Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-88/2021 27.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, X2 (Kürdəmir rayonu, Quşlar kəndində yaşayan) və Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 nümayəndəsi X6 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 hüquq məsləhətçisi, Göyçay şəhəri, Atatürk küçəsi, ev 104 ünvanda yaşayan) iştirakları ilə, İddiaçılar İddiaçı və X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30rşı «Kürdəmir rayonu Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı əsasında mərhum ataları X7 Kürdəmir rayonu, Carlı kəndində verilmiş 4,0 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı və X15 məhkəmədə iddia qaldıraraq, Kürdəmir rayonu Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 saylı qərarı əsasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən ailələrinin mülkiyyətinə pay torpağı əvəzində verilmiş 4 hektar torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçılar iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1188/2020 nömrəli qərardadı ilə iddiaçılar və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinin isə Kürdəmir rayon Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı əsasında mərhum ataları X7 Kürdəmir rayonu, Carlı kəndində verilmiş 4,0 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmış və həmin iş üzrə Kürdəmir rayon Carlı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon X17 1998-ci il 25 mart tarixli 03 nömrəli qərarına əsasən dörd nəfərdən ibarət ailələrinin mülkiyyətinə 4 ha pay torpaq sahəsi verilməli idi. Lakin Kürdəmir rayon X17 səhvindən onların ailələrinin birgə mülkiyyətinə 0,48 ha pay torpaq sahəsi verilmişdir. Mərhum atası Zülfəli Xanalıyev bununla bağlı aidiyyəti qurumlara müraciətlər etmişdir. Həmin vaxt fəaliyyət göstərən Kürdəmir rayon Torpaq şöbəsinin rəhbərliyi tez bir zamanda bu məsələyə aydınlıq gətirəcəyini və onlara qanunauyğun ölçüdə pay torpaq sahəsinin veriləcəyini bildirmişdir. Onlara bu kimi vədlər verilsə də, məsələ öz həllini tapmamışdır. Onlar çoxsaylı müraciətlər etdikdən sonra 2002-ci ildə Carlı bələdiyyəsinin mülkiyyətindən 4 ha torpaq sahəsi pay torpağı əvəzində ölçülərək onların ailəsinə təhvil verilmişdir. Bu məsələ 2012-ci ildə Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 saylı qərarı ilə rəsmiləşdirildi. Hazırda Kürdəmir rayon Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 saylı qərarı əsasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən onların ailələrinin mülkiyyətinə pay torpağı əvəzində verilmiş 4 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş edir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X33 rəsmi qaydada müraciət etsə də, onların müraciətindən imtina olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddia tələbi təmin olunmalıdır. X3 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********66 saylı iddia tələbinə etiraz məktubunda qeyd olunmuşdur ki, İddiaçı Kürdəmir rayonu, Carlı kəndi ərazisində yerləşən 4,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X33 müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mərhum X7 və 4 nəfər ailə üzvünə bir konturdan ibarət olmaqla 0,48 ha torpaq sahəsi verilmiş və onların adına JN-0021 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Həmçinin Kürdəmir rayonu, Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı ilə X7 4,0 ha torpaq sahəsi ayrılması ilə bağlı 16 saylı X32 elektron bazaya toplanmış məlumatlarda, arxiv materiallarında, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarında, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, X7 ayrılmış 4,0 ha torpaq sahəsinə dair Kürdəmir rayonu, Carlı bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan sərəncam verildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşın müraciətinə **********18 saylı məktubla cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X34 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanalara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs Kürdəmir rayonu Carlı bələdiyyəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs Kürdəmir rayonu Carlı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X34 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********18 saylı məktubda qeyd olunmuşdur ki, mərhum X7 məxsus Kürdəmir rayonu, Carlı kəndində yerləşən 4,0 ha pay torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X33 daxil olmuş xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mərhum X7 və 4 nəfər ailə üzvlərinə bir konturdan ibarət olmaqla 0,48 ha torpaq sahəsinin verilməsi barədə JN- 0021 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Müraciətdə qeyd etdiyiniz Kürdəmir rayonu, Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı ilə X7 4,0 ha torpaq sahəsi ilə bağlı 16 saylı X32 elektron bazaya toplanmış məlumatlarına, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumat aşkar edilməmişdir. X1 ayrılmış 4,0 ha torpaq sahəsinə Kürdəmir rayonu, Carlı bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan sözügedən torpaq sahəsinə dair sərəncam verildiyi məlum olmuşdur. Qeyd edilənlərə əsasən bildiririk ki, məsələnin həlli istiqamətində «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət X17 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. İş materiallarında olan JN-0021, kod 90608018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti ilə müəyyən olunur ki, Kürdəmir rayonu, Carlı kənd sakini X10 və ailə üzvlərinə Kürdəmir rayonu X17 1998-ci il 25 mart tarixli, 03 nömrəli qərarı ilə 0,48 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Carlı bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli 09 saylı iclas qərarından Çıxarışın surəti ilə müəyyən olunur ki, Quşlar kənd sakini X4 4,0 ha istifadəsində olan torpaq sahəsinin 2007-ci ildə verilmiş rəy əsasında pay torpaq sahəsi kimi sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 36 nömrəli məktubunda qeyd olunur ki, Kürdəmir rayon Quşlar kənd sakini X5 4,0 ha istifadəsində olan torpaq sahəsinin 2007-ci ildə verilmiş rəy əsasında pay torpaq sahəsi kimi sənədləşməsi barədə Carlı bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli protokolu Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Kürdəmir rayon X24 xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubunda qeyd olunmuşdur ki, Kürdəmir rayon Carlı bələdiyyəsinə ünvanlanan məktubunuzu aldıqdan sonra vətəndaş X11 müraciət etdim ki, Şirvan İnzibati Məhkəməsindən sizdə olan sənədlərin surətini istəyirlər, vətəndaş əvvəlcə razılıq versə də, sonradan fikrini dəyişib sənədlərin surətini verməkdən imtina etdi, səbəbi bilinmədi. Sözügedən torpaq sahəsi bələdiyyənin örüş-otlaq sahəsində yerləşir. Örüş sahəsinin əkilib becərilməsi qanuna ziddir. Bu il kənd əhalisinin örüş sahəsinin onlara qaytarılması ilə bağlı çoxsaylı şikayətləri əsasında örüş sahəsi Rayon rəhbərliyinin göstərişi əsasında kənd əhalisinin istifadəsinə verilmişdir. Hal-hazırda həmin sahə təyinatı üzrə istifadə olunur. Şikayət edən vətəndaşlar bacı-qardaşdır, onların 0,46 ha həyətyanı sahəsi, 1,45 ha zəbt olunmuş sahəsi və 0,48 ha pay torpaqları vardır. Dövlət İslahat Komissiyası onların həyətyanı və zəbt olunmuş sahəsini nəzərə alaraq onlara Dövlət Aktı ilə 0,48 ha pay torpağı verilmişdir. Sonradan vətəndaşa hansı əsasla 4,0 ha pay torpağının, özü də örüşotlaq sahəsində verilməsini bilmirəm? Ona görə də vətəndaşın müraciətinin heç bir əsası yoxdur. İş materiallarında olan xx xxxx 2010-cu il tarixli, AZ-İ № 387026 nömrəli ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X10 xx xxxx 2010-cu ildə ölmüşdür. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 10-85 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 saylı iclas protokolunda Quşlar kənd sakini X8 pay torpaq sahəsi ayrılması barədə qərar qəbul edilməmişdir. xx xxxxxxx 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda bildiririk ki, sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq pay ölçüsü və verilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ –hüquqi aktların təsdiq edilməsi barədə” xx xxxxxx 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında ƏSASNAMƏ” ilə müəyyən edilirdi (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 saylı Fərmanı ilə ləğv edilmişdir). İş materiallarında olan X24 Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 14 saylı münasibət məktubunda qeyd olunmuşdur ki, Torpaq islahatı gedən zaman hər bir vətəndaşın adında olan torpaq sahələri nəzərə alınaraq onlara pay torpağı verilirdi. İddiaçıların da mərhum atası X16 dörd nəfərlə islahata gedib, onların 0,46 ha həyətyanı sahəsi, 1,45 ha zəbt olunmuş bələdiyyə torpağı vardır. Onu da qeyd edir ki, zəbt olunmuş sahə islahat gedərkən 2-yə vurulduğu üçün onlara düşən pay torpağı 0,48 ha düşmüşdür. İslahat Komissiyası vətəndaşın zəbti olduğu üçün ona düşəcək pay torpağını belə hesablamışdır. İddiaçılara bu qanuni qaydalar dəfələrlə izah olunsa da, onlar öz iddialarından əl çəkmirlər. İddiaçıların iddia etdikləri torpaq sahəsi Kürdəmir rayon Carlı bələdiyyəsinin örüşotlaq sahəsidir. İddiaçılar pay torpağının azlığı barədə şikayət edəndə onlara bu qanuni qaydalar və normalar izah olunması əvəzinə onları sözügedən sahəyə yerləşdiriblər. Həmçinin qeyd edir ki, həmin sahə islahat gedərkən örüş-otlaq sahəsi kimi ayrılmasına baxmayaraq, təyinatı üzrə istifadə olunmurdu. Bu il kənd əhalisinin kütləvi tələbləri nəzərə alınaraq həmin sahə təyinatı üzrə istifadəyə verilmişdir. Həmin sahədə pay torpağı əvəzi yerləşdirilənlər və icarə əvəzi istifadə edənlər oradan çıxarılmış, bir çoxları cərimə olunmuşlar. İddiaçılar onlara verilmiş qanuni pay torpağından istifadə etməlidirlər. Odur ki, qeyd edilən faktlar nəzərə alınmaqla Carlı bələdiyyəsinin nümayəndəsinin iştriakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X18 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Carlı bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli 09 saylı iclasının qərarından çıxarışına əsasən Quşlar kənd sakini X4 4,0 ha istifadəsində olan torpaq sahəsinin 2007-ci ildə verilmiş rəy əsasında pay torpaq sahəsi kimi sənədləşdirilməsi qərara alınmışdır. İddiaçılar həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, onların müraciətindən imtina olunmuşdur. Hazırda iddiaçılar həmin torpaq sahəsinin mərhum X7 məxsus olması barədə arayışın (Çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı yaranmışdır. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8, 10 və 22-ci maddələri təşkil edir. Həmin Qanunun 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Adı çəkilən Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. İddiaçılar bələdiyyənin qərarı ilə əldə edilmiş torpağın qeydiyyata alınmasını tələb etdiyinə görə, işin halları bu vəziyyətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun analoji vəziyyətdə qeydiyyatın əsaslarını nəzərdə tutan 8.0.1, 8.0.2, 8.0.3 və 8.0.5-ci maddələrinin dispozisiya şərtləri baxımından təhlil olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. Məhkəmə qeyd edir ki, iddiaçılar mərhum atalarına 4,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı Carlı bələdiyyəsinin qərarının surətini məhkəməyə təqdim etsələrdə, məhkəmənin sorğularına əsasən həmin qərarın Carlı bələdiyyəsində mövcud olması müəyyən edilməmişdir. Həmçinin Kürdəmir rayon Carlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi bələdiyyənin örüş-otlaq sahəsində yerləşir. İddiaçıların 0,46 ha həyətyanı sahəsi, 1,45 ha zəbt olunmuş sahəsi və 0,48 ha pay torpaqları vardır. Dövlət İslahat Komissiyası onların həyətyanı və zəbt olunmuş sahəsini nəzərə alaraq onlara Dövlət Aktı ilə 0,48 ha pay torpağı vermişdir. Məhkəmə qeyd edir ki, vətəndaşlara pay torpağı Azərbaycan Respublikası Prezidentinin «Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə» xx xxxxxx 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş «Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında ƏSASNAMƏ» ilə müəyyən edilirdi. İddiaçılar həmin dövrdə mövcud olmuş Kürdəmir rayon X17 1998-ci il tarixli 25 mart tarixli 03 nömrəli qərarı ilə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,48 ha torpaq sahəsinin az olmasından narazı qaldıqları halda həmin qərarı mübahisələndirmək hüquqları olmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X17 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X19 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X12 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X19 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X25 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X17 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, «Dövlət X14 yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X25, Naxçıvan Muxtar Respublikası X25, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Yenə həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Carlı bələdiyyəsi isə xx xxxx 2012-ci il tarixli 09 saylı qərarla Carlı və Quşlar kəndlərində aparılmış aqrar islahat zamanı X7 normadan az pay torpağı düşdüyünü əsas tutaraq bələdiyyə mülkiyyətinə aid torpağı pay torpağı kimi X7 ayırmışdır. Halbuki bələdiyyələrin bələdiyyə mülkiyyətinə aid olan torpağı pay torpağı əvəzi kimi ayırmaq səlahiyyəti olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanuni əsası olmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçılara aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı və X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30rşı «Kürdəmir rayonu Carlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı əsasında mərhum ataları X7 Kürdəmir rayonu, Carlı kəndində verilmiş 4,0 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Prosessual xərc iddiaçılara aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-88/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-88/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver