Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4740/2025 05.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixli sorğusuna rəsmi cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixli sorğusuna rəsmi cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı X1, cavabdehin nümayəndəsi, məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, və cavabdehin nümayəndəsinin, iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayon Beyləqan Bələdiyyəsinin xx.xx.2025-ci il 295 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan Bələdiyyəsinə ödənən bütün rüsumlar Beyləqan Bələdiyyəsinin "xxxx" MMC-nin Beyləqan filialınındakı portal vasitəsi ilə ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə müəyyən etdi ki, Cavabdeh İddiaçı təklif xarakterli məktubuna cavab olaraq bildirilib ki, Beyləqan şəhərində yaşayam Beyləqan vətəndaşlarının mülkiyyıtində olan həyətyanı torpaq sahələrində zəbt etdiyi bələdiyyə torpaqları da var.Həmin torpaq sahələrinin sahibləri bələdiyyə ərizə ilə müraciət edərək istifadəsində olan həyətyanı torpaq sahələrini sənədləşdirmək tələbində olurlar. O halda sənədləşmə işlərinin aparılması zamanı digər sənədlərlə bərabər vətəndaşı yaşadığı ünvana görə Qiymətləndiricilər Palatası tərəfindən torpağın qiymətləndiriliməsi şəffaflığın təmin olunması məqsədi ilə aparıldığı bildirilmişdir. Məktubda informasiya sorğusuna cavab olaraq bildirilmişdir ki:
1. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) təşəbbüsü ilə 29 may 2025-ci il tarixində Assosiasiyanın inzibati binasında “Qiymətləndirmə sahəsində qanunvericiliyin tətbiqi üzrə bələdiyyələrin çətinlikləri və onların müzakirəsi” mövzusunda fikir mübadiləsi aparılaraq qərar verilmişdir: “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq bəzi normativ aktlara dəyişikliklər edildiyini, artıq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı zamanı qiymətlər Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən bazar dəyəri və normativ qiymətlər əsasında müəyyən edildiyi bildirilmişdir.
2. Onun suallarını cavablandırmaq Beyləqan Bələdiyyəsinin aparıcı mütəxəssisi X2 həvalə olunmuş.
3. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 13-1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verildiyi bildirilmiş.
4. Beyləqan rayonunda fəaliyyət göstərən qiymətləndiricilərə "xxxx" MMC nümunə olaraq göstərildiyini ərazidə yerləşən və fəaliyyət göstərən qiymətləndiricilər “Qiymətləndiricilər Palatası”nın xətti ilə aparılır ki, müəyyən olunmuş qiymət əldə rəhbər tutularaq sənədləşdirilməsi nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinə tətbiq olunur.
5. Beyləqan Bələdiyyəsinə ödənən bütün rüsumlar Beyləqan Bələdiyyəsinin “Azərpoçt’’ MMC-nin Beyləqan fıliahmndakı portal vasitəsilə ödənildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixli sorğusuna rəsmi cavab verilməsi ərizəsi cavabdeh tərəfindən məhkəmə iclasına qədər təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixli sorğusuna rəsmi cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixli sorğusuna rəsmi cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov