Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-672/2023 15.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarın ləğv olunması və onun dövlət qulluqçusu kimi 15 ildən artıq olması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(120)-2031/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarın ləğv olunması və onun dövlət qulluqçusu kimi 15 ildən artıq olması barədə qərar qəbul edilməsi barədə olan tələbində dəqiqləşdirilmə aparılaraq iddia tələbi “xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” kimi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin may ayından 2010-cu ilin may ayına kimi, Kürdəmr rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kəndi üzrə icra nümayəndəsi işləmiş, 2010-cu ilin may ayından icra nümayəndəsinin müavini vəzifəsində çalışmışdır. Kürdəmir rayon İH Başçısının 2010-cu il 28 dekabr tarixli 173 saylı sərəncamı ilə onu qanunsuz olaraq işdən azad etmişlər. Məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsinə əsasən o, Kürdəmir rayon İHB-nın 68 saylı, 14 mart 2014-cü il tarixli sərəncamı ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 301.1-ci maddəsinə əsasən, yenidən vəzifəyə təyin olunmuşdur. Yəni məhkəmə qətnaməsinə əsasən, onun işdən azad olunmağı barədə sərəncam ləğv olunmuşdur. Sonradan 20 aprel 2022-ci il tarixdə təqaüd yaşı çatdığı üçün işdən azad olunmuşdur. Dövlət qulluqçüsu kimi ona təqaüd kəsiləməsi ilə əlaqədar cavabdehə müraciət etdikdə, onun qanunsuz olaraq işdən azad olduğu müddət hesablanmamış və ona imtina etmişlər. Bu qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, 2010-cu il tarixli sərəncam ləğv olunduqdan sonra o əvvəlki iş yerinə bərpa olunmuşdur. Yəni həmin dövrdən də onun əmək stajı hesablanmalıdır. Lakin, cavabdeh təşkilat ona həmin dövr üçün sosial ayırmalar olmadığı səbəbindən, imtina edir. Kürdəmir rayon İcra Hakimiyyətinin mühasibatlığının səhvi nəticəsində o əziyyət çəkməli olmuşdur. Onun hüqüqi savadsızlığından işdən qanunsuz çıxdığı dövr üçün əmək haqqını da almamışdır. Bu barədə məhkəməyə də müraciət edəcəkdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona qarşı qərəzli edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyin üzrə Mərkəzi Filialının 14 iyun 2022-ci il tarixlə **********8 saylı qərarının ləğv olunmasına və onun dövlət qulluqçusu kimi 15 ildən artıq olması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın :əyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ə məhkəməyə müraciət etmişdir.Hesab edirik ki, icraatınızda olan 2-1(120)-2031/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati prosessual Məcəlləsinin 1.2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı :əqdim edirik. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir.Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda dövlət qulluqçusu kimi stajının 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022- ci il tarixləri arasındakı dövrlər) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin qanunun 20.1.7 ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.Həmin qanunun 20.11.1 -ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat "üququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit :lunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni oaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların əmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata seçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının •konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Kürdəmir rayon Hakimiyyəti Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə,xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək həmin iş yerində müavin vəzifəsində işləmişdir.Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövrlərə uyğun sosial sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən yəni 15 ildən az olmaqla cəmi 14 il 8 ay 7 gün təşkil edir.Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.Yuxarıda şərh olunanlara əsasən İddiaçı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirik. İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Kürdəmir rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Kürdəmir rayonunda yerləşdiyindən, doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş Lətifov X3 rayonu, Çöhranlı kənd ünvanında qeydiyyatdadır. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin Neftçala rayon Şöbəsinin məktubundan görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.2022-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1- ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin dövlət qulluğu stajınız 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-445/2013 nömrəli 18 iyun 2013-cü il tarixli qətnaməsindən göstərilmişdir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Kürdəmir rayon məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(041)221/2013 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 saylı sərəncamı ləğv edilsin. İddiaçı öz əvvəlki Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4288/2013 nömrəli 25 dekabr 2013-cü il tarixli qərarından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İşdə olan Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin məhkəməyə ünvanladığı 5Q-914/2022 nömrəli 04 oktyabr 2022-ci il tarixli məktubundan göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-ci il tarixli, 2(106)445/2013 saylı qətnaməsi xx.xx.2013-cü ildə qanuni qüvəsini almış və xx.xx.2015-ci ildə Kürdəmir Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 30 avqust 2022-ci il tarixində daxil olmuş 2-1(120)-2031/2022 nömrəli məktubuna aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004- xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də adıçəkilən şəxsə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materialların təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. - İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının aparatının 05 oktyabr 2022-ci il tarixli 2/221-6 nömrəli məktubundan görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 27 may 2004-cü il tarixli, 78 saylı sərəncamının və Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 21 may 2010-cu il tarixli, 62a saylı sərəncamının təsdiq olunmuş surətləri göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 78 nömrəli 27 may 2004-cü il tarixli sərəncamın surətindən görünür ki, Lətifov X3 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 62a nömrəli 21 may 2010-cu il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 2010-cu il 21 may tarixdən rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixli, 173 saylı sərəncamına əsasən, İddiaçı 2010-cu il 24 dekabr, 27 dekabr və 28 dekabr tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməklə ona həvalə olunmuş vəzifələrin icrası zamanı kobud qanun pozuntusuna yol verdiyi üçün Azərbaycan Respublikası “Dövlət qulluğu” Qanunun 25.2.6-cı maddəsinə əsasən 2010-cu il 28 dekabr tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 68 nömrəli 14 mart 2014-cü il tarixli sərəncamın surətindən görünür ki, Lətifov X3 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 70 nömrəli 20 aprel 2022-ci il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 2022-ci il 20 aprel tarixdən tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 30 noyabr 2022-ci il tarixli 108 nömrəli məktubundan görünür ki, Kürəmir rayonu Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin keçmiş müavini İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində fəaliyyəti barədə: 27 may 2004ci il Lətifov X3 RİHB-nin Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması barədə. 21 may 2010-cu il Kürdəmir rayon İHB-nın Çöhranlı Ərazi Vahidliyi üzrə nümayədəsinin müavini vəzifəsinə keçrilməsi barədə; xx.xx.2010-cu il İddiaçı Çöhranlı Ərazi Vahidliyi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilməsi barədə; xx.xx.2014-ci il İddiaçı Çöhranlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilməsi barədə; xx.xx.2022-ci il İddiaçı Çöhranlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamları və əmək haqqı cədvəlləri göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı 08 fevral 2023-cü il tarixli 9-3/2-230/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Yuxarıda qeyd edilən Qaydaya əsasən İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işdən azad edildiyi 28 dekabr 2010-cu il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa edildiyi 14 mart 2014-cü il tarixədək olan dövr - məcburi işburaxma dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində işlədiyi dövrlərin dövlət qulluğu kimi nəzərə alınaraq dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X7, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X8 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası. Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X8, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 8.3-cü maddəsinə əsasən konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir. “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2004-cü il tarixdən 2014-cu il tarixədək Lətifov X3 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində çalışmış, xx.xx.2010-cu il tarixli, 173 saylı sərəncamına əsasən, İddiaçı 2010-cu il 28 dekabr tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işə bərpa barədə ərizə ilə məhkəməyə müraciət etmiş və yekun olaraq Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, Kürdəmir İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli sərəncamla Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuşdur. İddiaçı 2022-ci il 20 aprel tarixdən tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən, məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İşin faktiki hallarına əsasən İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəliyinin təqdim edilmiş məlumata əsasən, 12.2010-cu il tarixdən xx.xx.2014-cü ilə qədər olan dövrlərdə İddiaçı əmək haqqı alması barədə məlumat öz əksini tapmamışdır, cavabdeh orqan tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü ilə qədər olan dövrlərdə işləmədiyi və əmək haqqı almadığı üçün ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə əsas olan sosial siğorta stajının 15 il müddətdən az olmaması səbəbi ilə verdiyi imtina əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən buraxılmış məcburi işburaxma dövrü məhkəmə qətnaməsi ilə bərpa edilmişdir və iddiaçı öz vəzifəsinə yenidən təyin edilmiş. xx.xx.2022-ci ilədək vəzifəsi üzrə işini davam etdirmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı göründüyü kimi, dövlət qulluğu stajı 15 ildən çoxdur. İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilmiş, dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası avtomatlaşdırılmış qaydada altsistem tərəfindən təyin edildiyi üçün onun xx.xx.2006-cı il tarixədək siğorta stajı 25 il hesablanmışdır. Bundan əlavə, Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı hüququ yarandığı tarixdən, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-672/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-672/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver