məzmunundan göründüyü kimi, onun predmeti iddiaçının Cəmiyyətlə arasındakı yaranmış əmək mübahisəsi kimi bilavasitə mülki-hüquqi münasibətlərin obyektidir və onun publik hüquqa aidiyyəti yoxdur. Mövcud şəraitdə iddiaçının ərizəsinə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 25.1,-ci maddəsinə uyğun olaraq ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsində baxılmalı olduğu üçün iddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli məktub ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi onlara qarşı yönələ blməz. İddia tələbini əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Lənkəran RMX-nın Konsultativ Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 542 nömrəli arayışdan görünür ki, İddiaçı şəkərli diabet diaqnozu ilə dispanser qeydiyyatında durur. İş materiallarında olan "Lənkəran” Beynəlxalq Hava X2 Xidmətinin xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ştat cədvəlində dəyişiklik edilməsi ilə əlaqədar Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X13 Aviasiya Təhlükəsizlik Xidməti buraxılış bürosunun müfəttişi vəzifəsi xx.xx.2022-ci il tarixindən ixtisar olunduğuna görə və əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra, yəni 05.01,2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi barədə İddiaçı xəbərdarlıq edilmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə ona bir iş günü əmək funksiyanın icasından azad edilir. Ona orta aylıq əməkhaqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 887/ş nömrəli əmrindən görünür ki, Aviasiya Təhlükəsizlik Baş idarəsi “Lənkəran" X14 Aviasiya Təhlükəsizlik Xidməti Buraxılış burosunun müfəttişi tutduğu vəzifədən azad edilmiş və 2023-cu il yanvar ayının 05-dən Xüsusi obyektlərin münafızəsı xidmətinə inspektor vəzifəsinə keçirilmişdir. Aylıq vəzifə maaşı ştat cədvəlinə əsasən 5-ci ödəniş dərəcəsi ilə 500 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə, ərizənizdə qeyd etdiyi xx.xx.2023-cu il tarixdən xitam verilmişdir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Hal-hazırda "xxxx" QSC-nin “Lənkəran” X9 vakant yer olmadığından, xahişinin təmin edilməsi imkan xaricindədir. Nəzərinə çatdırırlar ki, “Lənkəran” BHL-da mühasib vəzifəsi üzrə vakant yer olduqda onun işlə təmin edilməsi məsələsinə baxılacaq. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı onun əmək müqaviləsi əsasında bir vəzifədən digər vəzifəyə keçirilməsi, yəni İddiaçı xx.xx.2022-ci il tarixli 887/ş nömrəli əmri ilə Aviasiya Təhlükəsizlik Baş idarəsi “Lənkəran" X14 Aviasiya Təhlükəsizlik Xidməti Buraxılış burosunun müfəttişi vəzifədən azad edilmiş və xx.xx.2023-cü il tarixdən Xüsusi obyektlərin münafızəsı xidmətinə inspektor vəzifəsinə keçirilmişdir. Belə ki, “Lənkəran” Beynəlxalq Hava X2 Xidmətinin xəbərdarlıq məktubu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ştat cədvəlində dəyişiklik edilməsi ilə əlaqədar Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X13 Aviasiya Təhlükəsizlik Xidməti buraxılış bürosunun müfəttişi vəzifəsi xx.xx.2022-ci il tarixindən ixtisar olunduğuna görə və əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra, yəni 05.01,2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi barədə İddiaçı xəbərdarlıq edilmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə ona bir iş günü əmək funksiyanın icasından azad edilir. Ona orta aylıq əməkhaqqının iki misli miqdarında işdən çıxarma müavinəti ödəniləcəyi barədə İddiaçı xəbərdərlıq edilmişdir. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu baxımdan, məhkəmə qeyd edir ki, hazırki tələb üzrə “Lənkəran” Beynəlxalq Hava X2 Xidməti iddiaçı tərəfindən irəli sürülən tələb üzrə cavabdeh olduğu üçün “Lənkəran” Beynəlxalq Hava X2 Xidməti inzibati orqan olmadığına görə iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. İV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Vİİİ. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. İX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Məhkəmə qeyd edir ki, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin hüquqi statusu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları’' QSC-nin Nizamnaməsinə və strukturuna əsasən müəyyən edilmişdir. Belə ki, iddiaçının əvvələr çalışdığı "Lənkəran” Beynəlxalq Hava X2 Xidməti "Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan, qeyri-hüquqi şəxs statusludur. Əsasnamə ilə fəaliyyət göstərən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin "Lənkəran" X7 ərazi qurumdur. ATBİ-nin və onun ərazi qurumlarının öhdəliklərinə görə isə cavabdeh olan "xxxx" QSC-dir. Odur ki, iddiaçının cəmiyyətlə arasındakı yaranmış əmək mübahisəsi kimi bilavasitə mülki-hüquqi münasibətlərin obyektidir və onun publik hüquqa aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 06 iyul 2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, iş üzrə iddiaçının iddia tələbində cavabdeh kimi qeyd etdiyi Azərbaycan Hava Yolları QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi inzibati orqan sayılmadığından onun tələbinin mülki xarakterli olması və bu səbəbdən də inzibati məhkəməyə aidiyyatı olmadığı, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddia olduğu və hazırki müraciətə mahiyyəti üzrə inzibati məhkəmədə baxılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48ci maddələrini rəhbər tutaraq iddiaçı X5 məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir.. Əlavə olaraq məhkəmə iclasında İddiaçı iddiasının tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddia olduğu, mülki xarakterli olduğu bildirlərək ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Hava Yolları QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 887/ş saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunmağı və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3167/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3167/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver