Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-404/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X14 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdehnə qarşı “iddiaçıya məxsus ünvan 12ndan X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 Astara HMS-nın qeyri-yaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-3039/2022 nömrəli qərardadı ilə, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1292/2023 nömrəli qərardadı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdehnə qarşı X6 Astara HMS-nın qeyri-yaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair 2-1(120)-1292/2023 saylı inzibati iş üzrə icraat, Astara rayon Məhkəməsinin 2(018)-1062/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-404/2024 nömrəli qərardadı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdehnə qarşı “X6 Astara HMS-nın qeyri-yaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsi”tələbinə dair iş üzrə icraat təzələnmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(120)-404/2024 nömrəli qərardadı ilə, iddia tələbinə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdehnə qarşı “iddiaçıya məxsus Astara şəhəri, Nizami küçəsi, 54 ünvanında yerləşən qeyri yaşayış binasından X6 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması”kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə Azərbyacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəisi Umayra xanım Tağıyevanın 18 may 2022-ci il tarixli 666/EM nömrəli ezamiyyə əmrinə əsasən Hidrometeorologiya Xidmətin əməkdaşları tərəfindən X5 Mərkəzinin (CRHM) X1 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Astara HMS-nın qeyriyaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş **********37-06301 reyestr nömrəli texniki pasporta əsasən 2(iki) anbar, 1 (bir) xidmət otağı istisna olmaqla, yerdə qalan 144.9 kv.m hissəsi əvvəllər stansiyada 1982-ci ildən 2022-ci ilədək Astara Hidrometoroloji stansiyasında müxtəlif vəzifələrdə çalışmış vətəndaş X9 tərəfindən qeyri-qanuni zəbt olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZE № 06340974 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X2 şəhər, Nizami küç, ev 70 ünvanına, Milli Hidometeorologiya Xidmətinin rəsmi razılığı olmadan Astara HMS-nin inzibati binasına pasport qeydiyatına alınmışdır. Stansiyanın inzibati binasının ətrafında olan və stansiyanın meteoroloji meydançanın yerləşdiyi ərazinin torpaq sahəsi də vətəndaş X.İskəndərov tərəfindən qeyri-qanuni istifadə olunur. Torpaq sahəsinin təxminən 0.10 ha hissəsini qanunsuz istifadə edərək ərazidə müxtəlif növ ağaclar əkmiş və qanunsuz tikililər inşa etmişdir. Cənub RHM-nın Astara HMS-nın yerləşdiyi əraziyə baxış zamanı aşkar edilmiş kobud qanun pozunturarını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirli yanında Milli Hidrometeorologiya Xidməti məhkəməyə müraciət etmək və bu qanun pozuntularını qanun çərçivəsində həll etmək qərarına gəlmiş və Astara Rayon Məhkəməsinə zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması, qeyri yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Astara Rayon Məhkəməsi iddianı təmin edərək “zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması tələbinə dair“ Azərbaycan Respublikası adından № 2(018)-106/2022 saylı 06 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37- 06301 reyestr nömrəli texniki paspotuna əsasən Astara HMS-nın qeyri- yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi ( dövlət əmlakı ) cavabdeh X10 tərəfindən öz hesabına boşaldılsın və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy yanında Milli Hidrometeorologiya Xidmətinə təhvil verilməsi barədə” Qətnamə qəbul etmişdir. Pasport qeydiyyatına salınan bina Milli Hidrometeorologiya Xidmətinin balansında olan Astara HMS-na aid olan inzibati bina qeyri-yaşayış obyektidir və bu Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********37-06301 nömrəli texniki pasportda öz əksini tapmışdır.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 08.06. 2022-ci il tarixi **********64 nömrəli məktubda, həmin qurum tərəfindən keçirilmiş monitorinq zamanı, X3 yerləşdiyi ərazinin və stansiyanın inzibati binasının Xanverdi İskəndərov tərəfindən qeyri-qanuni zəbt olunmusı, onun və ailə üzvülərinin dövlət əmlakı olan qeyri-yaşayış obyektinin yerləşdiyi ünvana qanunsuz pasport qeydiyatına düşmələri aşkar olunmuşdur.Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Astara Rayon İcra Hakimiyyəti və Cavabdehnə müraciət ünvanladığı qeyd edilmişdir. X4 strateji əhəmiyyətə malik dövlət obyektidir və onun yerləşdiyi ərazidə mövcud olan qeri-yaşayış obyektinə (Astara HMS-nın inzibati binası) kənar şəxslərin Milli Hidrometeorologiya Xidmətinin rəsmi razılığı olmadan pasport qeydiyatına alınması kobud qanun pozuntusudur və ləğv edilməlidir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X7 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********37-06301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 12 və onun yerləşdiyi ərazinin torpaq sahəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X5 Mərkəzinin balansında olan X3 ərazisidir. -Astara rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(018)-1062/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdeh X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh və Astara rayon İcra Hakmiyyətinə qarşı ”qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması qeydi-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağı tələbinə dair” iddiası qismən təmin olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi**********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMSnın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi (dövlət əmlakı) cavabdeh X10 tərəfindən öz vəsaiti hesabına boşaldılsın və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə verilsin.İddia tələbi “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” hissəsində təmin edilməmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətnin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarxli, 3-14-2012- 032/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətnini Cavabdehnə qarşı X6 Astara HMS-nin qeyri-yaşayış binasına qanunsuz pasport qeydiyyatının ləğv edilməsi barədə, icraatda olan 2-1(120)-3039/2022 nömrəli mülki iş üzrə məhkəmə baxışı xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Həmçinin, Milli Hidrometeorologiya Xidməti qanunsuz pasport qeydiyyatının ləğv edilməsinə köməklik göstərilməsi üçün 20/1366 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Cavabdehnə müraciət etmişdir. Cavabdeh, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin tələbinə zidd olduğu barədə cavab məktubu ünvanlamışdır. Cavabdeh Milli Hidrometeorologiya Xidmətinə ünvanladığı cavab məktubunun surətini təqdim etmişdir. - İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 135-23468-1222 nömrəli məktubunda göstərilmişdir ki, Astara şəhəri. Nizamı küçəsi ev 70-də yaşayış yen üzrə qeydiyyatda olan X11 və onun ailə üzlərini ərizə əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Yaşayış yeri üzrə qeyd qeyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9~cu maddəsinin tələbinə zidd olduğu uçun mümkün deyil. Odur ki, qeyd olunan Qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək məqsədə müvafiqdir. - İşdə olan Astara rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 27 mart 2023-cü il tarixli 2(018)-1062/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidmətinin cavabdeh X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh və Astara rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakın öz hesabına boşaldılması, qeyri yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağı tələbinə dair" mülki iş 24 noyabr 2022-ci il tarixdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin mülki iş Astara rayon Məhkəməsinə daxil olmamışdır. - İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-289/2023 nömrəli qətnaməsində göstərilmişdir ki, cavabdeh X6 nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apelllyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 24 yanvar 2024-cü il tarixli 3-9/2- 41/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(106)-289/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır və həmin məhkəmə aktının təsdiq olunmuş surəti göndərilmişdir. - İşdə olan Astara rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 08 yanvar 2024-cü il tarixli 2(018)-1062/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdeh X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh və Astara rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakın öz hesabına boşaldılması, qeyri yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağı tələbinə dair” mülki iş 24 noyabr 2022-ci il tarixdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(106)-289/2023 nömrəli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)-2477/2023 nömrəli qərarı ilə Astara rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(018)1062/2022 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Astara şəhər İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 120 nömrəli məktubundan göstərilmişdir ki, X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə məxsus Astara HMS-nın qeyri yaşayış binasında ailə ilə birlikdə yaşayır. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənəkəran ərazi idarəsinin xx.xx.2022-ciil tarixli **********71 nömrəli məktubunda göstərilmişdir ki, **********37-06301 reyestr nömrəli texniki pasportun verlməsinə əsas olmuş sənədlərinin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətlərinin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-3039/2022 qeydiyyat nömrəli məktuba baxılmışdır. Həmin məktuba müvafiq olaraq, **********37-06301 reyestr nömrəli texniki pasportu və onun verlməsinə əsas olmuş sənədlərinin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətlərini təqdim etmişdir. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 135-23469-1222 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Cavabdehnə 20/1366 nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdeh Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “üçüncü şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 21,02.2023-cü ildə keçiriləcək məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-65/2-7475/24 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti cavabdeh Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı X6 Astara HMS-nın qeyri-yaşayış binasına pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edirik Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 12 iddiaçının mülkiyyətindədir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Cavabdehnə müraciət edərək, Üçüncü şəxs X6 ünvan 12 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar iddiaçıya cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Astara rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(018)-1062/2022 nömrəli qətnaməsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdeh X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh və Astara rayon İcra Hakmiyyətinə qarşı ”qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağı tələbinə dair” iddiası qismən təmin olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi (dövlət əmlakı) cavabdeh X10 tərəfindən öz vəsaiti hesabına boşaldılması və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə verilməsi qət edilmiş, iddia tələbi “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” hissəsində təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(106)-289/2023 nömrəli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)-2477/2023 nömrəli qərarı ilə Astara rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(018)1062/2022 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Üçüncü şəxs mübahisəli ünvanda yaşamır. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan qeyri-yaşayış binasında yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxs X6 ünvan 12 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci)yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X6 ünvan 12 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-404/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-404/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver