Məhkəmə qərarları › İş №2-1(122)-454/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-454/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-454/2025 11.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X15 Heydər oğlunun sədrliyi, X16 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun şəkildə, 10 iyul 1978-ci il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1978-cü ildən 1993-cü ilədək müvafiq olaraq Hidrometeorologiya İdarəsində Payız Su Təsərrüfat İdarəsində, Cəhri kənd Tütünçülük sovxozunda fəhlə vəzifələrində xidmət etmişdir. O, həm də işlədiyi müddət ərzində 1981-1982-ci tədris ilində "üzüm ustası’", 1984-1985-ci tədris ilində "heyvandarlıq fermalarının mexanizatoru və elektrik mantyoru”, 1985-1986-cı tədris ilində isə "menecer motorçu" ixtisasları üzrə peşə məktəbi təhsilini başa vurmuşdur. O, Babək rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 15 dekabr tarixli, 99 saylı qərarı ilə verilmiş öz şəxsi təsərrüfatında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, 2010-cu il tarixindən 2020-ci il tarixədək "Sosial sığorta haqqında"' Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq məcburi dövlət sosial sığorta haqqını tam şəkildə ödəmişdir. Bu faktı çoxsaylı ödəniş qəbzləri sübut etməkdədir. Ona 2022-ci il 11 iyun tarixindən etibarən "Sosial müavinətlər haqqında’" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən aylıq 220 manat məbləğində sosial müavinət təyin olunmuşdur və hal-hazırda da həmin müavinət ödənilməkdədir. Lakin iddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsaslanaraq ona yaşa görə sosial müavinət deyil, əmək pensiyası təyin edilməsini istəyir. İddiaçının əmək kitabçasına əsasən o, 15 ildir ki, müəyyən idarələrdə əmək fəaliyyəti ilə məşğul olmasına, habelə 2010-cu il tarixdən öz şəxsi təsərrüfatında davam etdirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı sığorta haqqını axsatmadan ödəməsinə baxmayaraq, ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən 26 sentyabr 2024-ci il tarixində ünvanlanmış məktubla qanunla nəzərdə tutulan 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 15 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia qaldırdıqlarını, iddia tələbini “İddiaçı bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 noyabr 2024-cü il tarixli, 2-1(122)-1435/2024 nömrəli protokol qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun iddiaya dair məhkəməyə ünvanlanan 15 yanvar 2025-ci il tarixli yazılı münasibəti onunla əsaslandırılmışdır ki, X9 20 sentyabr 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentin 25 sentyabr 2024-cü il tarixli, 40 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Səbəb kimi iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının olmadığı göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1981-ci il tarixli, 688077 nömrəli diplomun surətinə əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "üzüm ustası” (9 ay 21 gün), xx.xx.1984-cü il tarixli, 756996 nömrəli diplomun surətinə əsasən o, xx.xx.1984-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “heyvandarlıq fermalarının mexanizatoru və elektrik mantyoru” (9 ay 19 gün), xx.xx.1986-ci il tarixli, 686118 nömrəli diplomun surətinə əsasən o, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “menecer motorçu" (9 ay 18 gün) ixtisasları üzrə pəşə təhsili almışdır. İddiaçı tərəfindən təqdim edilmiş 02 avqust 1979-cü il tarixli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1993-cü il tarixində işdən azad edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 13/979 nömrəli arayışda İddiaçı xx.xx.1993-cü il tarixli, 39 nömrəli əmrlə “Naxçıvan şəhər Hidrometeorologiya İdarəsində” işdən azad edilməsi əmr kitablarında rast gəlindiyi qeyd edilmişdir. Həmçinin işə qəbul edilməsi haqqında məlumat olmadığı arayışda qeyd edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024cü il tarixli, 13/979 nömrəli digər arayışda İddiaçı Naxçıvan şəhər Hidrometeorologiya idarəsində işlədiyi, 1990-ci il üzrə 8 ay, 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 12 ay və 1993cü il üzrə 7 ay əmək haqqı aldığı qeyd edilmişdir. Beləliklə, iddiaçının 1978-ci ildən 1993cü ilədək işləməsi əmək kitabçası təsdiqini tapmamışdır. İddiaçının tələb olunan 25 il sığorta stajı və ya 40.320 manat pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi JN-074 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən 0,59 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Babək Rayon, Cəhri kənd sakini İddiaçı və onun ailə üzvləri Nümayəndə, X3 və X4 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən o, ümumillikdə öz adına 206 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 fevral 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etirazda yazılanlara uyğun olaraq izahat verərək müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Babək rayonu, Cəhri qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 09 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-N-6259/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin (bundan sonra - MEİS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən o, xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" (özüözünü sığortaedən) kimi uçota düşməmiş, tərəfindən rüblük Forma B2 və illik Forma B3 təqdim edilməmişdir. Nəticədə ödənişlər fərdi şəxsi hesabda öz əksini tapmamışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 25 sentyabr 2024-cü il tarixli, 40 nömrəli qərarından məlum olur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Babək rayonu, Cəhri qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-N-9446/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Həmçinin ona 2022-ci il 11 iyun tarixindən "Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikə) əsasən yaşa görə 220 manat sosial müavinət ödənilməsi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli, 13/979 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Hidrometeorologiya İdarəsinin sənədləri 1990-cı ildən başladığından və əvvəlki illərə dair əmr, əməkhaqqı kitabları Naxçıvan M R Dövlət Arxivinə təhvil verilmədiyinə görə İddiaçı işə qəbul edilməsi haqqında məlumat yoxdur. Lakin, xx.xx.1993-cü il tarixli 39 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Cəhri kənd Payız Su təsərrüfat idarəsinin, Cəhri kənd Tütünçülük sovxozunun sənədlərinin Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, İddiaçı Naxçıvan şəhər Hidrometeorologiya İdarəsinin 1990-1993-cü illərin müvafiq aylarında əməkhaqqı alması göstərilmişdir. - xx.xx.1982-ci il tarixli, 688077 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "üzüm ustası”; xx.xx.1984-cü il tarixli, 756996 nömrəli diplomun surətinə əsasən xx.xx.1984-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “heyvandarlıq fermalarının mexanizatoru və elektrik mantyoru”; xx.xx.1986-ci il tarixli, 686118 nömrəli diplomun surətinə əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “menecer motorçu" ixtisasları üzrə pəşə təhsili almışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13538/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı aid əmək kitabçasının surətinə əsasən 2006-cı il 1 yanvar tarixinədək 1978ci il 10 iyul tarixindən 1993-cü il 22 iyun tarixindək Hidrometeorologiya İdarəsində 14 il 11 ay 12 gün sığorta stajı vardır. Həmçinin, İddiaçı adına Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsindən verilmiş 2024-cü il 4 iyul tarixli arxiv arayışlarına müvafiq olaraq onun 14 il 8 ay 22 gün sığorta stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təhsil aldığı dövrlər (1981-ci il 1 sentyabr tarixindən 1982-ci il 22 iyun tarixinədək, 1984-cü il 1 sentyabr tarixindən 1985-ci il 20 iyul tarixinədək, 1985-ci il 1 sentyabr tarixindən 1986-cı il 19 iyul tarixinədək) eyni zamanda Hidrometeorologiya İdarəsində işlədiyi üçün nəzərə alınmışdır. İddiaçı 2006-cı il 1 yanvar tarixindən bugünədək fərdi şəxsi hesabında heç bir pensiya kapitalı qeydə alınmamışdır. - JN-0074, KOD 10305018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən Nümayəndə və ailə üzvləri İddiaçı, X7 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.56 hektar torpaq sahəsi verilmişdir. - Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 1428 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayon Cəhri qəsəbəsində yaşayır. - xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 90 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 60 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 60 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 60 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. - 2.0 və 2.0.4-ci maddələrinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması fərdi uçotun məqsədləridir. - 3.0 və 3.0.1- ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. - 4.1- ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə əsas mübahisəli məsələlər iddiaçının ümumi siğorta stajının qanunla nəzərdə tutulan müddətdən az olması və onun mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (X8 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan qeyd edilən arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəf iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasının iddiaçının adından ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması əsası ilə çıxış etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının paylı mülkiyyətçisi olduğu kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özüözlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən o, 2015-ci il tarixdən 2019-cu il tarixədək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə öz adına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və pensiya təyin edilməsindən imtina olunması barədə qanunsuz və əsassız qərar qəbul etməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüquqnu pozmuşdur. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Məhkəmə iddiaçının pensiya hüququnun yaranması dövrü barədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndində (ƏPH) Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: Dövr Kişilərin yaş həddi Qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay Göründüyü kimi, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 63 yaşını 2023-cü ilin dekabr ayında tamam etdiyindən onun pensiya hüququ xx.xx.2024-cü il tarixdən yaranmışdır. Bu qərarda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuş, qeyd edilən hallar isə real sübutlar və hüquq normaları ilə dəstəklənməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar