Məhkəmə qərarları › İş №2-1(120)-936/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-936/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-936/2025 06.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X20 ilə X18 ilə nikahlarını rəsmi qeyd etdirmədən ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X17 və xx.xx.2009-cu il tarixdə X13 adlı iki övladları anadan olmuşdur. Uşaqların atalığı müəyyən edilmişdir. X6 törətdiyi cinayət əməlinə görə həbs edilmiş və 3 saylı cəzaçəkmə müəsissəsində olduğu müddətdə X18 2016-cı ildə Rusiya Federasiyasına getmiş, daha sonra oğlu xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində tənəffüs çatışmamazlığından vəfat etmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 01 fevral 2016-cı il tarixli, 09 saylı Sərəncamı ilə valideyin himayəsindən məhrum olmuşxx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X13 onun qəyyumluğuna verilmişdir. X9 axtarışları heç bir müsbət nəticə verməmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan regional filialına müraciət etmiş, ona X14 və X9 övladları X4 və X10 tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi haqqında notariat qaydada təsdiq olunmuş ərizəsini və yaxud F.Hüseynovun və A.Məmmədovanın valideynlik hüququndan və ya övladlarının valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra müvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Göründüyü kimi nəvələri xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X4 valideyin himayəsindən məhrum edilmiş uşaqlar hesab edilməli, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu üzrə imtiyazlarda istifadə edilməsi şamil edilməlidir. Digər tərəfdən bir nənə olaraq himayəmdə olan nəvələrinin bütün təminatlarının ödənilməsi çox çətinlik yaradır. xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X4 ataları X20 xx.xx.2018-ci ildə vəfat etmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial idənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, X13 və X15 qəyyum təyin edildiyindən ona müavinət təyin edilməsini xahiş etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına ödənilən müvinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9 və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra “akimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar-hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.12.2-ci yarımbəndinə uyğun olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. İddiaçı H.Südabə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra iddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət edilməmişdir. İddiaçı H.Südabənin ailəsinə ünvanlı sosial yardım təyin edilmədiyindən, eyni zamanda X14 və X9 valideynlik hüququndan və ya X4 və X10 valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarı olmadığından iddiaçıya valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) görə müavinətin təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur.Valideynləri qrafasında atası X20, anası X18 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 612 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdə Şirvan şəhərində doğulmuşdur.Valideynləri qrafasında atası X20, anası X18 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 09 nömrəli sərəncamın çıxarışın surətindən görünür ki, “Qəyyumluq və Himayədarlıq” Komissiyasının xx.xx.2016-cı il tarixli, 24 nömrəli rəyi nəzərə alınmışdır. Valideyn himayəsindən məhrum olmuş xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X13 nənələri İddiaçı qəyyumluğa verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-34804/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X14 və X9 övladları X4 və X10 tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi haqqında notariat qaydada təsdiq olunmuş ərizəsini və yaxud F.Hüseynovun və A.Məmmədovanın valideynlik hüququndan və ya övladlarının valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada yenidən baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/1-192203/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şiran şəhər sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, **********46803 nömrəli müraciətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış və “Ərizə- bəyannamə”də qeyd olunmuş məlumatlara görə uyğunsuzluq olmadığı üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər 118.77 manat məbləğində ÜDSY təyin olunmuşdur. Ailə müddətin sonuna kimi təyin olunan yardımı almışdır. İddiaçı ilə əlaqə saxlanılmış (***-***-**-**) və qanunvericilik ətraflı izah edilmişdir. Əmək qabiliyyətli ailə üzvlərinin məşğulluğun olmaması səbəbindən ÜDSY-nin alınması üçün müraciət etmək hüququnun yaranmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-207742/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 və X4 anası X9 uşaqları tərbiyə etməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə təsdiqedici sənədi və ya valideynlik hüququndan və ya uşaqların valideyn himayəsindən məhrum olması haqqında məhkəmə qərarının surətini təqdim etdikdən sonra sizə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-H-224270/2024 nömrəli arayışından görünür ki, İddiaçı (FİN-xxxxxxx Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Döviət Sosial Müdafiə Fondundan xx.xx.2025-ci il tarixədək aylıq məbləği 120.00 manat olmaqla X15, xx.xx.2027-ci il tarixədək aylıq məbləği 120.00 manat olmaqla X5 təyin olunan ailə başçısını itirməyə görə sosial müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 18/2-8156 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X9 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-38-33/2-1111/25 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X9 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2024-ci il tarixdə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndşlıq Məsələləri Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il taixli, 08/5319 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə daxil olmuş sorğusuna əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan əlavə, A.E.Məmmədovanın Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və həmçinin onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 09 nömrəli sərəncamın çıxarışın surətindən görünür ki, “Qəyyumluq və Himayədarlıq” Komissiyasının xx.xx.2016-cı il tarixli, 24 nömrəli rəyi nəzərə alınmışdır. Valideyn himayəsindən məhrum olmuş xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X13 nənələri İddiaçı qəyyumluğa verilməsi qərara alınmışdır. Hazirki iddia üzrə mübahisə İddiaçı - xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X13 üzərində qəyyum təyin edilməsi barədə sərəncam qərar qəbul edilməsidir ki, həmin məsələ mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinin 1-ci hissəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki məhkəmə icraatı qaydasıda baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-nin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-nin müddəalarına uyğun olaraq baxmağa səlahiyyət: inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraat qaydasında, habelə inzibati xətalara işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müracət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə iddia icraatı qaydasında ümumi məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Tərəf olan şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmaması və ya hal-hazırda ölkə hüdudlarından kənarda yaşaması qeyd edilən iddianın qaldırılmasına mane olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. İddiaçı aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə iddia icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar