Məhkəmə qərarları › İş №2-1(120)-5910/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5910/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5910/2025 17.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X3rşı “xx.xx.2025-ci il tarixli, 45 nömrəli informasiya sorğusunun doğru-dürüst, tam cavablandırılması üçün cavabdeh Təşkilatın üzərinə müvafiq məcburedici öhdəliyinin qoyulması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X3rşı “xx.xx.2025-ci il tarixli, 45 nömrəli informasiya sorğusunun doğru-dürüst, tam cavablandırılması üçün cavabdeh Təşkilatın üzərinə müvafiq məcburedici öhdəliyinin qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları X11 28 oktyabr 2025-ci il tarixli, 45 nömrəli informasiya sorğusu ilə yazılı müraciət etmiş, müraciəti onun Cəlilabad rayon Veteranlar Təşkilatına sədr təyin olunmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmsması ilə bağlı olmuşdur. Lakin, cavabdeh Təşkilat müraciətini doğru-düzgün, tam cavablandımamışdır. Qəsddən bilərəkdən ciddi qanun pozuntusuna yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli, 45 nömrəli informasiya sorğusunun doğru-dürüst, tam cavablandırılması üçün cavabdeh Təşkilatın üzərinə müvafiq məcburedici öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddiası tam əsassızdır və mümkün sayılmamalıdır. Birincisi “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi qeyri-hökumət təşkilatıdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına aid deyil. İkincisi İddiaçı bir dəfə də “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinə qarşı “müraciətin tam ovbyektiv cavablandırılması üçün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə müvafiq məcburedici vəzifənin və dəymiş zərərin, 1000 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə X9 müraciət etmiş, lakin Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X3rşı «müraciətin tam obyektiv cavablandırılması üçün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə müvafiq məcburedici vəzifənin və dəymiş zərərin, 1000 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası mümkün sayılmamışdır. Bundan sonra İddiaçı “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru kimi xx.xx.2023-cü il tarixli, 216 nömrəli məktubla Təşkilata müraciət etmiş həmin müraciət də ətraflı araşdırılaraq 26 oktyabr 2023-cü il tarixli 165 nömrəli məktubla cavablandırılmışdır. Digər tərəfdən məlumat üçün bildiririk ki, Cəlilabad rayon Veteranlar Təşkilatının 30 mart 2022-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən Cəlilabad rayon Veteranlar Təşkilatının sabiq sədri X1 ilə əlaqədar işləyə bilməməsi barədə müraciəti nəzərə alınmış və X15 rayon Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunmuşdur. Eyni zamanda həmin iclasın qərarına əsasən X7 namizədliyi haqqında rəylər nəzərə alınmış və X2 seçilməsi təsdiq edilmişdir. Cəlilabad rayon Veteranlar Təşkilatının 30 mart 2022- ci il tarixdə keçirilmiş iclasında Cəlilabad rayon İcra Hakimiyyətindən və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyindən nümayəndələr iştirak etmişlər. X8 Cəlilabad rayon Veteranlar Təşkilatının sədri vəzifəsinə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi təyin etməmiş, X12 uyğun olaraq Cəlilabad rayon Veteranlar Təşkilatının 30 mart 2022-ci il tarixdə keçirilmiş Rəyasət heyətinin qərarına əsasən həmin vəzifəyə seçilmişdir. X7 şəxsi işindən məlum olur ki, Ədalət Salmanov ali təhsillidir, Azərbaycan Pedaqoji İnstitutunun “Azərbayan dili və ədəbiyyat” ixtisası üzrə tam kursunu bitirərək “Azərbayan dili və ədəbiyyat müəllimi” ixtisasını almışdır. X5 Azərbayan Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin, X4 üzvüdür, eyni zamanda əmək veteranıdır. Onu da qeyd edək ki, ərizəçi İddiaçı Respublika Veteranlar Təşkilatında olmuş və ərizədə qaldırdığı məsələlərə dair rəhbərlik tərəfindən ona ətraflı məlumat verilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixdə həm Cəlilabad rayon prokuroruna (İddiaçı prokurorluğa müraciəti əsasında), həm də ərizəçiyə Ə- 12 saylı məktub ünvanlanmışdır. Lakin buna baxmayaraq İddiaçı öz qərəzli mövqeyindən əl çəkməyərək yenə də dövlət orqanlarına və Respublika Veteranlar Təşkilatına eyni məzmunlu təkrar müraciətlər etməkdə davam etmişdir. Əslində İddiaçı qərəzli mövqe sərgiləməklə, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinə narahatçılıq yaratmaqla Birliyin iş fəaliyyətinə xələl gətirir. İddiaçı “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinə qarşı “xx.xx.2023-cü il tarixli, 216 nömrəli yazılı müraciətin tam, dolğun şəkildə cavblandırılması və dəymiş zərərin-1000 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsininin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları X10 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 266 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri X7 ailə üzvləri barədə qeyd etdiyiniz məsələləri araşdırmaq- “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” ictimai Birliyinin səlahiyyətləri xaricindədir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, X14 barədə yazdığı məlumatlar həqiqətə uyğun olmadığından Ədalət Salmanovun iddiası qismən təmin olunaraq X14 barəsində “Facebook” sosial şəbəkəsində yaydığı məlumatlar, iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli məlumatlar hesab edilmiş vs həmin məlumatların “Facebook” səhifəsində təkzib edilməsi vəzifəsi onun üzərinə qoyulmuşdur. Onun “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatı” İctimai Birliyinə qarşı qaldırdığı iddia ərizəsi birinci dəfə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə mümkün hesab edilməmişdir. Daha sonra Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X3rşı “xx.xx.2023-cü il tarixli, 216 nömrəli yazılı müraciətin tam, dolğun şəkildə cavablandırılması və dəymiş zərərin-1000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbir dair iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları X16 öz səlahiyyətləri daxilində bütün lazımi məlumatları və sənədləri hər iki məhkəməyə təqdim etmişdir. Bu barədə ona tərəflərindən dəfələrlə rəsmi cavab verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 2866/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X3rşı “müraciətin tam obyektiv cavablandırılması üçün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə müvafiq məcburedici vəzifənin və dəymiş zərərin, 1000 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 2159/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X3rşı “xx.xx.2023-cü il tarixli, 216 nömrəli yazılı müraciətin tam, dolğun şəkildə cavablandırılması və dəymiş zərərin-1000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.[1] 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. İddiaçı informasiya sorğusunun inzibati orqan tərəfindən cavablandırılmasını tələb edir. Lakin informasiya sorğusuna baxılan zaman iddiaçının həmin sorğunu hansı məqsədlə, hansı hüquqi marağa əsasən tələb olunduğunun qeyd edilmədiyi müəyən edilir. Nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq məqsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə, ifadə etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edib-etməməsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-108/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olubolmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilib-edilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” Həmçinin iddiaçının müraciətinin informasiya məlumatlı olmadığı halı müəyyən edilir. Belə ki, müraciətdə qanun pozuntusuna yol verilən qurumun cavab verməli olduğu, saxtakarlıqlara yol verildiyi bildirilir. Belə olan halda məhkəmə hesab edir ki iddiaçının qeyd edilən müraciəti inzibati məhkməyə deyil, hüquq mühafizə orqanlarına edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti sorğu informasiyasının əldə edilməsi hissəsində cavablandırılmış və qeyd edilmişdir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının 30 mart 2022-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən Cəlilabad rayon Veteranlar Təşkilatının sabiq sədri X1 ilə əlaqədar işləyə bilməməsi barədə müraciəti nəzərə alınmış və X15 rayon Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunmuşdur. Eyni zamanda həmin iclasın qərarına əsasən X7 namizədliyi haqqında rəylər nəzərə alınmış və X2 seçilməsi təsdiq edilmişdir. Cəlilabad rayon Veteranlar Təşkilatının 30 mart 2022- ci il tarixdə keçirilmiş iclasında Cəlilabad rayon İcra Hakimiyyətindən və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyindən nümayəndələr iştirak etmişlər. X8 Cəlilabad rayon Veteranlar Təşkilatının sədri vəzifəsinə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi təyin etməmiş, X12 uyğun olaraq Cəlilabad rayon Veteranlar Təşkilatının 30 mart 2022-ci il tarixdə keçirilmiş Rəyasət heyətinin qərarına əsasən həmin vəzifəyə seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar