Məhkəmə qərarları › İş №2-1(120)-4853/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4853/2025

10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4853/2025 10.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşadığı ünvan 1 ünvandakı evin, ev Muzeyi və açıq havada muzeyi və tarixi abidələrinin tərkib hissələrindən olan bu ərazidəki bütün tikililərə və əkililərə florası, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və işğalçılıq, talançılıq, soyğunçuluq səbəbilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi öhdəlik olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “yaşadığı ünvan 1 ünvandakı evin, ev Muzeyi və açıq havada muzeyi və tarixi abidələrinin tərkib hissələrindən olan bu ərazidəki bütün tikililərə və əkililərə florası, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və işğalçılıq, talançılıq, soyğunçuluq səbəbilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi öhdəlik olaraq cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvandakı evin, ev Muzeyi və açıq havada muzeyi və tarixi abidələrinin tərkib hissələrindən olan bu ərazidəki bütün tikililərə və əkililərə florası, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və işğalçılıq, talançılıq, soyğunçuluq səbəbilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi öhdəlik olaraq cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3922/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə iddiaçı iddia tələbi ilə eyni məzmunda məhkəməyə iddia ərizəsi təqdim edərək “yaşadığı ünvan 1 ünvandakı evin, ev Muzeyi və açıq havada muzeyi və tarixi abidələrinin tərkib hissələrindən olan bu ərazidəki bütün tikililərə və əkililərə florası, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və işğalçılıq, talançılıq, soyğunçuluq səbəbilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi öhdəlik olaraq cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsi ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, qeyd edilən müddəa İddiaçı işi üzrədə tətbiq edilməlidir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3922/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd edilən 2-1(120)-3922/2025 nömrəli iş üzrə materiallara baxılan zaman iddiaçı eyni tələblə və eyni sübutlarla yenidən məhkəməyə müraciət etdiyi müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hal-hazırki inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “yaşadığı ünvan 1 ünvandakı evin, ev Muzeyi və açıq havada muzeyi və tarixi abidələrinin tərkib hissələrindən olan bu ərazidəki bütün tikililərə və əkililərə florası, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və işğalçılıq, talançılıq, soyğunçuluq səbəbilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi öhdəlik olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olması əsası ilə xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar