Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-367/2020 25.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabəsi şəhəri, S.Vurğun küçəsində yerləşən 280 nömrəli ev ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı ipoteka ilə yüklü edilmiş evin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabəsi şəhəri, S.Vurğun küçəsində yerləşən 280 nömrəli ev ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23.01.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23.01.2020-ci il tarixli, 2-1(120)-367/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyi və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, 12.11.2013-cü il tarixdə 538 nömrəli kredit müqaviləsinə əsasən illik 7 faizlə 60 ay müddətinə 24 ay güzəşt dövrü olmaqla heyvandarlığın inkifaşı məqsədi üçün 55.000 manat kreditin götürülməsinə dair "xxxx" ASC ilə kredit müqaviləsi imzalamış və 15.12.2013-cü il tarixdə müqaviləyə əsasən həmin məbləğ hesabına köçmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq 19.04.2012-ci il tarixli, 371 nömrəli ipoteka müqaviləsinə 12.11.2013-cü il tarixli, 01 nömrəli əlavə və dəyişikliyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 yüklü edilmişdir. Həmin borc öhdəliyi 05.10.2018-ci il tarixdə tam icra edilmişdir və ipoteka saxlayan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti 27.11.2018-ci il tarixdə mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə və Ağcabədi rayonu Notariat Kontoruna rəsmi məktub ünvanlanmışdır. Lakin qeyd olunan daşınmaz əmlak yüklülükdən azad edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsinin, üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsi 21.04.2020-ci il tarixli, **********80 nömrəli iddia ərizəsinə münasibətində göstərmişdir ki,İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hazırda "xxxx" ASC-nin xeyrinə yüklüdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri Dövlət Agentliyinin 21.02.2014-cü il tarixli, 29/01-128 nömrəli məktubu əsasında əmlak üzərində heç bir əməliyyat aparıla bilməməsi barədə müraciət daxil olmuş və bu müraciət əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Vətəndaşın əmlakının girovdan azad edilməsi barədə müraciətinə ərazi idarəsində baxılmış və **********34 nömrəli, 16.12.2019-cü il tarixli məktubla rəsmi, əsaslındırılmış imtina məktubu verilmişdir. Üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti 15.05.2020-ci il tarixli, 0552/PB nömrəli iddia ərizəsinə münasibətində göstərmişdir ki,İddiaçı ilə "xxxx" ASC arasında kredit öhdəliyinin təminatı qismində 12.11.2013-cü il tarixli, 538 saylı və 19.04.2012-ci il tarixli, 371 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Vətəndaş İddiaçı tərəfindən kredit müqaviləsi üzrə borc öhdəliyi tam şəkildə icra edildiyi üçün "xxxx" ASC-nin hüquqi varisi "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27.11.2018-ci il tarixli, 4327/PB saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət edilərək İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilən ünvan 2 və 280A saylı evlərin yüklülükdən azad edilməsi xahiş edilmişdir. Həmçinin İddiaçı tərəfindən borc öhdəliyi məktubda da göstərildiyi kimi tam şəkildə icra edilmişdir. İddiaçı girov əmlakları yalnız onunla bağlanan kredit müqaviləsi üzrə girov götürülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri Dövlət Agentliyinin göstərilən müqavilələrə heç bir bağlılığı və aidiyyəti yoxdur. İddiaçı həmin xidmətə münasibətdə hər hansı bir öhdəliyi olmamışdır. İddiaçı BOKT qarşısında olan kredit öhdəliyini tam yerinə yetirdiyi üçün girovların azad edilməsi ilə bağlı məktub tərəflərin müvafiq inzibati orqana təqdim edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 15.05.2020-ci il tarixli, 0552/PB nömrəli iddia ərizəsinə münasibətində göstərmişdir ki,"xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən 2013-cü il 08 noyabr tarixində İddiaçı adına beş il müddətinə 55.000 manat məbləğində kredit verilmişdir. Bu vəsaitdən 2020-ci il 01 may tarixinədək 26.851,62 manat qaytarılıb, 28.148,38 manat əsas borc öhdəliyi isə yerinə yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən vəsait Agentliyin hesabına ödənilənə qədər mübahisəli mənzil üzərindən yüklülüyün götürülməməsini xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə ünvan 3 ünvanda yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaş, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı ipoteka əmlakı ilə təmin edilmiş öhdəliyinin yerinə yetirildiyini, girov saxlayan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin razılığını nəzərə alaraq mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabəsi şəhəri, S.Vurğun küçəsində yerləşən 280 nömrəli ev ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan 12.11.2013-cü il tarixli, 538 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 7 faizlə 60 ay müddətinə 24 ay güzəşt dövrü olmaqla heyvandarlığın inkifaşı məqsədi üçün 55.000 manat kredit verilmişdir. İşdə olan 19.04.2012-ci il tarixli, 371 nömrəli ipoteka müqaviləsinə 12.11.2013-cü il tarixli, 01 nömrəli əlavə və dəyişiklikdən görünür ki, 12.11.2013-cü il tarixli, 538 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təmin edilməsi məqsədilə İddiaçı mülkiyyətində olan ünvan 2 nömrəli ev yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin İddiaçı ünvanladığı 04.12.2019-cu il tarixli, **********01 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri Dövlət Agentliyinin razılıq məktubu ilə birgə təkrar müraciət ediləcəyi təqdirdə fərdi yaşayış evinin girovdan azad olunması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin 05.12.2019-cu il tarixli, 310 nömrəli arayından görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından 15.11.2013-cü il tarixdə götürdüyü 55.000 manat məbləğin qalıq hissəsini, əsas və faiz üzrə borcunu 05.10.2018-ci il tarixdə tam bağlamışdır. Hal-hazırda İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi üçün əsaslardan biridir. Bundan başqa, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsi üçün əsaslardan biridir. Həmin Qanunun 48.2-ci maddəsində deyilir ki, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 20.4-cü maddəsində deyilir ki, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən, Dövlət Xidmətinin vəsaitləri layihə və proqramların həyata keçirilməsində iştirak üçün seçiləcək banklar və bank olmayan kredit təşkilatları tərəfindən öz adlarına və öz riskləri hesabına yerləşdirilir. Müvəkkil kredit təşkilatları Dövlət Xidməti qarşısında borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublukası Prezidentinin 19.12.2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 1.3-cü bəndinə əsasən, kreditlərin və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Hər iki sənəddən görünür ki, sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə verilən dövlət vəsaitləri həmin kredit təşkilatlarının adından və onların öz riskləri hesabına verilir. Başqa sözlə, dövlət vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarılmasına görə məsuliyyəti müvəkkil kredit təşkilatları daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz əmlakını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoymuşdur. Həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmamış, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ipoteka müqaviləsində iddiaçının Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında hər hansı öhdəlik götürməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb edə bilməz və cavabdeh həmin Agentliyin məktubuna əsaslanaraq, qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabəsi şəhəri, S.Vurğun küçəsində yerləşən 280 nömrəli ev ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərəvəİnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85cimaddələrinəəsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabəsi şəhəri, S.Vurğun küçəsində yerləşən 280 nömrəli ev ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-367/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-367/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver