Məhkəmə qərarları › İş №2-1(122)-299/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-299/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-299/2023 22.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) qarşı “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) işdən azad olunması barədə 16 fevral 2023-cü il tarixli, 19 №li əmrinin ləğv edilməsi, işə bərpa olunması və boş qaldığı günlər üçün əmək haqqının ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) işdən azad olunması barədə 16 fevral 2023-cü il tarixli, 19 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunması və boş qaldığı günlər üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 28 fevral 2023-cü il tarixli, 2- 1(122)-299/2023 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. 05 iyun 2023-cü il tarixə təyin olunmuş məhkəmənin hazırlıq icraatı iclasında cavabdehin nümayəndəsi X2 iddiaçı ilə məhkəmədənkənar razılığa gəlmələri üçün hazırlıq icraatı ilə bağlı məhkəmə iclasını təxirə salaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndəsi X1 vəsatətini təmin edərək, hazırlıq icraatı ilə bağlı məhkəmə iclasını təxirə salaraq 22 iyun 2023-cü il tarixə təyin etmişdir. 22 iyun 2023-cü il tarixli məhkəmənin hazırlıq icraatı iclasında İddiaçı iddia tələbinin məhkəmədənkənar həll edildiyini bildirərək, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndəsi X2 iddiaçının iddia tələbinin məhkəmədənkənar həll edildiyini bildirərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi və hüquqi marağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) işdən azad olunması barədə 16 fevral 2023-cü il tarixli, 19 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunması və boş qaldığı günlər üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. Hazırki işin hallarından, cavabdehin nümayəndəsinin məhkəmədəki izahatından, məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş əmrin surəti bunu bir daha sübut edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırkı vəziyyətdə iddiaçının heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və işin mahiyyəti üzrə mübahisənin mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına İPMin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) qarşı “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) işdən azad olunması barədə 16 fevral 2023-cü il tarixli, 19 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunması və boş qaldığı günlər üçün əmək haqqının ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar