Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-424/2021 25.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 (Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 251A, mənzil 71A-da yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi X2 (Bakı şəhəri, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, döngə 2, ev 4-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X6 nümayəndəsi X3 (Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 42, 3-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X4rşı əsassız hesablanmış 73.471,98 manat vergi borcunun silinməsi, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından əsassız olaraq silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 73.471,98 manat vergi borcunun silinməsi, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından əsassız olaraq silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 iddia tələbini müdafiə edərək bildirdi ki, «X16» MMC neft məhsullarının topdansatışı fəaliyyəti ilə məşğul olur. Cəmiyyət 2011-ci ildən fəaliyyət göstərməklə həmişə vergi öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmiş, heç bir zaman qanunvericiliyin tələblərini bu və ya digər formada pozmamışdır. Belə ki, Cəmiyyət “xxxx” QSC-dən neft məhsullarını alaraq, yanacaqdoldurma stansiyalarına satmaqla məşğul olmuş, 9 il ərzində öz fəaliyyətində hesablaşma qaydalarına əməl etmiş, bütün hesablaşmalar qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Cəmiyyət öz fəaliyyətində bu vaxta qədər heç bir problemlə üzləşməsə də, xx xxxx 2020-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X10 tərəfindən Cəmiyyətin ƏDV sub-uçot hesabından istifadəsi məhdudlaşdırılmış, mal almaq istəyən zaman gücləndirilmiş elektron imzadan istifadə etməklə Cəmiyyətin ƏDV sub-uçot hesabından aldığı malın ƏDV-ni elektron qaydada ödəmək istədikdə bu mümkün olmamışdır. Belə ki, hər hansısa bir vergi ödəyicisinin hesabına elektron qaydada pul vəsaiti köçürmək istəyən zaman həmin vergi ödəyicisinin VÖEN-nin sistemdə yazdıqda ekranda “VÖEN səhfdir” ifadəsi göstərilməklə əməliyyatın aparılması mümkünsüz olmuşdur. Qeyd edilənlərdən əlavə cavabdeh heç bir əsas olmadan X11 Sistemində “X16” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsi yerləşdirmiş, Cəmiyyətdən mal almaq istəyən şəxslər də aldıqları malın X13 Cəmiyyətin depozit hesabına köçürmək istədikdə bu kimi problemlərlə üzləşmiş, Cəmiyyətə dair belə məlumatların olması üzündən alıcılar da Cəmiyyətdən mal almaqdan və Cəmiyyətə olan borclarını ödəməkdən yayınmışdır. Cəmiyyətin normal fəaliyyətinin bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “bu vergi ödəyicisinin “X16” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin «X16» MMC-yə münasibətdə X11 Sistemindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-992/2020 saylı qərarı ilə iddia tələbləri təmin edilmiş, “bu vergi ödəyicisinin “X16” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin «X16» MMC-yə münasibətdə X11 Sistemindən çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, qətnamə qanuni qüvvəsini almamışdır. Cəmiyyətin xx xxxx 2020-ci il tarixdən başlayaraq heç bir əməliyyat, heç bir alqı-satqı aparılmasına baxmayaraq, cavabdeh Cəmiyyətə xx xxxxxxx 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildiriş göndərərək, dövlət büdcəsinə ödənilməmiş 73.471,98 manat, o cümlədən vergilər üzrə 69.234,79 və faizlər üzrə 4.237,19 manat borcunun olmasını bildirmişdir. Bundan əlavə isə cavabdeh Cəmiyyətin xxxx ASC-də olan bank hesabına xx xxxx 2020-ci il tarixli **********6A saylı, sərəncam qoyaraq 38.414,61 manat məbləğində pul vəsaitinin mənfəət vergisi qismində bank hesabından silinməsinə, xx xxxx 2020-ci il tarixli **********9A saylı sərəncam qoyaraq 38.491,01 manat məbləğində pul vəsaitinin mənfəət vergisi qismində bank hesabından silinməsinə və xx xxxx 2020-ci il tarixli **********1A saylı sərəncam qoyaraq 38.701 manat məbləğində pul vəsaitinin mənfəət vergisi qismində bank hesabından silinməsinə göstəriş vermiş, sonrakı sərəncam əvvəlki bütün sərəncamların icrasını dayandırmışdır. Həmin sərəncamlarla əlaqədar Cəmiyyətə məxsus xxxx ASC-də olan bank hesabından xx xxxx 2020-ci il tarixdə 0,46 manat, xx xxxxxx 2020-ci il tarixdə 1197,01 manat, xx xxxxxx 2020-ci il tarixdə 2.124,69 manat və xx xxxxxx 2020-ci il tarixdə 2.493,77 manat məbləğində pul vəsaiti, ümumilikdə isə 5.815,93 manat məbləğində pul vəsaiti bank tərəfindən dövlət büdcəsinə köçürülmüşdür. Qeyd edilənlərdən də görünür ki, xx xxxx 2020-ci il tarixdən Cəmiyyətə məxsus ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında yaranmış problem üzündən və cavabdeh tərəfindən X11 Sistemində ““X16” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin yerləşdirilməsi səbəbindən Cəmiyyət tərəfindən heç bir alqı-satqı və heç bir maliyyə əməliyyatları həyata keçirilməmiş, heç bir gəlir və mənfəət əldə edilməmiş, heç bir əmək haqqı hesablanmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq Cəmiyyətə 73.471,98 manat vergi borcu hesablanmış və Cəmiyyətin xxxx ASC-də olan bank hesabına sərəncam qoyularaq 5.815,93 manat məbləğində pul vəsaiti mənfəət vergisi qismində bank hesabından silinmişdir. Ona görə də onlar cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən hesablanmış 73.471,98 manat vergi borcunun silinməsini, əsassız olaraq silinmiş 5.815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsini tələb etməyə məcbur olmuşlar. Qeyd olunanları nəzərə alaraq əsassız hesablanmış 73.471,98 manat vergi borcunun silinməsi, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından əsassız olaraq silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X6 nümayəndəsi X9 izahat verərək bildirdi ki, iddia tələbini əsassızdır. İddiaçının hesablanmış 73.471,98 manat vergi borcunun silinməsi barədə iddia tələbi ilə əlaqədar olaraq bildirir ki, Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Həmin Məcəllənin 151.2-ci maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. Əlavə olaraq bildirir ki, Vergi Məcəlləsinin 151.6-cı maddəsinə əsasən cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Vergi ödəyicisində yaranmış vergi borcunun əsasını vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr ilə müəyyən edilmiş 73.471.98 manat məbləğində cari vergi ödəmələri təşkil etmişdir. İddiaçının “xxxx” ASC-də olan bank hesabından silinmiş 5.815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə iddia tələbi ilə əlaqədar olaraq bildirir ki, Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Vergi Məcəlləsinin 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. 65.4-cü maddəyə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. Vergi Məcəlləsinin tələblərindən göründüyü kimi, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr ilə müəyyən edilmiş 73.471,98 manat məbləğində cari vergi ödəmələri üzrə borcun ödənilməsi təmin edilmədiyindən kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə sərəncəmlar göndərilmişdir. Göründüyü kimi, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 8 saylı X4rşı iddiası tam əsassızdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.7 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir Bu iddia növünün qaldırılması ilə bağlı qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı hesablanmış 73.471,98 manat vergi borcunun silinməsini, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2011-ci il tarixdə 8 saylı X10 tərəfindən dövlət qeydiyyatına alınmışdır. İşdə olan “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X8 ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X8 ərizə ilə müraciət edərək, əsassız hesablanmış 73.471,98 manat vergi borcunun silinməsini, «X16» MMC-nin xxxx ASC-də olan bank hesabından əsassız olaraq silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində Cəmiyyətə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X10 tərəfindən “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış “müraciətə baxılması barədə” xx.xx.2020-ci il tarixli, **********716300 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Tərəflərindən Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metod seçilmədiyi üçün vergi orqanı tərəfindən Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metod tətbiq edilməklə cari hesablamalar aparılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X6 xx.xx.2020-ci il tarixli, **********486700 nömrəli məktubundan görünür ki, iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) yaranmış vergi borcunun əsasını vergi ödəyicisinin təqdim etdiyi 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi ilə müəyyən edilmiş 73.471,98 manat məbləğində cari vergi ödəmələri təşkil etmişdir. Qeyd olunan məbləğ 2020-ci ilin ikinci və üçüncü rübü üzrə mənfəət vergisi üzrə ödənilməli olan cari vergi məbləğidir və vergi orqanı tərəfindən hər hansı bir inzibati akt (qərar) qəbul edilmədən Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 65.2.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. 65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 94-cü maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 151.1-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. 151.2-ci maddəsinə əsasən vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. 151.3-cü maddəsinə əsasən bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. 151.6-cı maddəsinə əsasən cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətində yaranmış vergi borcunun əsasını vergi ödəyicisinin təqdim etdiyi 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi ilə müəyyən edilmiş 73.471,98 manat məbləğində cari vergi ödəmələri təşkil etmişdir. Yəni qeyd olunan məbləğ 2020-ci ilin ikinci və üçüncü rübü üzrə mənfəət vergisi üzrə ödənilməli olan cari vergi məbləğidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr ilə müəyyən edilmiş 73.471,98 manat məbləğində cari vergi ödəmələri üzrə borcun ödənilməsi təmin edilmədiyindən cavabdeh tərəfindən kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə sərəncəmlar göndərilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, 73.471,98 manat hesablanmış vergi borcunun silinməməsi və 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində ödənilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Başqa sözlə, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X4rşı hesablanmış 73.471,98 manat vergi borcunun silinməsi, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X4rşı hesablanmış 73.471,98 manat vergi borcunun silinməsi, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan bank hesabından silinmiş 5815,93 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən alınaraq Cəmiyyətə ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-424/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-424/2021
25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver