Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1126/2024 24.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 Noyabr 2013-cü il tarixdən Ədliyyə Nazirinin müvafiq əmrinə əsasən Penitensiar Xidmətdə xidmət etməyə başlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 3-N saylı 30 may 2014-cü il tarixli "Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qərarın 1.10-cu bəndinin tələbinə əsasən ona 1-ci məharət dərəcəsi verilməli olduğu halda, həmin tələbə əməl edilməyərək, ona 2-ci məharət dərəcəsi verilmiş, bu da hüquqlarının pozulmasına gətirib çıxarmışdır. 2016-cı ildə Penitensiar Xidmətin Rəhbərliyinin göstərişinə əsasən heç bir ezamiyyə vərəqəsinin olmaması, qanunvericilikdə nəzərdə tutulan ezamiyyə pulu ödənişinin edilməməsinə baxmayaraq iki il müddətində, o, şəxsi vəsaiti hesabına tabe qurumlara ezam olunmuş, bu dövrdə ikili vəzifə icra etməyinə baxmayaraq ona nəzərdə tutulan ikinci vəzifənin əlli faizi miqdarında nə əmək haqqı, nə də ezamiyyə pulu ödənilməmişdir. Bunlardan əlavə olaraq Penitensiar Xidmət tərəfindən qeyd etdiyi haqsızlıqlar aradan qaldırılmamış, barəsində tərtib olunaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilmiş məlumat vərəqəsinə dəyişikliklərin edilməsinin təmin edilməsi barədə xx.xx.2022-ci il tarixdən başlayaraq şifahi və yazılı müraciətlərinə məhəl qoyulmamış və Penitensiar Xidmət tərəfindən xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixədək hər ay üçün ödənilmiş əməkhaqqı barədə arayışın, cədvəlin, onun barəsində tərtib olunmuş təqdimat və əmrin surətlərinin ona təqdim olunması təmin olunmamışdır. Penitensiar Xidmətə ünvanladığı məktuba cavab olaraq yazılmış 15 dekabr 2022-ci il tarixli 1/153 saylı məktublarda onun müraciətlərinə biganə yanaşılmış, yaranan mübahisəni qanunverciliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında həll etməli olduğu bildirilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məharət dərəcəsindəki yanlışlıqların aradan qaldırılması, qanunvericiliyin tələblərinə uyğun olmayan, heç bir əsas olmadan vəzifədən aşağı vəzifəyə keçirilmənin aradan qaldırmaqla bərpa olunması, DSMF-yə göndərilən məlumat vərəqəsinə dəyişikliyin edilməsi, ödənilməyən ezamiyyə və xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi barədə öhdəliyin cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 fevral 2023-cü il tarixli protokol qərardadı ilə iddiaçının cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məharət dərəcəsindəki yanlışlıqların aradan qaldırılması, qanunvericiliyin tələblərinə uyğun olmayan, heç bir əsas olmadan vəzifədən aşağı vəzifəyə keçirilmənin aradan qaldırmaqla bərpa olunması, DSMF-yə göndərilən məlumat vərəqəsinə dəyişikliyin edilməsi, ödənilməyən ezamiyyə və xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi” “ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Məhkəmənin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin qarşı “ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016- 2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün 29 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2- 1(108)-52/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası qismən “2022-ci il üzrə müalicə pulunun ödənilməsi” tələbinə dair hissədə mümkün hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(108)-52/2023 nömrəli qərardadından verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(102)-896/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-52/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərardadı ilə “Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbi"nə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin iddiaya dair məhkəməyə ünvanlanan 21 avqust 2024-cü il tarixli, 3-16-33-2/2-657/2024 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində bir dəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2008-ci il tarixli 7-T №-li əmri ilə təsdiq edilmiş, Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarında işçinin müraciəti əsasında və müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayışa əsasən müavinət verilir. Lakin İddiaçı tərəfindən ödənişli əmək məzuniyyəti dövründə və təqaüdə buraxıldığı tarixədək Penitensiar xidmətə tibb xidməti tərəfindən İddiaçıla bağlı müalicə olunması zərurəti barədə arayış və müraciət ərizəsi daxil olmadığından, ona müalicə olunması ilə əlaqədar bir dəfəlik müavinətin ödənilməsi təmin olunmamışdır. 24 sentyabr 2024-cü il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi X2 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 19 dekabr 2022-ci il tarixli, 1/153 nömrəli məktubundan məlum olur ki, 2015-2021-ci illər xidməti dövr ərzində hər il İddiaçı raportu əsasında ödənişli əmək məzuniyyətinə buraxılmışdır. Müvafiq illər ərzində ödənişli əmək məzuniyyəti dövründə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbi və dövlət büdcəsinin təminat xərci nəzərə alınaraq müalicə olunması barədə bütün şəxsi heyətlə birlikdə ildə bir dəfə bir aylıq əməkhaqqı həcmində və iki aylıq əməkhaqqı həcmində müavinətlərin ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1.4-cü bəndinin birinci qrafasında penitensiar və tibb xidmətində 5 ildən az olmayaraq qulluq etdikdə və məharət dərəcəsi olmadıqda «İİ məharət dərəcəsi» verilir. Bundan əlavə olaraq əsasnamənin 1.6-cı bəndində on beş il və daha çox qulluq stajı olan və məharət dərəcəsi olmayan əməkdaşlar Əsasnamənin 1.4-cü bəndində göstərilən ardıcıllıq və müddətlər gözlənilmədən «İ məharət dərəcəsi»nin verilməsi üçün komissiyaya təqdim edilirlər. İddiaçı Penitensiar Xidmətə təyinat alarkən digər hüquqmühafizə orqanlarında qulluq stajı az olduğundan müvafiq məharət dərəcəsinin verilməsi nəzərə alınmamışdır. İddiaçı Penitensiar Xidmətin Məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifəsini icra etdiyi dövr ərzində Penitensiar Xidmətin rəhbərliyinin göstərişinə və tapşırığına əsasən məhkumların əməyinin təşkil olunması üçün tabe qurumlara göndərilmişdir və İddiaçıla bağlı ezamiyyə əmri verilməmişdir. Penitensiar Xidmətin rəisinin xx.xx.2018-ci il tarixli təqdimatı əsasında və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 16 ş/h əmri ilə Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifəsinin müvəqqəti icrası vəzifəsindən, səhhəti ilə əlaqədar növbəli işə keçirilməsi məqsədi ilə Penitensiar Xidmətin növbətçi hissəsində inspektor-növbətçi vəzifəsinə təyin edilmişdir. İddiaçı öz raportu əsasında təqaüdə buraxılması üçün Ədliyyə orqanlarında qulluq illəri hesablanmış və bununla əlaqədar əlavə haqqın verilməsi üzrə Penitensiar Xidmətin 132 №-li iclas protokoluna, əsasən onun xx.xx.2022-ci il tarixədək ədliyyə orqanlarında təqvimi qulluq ili, ali təhsili və hərbi xidmətlə birlikdə 20 il, 01 ay, 08 gün təşkil etmişdir. Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı pensiya hüququ əldə etdiyindən təqaüdə buraxılması məqsədi ilə onun ədliyyə orqanlarında xidmət müddəti, ali təhsili, hərbi xidməti qanuna müvafiq olaraq məlumat vərəqəsində qeydiyyatı aparılmış və DSMF-na göndərilmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 12 noyabr 2013-cü il tarixli, 458-k nömrəli əmrlə Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Naxçıvan şəhər İcra Bölməsinin icra məmuru üzrə tutduğu vəzifədən azad edilmiş, Nazirliyin Penitensiar Xidmətinin Məhkumların əməyinin təşkili bölməsində böyük inspektor-mühəndis vəzifəsinə təyin edilmişdir.10 oktyabr 2022-ci il tarixli, 13 ş/h nömrəli əmrlə Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Penitensiar Xidmətin növbətçi hissəsində inspektor-növbətçi ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə əsasən (öz raport əsasında) tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 12 noyabr 2013-cü il tarixli, 458k nömrəli əmrindən məlum olur ki, Naxçıvan şəhər İcra Bölməsinin icra məmuru İddiaçı tutduğu vəzifədən azad edilmiş, Nazirliyin Penitensiar Xidmətinin Məhkumların əməyinin təşkili bölməsində böyük inspektor-mühəndis vəzifəsinə təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 30 iyul 2014-cü il tarixli, 98 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Məhkumların əməyinin təşkili bölməsində böyük inspektor-mühəndis, ədliyyə kapitanı İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 30 (otuz) təqvim günu müddətinə əmək məzuniyyətinə buraxılmış və xx.xx.2014-cü il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 14 noyabr 2014-cü il tarixli, 130 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətinin Məhkumların əməyinin təşkili bölməsində böyük inspektor-mühəndisi, ədliyyə kapitanı İddiaçı aylıq vəzifə maaşına 15 (on beş) faiz əlavə edilməklə “İİ” məharət dərəcəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 15 dekabr 2014-cü il tarixli, 25 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətinin Məhkumların əməyinin təşkili bölməsində böyük inspektor-mühəndisi, ədliyyə kapitanı İddiaçı tutduğu vəzifədən azad edilmiş, Penitensiar Xidmətinin Məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifələrini müvəqqəti icra etmək üçün həmin vəzifəyə təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 iyul 2015-ci il tarixli, 81 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətdə Məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən, ədliyyə mayoru İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 30 (otuz) təqvim günu müddətinə ödənişli əmək məzuniyyətinə buraxılmış və xx.xx.2015-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar iki aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. Əsas: İddiaçı raportu. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 may 2016-cı il tarixli, 35 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən ədliyyə mayoru İddiaçı 16 may 2016-cü il tarixdən 30 təqvim günü müddətinə 2016-cı iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 15 iyun 2016-cı il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar iki aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 yanvar 2017-ci il tarixli, 13 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən ədliyyə mayoru İddiaçı 06 yanvar 2017-ci il tarixdən 30 təqvim günü müddətinə 2017-ci iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 05 fevral 2017-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar iki aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 05 iyun 2018-ci il tarixli, 97 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Məhkumların əməyinin təşkili bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən ədliyyə mayoru İddiaçı 06 iyun 2018-ci il tarixdən 30 təqvim günü müddətinə 2018-ci iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 06 iyul 2018-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar iki aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 14 noyabr 2018-ci il tarixli, 16 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Məhkumların əməyinin təşkili bölməsinin rəisinin vəzifələrini müvəqqəti icra edən ədliyyə mayoru İddiaçı tutduğu vəzifədən azad edilib, Penitensiar Xidmətin Növbətçi hissəsində inspektor-növbətçi vəzifəsinə təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 sentyabr 2019-cu il tarixli, 98 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Növbətçi hissəsinin inspektor-növbətçisi ədliyyə mayoru İddiaçı 13 sentyabr 2019-cu il tarixdən 30 təqvim günü müddətinə 2019-cu iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 13 oktyabr 2019-cu il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar bir aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 avqust 2020-ci il tarixli, 67 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Növbətçi hissənin inspektor-növbətçisi ədliyyə mayoru İddiaçı aylıq vəzifə maaşına 25 faiz əlavə edilməklə «İ» məharət dərəcəsi verilmişdir. Əsas: məharət dərəcələrinin verilməsi üzrə Penitensiar Xidmətin xüsusi komissiyasının xx.xx.2020-ci il tarixli protokolları. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 avqust 2020-ci il tarixli, 68 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Növbətçi hissəsinin inspektor-növbətçisi ədliyyə mayoru İddiaçı 11 avqust 2020-ci il tarixdən 30 təqvim günü müddətinə 2020-ci il iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 10 sentyabr 2020-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar bir aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 iyul 2021-ci il tarixli, 64 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Növbətçi hissəsinin inspektor-novbətçisi ədliyyə mayoru İddiaçı 15 iyul 2021-ci il tarixdən 30 təqvim günü müddətinə 2021-ci il iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 14 avqust 2021-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən müalicə olunması ilə əlaqədar bir aylıq həcmində birdəfəlik müavinət və 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 yanvar 2022-ci il tarixli, 08 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Növbətçi hissəsinin inspektor-növbətçisi ədliyyə mayoru İddiaçı 07 yanvar 2022-ci il tarixdən 30 təqvim günü müddətinə 2022-ci il iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 06 fevral 2022-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3 maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 10 oktyabr 2022-ci il tarixli, 13 ş/h nömrəli əmrindən məlum olur ki, Penitensiar Xidmətin Növbətçi hissəsində inspektornövbətçi ədliyyə mayoru İddiaçı tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı qulluq ili hərbi xidmətlə birlikdə 03 oktyabr 2022-ci il tarixədək 20 il 01 ay 08 gün təşkil etmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 23 dekabr 2022-ci il tarixli, 2436 nömrəli arayışından məlum olur ki, Bünyadov X3 şəhəri, 35-ci məhəllə, ev 81 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.2-ci maddəsinə əsasən xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növünə aiddir. 8.1 və 8.1.4-cü maddələri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi 2-ci kateqoriya dövlət orqanı kimi təsnifatlaşdırılmışdır. 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 19.0.14-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq dövlət qulluqçusunun əsas hüquqlarından biridir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 23.2-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. 37.1-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları: 1.1. Bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra müavinət) verilməsi qaydalarını müəyyən edir. 1.2. Müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir. 1.4. Müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir. 1.5. İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. İddianın mahiyyətini 2022-ci il üzrə müalicə pulunun iddiaçıya ödənilməsi təşkil edir. Belə ki, iddiaçı ədliyyə orqanlarında xidmətdə olduğu zaman almalı olduğu, lakin almadığı müavinəti tələb edir. İddiaçıya 2022-ci il üzrə müalicə pulunun ödənilməməsi hazırkı işin mübahisələndirilməyən halıdır. Cavabdeh həmin məbləğin iddiaçıya ödənilməməsini iddiaçının əmək məzuniyyəti dövründə və təqaüdə buraxıldığı tarixədək Penitensiar xidmətə müalicə olunması zərurəti barədə arayışın və müraciətinin olmaması ilə əsaslandırmışdır. Penitensiar Xidmətin Mühasibat Şöbəsinin rəisi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 1-225 nömrəli cavab məktubundan müəyyən olunur ki, 2022-ci il ərzində bütün şəxsi heyətə dekabr ayında ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarına uyğun olaraq müavinət ödənilib. Həmin ay İddiaçı təqaüddə olub. Bununla bağlı qeyd edilməlidir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci bəndinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanun normasından göründüyü kimi, İddiaçı müalicə olunması üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməli olduğu halda, həmin məbləğ ona 2022-ci il üzrə verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya müalicə olunmsı ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət bu hüququnun yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına müvafiq olaraq ödənilməli idi. Nəzərə almaq lazımdır ki, qanunvericiliklə qazanılmış hüquq sonradan əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Həmçinin diqqətə alınmalıdır ki, 2022-ci ilin dekabr ayında bütün şəxsi heyətə iki aylıq əmək haqqı miqdarında müavinət ödənilməsi, yəni bu hüquqdan bütün şəxsi heyətin eyni vaxtda yararlanması hazırkı iş üzrə gözardı edilməməli və həmin dövrdə iddaçının təqaüddə olması onun bu hüququndan məhrum olması ilə nəticələnməməlidir. Belə olan halda iddiaçının 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbi"nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 2022-ci il üzrə müalicə pulunun ödənilməsi öhdəliyi Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1126/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1126/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver