Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-894/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X6, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “vurulmuş və vurulmaqda davam edən maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyin hərbi xidmət dövründə qazanılmasına görə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə, vurulmuş və vurulmaqda davam edən maddi zərər görə (əlavə olaraq müvafiq orqan bankında bir böyrəyin satış qiymətinin nəzərə alınması) və keçirilmiş əməliyyatlardan sonra irəli gələn zəruri xərclərin, yəni mütəmadi olaraq müalicə olunması üçün zəruri dərmanların alınması üçün həkim nəzarətində olmaları, ayda 2 dəfə olmaqla müayinə olunmaqları, yol xərcləri və digər xərcləri nəzərə alaraq vurulmuş və vurulmaqda davam edən maddi zərərə görə İddiaçı1 70000 (yetmiş min) manat və İddiaçı2 40000 (qırx min) manat, mənəvi zərərə görə isə müvafiq olaraq hər birinə 10000 (on min) manat, cəmi 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə 130000 (bir yüz otuz min) manat məbləğində vəsaitin iddiaçılara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “vurulmuş və vurulmaqda davam edən maddi zərər görə (əlavə olaraq müvafiq orqan bankında bir böyrəyin satış qiymətinin nəzərə alınması) və keçirilmiş əməliyyatlardan sonra irəli gələn zəruri xərclərin, yəni mütəmadi olaraq müalicə olunması, zəruri dərmanların alınması üçün həkim nəzarətində olmaqları, ayda 2 dəfə olmaqla müayinə olunmaqları, yol xərcləri və digər xərcləri nəzərə alaraq vurulmuş və vurulmaqda davam edən maddi zərərə görə İddiaçı1 70000 (yetmiş min) manat və İddiaçı2 40000 (qırx min) manat, mənəvi zərərə görə isə müvafiq olaraq hər birinə 10000 (on min) manat, cəmi 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə 130000 (bir yüz otuz min) manat məbləğində vəsaitin iddiaçılara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçının nümayəndəsi X9 məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim etdi və iş üzrə iddianın dəyişdirilərək (iddia tələbinin həcminin artırılaraq) “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair Arayışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, o, İddiaçı1 orta məktəbi bitirdikdən sonra xx.xx.2017-ci il tarixində müddətli hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2001 saylı Naxçıvan X5nın 5-ci zastavasında keçmişdir. 2 ay hərbi müdavim olduqdan sonra atıcı peşəsinə yiyələnmişdir. xx.xx.2018-ci il tarixindən hərbi hissə komandirinin N saylı əmri ilə baş atıcı xx.xx.2018-ci il tarixindən isə 0256 saylı əmrlə baş rabitəçi təyin olunmuşdur. xx.xx.2019 tarixinədək heç bir qüsura yol vermədən və komandirlər tərəfindən heç bir intizam tənbehi almadan hərbi xidməti başa vurmuşdur. Hərbi xidməti başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tibbi müayinə olunarkən xroniki qlomerulonefrit xroniki böyrək xəstəliyi İV mərhələ diaqnozu qoyulmuşdur. Sonra İddiaçı1 xəstəliyin səbəb əlaqəsinin müəyyən olunması üçün Azırbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin göndərisi əsasında xx.xx.2020 tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi hərbi həkim komissiyasında müayinə olunmuş və xx.xx.2020-ci il tarixli, 162 saylı qərarı ilə iddiaçının xəstəliyinin səbəb əlaqəsi “ümurni xəstəlikdir” kimi qiymətləndirilmişdir. Daha sonra İddiaçı1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli, 162 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və s. tələbinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112 )-291/2022 saylı, 21 fevral 2022 tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi və İddiaçı1 Hərbi-həkim ekspertizası haqqında əsasnamənin 7-2-ci bəndinin Ç yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi hərbi həkim komissiyasmın üzərinə qoyulması qərara alınmışdır. Cavabdehlər qeyd olunan məhkəmə qərarını yuxarı instansiyalarda mübahisələndirmələrinə baxmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)606/2023 saylı, xx.xx.2023 tarixli qərarı ilə həm birinci instansiya, həm də apelyasiya instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq barədə qərar qəbul edilmişdir. “Xəstəlikdir, xəsarətdir hərbi xidmət dövründə alınmışdır”. Hərbi qulluqçular 11000 manat məbləğində sığorta edilirlər və onlara görə bu sığorta məbləğinin müvafiq faiz nisbətinə əsasən verilir. Sığorta qanunvericiliyinə əsasən sığorta hərbi xidmətdən çıxdıqdan sonra 3 il müddətində əlillik təyin edildikdə verilir. Qeyd etmək istəyir ki, xx.xx.2020-ci il, xx.xx.2023-cü illər ərzində işin Məhkəmə araşdırılmasında olduğunu nəzərə alıb, müddətin bərpası ilə xəstəliyin hərbi xidmət dövründə qazanılmasına görə sığorta məbləğinin ödənilməsi öhdəliyinin Dövlət sosial müdafiə fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Onlar, yəni İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə maddi və mənəvi zərərin ödənilməsi barədə ərizə verilməsinə baxmayaraq ərizəyə bu günə qədər heç bir cavab verilməmişdir. Həmçinin vurğulamaq istəyirlər ki, İddiaçı1 transplant olunmuş böyrək İddiaçı2 götürülmüşdür. Ona görə ki, müvafiq donorun zaman baxımından tapılması qeyri-mümkün olmuş və əməliyyatın təcili həyata keçilirmədiyi təqdirdə İddiaçı1 həyatını itirə bilərdi və tibbi müdaxilə ilə bunun qarşısını almaq mümkün olmazdı. Qeyd olunanlara əsasən İddiaçı1 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xroniki qlomerolonefrit xroniki böyrək xəstəliyi İV mərhələ diaqnozlu xəstəliyə düçar olması və səlahiyyətli vəzifəli şəxslərin lazımi zamanda müvafiq tədbirlər görmədikləri üçün xəstəliyin ağırlaşmasına görə bir ailədə 2 nəfər şəxsin səhhətində ciddi problemlər yaranmışdır, o cümlədən qeyd olunanlara əlaqədar həm İddiaçı1, həm də anası İddiaçı2 müayinə-müalicə xərcləri Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 34.1 maddəsinin tələbinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ona görə də, qeyd edirlər ki, cavabdeh DSX-i hərbi xidmətdə olduğu müddətdə onu müayinə-müalicə etsəydilər, bu gün onun səhhəti bu qədər pisləşməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinin tələbinə görə zərərin ödənilməsini tələb etməli olan şəxs ona vurulmuş zərərin əvəzini tam məbləğlə tələb edə bilər. Bu şərtlə ki, qanunda zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmamış olsun. Həmin Qanunun 21.2 maddəsinin tələbinə görə zərər dedikdə hüquqi pozulmuş şəxsin öz hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərc başa düşülür. Yuxarıda qeyd etdiyi kimi böyrək xəstəsi olduğu halda müddətli hərbi qulluq müddətinin başa çatanadək qulluq etməyə məcbur edilmişdir. Yəni ki, hərbidə hər şey əmrlə idarə olunduğundan o, özbaşına hərəkət etmiş olsaydı, bu təbii ki, cinayət tərkibli əməl hesab olunar və məsuliyyətə alınmalı olardı. Əks halda isə onun xəstə -xəstə hərbi xidməti başa vurmağı ilə onun mülkü hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-2-ci maddəsinə əsasən mülkü hüquq pozuntusu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran hüquqazidd əməldir. Bu maddənin 1096-2-ci hissəsinin tələbinə görə delikt törətmiş şəxs mülkü hüquqi məsuliyyət daşıyır. 1097-1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və işgüzär nüfuzuna vurulmuş zərərin və habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin həcmi tam məbləğdə ödənilməlidir. Yəni ki, Azərbaycan Respublikası İPM-nin 34-1 maddəsinin tələbinə əsasən ons vurulan maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 2.20-ci bəndində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının pul təminatı, tutduqları vəzifələrdən və müddətli həqiqi hərbi xidmətin müddətindən asılı olaraq aşağıdakı məbləğdə ödənilir: 2.20.1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyə edilmiş qaydada müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün təsdiq edilmiş tarif dərəcələri üzrə; 2.21. Hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına, hərbi hissənin şəxsi heyətinin siyahılarına daxil olan gündən müvafiq vəzifəyə təyin olunana qədər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün təsdiq edilmiş 1-ci tarif dərəcələri üzrə; 2.22. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bir vəzifədən digər vəzifəyə təyin edildikdə, (zabit heyəti vəzifələrindən başqa) yeni vəzifələr üzrə maaşlar təyin olduğu aydan sonrakı ayın 1-ci günündən ödənilir. Həmin Əsasnamənin 3.22-ci bəndində isə müalicə müəssisələrində müalicədə və ya xəstəliyə görə məzuniyyətdə olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifə maaşları bütün dövr üçün ödənilir. Həmin Əsasnamənin 4.92-ci bəndində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü olaraq ehtiyatdan qəbul edilmiş hərbi qulluqçuların maddi yardım hüququ cari ildə tam bir ay xidmət etdikdən sonra yaranır. Cari ilin dekabr ayında qəbul edilmiş hərbi qulluqçulara maddi yardım ödənilmir. Təqvim ilinin sonunda həqiqi hərbi xidmətdən tərxis olunan, məzuniyyəti və ya vəzifələrin təhvil təslim müddəti növbəti təqvim ilində başa çatan zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yeni ildə maddi yardım ödənilmir. Həmin əsasnamənin 4.101-ci bəndində pul təminatının bəzi əlavə növlərinin ödənilməsinin ümumi qaydalarında hərbi xidmətdən tərxis olunan hərbi qulluqçulara aşağıdakı müavinətlər ödənilir: 4.101.1. pensiya hüququ olan zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına birdəfəlik müavinət; 4.101.2. pensiya hüququ olmayanlara isə - işdən çıxma müavinəti; 4.101.3. müddətli hərbi xidmət hərbi qulluqçularına - birdəfəlik müavinət. Həmin Əsasnamənin 5.6-cı bəndində həqiqi hərbi xidmətdən tərxis olunan, o cümlədən həqiqi hərbi xidmətin müəyyən edilmiş müddəti başa çatanadək tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına, ikiaylıq vəzifə maaşı miqdarında birdəfəlik müavinət ödənilir. 5.7-ci bənddə isə birdəfəlik müavinət aşağıdakı həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilmir: 5.7.1. Hərbi xidmətə çağırıldıqdan tərxis olunanadək ştat vəzifələrinə təyin edilməyən habelə təlim-tədris mərkəzlərinin kursantları sırasına daxil olmayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına; 5.7.2. bilavasitə müddətli həqiqi hərbi xidməti başa çatarkən hərbi xidmətə gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilənlərə; 5.7.3. çağırış yaşına çatanadək hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrindən çıxarılmış hərbi-tədris müəssisələrinin dinləyicilərinə və kursantlarına; 5.7.4. cəza müddətini çəkmiş, əfv və amnistiya elan olunmaqla intizam xarakterli hərbi hissələrdən tərxis olunanlara; 5.7.5. törədilmiş cinayətə görə məhkəmə tərəfindən, o cümlədən şərtirti olaraq məhkum edilməsiylə əlaqədar olaraq. Belə ki, «Azərbaycarı Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularırının pul təminatı haqqında əsasnamə»də və həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli «Hərbi-həkim ekspertizası haqqırıda Əsasnamə»nin təsdiq edilməsi barədə Qərarında da maddi və mənəvi zərərə görə kompensasiyanm ödənilməsi ilə bağlı müddəalar qeyd olunmadığından iddiaçının iddia tələbi mahiyyəti etibarilə əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X4 gəlmiş, digər İddiaçı2 isə məhkəmə iclasına gəlməmiş, bununla belə digər İddiaçı2 ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-606/2023-cü il nömrəli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)-291/2022 nömrəli qərarı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia tələbi təmin edilmiş, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli, 162 nömrəli qərarının ləğv edilməsi və İddiaçı1 “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyinin Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü tarixli, 3004 nömrəli “Xəstəlik Şəhadətnaməsi”ndən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Beyləqan rayonu, Milabad qəsəbə sakini, xx.xx.1999-cu il təvəllüdlü, sabiq əsgər İddiaçı1 “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilmiş, ona “1) (N03) Xroniki qlomerulonefrit. (N18.4) Dördüncü mərhələ xroniki böyrək xəstəliyinə görə xx.xx.2020-ci il tarixdə aparılmış (Z94.0) sağtərəfli transplantasiya olunmuş böyrək, funksiyaların mühüm dərəcədə pozulması ilə. 2) (E46) Zəif qidalanma (Q53.1) Anadangəlmə sağ xayanın qasıq kanalında ləngiməsi və hipotrofiyası” diaqnozu qoyulmuş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuş, xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq olunmuşdur. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 354 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı1 07-xx.xx.2020-ci il tarixləri aralığında “böyrək transplantasiyası + donor nefrektomiya (orta risk qrupu)” əməliyyatı Respublika Diaqnostika Mərkəzində icra olunmuş, əməliyyatın qiyməti 10500 manat, əməliyyatla bağlı əməliyyat öncəsi və əməliyyat sonrası laborator və diaqnostik müayinələr daxil olmaqla əməliyyatın xərci 12753,08 manat təşkil etmiş və Səhiyyə Nazirliyi tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən İddiaçı1 adına verilmiş 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışda bildirilir ki, sabiq əsgər İddiaçı1 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hərbi xidmətdə olmuş, bu müddət ərzində xəstəliyi ilə bağlı hadisə baş verməmiş, hadisə ATU-nin X1 xx.xx.2020-ci il tarixdə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 dekabr 2023-cü il tarixli, 3-23/2-İ-1156-23-834/2023 nömrəli məktubundan müəyyən olunur ki, X3 hüquqlarını müdafiə etdiyi İddiaçı1 həqiqi hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar 130000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbi ilə Maliyyə Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən ona qüvvədə olan qaunvericilikdə hərbi xidmət dövründə yaranmış xəstəliklərin müalicəsi ilə bağlı dövlət büdcəsindən hər hansı vəsaitin ödənilməsinə dair müddəaların mövcud olmadığı bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 23 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-13-1626/2024 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı1 hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi barədə həmin inzibati orqana müraciət etmiş, sonuncu isə Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən İddiaçı1 adına verilmiş 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışa istinad edərək onun xəstəliyinin həqiqi hərbi xidmət dövründə baş verməməsini və arayışda xəsarətin dərəcəsinin göstərilməməsini əsas gətirərək ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş materiallarında olan ayrı-ayrı tibb müəssisələrinin müayinə aktlarından, çoxsaylı, müxtəlif tarixli resept, hesab və çek fakturalardan, ödəniş çeklərindən müəyyən olunur ki, əməliyyatdan sonra həm iddiaçının özünün, həm də anasının müayinə və müalicələri davam edir və qeyd olunan sənədlərə əsasən müayinə və müalicə xərcləri hazırki vaxtadək 7862,02 manat təşkil edir. Beləliklə, iş materiallarının məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Beyləqan rayonu, Milabad qəsəbə sakini, xx.xx.1999-cu il təvəllüdlü, sabiq əsgər İddiaçı1 “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilmiş, ona “1) (N03) Xroniki qlomerulonefrit. (N18.4) Dördüncü mərhələ xroniki böyrək xəstəliyinə görə xx.xx.2020-ci il tarixdə aparılmış (Z94.0) sağtərəfli transplantasiya olunmuş böyrək, funksiyaların mühüm dərəcədə pozulması ilə. 2) (E46) Zəif qidalanma (Q53.1) Anadangəlmə sağ xayanın qasıq kanalında ləngiməsi və hipotrofiyası” diaqnozu qoyulmuş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuş, xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq olunmuş, ona 07-xx.xx.2020-ci il tarixləri aralığında “böyrək transplantasiyası + donor nefrektomiya (orta risk qrupu)” əməliyyatı Respublika Diaqnostika Mərkəzində icra olunmuş, əməliyyatın qiyməti 10500 manat, əməliyyatla bağlı əməliyyat öncəsi və əməliyyat sonrası laborator və diaqnostik müayinələr daxil olmaqla əməliyyatın xərci 12753,08 manat təşkil etmiş və həmin xərclər Səhiyyə Nazirliyi tərəfindən ödənilmiş, iddiaçıya Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışda onun xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hərbi xidmətdə olduğu, bu müddət ərzində xəstəliyi ilə bağlı hadisənin baş vermədiyi, hadisənin hərbi xidmətdən buraxıldıqdan sonra ATU-nin X1 xx.xx.2020-ci il tarixdə baş verdiyi bildirilmiş, İddiaçı1 həqiqi hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar 130000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbi ilə Maliyyə Nazirliyinə müraciət edilmiş, sonuncu tərəfindən ona qüvvədə olan qanunvericilikdə hərbi xidmət dövründə yaranmış xəstəliklərin müalicəsi ilə bağlı dövlət büdcəsindən hər hansı vəsaitin ödənilməsinə dair müddəaların mövcud olmadığı bildirilmiş, həmçinin İddiaçı1 hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu isə Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən İddiaçı1 adına verilmiş 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışa istinad edərək onun xəstəliyinin həqiqi hərbi xidmət dövründə baş verməməsini və arayışda xəsarətin dərəcəsinin göstərilməməsini əsas gətirərək ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bundan başqa, iş materiallarından, o cümlədən işdə olan ayrı-ayrı tibb müəssisələrinin müayinə aktlarından, çoxsaylı, müxtəlif tarixli resept, hesab və çek fakturalardan, ödəniş çeklərindən müəyyən olunur ki, əməliyyatdan sonra həm iddiaçının özünün, həm də anasının müayinə və müalicələri davam edir və qeyd olunan sənədlərə əsasən müayinə və müalicə xərcləri hazırki vaxtadək 7862,02 manat təşkil edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunduğu kimi, iddiaçılar vurulmuş və vurulmaqda davam edən maddi zərər görə (əlavə olaraq müvafiq orqan bankında bir böyrəyin satış qiymətinin nəzərə alınması) və keçirilmiş əməliyyatlardan sonra irəli gələn zəruri xərclərin, yəni mütəmadi olaraq müalicə olunması, zəruri dərmanların alınması üçün həkim nəzarətində olmaqları, ayda 2 dəfə olmaqla müayinə olunmaqları, yol xərcləri və digər xərcləri nəzərə alaraq vurulmuş və vurulmaqda davam edən maddi zərərə görə İddiaçı1 70000 (yetmiş min) manat və İddiaçı2 40000 (qırx min) manat, mənəvi zərərə görə isə müvafiq olaraq hər birinə 10000 (on min) manat, cəmi 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə 130000 (bir yüz otuz min) manat məbləğində vəsaitin iddiaçılara ödənilməsi, habelə “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edirlər. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.1.6-cı bəndinə əsasən donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit; 1.1.7-ci bəndinə əsasən canlı donor – öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) şəxs; 1.1.9-cu bəndinə əsasən resipiyent – müalicə məqsədilə donor orqanı köçürülən şəxsdir. Həmin Qanunun 16-cı maddəsinin 16.5.4-cü bəndinə əsasən canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. Həmin maddənin 16.6-cı bəndinin tələbinə görə hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Qeyd olunan Qanunun 17-ci maddəsinin 17.1-ci bəndinə əsasən Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. İş materiallarından göründüyü kimi, hazırki inzibati iş üzrə İddiaçı1 resipiyentmüalicə məqsədilə donor orqanı köçürülən şəxs, digər iddiaçı onun anası İddiaçı2 canlı donor- öz orqanını (böyrəyini) xəstəliyi olan şəxsə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış şəxsdir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində “Canlı donorun hüquqları və vəzifələri” təsbit olunmuşdur. Həmin maddənin 19.1-ci bəndinə əsasən Canlı donorun hüquqları aşağıdakılardır: - tibb müəssisəsindən transplantasiya, o cümlədən baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq(19.1.1.); - transplantasiya ilə bağlı bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulan dövlət və lisenziya almış özəl tibb müəssisələrində müalicə və reabilitasiya olunmaq, daimi dispanser müşahidəsində olmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq(19.1.2.); - istənilən mərhələdə orqan donorluğundan imtina etmək(19.1.3.); - orqanı götürüldükdən sonra özünə orqan köçürülməsinə ehtiyac yaranarsa donor orqanla növbədənkənar təmin olunmaq(19.1.4.); - orqan donorluğu ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatlardan istifadə etmək(19.1.5.); - orqan donorluğu ilə əlaqədar əlilliyi müəyyən edildikdə əmək pensiyası və ya sosial müavinət almaq(19.1.6.). Həmin Qanunun 20-ci maddəsinə əsasən Canlı donor donor orqanı götürüldükdən sonra yaşayış yeri üzrə dövlət tibb müəssisəsində müşahidəyə götürülür və daimi dispanser qeydiyyatına alınır. Canlı donorun dispanser müşahidəsinə dair məlumatlar canlı donorların reyestrinə daxil edilir və müntəzəm olaraq yenilənir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən transplantasiya məqsədilə donor orqanların götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi(5.0.3.); tibb müəssisələrində donor orqanların transplantasiyası metodu ilə tibbi yardımın göstərilməsinin təşkili(5.0.4.); orqan donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi(5.0.5.) dövlətin vəzifələrinə aid edilmişdir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq (sığorta limiti, müştərək maliyyələşmə məbləği, gözləmə müddəti və sair nəzərə alınmaqla) xidmətlər zərfi çərçivəsində maliyyələşdirilir(30.1). Bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulmayan hallarda orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçirilir(30.2). Həmin Qanunun 32-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Göründüyü kimi, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununda donor orqanla bağlı (hazırki mübahisədə böyrək) canlı donora, yəni öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən şəxsə, həmçinin resipiyentə, yəni müalicə məqsədilə donor orqanı köçürülən şəxsə pul vəsaitinin ödənilməsi nəzərdə tutulmamışdır. Əks halda bu, həmin Qanunun 32-ci maddəsinin tələbi ilə ziddiyyət təşkil edərdi. Lakin “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun yuxarıda sadalanan hüquqi normaları baxımından canlı donorun dövlət və lisenziya almış özəl tibb müəssisələrində müalicə və reabilitasiya olunmaq, daimi dispanser müşahidəsində olmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq hüququ vardır. Həmçinin, həmin Qanunun tələblərinə görə sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfi çərçivəsində maliyyələşdirilir(30.1). Bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulmayan hallarda orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçirilir və tibb müəssisələrində donor orqanların transplantasiyası metodu ilə tibbi yardımın göstərilməsinin təşkili dövlətin vəzifələrinə aiddir (5.0.4.). Qeyd olunanları, yəni iddiaçıya Respublika Diaqnostika Mərkəzində 07-xx.xx.2020ci il tarixləri aralığında icra olunmuş “böyrək transplantasiyası + donor nefrektomiya (orta risk qrupu)” əməliyyatının qiyməti 10500 manat, əməliyyatla bağlı əməliyyat öncəsi və əməliyyat sonrası laborator və diaqnostik müayinələr daxil olmaqla 12753,08 manat təşkil edən əməliyyat xərcinin Səhiyyə Nazirliyi tərəfindən ödənildiyini, qanunvericilikdə canlı donora, yəni öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən şəxsə, həmçinin resipiyentə, yəni müalicə məqsədilə donor orqanı köçürülən şəxsə pul vəsaitinin ödənilməsi nəzərdə tutulmadığını, iş materiallarında olan ayrı-ayrı tibb müəssisələrinin müayinə aktlarına, çoxsaylı, müxtəlif tarixli resept, hesab və çek fakturalarına, ödəniş çeklərinə əsasən əməliyyatdan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 müayinə və müalicələrinin davam etməsini və qeyd olunan sənədlərə əsasən müayinə və müalicə xərcləri hazırki vaxtadək 7862,02 manat təşkil etməsini, həmin vəsaitin iddiaçılar tərəfindən ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia “vurulmuş və vurulmaqda davam edən maddi zərər görə (əlavə olaraq müvafiq orqan bankında bir böyrəyin satış qiymətinin nəzərə alınması) və keçirilmiş əməliyyatlardan sonra irəli gələn zəruri xərclərin, yəni mütəmadi olaraq müalicə olunması, zəruri dərmanların alınması üçün həkim nəzarətində olmaqları, ayda 2 dəfə olmaqla müayinə olunmaqları, yol xərcləri və digər xərcləri nəzərə alaraq vurulmuş və vurulmaqda davam edən maddi zərərə görə İddiaçı1 70000 (yetmiş min) manat və İddiaçı2 40000 (qırx min) manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi hissəsində qismən, yəni vurulmuş maddi zərərə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 7862,02 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda iddiaçılara izah edilir ki, vurulmaqda davam edən maddi zərərə görə müvafiq təsdiqedici sənədləri əlavə edərək iddia qaldırmaqla yenidən məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır. İddianın mənəvi zərərə görə iddiaçıların hər birinə 10000 (on min) manat olmaqla, cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə iddiaçıların onlara dəymiş maddi zərərin ödənilməsi ilə bağlı əlaqədar inzibati orqanlara müraciətlərini və bu müraciətlərin təmin edilməməsini, bununla da vurulmuş əmlak zərəri ilə bağlı mənəvi və fiziki iztirablarının xarakter və dərəcəsini nəzərə alaraq, həmçinin iddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsi üzrə gəldiyi qənaətə uyğun olaraq hesab edir ki, iddia mənəvi zərərə görə iddiaçıların hər birinə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 3000 (üç min) manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın maddi və mənəvi zərərin ödənilməsi hissəsində zərərin mövcud olmasını, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını nəzərə alaraq gəldiyi qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin ödənilməsini nəzərdə tutur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1117-ci maddəsinə görə müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1118.3-cü maddəsinə görə bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qeyd olunanlara, həmçinin iş materiallarında olan həm cavabdeh, həm də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən, habelə iddiaçılara dəymiş zərərin mövcud olmasını, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı1 qarşı onun xəstəliyi ilə bağlı qanunsuz hərəkət və hərəkətsizliyə yol verilmişdir. Bundan başqa, İddiaçı1 “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Qeyd olunduğu kimi, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən İddiaçı1 adına verilmiş 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışın 1.8-ci bəndində sabiq əsgər İddiaçı1 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hərbi xidmətdə olduğu, bu müddət ərzində xəstəliyi ilə bağlı hadisənin baş vermədiyi qeyd olunmuş, bununla əlaqədar həmin arayışın 1.7-ci bəndində sığorta məbləği, habelə xəsarətin dərəcəsi göstərilməmiş, nəticədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu isə iddiaçıya ünvanladığı 23 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-13- 1626/2024 nömrəli məktubunda hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi barədə müraciətinə cavab olaraq Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən İddiaçı1 adına verilmiş 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışa istinad edərək onun xəstəliyinin həqiqi hərbi xidmət dövründə baş verməməsini və arayışda xəsarətin dərəcəsinin göstərilməməsini əsas gətirərək ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2023-cü tarixli, 3004 nömrəli “Xəstəlik Şəhadətnaməsi”ndən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Beyləqan rayonu, Milabad qəsəbə sakini, xx.xx.1999-cu il təvəllüdlü, sabiq əsgər İddiaçı1 “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilmiş, ona “1) (N03) Xroniki qlomerulonefrit. (N18.4) Dördüncü mərhələ xroniki böyrək xəstəliyinə görə xx.xx.2020-ci il tarixdə aparılmış (Z94.0) sağtərəfli transplantasiya olunmuş böyrək, funksiyaların mühüm dərəcədə pozulması ilə. 2) (E46) Zəif qidalanma (Q53.1) Anadangəlmə sağ xayanın qasıq kanalında ləngiməsi və hipotrofiyası” diaqnozu qoyulmuş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuş, başlıcası isə xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan X5 tərəfindən 25 yanvar 2024-cü il tarixli, 252 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayışın İddiaçı1 hüquqlarının pozulması ilə verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı1 “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş maddi zərərə görə 7862,02 manat (yeddi min səkkiz yüz altmış iki manat iki qəpik), mənəvi zərərə görə hər birinə 1500 manat olmaqla, cəmi 3000 (üç min) manat, ümumilikdə 10862,02 manat pul vəsaitinin ödənilməsi və “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş maddi zərərə görə 7862,02 manat (yeddi min səkkiz yüz altmış iki manat iki qəpik), mənəvi zərərə görə hər birinə 1500 manat olmaqla, cəmi 3000 (üç min) manat, ümumilikdə 10862,02 manat pul vəsaitinin ödənilməsi və “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-894/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-894/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver