Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3394/2025 15.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «sosial ödənişlərin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,14 avqust 2023-cü ildən, 30 oktyabr 2024-cü ilə kimi azadlıqdan məhrum olunmuşdur. Barəsində AR CM-nin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 49/2024 14 may 2024-cü il hökmüylə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş tutulmanın əvvəli 14 avqust 2023-cü ildən hesablanmışdır. Həmin qərardan verdiyi apellyasiya şikayəti qismən təmin olunmuşdur. AR CM-nin 221.3-cü maddəsi AR CM-nin 128-ci maddəsinə tövsif edilmiş və barışıq olduğundan AR CM-nin 128-ci maddəsinin məsuliyyətindən azad edilməklə bağlı 30 oktyabr 2024-cü il tarixli qərarla məhkəmə zalında həbsdən azad edilmişdir. Həbsdən azad olunan şəxslərə ödənilən sosial ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Ona imtina verilərək bəraət aldığını istinad edərək sosial ödəniş qrupuna aid edilmədiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, o, bəraət almamışdır. 15 ay həbsdə saxlanılmışdır. Hər kəs öz pozulmuş hüquqlarının müdafiə etməkdən ötrü məhkəmə sistemindən istifadə edə bilər. Artıq pozulmuş hüquqlarının bərpasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həbsdən azad olunan şəxslərə verilən sosial ödənişin ona da ödənilməsindən ötrü cavabdeh qarşısında tələb qoyulmasını bununla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etmiş və bildirmişdir ki, o, 14 avqust 2023-cü ildən azadlıqdan məhrum olunmuşdur. 30 oktyabr 2024-cü ilə kimi onun barəsində CM-nin 221.3 madesi ilə ittiham verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Tutulmanin evvəli 14 avqust 2023-cü ildəən hesablanmışdır. Həmin tarixdən azadlığından məhrum olunmuşdur. Həmin qərardan verdiyi apellyasiya şikayəti qismən təmin olunmuş, CM-nin 221.3-cü maddəsi CM-nin 128-ci maddəsinə tövsif edilmiş və CM-nin 128-ci maddəsinin barışıq olduğu üçün məsuliyyətdən azad edilmə bağlı və məhkəmə zalında həbsdən azad edilməs ilə bağlı 30 oktyabr 2024-cü il tarixli, 726/2024 saylı Cinayət Kollegiyası qərar qebul etmişdir. Ümumi 15 ay həbsdə saxlanılmışdır, 9 ay Bakı İstintaq təcridxanasında 6 ay Umbakı penitensiyar kompleksdə saxlanılmışdır. Həbsdən azad olunan şəxslərə verilmiş Sosial ödənişlə bağlı müraciət etmiş, ona imtina verilmisdir. İmtinanın səbəbi kimi bəraət aldığını qeyd ederek, hemin sosial ödəniş qrupuna aid edilmədiyi qeyd edilmişdir. O, pozulmuş huquqlarının bərpasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2 M- 68818/2025 nömrəli imtina məktubu ilə müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (049)-49/2024 nömrəli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmışdır. Daha sonra İddiaçı həmin hökmdən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024 -cü il tarixli 1(106)726/2024 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin müvafiq hökmü ləğv edilmiş, onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkımiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulmasını məhkəmədən xahiş etmişdir. İlk öncə bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər isə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmçinin Qanunun 14.1 ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.” İstinad olunan normanın müddəaları baxımından iddiaçıya birdəfəlik pul müavinətinin təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1.İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmalıdır; 2.İddiaçı tibbi və sosial yardıma ehtiyacı oları şəxs olmalıdır. Həmin Qanunun 6.1-ci maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin siyahısı verilmişdir. Bura daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi vo sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək, təhsil almalarına şərait yaratmaq və digər tədbirlər aiddir. Qeyd edilən məsələyə münasibətdə bildiririk ki, “cinayət məsuliyyətindən azad edilmiş şəxs” ilə “cəza çəkməkdən azad edilmiş şəxs” anlayışları hüquqi baxımdan fərqli anlayışlardır. Hər iki anlayış Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və həmçinin digər müvafiq qanunvericilik aktlarında ayrıca hallarla tənzimlənir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 vo 41.7 ci maddələrinin şərh edilməsinə dair” 2011 -ci il 15 iyul tarixli Qərarında "cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə aşağıdakılara görə fərqlənirlər: cinayət mühakimə icraatının mərhələlərinə görə; bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür. Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və ya müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir. Beləliklə, cinayət məsuliyyətindən azad etmə dedikdə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və barəsində ittihamedici hökm çıxarılmaqdan, habelə cəzanın tətbiq edilməsindən imtina etməklə azad edilməsi nəzərdə tutulur. Cinayət məsuliyyətindən azad etmənin cinayət-hüquqi əsasları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində təsbit olunmuşdur. Bu əsaslara görə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda və ya zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, həmçinin, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə cinayət məsuliyyətindən azad edilə bilərlər. Bundan başqa, cəzadan azad etmə dedikdə dövləti təmsil edən səlahiyyətli orqan tərəfindən cinayət törətməkdə təqsirli olan və məhkum edilən şəxsə cəzanın tətbiq edilməməsinə, habelə məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilməsinə dair qərarın verilməsi nəzərdə tutulur. Qüvvədə olan cinayət qanunvericiliyində cəzadan azad etmənin aşağıdakı növləri nəzərdə tutulur: cəzadan şərti olaraq yaxından əvvəl azad etmə; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə; xəstəliyə görə cəzanı çəkməkdən azad etmə; hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması; ittiham hökümünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə; amnistiya; əfvetmə. İşin faktiki halları və qanunvericiliyin təhlilindən aydın olur ki, İddiaçı barəsində cəzadan azad etmənin hər hansı növü tətbiq edilməmiş, cinayət məsuliyyətindən azad etmənin əsasları çərçivəsində cinayət təqibinə xitam verilmişdir. Qeyd edilən səbəbdən həmin şəxs “cəza çəkməkdən azad edilmiş” statusuna malik deyil və bu kateqoriyaya aid sosial müavinət və ya adaptasiya tədbirlərindən yararlana bilməz. Həmçinin bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik müavinətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı qeyd edilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, icraatınızda olan 2-1(120)-3394/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan (AA*******) saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994cü ildə anadan olmuşdur, Lənkəran rayonu, Separadi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-9/2-1980/2025 saylı məktubuna əsasən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-726/2024 saylı qərarı qanuni qüvvəsini almışdır və həmin qərar məhkumun ünvanına göndərilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-726/2024 saylı qərarına əsasən, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 14 may 2024cü il tarixli, 1(049)-49/2024 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsinvə o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmiş, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan zərərçəkmiş şəxsə məxsus yaxa hissəsi cırılmış vəziyyətdə olan tünd yaşıl rəngli, qolsuz, kişi yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmış, iş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1266/2025 saylı qərarı ilə Kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 30 oktyabr 2024-cü il tarixli 1(106)-726/2024 nömrəli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-68818/2025 saylı məktubuna əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli hökmünə əsasən Lənkəran Rayon Məhkəməsinin 15 05.2024-cü il tarixli hökmü ləğv edilərək bəraət verilmiş, barəsində qəbul edilən həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Qeyd olunanlara əsasən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmir. Bu səbəbdən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 368 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4.1.18-ci bəndinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti, şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti təqdim olunmalıdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağınız barədə məhkəmə hökmünün surətini və cəza çəkməkdən azad edilməniz barədə cəzaçəkmə müəssisəsinin arayışını təqdim etmədiyi üçün cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi mümkün olmamışdır. Sözügedən zəruri sənədləri Fondun 1 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında sizin cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Penitensıar xidmətə daxil olmuş elektron müraciətinizə cavab olaraq bildirilir ki, xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazasfnda mövcud olan məlumata əsasən, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, AR CM-nin 221.3-cü maddəsi, 02 il azadlıqdan məhrum etmə cəzası, cəzanın əvvəli xx.xx.2023-cü il, cəzanın sonu xx.xx.2025-ci il, hərəkətləri; xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olub, xx.xx.2024-cü il tarixdə Umbakı penıtensiar müəssisəsinə keçirilib) Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində çıxarılmış hökm ləğv edilmiş, əməli CM-nin 128-ci maddəsinə tövsif olunmuş və həmin Məcəllənin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq, cinayət işi üzrə icraata xitam verildiyindən məhkəmə iclas zalından həbsdən həmin tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi; 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərqanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 407. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarının surətinin verilməsi və onun qanuni qüvvəyə minməsi ... 407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra İddiaçı apellyasiya şikayıti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-726/2024 saylı qərarına əsasən, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bundan sonra İddiaçı cavabdeh orqana müraciət edərək ona sosial adaptasiya ödənişinin edilməsini xahiş etmişdir, cavabdeh orqan tərəfindən imtina edilmişdir. İddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ilk öncə qeyd edilir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə çatmaq istədiyi hüquqi nəticə Umbakı penitensiar müəssisəsində cəza çəkməsi səbəbindən birdəfəlik müavinətin verilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya azadlıqdan məhrumetmə cəzası Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təyin edilmişdir. Lakin hökmdən apellyasiya şikayəti verildiyindən hökm (təyin edilmiş cəza) qanuni qüvvəsini almamış, nəticə etibarı ilə iddiaçıya birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, cinayət qanunvericiliyin tələbinə əsasən hər hansı cinayət işi ilə bağlı cəza, cinayət hüquqi xarakterli tədbirlər yalnız hökm və ya birinci instansiya məhkəməsinin qəbul etdiyi hər hansı akt qanuni qüvvəsini aldıqdan sonra hüquqi qüvvəyə malik olur. Hökmün və ya birinci instansiya məhkəməsinin qəbul etdiyi hər hansı aktın qanuni qüvvəsi iki halda yaranır: 1. Apellyasiya şikayəti verilmədikdə bu müddət keçdikdən sonra; 2. İşə apellyasiya instansiya məhkəməsi tərəfindən baxıldıqdan sonra. Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsində cəzaların icrasının əsasları ilə bağlı müddəalar əks edilmişdir. Həmin maddədə qeyd edilir ki, cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir. İşə apellyasiya instansiya məhkəməsi tərəfindən baxıldıqdan və yekun qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən həmin məhkəmə aktı ilə gəlinmiş nəticə hüquqi cəhətdən əhəmiyyətli hesab edilir. İş materiallarından görünür ki, iddiaçı E.Məmmədzadəyə birinci instansiya məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, bu qanuni qüvvəsini almayan məhkəmə aktı olmuşdur. İddiaçı barəsində tam hüquqi nəticə apellyasiya instansiya məhkəməsinin qərarından sonra yaranmışdır ki, həmin məhkəmə aktı ilə təyin edilmiş cəza İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. İddiaçıya münasibətdə qəti cəza apelyasiya məhkəməsinin qərarı ilə İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verildiyindən, iddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad edildiyindən, apelyasiya məhkəməsinin qərarında iddiaçının azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilməsi qeyd edilmədiyindən, birinci instansiya məhkəməsinin hökmündən sonra iddiaçının faktiki olaraq cəzaçəkmə müəssisəsində yerləşdirilməsi və apelyasiya instansiyası məhkəməsinin qərarına qədər cəzaçəkmə müəssisəsində saxlanılması “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun anlamında o, qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər kateqoriyasından hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) 2.17.1-ci bəndində qeyd edilmişdir ki, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9- cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:...2.17. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün: 2.17.1. cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4-cü bəndinə görə... aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: ... 4.1.18. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:...4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; 4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti. 37. Hər iki halda iddiaçının cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı mövcud olmamışdır. Bu ondan irəli gəlir ki, iddiaçı hər hansı məhkəmə aktı və səlahiyyətli dövlət orqanının qərarı ilə cəzadan azad edilməmişdir. Belə ki, Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 11 və 12-ci fəsilləri üzrə “cinayət məsuliyyətindən azad etmə” və “cəzadan azad etmə” haqqında hüquq normaları fərqli fəsillərdə öz əksini tapmışdır. “Cinayət məsuliyyətindən azad etmə” fəsli üzrə- Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə, mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə, Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə ; “Cəzadan azad etmə” fəsli üzrə -cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə barədə anlayış və normalar ətraflı olaraq müvafiq maddələrdə qeyd edilmişdir. İş materiallarından gprünür ki, iddiaçı E.Məmmədzadə zərərçəkmiş şəxslə barışmaqla cəzadan yox, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) 2.17.1-ci bəndində qeyd edilmişdir ki, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:...2.17. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün: 2.17.1. cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4-cü bəndinə görə... aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: ... 4.1.18. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:...4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; 4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti. Hər iki halda iddiaçının cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı mövcud olmamışdır. Bu ondan irəli gəlir ki, iddiaçı hər hansı məhkəmə aktı və səlahiyyətli dövlət orqanının qərarı ilə cəzadan azad edilməmişdir. Bütün normativ aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya münasibətdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan və azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməsi barədə akt olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunla təsbit edilmiş imtiyazlar, müavinətlər ona tətbiq edilə bilməz. Həmçinin iddiaçı E.Məmmədzadə iddia ərizəsində və məhkəmə iclasında cavabdeh orqan tərəfindən ona ünvanlanmış imtina məktubunda iddiaçının təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmünə əsasən Lənkəran Rayon Məhkəməsinin 15 05.2024-cü il tarixli hökmü ləğv edilərək ona bəraət verilmiş, barəsində qəbul edilən həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad olunduğu üçün, qeyd olunanlara əsasən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmir. İddiaçı cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab verilən zaman yanlışlığa yol verilərək onun bəraət alması səbəbi ilə sosial adaptasiya ödənişinin edilməməsini qeyd etsə, hazırki vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh orqanın imtina məktubunda yanlış məlumat qeyd etməsi, iddia ərizəsinin təmin edilməsinə əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3252/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «sosial ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «sosial ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3394/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3394/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver