Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4761/2025 10.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 maddəsinə və əvvələr qüvvədə olmuş “X1 haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə ona xx.xx.2006-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliası Qanunun 9.8 maddəsinə və əvəllər qüvvədə olmuş “X1 Haqqında” Qanunun 17-ci maddəsinin 5-ci, 71-ci maddəsinin 2-ci və 68-ci maddəsinin 2-ci abzaslarına əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürməklə ona xx.xx.2006-cı il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 maddəsinə və əvvələr qüvvədə olmuş “X1 haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə ona xx.xx.2006-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1956-cı ildən 2009-cu ilədək əmək kitabçasına əsasən fasiləsiz olaraq 53 il əmək fəaliyyətində olmuş, xx.xx.2006-cı il tarixə qədər kişilərdən tələb olunan 25 il ümumi iş stajına qarşı 43 il, və 12 il 06 aya qarşı 15 il 05 ay güzəştli iş stajını artıqlamasilə toplamışdır. Bu səbəbdən də 55 yaşından, əvvəllər qüvvədə olmuş “X1 haqqında” Qanunun 13 b) maddəsinə əsasən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnu qazanmış, lakin ona pensiya 57 yaşından təyin olunmuşdur. Pensiya “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə” təyin edilə bilər. “Əmək pensiyaları haqqında“ mövcud qanunvericilik pensiyasının son 24 aylıq əmək haqqı arayışına əsasən təyin olunmasına icazə verir. Bu halda aylıq pensiya məbləğim daha yüksək olardı. Bu səbəbdən bütün sənədlərini əlavə etməklə ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına poçt vasitəsilə etdiyi rəsmi müraciətinə imtina məktubu ünvanlanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı 9 iyul 1996cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə baxılaraq xx.xx.2025-cı il tarixli 3-17-1/2-R- 82318/2025 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, A.X5 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən ümumi ış stajı 52 il 1 ay 2 gün (xx.xx.2006-cı ıl tarixınədək 48 il 10 ay 2 gün (23.09 1956-xx.xx.1958-ci il, 26 06.1958-xx.xx.1995-cı il, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 3 ay) təşkil edir. İddiaçının 30 aprel 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7520.91 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanmışdır. Belə ki, 7520.91 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104.45 (7520.91:72) manat həmin tarixə əmək pensiyasının (163.07 manat) üzərinə əlavə edilərək pensiya məbləği 267.52 (163.07+104.45) manata (indeksləşdirilərək 01.01 2025-ci il tarixinə 601.46 manata) artırılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2-1(120) 4761/2025 nömrəli inzibati ış üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1939-cu il tarixdə Neftçala rayonunun Qaraimanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1956-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1965-ci il tarixli, 826667 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1960-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin ali və orta ixtisas təhsili komitəsinin Bakı axşam neft texnikumuna daxil olmuş və 1965-ci ildə sənaye və mülki tikintiləri ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2024-cü il tarixli, 14-2-15/2-R-3xx-xx/2024 nömrəli arxiv arayışının surətindən görünür ki, XX.XX.1939-cu il təvəllüdlü İddiaçı həqiqətən Əli-Bayramlı Vışkamontaj İdarəsində və X6 İdarəsində işləmişdir. “Azneft“ İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli- X10 İdarəsi, qazma sexi kimi X7 işləri İdarəsinin tərkibinə verilmişdir. SOCARın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmirləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır, X7 İşləri İdarəsi və X11 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X7 İşləri İdarəsi qazma sexi kimi xx.xx.2012-ci il tarixdən X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri“ trestinin X11 İdarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron” istehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Arayışda 1999-2003-cü illərin əmək haqqısı AZM ilə hesablanmışdır. Cəmi: 40290785 (Qırx miliyon iki yüz on doxsan min yeddi yüz səksən beş manat) İş materiallarında olan SOCAR xx.xx.2024-cü il tarixli, 14-2/2-R-3820-1/2024 nömrəli arxiv arayışının surətindən görünür ki, 1939-cu il təvəllüdlü İddiaçı X7 işləri İdarəsinin Əli Bayramlı qazma sexində işlədiyi müddətdə əmək haqqı aşağıdakı kimi olmuşdur. Arayışda iş vaxtından artıq işləmək haqqı, əvəzçilik və birdəfəlik əmək haqqı ödənişi nəzərə alınmışdır. İşlədiyi vəzifə və ya peşənin adı: qazma ustası, qazmaçı köməkçisi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-R-82318/2025 nömrəli məktubundan görünür ki, 30 aprel 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7520,91 manat pensiya sığorta kapitalınıza əsasən əmək pensiyanız həmin tarixdən yenidən hesablanıb. Belə ki, 7520,91 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104,45 (7520,91:72) manat əmək pensiyanız (163,07 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 267,52 (163,07+104,45) manata (indeksləşdirilərək xx.xx.2025- ci il tarixinə 601,46 manata) artırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-236965/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 52 il 1 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 48 il 10 ay 2 gün (xx.xx.1956-xx.xx.1958-ci il, xx.xx.1958-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 3 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsə 9 iyul 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun 30 aprel 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7520,91 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanıb. Belə ki, 7520,91 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104,45 (7520,91:72) manat həmin tarixə əmək pensiyasının (163,07 manat) üzərinə əlavə edilərək pensiya məbləği 267,52 (163,07+104,45) manata (indeksləşdirilərək xx.xx.2025-ci il tarixinə 601,46 manata) artırılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Əmək pensiyası hüququ olan şəxsə hüququnun yarandığı tarixdən əmək pensiyasının məbləği hesablanıb ödənilməlidir. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər –istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisi deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əmək haqqı onun son on iki ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisindən və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir. İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur. Məhkəmə iclasında müəyyən edildi ki, XX.XX.1939-cu il təvəllüdlü İddiaçı xx.xx.1996cı il tarixdə 57 yaşı tamam olduğu vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, həmçinin onun əmək pensiyası ümumi qaydada iş stajından asılı olaraq hesablanmışdır. Lakin, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən cavabdeh inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərini nəzərə almaqla həmin vaxt qüvvədə olmuş hesablanma qaydası ilə əmək pensiyasını təyin etməli və hesablamalı olduğu halda bunu etməmişdir. İş materiallarından görünür ki, iddiaçı 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışları təqdim etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən dövrlər üzrə əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması qanuna zidd deyildir. İddiaçı həmin müddətədək işlədiyi axırıncı iki ilin əmək haqqına uyğun olaraq pensiyanın hesablanmasını xahiş etmişdir. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun yaşa görə pensiyaların məbləğini müəyyən edən 17-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin maddənin 3-cü bəndinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddənin 5-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 maddəsinə və əvvələr qüvvədə olmuş “X1 haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə xx.xx.2006-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 maddəsinə və əvvələr qüvvədə olmuş “X1 haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə xx.xx.2006-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4761/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4761/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver