Məhkəmə qərarları › İş №2-1(122)-1250/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1250/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1250/2023 16.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH №0011935 saylı, xx.xx.2009-cu il tarixli (reysetr nömrəsi **********23-10301, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən Naxçıvan şəhəri, Kalbalıxan küçəsində mülkiyyətində olan 0.0398 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 63.27 kv.m yaşayış 35,6 kv.m qeyri-yaşayış sahəsindən ibarət 43 B fərdi yaşayış evin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona 80.000 (səksən min) manat kompensasiyanın ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH №0011935 saylı, xx.xx.2009-cu il tarixli (reysetr nömrəsi **********23-10301, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən Naxçıvan şəhəri, Kalbalıxan küçəsində mülkiyyətində olan 0.0398 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 63.27 kv.m yaşayış 35,6 kv.m qeyri-yaşayış sahəsindən ibarət 43 B fərdi yaşayış evin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona 80.000 (səksən min) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 16 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri, Kalbalıxan küçəsində mülkiyyətində olan 0.0398 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 63.27 kv.m yaşayış 35,6 kv.m qeyri-yaşayış sahəsindən ibarət 43 B fərdi yaşayış evin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və kompensasiya ödənilməsi tələbinə dair iddia qaldırdığını, iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 16 oktyabr 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının 16 oktyabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH №0011935 saylı, xx.xx.2009-cu il tarixli (reysetr nömrəsi **********23-10301, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən Naxçıvan şəhəri, Kalbalıxan küçəsində mülkiyyətində olan 0.0398 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 63.27 kv.m yaşayış 35,6 kv.m qeyri-yaşayış sahəsindən ibarət 43 B fərdi yaşayış evin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona 80.000 (səksən min) manat kompensasiyanın ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı 16 oktyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 16 oktyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH №0011935 saylı, xx.xx.2009-cu il tarixli (reysetr nömrəsi **********23-10301, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən Naxçıvan şəhəri, Kalbalıxan küçəsində mülkiyyətində olan 0.0398 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 63.27 kv.m yaşayış 35,6 kv.m qeyri-yaşayış sahəsindən ibarət 43 B fərdi yaşayış evin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona 80.000 (səksən min) manat kompensasiyanın ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar