Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-842/2025 31.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 09 yanvar 2024-cü il tarixli **********83000 nömrəli qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 4269.07 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 09 yanvar 2024-cü il tarixli **********983000 nömrəli qərarı əsassız hesab edir: İddiaçının 2022-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində 25481.40 manat gəlir, gəlirdən çıxılan xərc isə 21754.83 manat qeyd olunmasına baxmayaraq cavabdeh vergi orqanı tərəfindən onun 25481.40 manat gəlirindən heç bir xərc çıxılmadan gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə lavə təqdim edilərək göstərilmişdir ki, Salyan rayonunda qeydiyyat da olsa da, Bakı şəhərində təsərrüfat mallarının səyar satış fealiyyəti ilə məşğul olmuşdur. Sədərək T/M-də yerləşən təsərrüfat bazarından müxtəlif malmaterial alıb, Bakı şəhərində fəaliyyət qösdərən MMC-lərin birinə satış edirdi. 2022 ci ilin 3cü rübündə işə başlamışam. 3 ay işlədikdən sonra VÖEN üzərində fəaliyyətini dayandırdı. Bu müddət ərzində 25481.40 azn gəlir əldə etdi. Bazardan rəsmi qaimə ala bilmədiyinə görə bütün hesablarını öz iş dəftərində aparmış və orada olan hesablarına görə 21754.83 azn pul xərc etmişdir. Vergi orqanına bu xərcləri gösdərsə də ona bildirdilər ki, bu xərci tam düzgün olmasını yoxlaya bilmirlər. Buna cavab olaraq vergi orqanına bildimək istəyir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş əlavədə "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" məlumat verilmişdi. O, alqı-satqı məsələrini həll edə bilsə də, vergi ilə baqlı olan mühasibat işlərinə kömək edən var idi, ona görə məhkəmə iclasında vergiyə aid olan bəzi sualları tam dəqiq cavablandıra bilmir. Ona bu işə başlamaqa da kömək edən var idi, onlar da bu fəaliyyətlə məşğul idi. Sumqayıt qeydiyyatında olduqları üçün Sumqayıt inzibati Məhkəməsinə müraciyət etmişdir və xitam qərarını əldə etmişlər. Analoji iş olduğuna qörə onların qərarlarının sürətini əlavə edir. Bildirmək istərdi ki, vergi orqanları bu qərarla bağlı kassasiya da verməmişdi. Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı (VÖEN: **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarə tərəfindən qəbul edilmiş 09.01,2024-cü il tarixli **********983000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası naqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınıb. Uçot-baza məlumatlarına əsasən əsas fəaliyyət növünün “Mağaza, çadır və bazarlardan kənar mal satışf’ndan ibarət olduğu, qeydiyyatda heç bir təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir.Məlumat üçün bildiririk ki, aparılan araşdırma zamanı İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş 2022-ci il üzrə Gəlir vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin “Malın dəyəri” sətrində (1226.4-kodlu) 21232,83 manat və “Sosial sığorta haqları” sətrində (1226.2- kodlu) 522,0 manat göstərildiyi aşkar edilmişdir. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində mal (iş, xidmət) əldə edilmədiyi (E-qaimə, YGB, Alış aktları məlumatlarına əsasən) aşkar edildiyindən 21232,83 manat dəyərində təsdiqini tapmayan xərc müəyyən edilmiş və həmçinin 2022-ci ilin müvafiq rübləri üzrə təqdim olunan muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatı) görə hesablanmış sığorta haqlarının cəmi məbləğinin 409,50 manat olması səbəbindən kənarlaşmalar müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən mənfəətin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********488900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Vergi ödəyicisi İddiaçı xx.xx.2023-cü il tarixli **********488900 nömrəli məktuba əsasən heç bir əlavə sənəd və ya izahat vergi orqanına təqdim etməmişdir. Nəticədə yuxarıda qeyd olunanları nəzərə alaraq 2022-ci il üzrə məlumatlar düzgün göstərilməklə dəqiqləşmiş gəlir vergisi bəyannaməsini və kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış uyğunsuzluqlar vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********983000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə aradan qaldırılmışdır. Vergi Məcəlləsinin: 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1 -ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyəi} edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara-“Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin ll-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1 -ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Cavabdeh vergi orqanı hesablamaya əsas kimi göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təqdim olunmuş 2022-ci il üzrə Gəlir vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin “Malın dəyəri” sətrində (1226.4-kodlu) 21232,83 manat və “Sosial sığorta haqları” sətrində (1226.2- kodlu) 522,0 manat göstərildiyi aşkar edilmişdir. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində mal (iş, xidmət) əldə edilmədiyi (E-qaimə, YGB, Alış aktları məlumatlarına əsasən) aşkar edildiyindən 21232,83 manat dəyərində təsdiqini tapmayan xərc müəyyən edilmiş və həmçinin 2022-ci ilin müvafiq rübləri üzrə təqdim olunan muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatı) görə hesablanmış sığorta haqlarının cəmi məbləğinin 409,50 manat olması səbəbindən kənarlaşmalar müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən mənfəətin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********488900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Vergi ödəyicisi İddiaçı xx.xx.2023cü il tarixli **********488900 nömrəli məktuba əsasən heç bir əlavə sənəd və ya izahat vergi orqanına təqdim etməmişdir. İddiaçı isə cavabdehin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, xərclərə dair sənədi olmadığından iddiaçı 2022-ci il üzrə Gəlir vergisi bəyannamələrini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən təqdim etmiş, lakin vergi orqanı bunu qəbul etməyərək, iddiaçının xərc çəkdiyini nəzərə almadan gəlirini birbaşa 20% dərəcə ilə vergiyə cəlb etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1 -ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 1 0 0 + R ) x R burada: M1 —vergi ödəyicinin mənfəəti; G1 —vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstürlar əsasında hesablayır. Eyni zamanda məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək ödəməli olduğu gəlir vergisini hesablamışdır.Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 68. Müddətlərin müəyyən edilməsi qaydası 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırlmalı olduğu halda, əksinə iddiaçının vəziyyətini daha da ağırlaşdıran yol seçərək onun faktiki olaraq çəkdiyi xərcləri görməzdən gəlmiş, 2022-ci il üzrə gəlir vergisini Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş qaydalara əsasən hesablamalı olduğu halda, bundan imtina etmiş və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-842/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-842/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver