Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-763/2020 22.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x2, İddiaçı (ünvan 1-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi x3 (Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 29, mənzil 54-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı 05.09.2017-19.11.2017-ci il tarixlərdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı 05.01.2017-19.11.2017-ci il tarixlərdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı 05.09.2017-19.11.2017-ci il tarixlərdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20.05.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 06.05.1993-05.10.2017-ci il tarixlərdə Dövlət Təhlükəsizliyi Xidmətində xidmət etmişdir. 05.10.2017-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "b" bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış, 19.11.2017-ci il tarixdə DTX-nın şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ehtiyata buraxıldığı 05.10.2017-ci il tarixi də daxil olmaqla, 08.10.2017-ci il tarixədək xidmət yerində olaraq vəzifəsinin icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. Xidmət müddətində heç bir intizam cəzası almamış, intizam cəzası kimi sərəncama çıxarılmamışdır. Nümunəvi xidmət etmişdir. Buna görə mükafatlar, qüsursuz xidmətə görə və yubiley medalları ilə təltif olunmuşdur. Xidmətinin təxminən 20 ilini bilavasitə ön müdafiə mövqelərində keçirmişdir. Müharibə veteranıdır. 2017-ci ilin avqust ayında xidmət etdiyi şöbə ixtisara düşmüş və o, şöbədə xidmət edən digər həbrçilər kimi sərəncama çıxarılmışdır. sərəncamdan ehtiyata buraxıldığı üçün DTX tərəfindən ona pensiya pulu hesablanarkən məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 % artım hesablanmamışdır. Bu barədə DTX-ya müraciəti müsbət həll olunmadığı üçün, aidiyyatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməyə müraciət etmişdir. Məhkəmənin 09.10.2018-ci il tarixli 2-1(81)-3887/2018 saylı qərarına əsasən iddiası təmin olunmuşdur. DTX-dan onun barəsində yenilənmiş məlumat vərəqi AR ƏƏSMN DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilmişdir. Lakin yenilənmiş məlumat vərəqi DTX-nin siyahısından çıxarıldığı 19.11.2017-ci il tarixdən hesablanmış, sərəncamda olaraq faktiki olaraq vəzifəsinin icra etdirdiyi 05.09.2017-19.11.2017-ci il tarixlərə aid edilməmiş, həmin tarixlər üçün vəzifə maaşına məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləməyə görə 15 % artım hesablanaraq ödənilməmişdir. Bu zaman nəzərə alınmamışdır ki, 05.09.2017-19.11.2017-ci il tarixlərdə sərəncamda olduğu müddətdə yuxarı rəhbərliyin tapşırıq və göstərişi ilə xidmətinin icrasını davam etdirmiş, əməliyyat xidməti göstərdiyi hərbi hissənin ön müdafiə mövqeyində, düşmənlə təmas xəttində müxtəlif ərazilərdə yerləşən (Goranboy rayonu, Goran qəsəbəsi, Beyləqan rayonu, Xaçın kəndi) bölmələrinə mütamadi olaraq gedib-gəlmiş, müvafiq əməliyyat arayışları yazmış, məxfi, tam məxfi sənədlərlə işləmişdir. Qeyd olunanlara əsasən 05.09.2017-19.11.2017-ci il tarixlərdə ödənilməmiş məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi x6 izahatında bildirdi ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.2-ci maddəsinə əsasən ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və «Azərbaycan Respublikası Silahlı x1»ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) hərbi qulluqçular 4 aydan artıq olmamaq şərti ilə sərəncama götürülür. Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumunun verdiyi məlumata görə İddiaçı həqiqi hərbi xidmətdə olduğu struktur bölmənin tam tərkibdə ixtisar olunması ilə əlaqədar olaraq 05 sentyabr 2017-ci il tarixindən DTX-nin sərəncamına götürülmüşdür. DTX-nin müvafiq strukturunun verdiyi məlumata əsasən İddiaçı 05 sentyabr 2017-ci il tarixindən 19 noyabr 2017-ci il tarixinədək sərəncamda olması nəzərə alınaraq məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artım ödənilməmişdir. İddiaçı 19 noyabr 2017-ci il tarixində sərəncamdan ehtiyata gedərkən pensiya hüququ yaranmış və bununla əlaqədar olaraq həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin tələbləri nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi qaydası” barədə məxfi Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən məlumatların məxfilik dərəcəsindən asılı olaraq şəxslərin vəzifə (tarif) maaşına artımın faiz dərəcələri müəyyən edilmişdir. Qərarın müvafiq bəndinə görə tutduqları vəzifədən azad edilmiş və ya sərəncamda olan şəxslərə bu qaydada nəzərdə tutulmuş vəzifə maaşına artım ödənilmir. Yuxarıda qeyd olunan məqamlar nəzərə alınaraq İddiaçı pensiya təyin edilən zaman məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artım müəyyən edilməmişdir. Nəzərə alsaq ki, Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş artım hərbi qulluqçular pensiyaya çıxarkən onların təminat xərcliyinə daxil edilmədiyindən pensiyanın 10-25 % miqdarında aşağı düşür. Bununla əlaqədar olaraq daxil olmuş bir necə ərizə əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşəbbüs göstərilmişdir ki, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara müvafiq dəyişikliklər edilsin. Bununla bağlı tərəfimizdən hazırlanmış layihə Nazirlər Kabinetinə təqdim edilmiş və bu ərəfədə İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edərək hərbi xidmətdə olduğu dövrdə təminat xərcliyinə daxil edilmiş məxfilik dərəcəsinə görə artımın pensiyaya da şamil edilməsi barədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2-1(81)-3887/2018 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Qərarın icrası ilə əlaqədar İddiaçı barəsində dəqiqləşdirilmiş “Məlumat vərəqəsi”nə məxfilik dərəcəsinə görə 15% artım nəzərə alınaraq tərəflərindən Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x7 Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 23 aprel 2019-cu il tarixli 1565-VQD nömrəli Qanuna əsasən pensiya hüququ əldə etmiş hərbi qulluqçular sərəncamdan ehtiyata gedərkən təminat xərcliyi sərəncama götürüldüyü günə hesablanır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. Bundan başqa “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi qaydası” barədə məxfi Qərar qəbul edilmişdir. Sözügedən Qərara əsasən məlumatların məxfilik dərəcəsindən asılı olaraq şəxslərin vəzifə (tarif) maaşına artımın faiz dərəcələri müəyyən edilmişdir. Həmin Qərarın 6-cı bəndinə görə tutduqları vəzifədən azad edilmiş və ya sərəncamda olan şəxslərə bu qaydada nəzərdə tutulmuşvəzifə maaşına artım ödənilmir. İddiaçı öz ərizəsində bildirmişdir ki, ona pensiya təyin olunarkən məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənəaiəriə və ya məlumat daşıyıcıiarı iiə işləməyə görə vəzifə maaşına əlavə hesablanmışdır. Bu səbəbdən sərəncamda olduğu dövrdə ona ödənilməmiş həmin əlavənin ödənilməsi qanunauyğundur. Lakin “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. Qeyd olunduğu kimi hərbi qulluqçu sərəncamda olduğu dövrdə ona məxfilik dərəcəsinə görə artım Nazirlər Kabinetinin qərarına əsasən ödənilmir, çünki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə əsasən sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir, lakin pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiya “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə olan təminat xərcliyindən hesablanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, hərbi biletin, xidməti vəsiqənin, digər vəsiqələrin surətlərini, arayışlar və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki,baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.3-cü maddələri). x4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçılar iddia qaldırmadan əvvəl inzibati orqana müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, İddiaçı 05.09.2017-19.11.2017-ci il tarixlərdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE 17118237 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 26.02.1967-ci il tarixdə Beyləqan şəhərində anadan olub, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan İddiaçı məxsus 21.05.1985-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 06.05.1993-05.10.2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində xidmətdə olmuşdur. 05.10.2017-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "b" bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış, 19.11.2017-ci il tarixdə DTX-nın şəxsi heyətinin siyahısından çıxarılmışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən « Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.2-ci maddəsinə əsasən hərbi qulluqçular ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı x1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti iləsərəncamda olurlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləyən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi Qaydası”nın: 3-cü bəndinə əsasən məlumatların məxfilik dərəcəsindən asılı olaraq şəxslərin vəzifə (tarif) maaşına nisbətdə faizlə ifadə olunmuş artım müəyyən edilir. 6-cı bəndinə əsasən bu qaydada nəzərdə tutulan vəzifə maaşlarına artım tutduqları vəzifədən azad edilmiş və ya sərəncamda olan şəxslərə ödənilmir. İş materiallarında olan sübutlarla və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı 06.05.1993-05.10.2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində xidmətdə olmuşdur. 05.10.2017-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "b" bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış, 19.11.2017-ci il tarixdə DTX-nın şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı həqiqi hərbi xidmətdə olduğu struktur bölmənin tam tərkibdə ixtisar olunması ilə əlaqədar olaraq 05 sentyabr 2017-ci il tarixindən DTX-nin sərəncamına götürülmüşdür. İddiaçı 05 sentyabr 2017-ci il tarixindən 19 noyabr 2017-ci il tarixinədək sərəncamda olması nəzərə alınaraq məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artım ödənilməmişdir. İddiaçı 19 noyabr 2017-ci il tarixində sərəncamdan ehtiyata gedərkən pensiya hüququ yaranmış və bununla əlaqədar olaraq həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qaydalar”da məlumatların məxfilik dərəcəsindən asılı olaraq şəxslərin vəzifə (tarif) maaşına nisbətdə faizlə ifadə olunmuş artımın sərəncamda olan şəxslərə ödənilməsi nəzərdə tutulmadığından iddiaçı 05.09.2017-19.11.2017-ci il tarixlərdə sərəncamda olduğu müddətdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsini tələb etməkdə deyil.Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı 05.09.2017-19.11.2017-ci il tarixlərdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı 05.09.2017-19.11.2017-ci il tarixlərdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına 15 faiz artımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardaninzibatiməhkəməicraatınıniştirakçılarıtərəfindəntələblərinintəminolunmadığı halda, qərarrəsmi qaydada verildikdən (tamformadatəqdimolunduqdan) sonra 30 günmüddətində Şirvan İnzibatiMəhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiyaşikayətiverilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-763/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-763/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver