Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3602/2025 13.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupuna qarşı Lerik rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 1991-ci ildən Lerik rayonu, Pirasora kəndində daimi qeydiyyatda olmaqla, Azərbaycan Respublikası ərazisində yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik rayon Məhkəməsinin 2(048)-299/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, 04 iyul 1971-ci il tarixdə Lerik rayon Pirasora kəndində anadan olmuş İddiaçı 1991-ci ildən Lerik rayon Pirasora kəndində daimi qeydiyyatda olmaqla Azərbaycan Respublikası ərazisində yaşamağı faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin müvafiq icra hakimiyyəti orqanı üçün qeydlər aparılması üçün əsas olması qeyd edilmişdir. Lerik rayon Məhkəməsinin 2(048)- 299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupu tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minib və icra oluynması üçün Cavabdehnə yönəldilmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən Lerik rayon Məhkəməsinin 2(048)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icra olunmur və ona şəxsiyyət vəsiqəsi verilmir. O, 04 iyul 1971-ci il tarixdə Lerik rayonu Pirasora kəndində anadan olmuşdur. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Samara şəhərində hərbi xidmətdə olmuşdur. Tərxis olunanadan sonra Azərbaycana gəlmiş və birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1992-ci il tarixdən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi, 1993-1999-cu illlərdə baş gizir rütbəsində xidmət etmişdir. 1991-ci il tarixdən doğulduğu Lerik rayonu Pirasora kəndində qeydiyyatdadır. Lerik rayon Məhkəməsinin 2(048)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir: 06 dekabr 2021-ci il tarixli AZ-İV 656583 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı X4 ilə X1 04 iyul 1971ci il tarixdə doğulmuş uşaqları olmuş və bu barədə 12 iyun 1971-ci il tarixdə 02 nömrəli qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin 20 iyun 2022-ci il tarixli, 869 saylı məktubuna əsasən İddiaçı 20 avqust 1993-cü il tarixdən 17 dekabr 1998-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində gizir kimi həqiqi hərbi xidmətdə olmuşdur; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 935 nömrəli Hərbi hissəsinin komandiri A.Hüseynov tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 189 nömrəli məzuniyyət vərəqəsinə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək məzuniyyətdə olmuşdur; Lerik rayon İH başçısının Pirasora kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 323 nömrəli şəkilli çıxarışdan görünür ki, İddiaçı nümayəndəliyin 2-ci təsərrüfat başı kitabının 139-cu səhifəsində təsərrüfatın sahibi X2 evində işsiz kimi qeydiyyata alınmışıdr; Lerik rayon İH başçısının Pirasora kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, 04 iyul 1971-ci il tarixdə Lerik rayon Pirasora kəndində anadan olmuş İddiaçı verilmiş arayışda yapışdırılmış fotoşəkil onun özünə məxsusdur. O, dəfələrlə Cavabdehnə şəxsiyyət vəsiqəsinin verilməsi ilə əlaqədar müraciət etmiş və tələb olunan mövcud sənədləri təqdim etmişdir. Lakin Cavabdehndə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməyini bildirdilər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən ona ünvanlanan məktubda xahişi təmin edilməmişdir. Beləliklə, onun 1991-ci il tarixdən Azərbaycan Respublikasında daimi yaşamağı faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tərəfindən müəyyən edildiyi halda, Cavabdeh tərəfindən ona şəxsiyyət vəsiqəsi verilmir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı, cavabdehin 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçı, cavabdehin 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Lerik rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, həmçinin cavabdeh inzibati orqan Cavabdeh olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lerik rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(048)-299/2022 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 04 iyul 1971-ci il tarixdə Lerik rayon Pirsora kəndində anadan olmuş İddiaçı 1991-ci ildən Lerik rayon Pirasora kəndində daimi qeydiyyatda olmaqla Azərbaycan Respublikası ərazisində yaşamağı faktı müəyyən edilmişdir. Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması qaydalarına əsasən, aşağıda qeyd olunan sənədləri rayon polis orqanlarına və ya “ASAN” xidmət mərkəzlərinə təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsi ilə təmin olunurlar.
1. Şəxsiyyəti təsdiq edən sənəd (Pasport, 9 saylı Milli arayış və Doğum haqqında şəhadətnamə),
2. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (vəfat etmiş valideynin ölüm şəhadətnaməsi),
3. Hərbi sənəd ( Hərbi bilet və ya Təhkim şəhadətnamə)
4. Evlidirsə Nikah şəhadətnaməsi (Boşananlar üçün Nikah pozulma şəhadətnaməsi),
5. Mülkiyyət hüquqlarının qeydiyyata alınması haqqında daşınmaz əmlakın Dövlət Qeydiyyatı reyestrindən çıxarış,
6. Vətəndaşa yaşayış sahəsi verən şəxin ərizəsi, şəxsiyyəti təsdiq edən sənəd,
7. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubuyyətini tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətindən qərar. Odur ki, yuxarıdakı bəndlərdə qeyd edilmiş sənədlər tamlıqla əldə edildikdən sonra, şəxsiyyət vəsiqəsinin əldə edilməsi üçün rayon polis şöbəsinə və ya “ASAN” xidmət mərkəzlərinə təkrar müraciət etməyiniz tövsiyyə olunur. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin ikinci hissəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. xx.xx.2021-ci il tarixli, AZ-İV 656583 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Pirasora kəndində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X6 qeyd edilmişdir. xx.xx.1971-ci il tarixli, 2 nömrəli Doğum haqqında Akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Pirasora kəndində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X6 qeyd edilmişdir. Lerik rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli arayışında qeyd edilmişdir ki, X4 xx.xx.1986-cı ildə Lerik rayonunun Pirasora kəndində ölmüşdür. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarı ilə xx.xx.1971-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Həmçinin qeyd olunur ki, adıçəkilən şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətində müraciəti qeydə alınmamışdır. Dövlət Miqrasiya Xidmətinin Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı Canıbək oğlu 06 dekabr 2021-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qərara aldı: 04 iyul 1971-ci il təvəllüdlü İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Dövlət Miqrasiya Xidmətinin ərizənin baxılmamış saxlanılması haqqında xx-xx- 2025-ci il tarixli, 10036533 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı Canıbək oğlu Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 14 iyul 2025-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İcraat zamanı İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə 10 dekabr 2021-ci il tarixli ******* nömrəli qərar qəbul edildiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, qərara alındı: İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 10 dekabr 2021-ci il tarixli, ******* nömrəli Qərar qəbul edildiyindən, şəxsə dair 14 iyul 2025-ci il tarixli müraciət baxılmamış saxlanılsın. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Pirəsora Kənd Ərazi İcra Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1971-ci ildə Lerik rayonu, Pirəsora kəndində doğulub, ailəlidir, iki övladı var. Halhazırda ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Vətəndaş İddiaçı 1991-ci ilin dekabr ayında hərbi xidmətdən təxris olunduqdan sonra 1998-ci ilə qədər n saylı hərbi hissədə gizir kimi xidmət etmiş və yaşayış yeri Pirəsora kəndi olmuşdur. 1998-2025-ci illərdə Rusiya Federasiyasında yaşamasına baxmayaraq mütəmadi olaraq Pirəsora kəndi ilə əlaqəsi olmuş və müxtəlif vaxtlarda Pirəsora kəndinə gəlmiş və anasına məxsus yaşayış evində yaşamışdır. Vətəndaş ərazimizə gəldiyi vaxtlarda nümayəndəliyə müraciət etməmiş və müvafiq sənədi olmadığı üçün 2011-2015, 2016-2020, 2021-2025-ci illərə aid təsərrüfatbaşına kitablarında adı qeyd edilməmişdir. Əvvəlki illərə aid təsərrüfatbaşına kitablar Lerik rayon dövlət arxivinə təhvil verilmişdir. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2021 -ci il tarixli ******* nömrəli qərarın və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surəti aidiyyəti üzrə ünvanınıza göndərilir. Adıçəkilən şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti (daimi) yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətində müraciət qeydə alınmamışdır. Əlavə olaraq qeyd edirik ki, İddiaçı hər hansı bir dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə olunmuş məlumata əsasən, şəxsin 2006-cı ildən etibarən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. 66 №0383993 nömrəli pasportun surətindən müəyyən edilir ki, xx.xx.1971-ci il təvəllüdlü Nağıyev X7 Federasiyasının vətəndaşıdır. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Pirəsora Kənd Ərazi İcra Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1971-ci ildə Lerik rayonu, Pirəsora kəndində doğulub, ailəlidir, iki övladı var. Halhazırda ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Vətəndaş İddiaçı 1991-ci ilin dekabr ayında hərbi xidmətdən təxris olunduqdan sonra 1998-ci ilə qədər N saylı hərbi hissədə gizir kimi xidmət etmiş və yaşayış yeri Pirəsora kəndi olmuşdur. 1998-2025-ci illərdə Rusiya Federasiyasında yaşamasına baxmayaraq mütəmadi olaraq Pirəsora kəndi ilə əlaqəsi olmuş və müxtəlif vaxtlarda Pirəsora kəndinə gəlmiş və anasına məxsus yaşayış evində yaşamışdır. Vətəndaş ərazimizə gəldiyi vaxtlarda nümayəndəliyə müraciət etməmiş və müvafiq sənədi olmadığı üçün 2011-2015, 2016-2020, 2021-2025-cillərə aid təsərrüfatbaşına kitablarında adı qeyd ediməmişdir. Əvvəlki illərə aid təsərrüfatbaşına kitablar Lerik rayon dövlət arxivinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Canibəy oğluna məxsus fərdi uçot kartoçkası Lerik RPŞ-nin arxivində tapılmamışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Canıbek oğlunun dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır:
Tarix istiqamət Sənədin nömrəsi xx.xx.2001 Giriş XXİ->Kr627966 xx.xx.2001 Çıxış XXİ->Kr627966 xx.xx.2006 Giriş 622897019 xx.xx.2006 Çıxış 622897019 xx.xx.2008 Giriş 622897019 xx.xx.2008 Çıxış 622897019 xx.xx.2011 Giriş 710856834 xx.xx.2011 Çıxış 710856834 xx.xx.2014 Giriş 710856834 xx.xx.2014 Çıxış 710856834 xx.xx.2015 Giriş 710856834 xx.xx.2015 Çıxış 710856834 Tarix İstiqamət Sənədin nömrəsi xx.xx.2018 Giriş 710856834 xx.xx.2018 Çıxış 710856834 xx.xx.2018 Giriş 710856834 xx.xx.2018 Çıxış 710856834 xx.xx.2019 Giriş 710856834 xx.xx.2019 Çıxış 710856834 xx.xx.2020 Giriş 710856834 xx.xx.2020 Çıxış 710856834 xx.xx.2021 Giriş 660383993 xx.xx.2022 Çıxış 660383993 xx.xx.2024 Giriş 660383993 xx.xx.2024 Çıxış 660383993
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 53. Vətəndaşlıq hüququnun təminatı İ. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. İİ. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. İİİ. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. ... “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı, ünvanı (yaşayış yeri) dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinin dördüncü və beşinci abzaslarında göstərilən məlumatlar daxil edilmir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”:
2. Şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, 2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir. 2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. 2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.3. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır. 2.4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra — İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir və bu barədə məlumatlar real vaxt rejimində X3 Sisteminə ötürülür. 2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). ... Məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı ona şəxsiyyət vəsiqəsinin verilməsindən ibarətdir. O, həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və təqdim etdiyi sənədlərin natamamlığı əsası ilə tələbinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir və iddiaçı həmin tələbi məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə ilk öncə qanunvericilik aktlarına istinadən qeyd edir ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Yəni müddəanın mətnindən də aydın olur ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşına münasibətdə verilir. Lakin iş materiallarında olan 66 №0383993 nömrəli pasportun surətindən müəyyən edilir ki, xx.xx.1971-ci il təvəllüdlü Nağıyev X7 Federasiyasının vətəndaşıdır. Və belə olan halda idddiaçı əvvəlki dövrlərdə Azərbaycan Respublikasının vətəndaşı olmuş olsaydı belə, göstərilən hal onun vətəndaşlığının itirilməsi ilə nəticələnmiş olacaqdı. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə istinadən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Həmçinin iddiaçı mənsubiyyətin tanınaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, Xidmətin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə 04 iyul 1971-ci il təvəllüdlü İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Bundan sonra iddiaçı eyni tələblə Xidmətə təkrar müraciət etmiş və Dövlət Miqrasiya Xidmətinin ərizənin baxılmamış saxlanılması haqqında xx-xx-2025-ci il tarixli, 10036533 nömrəli qərarı ilə İddiaçı Canıbək oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 10 dekabr 2021-ci il tarixli, ******* nömrəli Qərar qəbul edildiyindən, şəxsə dair 14 iyul 2025-ci il tarixli müraciət baxılmamış saxlanılsın. Bundan əlavə məhkəmə müəyyən edir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə olunmuş məlumata əsasən, iddiaçının 2006-cı ildən etibarən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. Məhkəmə işin faktiki və hüquqi əsaslarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Canıbək oğlu Azərbaycan Respublikasının vətəndaşı olmadığından və vətəndaşlığa mənsubiyyəti tanınmadığından, həmçinin xarici ölkənin vətəndaşı olduğundan ona qanunvericinin müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş və iddiaçının hüquq və mənafeyinin pozulması ilə nəticələnməmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticə hissəsi:
Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 23.1-ci, 68-69-cu, 75, 78-79, 81 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova