Məhkəmə qərarları › İş №2-1(120)-321/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-321/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-321/2021 01.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «ona münasibətdə X2 Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması), 5-ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması» tələbinə dair işə xx xxxx 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona münasibətdə X2 Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması), 5-ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi verən X1 xx xxxxxx 2020-ci il tarixdə şifahi tapşırıq əsasında Şirvan şəhər PŞ-nin İstintaq bölməsinə dəvət edilmiş, PŞ-nin İstintaq bölməsində müstəntiq Əhməd Baloğlanov tərəfindən icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə şahid qismində ifadəsi alınaraq evə buraxılmışdır. Belə ki, iddia ərizəsində Əlikram Xurşudovun göstərdiyi xüsusatlarla bağlı bildirilir ki, Cavabdehndə Əlikram Xurşudova qarşı heç bir qeyri-etik davranış olmamış, ona qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilməmiş, sonuncunun azadlıq hüququnun pozulmasına dair heç bir qeyri-qanuni hərəkətə yol verilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materialını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır Belə ki, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X1 xx xxxxxx 2020-ci il tarixdə şifahi tapşırıq əsasında Şirvan şəhər PŞ-nin İstintaq bölməsinə dəvət edilmiş, PŞnin İstintaq bölməsində müstəntiq Əhməd Baloğlanov tərəfindən icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə şahid qismində ifadəsi alınaraq evə buraxılmışdır. Hazırda iddiaçı ona münasibətdə X2 Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması), 5ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «ona münasibətdə X2 Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması), 5-ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «ona münasibətdə X2 Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması), 5-ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar