Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-123/2020 18.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin ləğv edilməsi, həmin bələdiyyə ilə İddiaçı arasında yeni torpaq icarəsi müqaviləsinin bağlanması, həmin müqavilənin 1.3-cü bəndinə torpaq sahəsinin mal-qaranın otarılması bəndinin qeyd edilməsi, müqavilənin müddətsiz bağlanması və icarəsinə 2 ha torpaq sahəsinin verilməsi öhdəliyinin X3 üzərinə qoyulması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin ləğv edilməsi, həmin bələdiyyə ilə İddiaçı arasında yeni torpaq icarəsi müqaviləsinin bağlanması, həmin müqavilənin 1.3-cü bəndinə torpaq sahəsinin mal-qaranın otarılması bəndinin qeyd edilməsi, müqavilənin müddətsiz bağlanması və icarəsinə 2 ha torpaq sahəsinin verilməsi öhdəliyinin X3 üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun müddətdir ki, (təxminən 3 yaşından) Cəhri kəndində yaşayır, kənddə ancaq təsərrüfatla məşğuldur və yeganə dolanacaq yeri Cəhri Bələdiyyəsinin ona verdiyi torpaq sahəsindəndir. xx xxxx 2018-ci ildə onunla Cəhri Bələdiyyəsi arasında torpağın icarəyə verilməsi barədə müqabilə bağlamışlar. Bunun nəticəsi olaraq, ona 2 ha torpaq sahəsi verilmişdir. Bu torpağın ona verilməsində məqsəd həmin torpaq sahəsindən istifadə etməklə güzəranını yaxşılaşdırmaq və təsərrüfatla məşğul olaraq, o torpaqdan istifadə etməklə dolanacaq xərclərini təmin etməkdir. O, həmin torpaq sahəsindən mal-qara otarılması üçün istifadə edir. Həmçinin o torpaq sahəsində taxıl və yonca əkmişdir. Sonradan bələdiyyə ilə onun arasında xx xxxxxx 2020-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Həmin müqavilə ona təqdim olunan zaman tərəfindən müəyyən olunmuşdur ki, ona verilən torpaq sahəsinin miqdarı azalmış, torpaq sahəsi mal-qaranın otarılması üçün deyil, taxıl əkini üçün nəzərdə tutulmuşdur. Buna görə də o, müqaviləni imzalamaqdan imtina etmiş və ona əvvəlki ölçüdə, yəni 2 ha torpaq sahəsinin verilməsini və bu torpaq sahəsinin mal-qaranın otarılması üçün icarəsinə verilməsini bələdiyyədən xahiş etmişdir. Bu tələblə də yazılı surətdə X4 xx xxx 2020-ci il tarixində yazılı surətdə müraciət etmişdir. Lakin, onun ərizəsinə cavab verilməmişdir. Halbuki, qanunun tələbinə görə vətəndaşların yazılı müraciətlərinə yazılı surətdə cavab verilməlidir. Buna görə də o, məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və xx xxxxxx 2020-ci il tarixə məhkəmə hazırlıq icraatı iclası təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 billdirmişdir ki, iddiaçı ilə bələdiyyə arasında xx xxxxxx 2020-ci il tarixində torpaq icarəsi müqaviləsi bağlanaraq, 0.80 ha torpaq sahəsinin taxıl əkini üçün, 1 (bir) il müddətinə iddiaçının icarəsinə verilməsi bildirilsə də, iddiaçı bundan imtina etmişdir və Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin ləğv edilməsi, həmin bələdiyyə ilə İddiaçı arasında yeni torpaq icarəsi müqaviləsinin bağlanması, həmin müqavilənin 1.3-cü bəndinə torpaq sahəsinin malqaranın otarılması bəndinin qeyd edilməsi, müqavilənin müddətsiz bağlanması və icarəsinə 2 ha torpaq sahəsinin verilməsini tələb etmişdir. X5 hazırki tələbin qanunvericiliyə uyğun olmadığına görə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nöməli qərarının 2.1ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisənin predmetini torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasının məcbur edilməsi təşkil edir ki, məlum olduğu kimi isə istənilən müqavilənin bağlanması ilə əlaqədar olan məsələlərin həll edilməsi qaydası Mülki Məcəllənin müvafiq müddəaları ilə müəyyən edilmişdir, yəni, tərəflər arasında hazırkı mübahisə inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Başqa sözlə, hazırkı mübahisə inzibati mübahisə deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki tələb publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salına bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin ləğv edilməsi, həmin bələdiyyə ilə İddiaçı arasında yeni torpaq icarəsi müqaviləsinin bağlanması, həmin müqavilənin 1.3-cü bəndinə torpaq sahəsinin malqaranın otarılması bəndinin qeyd edilməsi, müqavilənin müddətsiz bağlanması və icarəsinə 2 ha torpaq sahəsinin verilməsi öhdəliyinin X3 üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) - yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin ləğv edilməsi, həmin bələdiyyə ilə İddiaçı arasında yeni torpaq icarəsi müqaviləsinin bağlanması, həmin müqavilənin 1.3-cü bəndinə torpaq sahəsinin mal-qaranın otarılması bəndinin qeyd edilməsi, müqavilənin müddətsiz bağlanması və icarəsinə 2 ha torpaq sahəsinin verilməsi öhdəliyinin X3 üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Prosessual xərclər iddiaçıya aid edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-123/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-123/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver