Məhkəmə qərarları › İş №2-1(122)-1193/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1193/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1193/2024 20.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “X1 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş “X1 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 20 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 02 avqust 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 08 fevral 2005-ci il tarixli, 33-02 saylı qətnaməsi ilə Naxçıvan şəhər 1 saylı kolxoz bazarının onun mülkiyyətinə verilməsi haqqında 22 avqust 1997-ci il tarixli 626 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin ləğv edildiyi bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. -3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. -15.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. -15.5-ci bəndinə görə İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. -15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin müəyyən edilən hallarından görünür ki, hazırki tələb üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 08 fevral 2005-ci il tarixli, 33-02 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, məhkəmənin qeyd olunan qətnaməsi ilə Naxçıvan şəhər 1 saylı kolxoz bazarının İddiaçı mülkiyyətinə verilməsi haqqında 22 avqust 1997-ci il tarixli 626 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə ləğv edilmiş və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən 40.000.000 (qırx milyon) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 08 fevral 2005-ci il tarixli, 33-02 saylı qətnaməsindən verilmiş 20 iyul 2005-ci il tarixli kassasiya şikayəti təmin edilməmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Məhkəmə qeyd edir ki, işin bu vəziyyəti hazırki iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir. Belə ki, iddiaçının qanunsuz yolla əlindən alındığını iddia etdiyi Naxçıvan şəhər 1 saylı kolxoz bazarının üzərində mülkiyyət hüququnu təsdiq edən 22 avqust 1997-ci il tarixli 626 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının yuxarıda göstərilən qətnaməsi əsasında ləğv edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də, həmin əmlaka dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu, mahiyyət etibarilə iddiaçının qeyd olunan əmlakla bağlı mülkiyyət hüququnu istisna etməklə yanaşı, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü də istisna edir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin o da qeyd edilməlidir ki, bu (subyektiv) hüququn sahibi olmayan iddiaçı iyirmi ilə yaxın müddət öncə hüquqi müqəddəratı məhkəmə qətnaməsi ilə həll edilmiş mülkiyyətə dair başqa iddia qaldırması əsassız olaraq cavabdehin hesabına özünə yeni imkanlar yaratmaq niyyəti daşıyır ki, bu imkanın yaradılması cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və ona hüquqi əsas olmadan zərər vurulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “X1 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar