Məhkəmə qərarları › İş №2-1(120)-3845/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3845/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3845/2025 24.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024cü il tarixli, 216 saylı əmrinin ləğv edilməsi və xidmətdən xəstəliyinə görə ehtiyata buraxılmağı barədə əmrin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2013- cü il tarixdək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti keçdikdən sonra xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında xidmətə başlamışdır. İşlədiyi bu illər ərzində hərbi qulluqçu kimi çalışqan və intizamlı olmuş, daim daxili intizam qaydalarına əməl etmişdir, davamiyyətli olaraq vaxtıvaxtmda rəhbərliyin əmrlərini yerinə yetirmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə təşəkkürə və pul mükafatına layiq görülmüşdür. Xidmətdə olduğu müddət ərzində intizam tənbehi olmamışdır. Daim daxili qoşunlarda şəxsi keyfiyyətlərinə, sağlamlıq vəziyyətinə, fiziki hazırlığına və s. hallara görə digər əməkdaşlardan seçilmişdir. Sonradan o, xidmətdə olarkən sağlamığında problemlər yaranmış, hətta Daxili Qoşunların Hərbi Hospitalına göndərişlə gedərək orada müayinə olunmuşadur. Xidməti vəzifələrini xəstəliyi ilə əlaqədar icra edə bilmədiyi üçün əvvəl o xəstəliyi ilə xidmətdən azad olunmağı barədə ərizə yazsa da, sonradan ərizəsi komandanlığın təkidi ilə dəyişdirilərək onun xəstəliyi ilə bağlı xidmətdən xaric olunmağı deyil, Əsasnamənin 156-cı madddəinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır.Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar Baş İdarəsinin Əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və o, xidmətə bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair 3-13-14-5/2-2086/2025 saylı xx.xx.2025-ci il tarixli yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh yazılı mülahizəsində ( etirazda) göstərmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan İddiaçı xx.xx.2024-cü il tarixdə komanda üzrə 3-13-14-25/1-8478/2024 nömrəli raportla müraciət edərək xidməti vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə və hərbi xidmətin çətinliklərinə dözə bilmədiyinə görə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə əlaqədar Hərbi-həkim komissiyasından keçməyə ehtiyacının olmadığını, əlavə olaraq onunla bölük komandiri, dəstə komandirinin tərbiyə işləri üzrə müavini və hərbi hissə komandiri tərəfindən xidmətini davam etdirməsi barədə söhbətlər aparıldığını, aparılan söhbətdən sonra xidmət etmək istəmədiyini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi yəni “xidməti uyğunsuzluğa görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılarsa gələcəkdə dövlət orqanlarında xidmətə qəbul olunmasında problemlər olacağı izah edilmiş, bununla bağlı heç bir şikayətinin olmadığını bildirərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Hərbi hissə komandirinin əmrinə əsasən İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilmiş, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hissə komandiri qarşısında vəsatət qaldırılmışdır.Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə əlaqədar onunla aparılmış birinci və ikinci söhbət zamanı özünü fiziki cəhətdən yorğun hiss etdiyini, səhhəti ilə əlaqədar olaraq xidməti yğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raportla müraciət etdiyini, ona təklif olunan adi bölmədə xidmət etməyə razı olmadığını, ehtiyata buraxılması ilə bağlı tez bir zamanda qərar qəbul edilməsini xahiş etmişdir.Hərbi hissə komandirinin vəsatətinə əsasən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 216 nömrəli xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir.Qeyd olunan Əsasnamənin tələblərinə əsasən daxili işlər nazirinin müavini- daxili qoşunların komandanının 216 nömrəli xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə əmri İddiaçı elan olunmuş, haqq-hesab aparıldıqdan sonra ona qeydiyata alınması üçün ona xx.xx.2024-cü il tarixli 411 nömrəli göndəriş verilmişdir. Göndəriş vərəqini alması barədə N saylı hərbi hissənin “Göndəriş vərəqlərinin qeydiyyatı kitabı’nda imza edərək qəbul etmişdir.“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Əmrin buraxılan hərbi qulluqçuya təqdim edilməsi nəzərdə tutulmamışdır.Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasınd aiştirak edən cavabdehin nümayəndəsi X3 təqdim olunmuş yazılı mülahizəyə uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: N saylı hərbi hissə komandirinin 3-13-14-25/Ə607/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, N saylı hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri hərbi hissə komandirinə xx.xx.2024-cü il tarixli 3-13- 14-25/1-8479/2024 nömrəli raportla müraciət edərək, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunun atıcısı kiçik çavuş İddiaçı xidməti fəaliyyətinə və funksional vəzifə borclarının icrasına qeyri-ciddi münasibət bəslədiyinə, eləcə də müddətdən artıq hərbi qulluqçu kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdə çətinlik çəkdiyinə, verilmiş intizam cəzasından və aparılmış söhbətlərdən nəticə çıxartmadığına görə ciddi tədbir görülməsini xahiş etmişdir.Qeyd olunanları nəzərə alaraq Hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunun atıcısı kiçik çavuş İddiaçı hərbi hissənin gizir heyətinin şərəf məhkəməsinə cəlb olunması, kiçik çavuş İddiaçı haqqında müvafiq sənədlərin hazırlanıb hərbi hissənin gizir heyətinin şərəf məhkəməsinə təqdim olunması 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin komandirinə tapşırılması, əmrin icrası hərbi hissənin gizir heyətinin şərəf məhkəməsinin sədrinə, nəzarət isə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavinə həvalə olunması barədə əmr verilmişdir. Hərbi Hissə Komandirinin 1-ci müavini-qərargah rəisi tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Kiçik çavuş İddiaçı xx.xx.1994-cü il tarixdə Lerik rayonunda doğulmuş, azərbaycanlı, subay, tam orta təhsilli, SHXÇDX-nin Lerik rayon şöbəsindən hərbi xidmətə çağırılmışdır. xx.xx.2018-ci il tarixdən Daxili Qoşunlarda xidmətdədir. Hal-hazırda N saylı hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunun atıcısı vəzifəsində xidmət edir.xx.xx.2024-cü il tarixdə 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri polkovnikleytenant X4 xidməti vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara görə 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2ci yarımqrupunun atıcısı kiçik çavuş İddiaçı haqqında ciddi tədbirlərinin görülməsini hərbi hissə komandirindən xahiş etmişdir.xx.xx.2024-cü il tarixdə kiçik çavuş İddiaçı müddətdən artıq hərbi xidmətə qəbul olmaqda yanlış qərar qəbul etdiyi barədə hərbi hissə komandirinə 3-13-14-25/1-8478/2024 qeydiyyat nömrəli raportla müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir.Həmçinin, hərbi qulluqçu öz davranışları ilə 2-ci xüsusi vasitələrin tətbiqi dəstənin qarşısına qoyulmuş tapşırıqların mahiyyətini tam dərk etməmiş, fərdi və kollektiv tərbiyə işinin aparılmasına baxmayaraq şəxsi problemlərinin, onun psixoloji vəziyyətinə mənfi təsir etməsini səbəb göstərərək dözümsüzlük nümayiş etdirmişdir. Məhz bu kimi hallara yol verdiyinə görə kiçik çavuş İddiaçı ilə hərbi hissə komandanlığı, dəstə komandiri, ictimai təşkilatlar tərəfindən fərdi və kollektiv tərbiyəvi iş aparılmış, lakin aparılan fərdi və izahedici söhbətlərdən nəticə çıxartmamışdır. Kiçik çavuş İddiaçı müraciət edərək hərbi xidmət keçmək haqqında əsasnamənin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmasını istədiyini bildirmişdir.Hərbi hissədə xidmət etdiyi dövr ərzində kiçik çavuş İddiaçı xx.xx.2024-cü il tarixində hərbi hissə komandiri tərəfindən “Məqsədli inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək “qeyri-kafi” qiymət aldığına görə “Töhmət”, inztizam cəzasıyla cəzalandırılmışdır. Bütün səylərə və görülən tədbirlərə axmayaraq kiçik çavuş İddiaçı, hərbi qulluqçu kimi əməllərində, davranışlarında və xidməti fəaliyyətində dönüş yaratmadığına görə onun hərbi hissənin gizir heyətinin şərəf məhkəməsində dinlənilməsi məqsədəmüvafiqdir. xx.xx.2024-cü il tarixli söhbət vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə aparılmış söhbətdə sonuncu özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün səhhəti ilə əlaqədar olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə müraciət etdiyini, ona təklif olunan adi bölmədə xidmət etməyə razı olmadığını bildirmişdir. Sonda səhhəti ilə əlaqədar olaraq öz razılığı ilə xidmətdən xidməti uyğunsuluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını barədə mümkün qədər tez qərar qəbul olunmasını xahiş etmişdir. X2 216 ş/h, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışda qeyd olunmuşdur ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndində ( xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kiçik çavuş İddiaçı, N saylı hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2ci yarımqrpunun atıcısı vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə əsasən xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllə: Maddə 33.Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən əmrin ləğv olunması ilə bağlı əmr ona elan və təqdim olunan zaman qanunla nəzərdə tutulan müddət ərzində şikayət vermək hüququnun izah olunmaması ilə bağlı olduğunu göstərsə də, məhkəmə qeyd olunan halı iddia müddətinin axımının kəsilməsi üçün əsas hesab etmir. İş materiallarından da göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin 7 (yeddi) il ay keçdikdən sonra hazırkı iddia ərizəsini poçta təqdim etmiş və bu zaman üzürlü səbəb kimi mübahisələndirilən əmrin ləğv olunması ilə bağlı əmr ona elan və təqdim olunan zaman qanunla nəzərdə tutulan müddət ərzində şikayət vermək hüququnun izah olunmaması ilə bağlı ilə əsaslandırmışdır. Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış (yazılı hüquqi yardım məktubu ünvanlanmış), iddiaçı müddətin hər hansı üzürlü səbəbdən buraxılmasına dair heç bir əsas göstərməmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə yazılı müraciət olunmamışdır. İddiaçı məhkəmə iclasında şifahi vəsatət verərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İPM-nin 24.1ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanun normasından da göründüyü kimi müddətin bərpasına dair ərizə yazılı və əsaslandırılmış halda məhkəməyə təqdim olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar