Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-619/2023 09.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5saylı Ərazi Vergilər İdarəsi tərəfindən “BROSS-77 MMC -yə görə Vergilərin hesablanması barədə xx.xx.2018ci il tarixli **********775600 nömrəli, ”DRUPS-2017” MMC-yə görə Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, Vergilərin hesablanması barədə 15 oktyabr 2018-ci il tarixli, **********072800 nömrəli, Vergilərin hesablanması barədə 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********612300 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********663500 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 yanvar 1997-ci il tarixdə Oğuz şəhərində anadan olmuşdur. Hazırda 21 yaşı var. Heçbir vaxt nə dövlət müəssisəsində, nə də qeyri-dövlət təşkilatında işləməmişdir. 21 yaşında belə bir MMC-lərin icra orqanlarının rəhbəri olmaq böyük şansdır.Oğuz Rayon Məhkəməsinə çağırıldığı zaman ona məlum oldu ki, onun ölkədən getməsinə məhdudiyyət qoyulub. Səbəbini soruşduqda isə yuxarıda qeyd etdiyi kimi guya "xxxx" MMC ( VÖEN 680 1464931) "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC ( VÖEN **********) və "xxxx" MMC (VÖEN **********)-nin icra orqanlarının rəhbəridir. Oğuz Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(054)-700/2018 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququ məhdudlaşdırıldı. Bundan sonra hüquqşünaslara müraciət edərək, vəziyyətdən çıxış yolunun olub-olmamasını soruşdu. Maddi imkanı olmadığı üçün vəkil məsləhətindən yararlana bilmədi. Ona mübahisənin aydınlaşdırılması üçün vergi qərarlarının ləğv edilməsi tövsiyə olundu. Bu səbəbdən Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə rəsmi müraciət edərək, kameral vergi yoxlaması barədə vergi qərarlarının yuxanda qeyd edilən ünvana göndərilməsini xahiş etdi. 17 iyun 2022-ci il tarixdə həmin qərarlar ona poçt vasitəsi ilə təqdim edildi. Sözügedən mübahisədə Tural adlı şəxs tərəfindən aldanılaraq etibarından sui-istifadə etməklə adına etibarnamə alınmış və həmin etibarnamə əsasında adına MMC-lər ayardılmışdır. Bu mübahisə ilə hazırda cinayət işi davam edir. Həmin cinayət işində zərərçəkmiş şəxs kimi dəvət edilsə də yekun məhkəmə aktı barədə ona heç bir məlumat verilməşdir.Vergi orqanının qanunsuz hərəkətləri barədə həmin qərarlar rəsmi əldə olunduqdan sonra məhkəmədə mtibahisələndirmək məcburiyyətində qalmışdır. Belə ki, qərarları rəsmi əldə etdikdən sonra ona məlum oldu ki, vergilərin hesablanması barədə “BROSS-77 “ MMC - yə görə xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, ’’DRUPS-201 7”MMC-yə görə xx.xx.2019cu il tarixli **********505100 nömrəli, 15 oktyabr 2018-ci il tarixli, **********072800nömrəli, 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, xx.xx.2018-ci il tarixli, **********612300 nömrəli, xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********08663500 nömrəli vergilərin hesablanması barədə qərarlarla vergi məsuliyyətinə cəlb edilmişdir. Təkrar olaraq qeyd edir ki, sözügedən qərarlar dəfələrlə rəsmi müraciət etdikdən sonra 17 iyun 2022-ci il tarixdə ona poçt vasitəsi ilə rəsmi qaydada təqdim edilmişdir.Hesab edir ki, vergi hesablanması barədə qərarlar qanunverciliklə nəzərdə tutulmuş qaydada qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçının 2014-cii ilin 2-ci rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bölməsində olan məlumatlarla vergi orqanının baza məlumatları arasında kəskin fərq yarandığı üçün onun fəaliyyəti cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmiş və bu barədə cəmiyyətə xx.xx.2014-cü il tarixli **********388100 nömrəli “vergilərin hesablanması barədə" qərarla 12138,84 manat əlavə vergi hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) tərəfindən 2017-ci il 4-cü rüb üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi ilə xx.xx.2018-ci il tarixli **********283900 nömrəli bank hesabları və əməliyyatları barədə məlumatlar arasında fərqin olduğu müəyyən edilmişdir. Bankdan daxil olmuş xx.xx.2018-ci il tarixli **********283900 nömrəli bank hesabları və əməliyyatları barədə məlumatlara əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin bank hesabına 196217,78 manat məbləğində pul vəsaiti daxil olduğu halda cəmiyyət tərəfindən müvafiq hesabat dövrü üçün təqdim olunmuş bəyannamə üzrə dövriyyə və işçi sayı göstərilməmiş, əmək haqqı hesablanmamışdır. Bu hal vergidən yayınma halı və çilərin əmək müqaviləsi (kontrakt) bağlamadan işlərə cəlb edilməsi kimi qiymətləndirilir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan Vergi məcəlləsinin 20.2-ci maddəsinə əsasən “Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər əhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi dəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə əaliyyət göstərmiş olsunlar” və məcəllənin 220.4-cü maddəsinə əsasən “Müxtəlif vergi zərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aoarılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir”. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********719900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb ziunmuşdur.Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********775600 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Aparılan araşdırma zamanı xx.xx.2018-ci il tarixli **********765700 nömrəli bank sənədinə əsasən vergi ödəyicisi "xxxx" MMC-nin VÖEN **********) hesablaşma hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 198000 manat məbləğində vəsait daxil olduğu müəyyən edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd olunan dövr üzrə bəyannamə təqdim edilmədiyi müəyyən edilmişdir. Bu hal vergidən ayınma halı və işçilərin əmək müqaviləsi (kontrakt) bağlamadan işlərə cəlb edilməsi kimi qiymətləndirilir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli, **********995600 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi aqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi rqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur.Qeyd olunan kənarlaşma ilə aqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə ameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********146500 nömrəli və xx.xx.2018-ci il tarixli **********072800 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlilinə əsasən aparılan araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 2018-ci il aprel ayı üzrə e-qaimə ilə 12783.0 manat məbləğində mal təqdim edilməsinə baxmayaraq, qeyd olunan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğinin göstərilmədiyi müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixdə **********445600 nömrəli və xx.xx.2018-ci il tarixli **********467000 nömrəli kameral ergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu :ondərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur.Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda :eyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********636700 nomrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Vergi ödəyicisi "xxxx" MMCnin (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə vergiyə cəlb olunan dövriyyəsi 310783.0 manat olduğu üçün, Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1 -ci maddələrinə əsasən 11 05.2018-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır.Aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən e-qaimə ilə 2018-ci ilin May ayı üzrə 11995 manat (ƏDV-daxil) məbləğində, iyun ayı üzrə 22874.8 manat (ƏDVdaxil) məbləğində, iyul ayı üzrə 4999.95 manat (ƏDV-daxil) məbləğində, avqust ayı üzrə isə 10550.0 manat (ƏDV daxil) məbləğində mal (iş və xidmət) təqdim edilməsinə baxmayaraq, qeyd olunan dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq .aranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********885600 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur.Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim iilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi ıxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********12300 nömrəli, **********663500 nömrəli, **********615400 nömrəli və **********09500 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Aparılan araşdırma zamanı "xxxx" MMC-nin (VÖEN 3********) xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV syannamələrinə əsasən dövriyyə məbləğinin 42728.62 manat məbləğində olmasına axmayaraq, qeyd olunan dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi üəyyən edilmişdir.Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi ənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bu halda azirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 55 saylı Qərarına əsasən "xxxx" MMC-nin VÖEN **********) 2018-ci il mənfəət vergisi bəyannaməsinə əsasən mənfəət vergisinə cəlb dilən gəliri 7121,44 manat mənfəət vergisi üzrə vergi məbləği isə 1424,29 manat olduğu ıüəyyən edilərək, yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********14800 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi aqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 ün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi rqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur.Qeyd olunan kənarlaşma ilə aqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına əqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə ameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli **********505100 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iclasında izahat verərək, müddətin tətbiq edilməsi barədə vəsatəti müdafiə edərək,5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, xx.xx.2018-ci il tarixli **********072800 nömrəli, xx.xx.2018-ci il tarixli **********636700 nömrəli, xx.xx.2018-ci il tarixli **********8612300 nömrəli, xx.xx.2018-ci il tarixli **********615400 nömrəli və xx.xx.2018-ci il tarixli **********663500 nömrəli qərarları barədə iddia tələbi üzrə qanunvericilikə müəyyən edilmiş prosessual müddətlər ötürülmüşdür.Hazırkı iş üzrə iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı tərəfindən vergi borcunun silinməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. İddiaçı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iddiaçının iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan” görünür ki, xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, ”DRUPS-2017” MMC-yə görə Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, Vergilərin hesablanması barədə 15 oktyabr 2018-ci il tarixli, **********072800 nömrəli, Vergilərin hesablanması barədə 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********612300 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********663500 nömrəli vergilərin hesablanması barədə qərarlar iddiaçının elektron ünvanına göndərilmiş, “BROSS-772 MMC-nin vergi öhdəliklərinə görə xx.xx.2018-ci il tarixli **********775600 nömrəli qərar xx.xx.2018-ci il tarixdə, ”DRUPS-2017 MMC-yə görə 15 oktyabr 2018-ci il tarixli, **********072800 nömrəli qərar xx.xx.2018-ci il tarixdə, 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli qərar xx.xx.2018-ci il tarixdə oxunmuşdur. İş materiallarında olan “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin predmetindən görünür ki, vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirşlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini tərəflər razılığa gəlmişlər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddia ərizəsi üzrə mübahisələndirilən qərarlardan 5 saylı Ərazi Vergi İdarəsi olaraq müddətin keçməsinə görə iddia müddətinin tətbiq olunması barədə vəsatət verilmişdir. İddiaçı həmin qərarlardan xəbərdar olmamısını bildirmişdir. Lakin həmin qərarlar üzrə yaranmış borca görə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi olmuş və iddiaçı bu qətnamədən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi iddiaçının 2018-ci il tarixdən məlumatlı olmuşdur. İddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış müraciətə baxılması haqqında məktuba əsasən, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikası Vergiiər Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli (AVİS qeydiyyatı: xx.xx.2019-cu ıl tarixli **********119000 nömrəli) müraciətə Nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması departamentındə baxılır.Müraciətin araşdırılmasında şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndə) və ya vəkil vasitəsilə iştirak edə bilər. Bu məqsədlə onu (şikayət verən fiziki şəxsi və ya hüquqi şəxsin rəhbərıni), habelə səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkil vasitəsilə təmsil olunacağı təqdirdə səlahiyyətli nümayəndəni (qanuni nümayəndəni) və ya vəkili xx.xx.2019-cu il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati ornasına dəvət etmişdir. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCnin icra orqanlarının rəhbəri, xx.xx.1997-ci ildə ünvan 1 ünvanında yaşayan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı apellyasiya şikayətinə əsasən, xx.xx.2019-cu il tarixli Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, qeyd edilən vergi borcu kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlar (inzibati akt) əsasında hesablanmışdır. Eyni zamanda məlum olmuşdur ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2018ci il tarixli **********775600 nömrəli, xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, 15 oktyabr 201 8-ci il tarixli, **********072800 nömrəli, 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, xx.xx.2018-ci il tarixli , **********612300 nömrəli, xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********08663500 nömrəli vergilərin hesablanması barədə qərarlardan 2018-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, 15 oktyabr 2018-ci il tarixli, **********072800 nömrəli, 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, xx.xx.2018-ci il tarixli , **********612300 nömrəli, xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********08663500 nömrəli vergilərin hesablanması haqqında qərarlardan 2018-ci il tarixindən məlumatı olmuş və prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan, yəni 2018-ci il və 2019-cu il tarixdən (xx.xx.2019-cu il tarixli **********505100 nömrəli qərar üzrə) başlamışdır. İddia ərziəsi xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, 15 oktyabr 201 8-ci il tarixli, **********072800 nömrəli, 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, xx.xx.2018-ci il tarixli , **********612300 nömrəli, xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********08663500 nömrəli vergilərin hesablanması haqqında qərarlardan məlumatlı olduğu vaxtdan 3 (üç) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarları aldıqdan (təqdim olunduqdan) 4 il keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə iddia ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində MMC-lərin mövcudluğu barədə heç bir məlumatının olmadığını və vergi borcları barədə məlumatlı olmadığını qeyd etsə də, Oğuz Rayon Məhkəməsinin qətnaməsindən verilən 2019-cu il tarixli apellyasiya şikayəti, cavabdeh orqanın məlumat təqdim edilməsi barədə məktublarından müəyyən edilir ki, iddiaçı rəhbəri olduğu MMC-lər barədə və vergi öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumatlı olmuş, mübahisələndirdiyi qərarlar elektron qaydada iddiaçının elektron ünvanına göndərilmiş, iddiaçı tərəfindən oxunmuş və prosessual müddətləri ötürdükdən sonra inzibati qaydada məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə qeyd edir ki, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı ”DRUPS-2017” MMC-yə görə xx.xx.2019cu il tarixli **********505100 nömrəli qərarın ləğv edilməsini xahiş etmiş, lakin iş materiallarının araşdırılması nəticəsində xx.xx.2019-cu il tarixli **********505100 nömrəli qərarın mövcud olması müəyyən edilmişdir. Buna görə məhkəmə iddiaçı tərəfindən yanlışlığa yol verildiyini, xx.xx.2019-cu il tarixli **********505100 nömrəli qərarın ləğv edilməsini xahiş etdiyini müəyyən edir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bununla bağlı olaraq məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsi də göstərir ki, elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımdan tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir. Bu mənada, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların elektron üsulla göndərilməsinin həmin qərarların qanunla müəyyən edilmiş qaydada çatdırılma üsulu kimi qəbul edilməlidir. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1909/2019 nömrəli 02 iyul 2019-cu il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “BROSS-77 MMC yə görə xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, ”DRUPS-2017” MMC-yə görə Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, Vergilərin hesablanması barədə 15 oktyabr 2018-ci il tarixli, **********072800 nömrəli, Vergilərin hesablanması barədə 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********612300 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********663500 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5saylı Ərazi Vergilər İdarəsi tərəfindən “BROSS-77 MMC -yə görə xx.xx.2018-ci il tarixli **********775600 nömrəli, ”DRUPS-2017” MMC-yə görə Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********505100 nömrəli, Vergilərin hesablanması barədə 15 oktyabr 2018-ci il tarixli, **********072800 nömrəli, Vergilərin hesablanması barədə 16 oktyabr 2018-ci il tarixli, **********636700 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********612300 nömrəli, Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********615400 nömrəli və Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********663500 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-619/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-619/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver