Məhkəmə qərarları › İş №2-1(122)-570/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-570/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-570/2025 29.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Culfa şəhərində doğulmuşdur. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1999-2003-cü il tədris illərində Naxçıvan Dövlət Universitetinin X6 əyani ali təhsil üzrə bitirmişdir. Əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "X4 Cəmiyyəti”nin Culfa QPS-də "operator” vəzifəsində; xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il taixədək Culfa rayon Məşqullııq mərkəzində "aparıcı məsləhətçi vəzifəsində; xx.xx.2007ci il tarixdən xx.xx.2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Gömrük strukturlarında-gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət etmişdir. "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir. Beləliklə, 2006-cı ilin iyul ayından xx.xx.2024-cü il tarixədək göstərilən dövlət orqanında işləməklə dövlət qulluqçusu stajı və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illəri ümumi stajı 20 ildən artıq təşkil edir. Dövlət qulluğunda işlədiyi müddətin-iş stajının və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək xidmət illəri, tələbəlik və hərbi xidmət illəri toplanmaqla,"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, xüsusi rütbəli şəxs kimi, gömrük orqanında xidmət illərinə (20 ilə) görə, pensiya hüququ yarandığından xx.xx.2024-cü il tarixdən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə vəzifəsinə xitam verilmiş və əmək pensiyası təminatı üçün məlumat vərəqi tərtib olunaraq aidiyyəti sosial müdafiə orqanına göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ona ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17- 9-1/2-P-l0637/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Qanununa uyğun olaraq, "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğıı stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanması tənzimləsə də, belə hesablama qulluq stajına görə əlavələr tətbiq edilməklə əmək pensiyası təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan sözügedən Qərarda göstərilən əsaslarla əmək pensiyalarının müəyyən edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilir ki, hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbiqulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" AzərbaycanRespublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda da xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmasında imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun bu mövqeyi (qərarı) ilə razı deyil. Hesab edir ki, faktiki olaraq pensiyaya çıxmaq hüququnu məhdudlaşdırılması ilə pensiya hüququ pozulmaqdadır. Qəbul olunan qərar ona münasibətdə əlverişsiz olmaqla,"Dövlət qulluğu haqqında" Qanunun 22.7-ci maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin müddəalarına ziddir. Belə ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Göstərilənlərdən də aydın görsənir ki, onun pensiya hüququ təmin olunmalıdır. İddiaçı göstərilənlərə əsasən dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, məhkəmənin müvafiq sərəncam ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 20 fevral 2025-ci il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxxxx 1981-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı adına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunmuş ***-**** nömrəli məlumat vərəqəsi elektron qaydada Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuşdur. Daxil olmuş məlumat vərəqinə əsasən İddiaçı dövlət qulluğunda qulluq stajı rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edildiyi müəyyən edilmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması barədə 16 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-P-10637/2024 saylı məktub ünvanlanmışdır. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hazırki iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Culfa şəhərində anadan olmuş, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 1999-cu il tarixdən 2003cü il tarixədək ali təhsil almış, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa QPS-də operator, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il taixədək Culfa rayon Məşqulluq mərkəzində aparıcı məsləhətçi vəzifələrində işləmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət etmiş və “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixli əmrlə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək (18 il 2 ay) yuxarıda göstərilən dövlət orqanında dövlət qulluqçusu stajı və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illərinin cəmi 20 ildən artıq təşkil edir. Dövlət qulluğunda işlədiyi müddətin iş stajı və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək xidmət illəri, həmçinin tələbəlik və hərbi xidmət illəri nəzərə alınmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, xüsusi rütbəli şəxs kimi gömrük orqanında xidmət illərinə (20 ilə) görə pensiya hüququ yarandığından xx.xx.2024-cü il tarixdən vəzifəsinə xitam verilmiş və əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqi tərtib olunaraq aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Lakin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 16 oktyabr 2024-cü tarixli, 3-17-9-1/2-P-10637/2024 saylı məktubda ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı öz ərizəsində bildirir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun bu mövqeyi ilə razı deyildir. Hesab edir ki, faktiki olaraq pensiyaya çıxmaq hüququnun məhdudlaşdırılması ilə pensiya hüququ pozulmaqdadır. Qəbul olunan qərar ona münasibətdə əlverişsiz olmaqla "Dövlət qulluğu haqqında" Qanunun 22.7-ci maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin müddəalarına ziddir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Göstərilənlərdən də aydın olur ki, onun pensiya hüququ təmin olunmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş hərbi biletin surətindən məlum olur ki, o, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (11 ay 11 gün) hərbi xidmətdə olmuşdur. İddiaçı adına tərtib edilmiş xx.xx.2005-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (7 ay 12 gün) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa QPS-də operator, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (7 ay) Culfa rayon Məşqulluq Mərkəzində aparıcı məsləhətçi, xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (16 il 10 ay 5 gün) Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada daxil olmuş ***-**** nömrəli məlumat vərəqində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xidmət illəri hesablanan zaman dövlət qulluğunda 7 ay iş stajı gömrük orqanlarında xidmət illərinə daxil edilmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli, 340- VİQD nömrəli Qanununa uyğun olaraq, "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu Qayda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmış və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən etsə də, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildirilir ki, gömrük orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə əmək pensiyası təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və əmək pensiyası təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illəri və onlara verilən əlavələr hesablanarkən nəzərə alınır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 yanvar 2026-cı il tarixə təyin edilmişdir. 29 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək "dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1981-ci il tarixdə doğulmuşdur. - AO seriyalı, ******* nömrəli hərbi biletin 2-3-cü səhifələrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa QPS-də operator, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi, xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 02 dekabr 2024-cü il tarixli, 774 nömrəli arayışdan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanlanan 16 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-P-10637/2024 nömrəli məktubundan görünür ki, ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması üçün xidmət illəri hesablanan zaman dövlət qulluğunda iş stajı gömrük orqanlarında xidmət illərinə daxil edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Döviət Sosial Müdafiə Fonduna ötürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama qulluq stajına görə əlavələr tətbiq edilməklə əmək pensiyası təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan sözügedən Qərarda göstərilən əsaslarla əmək pensiyalarının müəyyən edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilir ki, hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda da xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Naxçıvan MR, ünvan 5 ünvanında yaşayan İddiaçı ünvanlanmış 13 fevral 2025-ci il tarixli, 3-33/2-P-000378/1- 10/2025 nömrəli məktubdan görünür ki, gömrük orqanlarında xidmətinə müvafiq ərizəsi əsasında Komitənin xx.xx.2024-cü il tarixli, 3-33/821Ş nömrəli əmri (inzibati aktı) ilə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilmiş və barəsində məlumat vərəqəsi tərtib edilərək aidiyyəti dövlət orqanına göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 31 yanvar 2025-ci il tarixli, 3-43-75/2-152/2025 nömrəli məktubdan məlum olur ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 fevral 2025-ci il tarixli, 3-33/2-003351/2025 nömrəli məktubdan məlum olur ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu staji onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qeyd edilən Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Qeyd edilən Qərarın 3.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı nəzərə alınır. Gömrük orqanlarında xidmətin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə" ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin 58-ci maddəsinə uyğun olaraq gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" ilə müəyyən edilir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə məusuq şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli və gömrük orqanlarının vəzifəli şəxslərinə münasibətdə "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" 2006-cı il 9 yanvar tarixli, 4 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsini tənzimləyən normativ hüquqi aktda "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli, 4 nömrəli qərarı pensiya təyinatı üçün hüquq mənbəyi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın 2-ci hissəsinin 13cü abzasına uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Qeyd edilən Qaydanın 2-ci hissəsinin 6-cı abzasına uyğun olaraq digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Daha yüksək hüquqi qüvvəyə malik olan "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə" ilə dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli, 91 nömrəli Qərarı ilə dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi qaydası və şərtləri müəyyən edilmiş və həmin Qərarla gömrük orqanlarında xidmət illəri hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajinın nəzərə alınması tənzimlənmişdir. Həmçinin "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nda dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilmişdir. Qeyd edilən normativ hüquqi aktlarda dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuş və həmin stajın müvafiq pensiya təyin edilərkən nəzərə alınmaması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, qeyd edilən məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-1(112)-10415/2023 nömrəli qərarı mövcuddur və həmin qərarda dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi və məlumat vərəqinin doldurularaq pensiya təyin edilməsi üçün aidiyyəti üzrə təqdim edilməsi qət edilmişdir. Qeyd edilən məsələ üzrə, eləcə də "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.6-cı, 10.1-ci və 10.5-ci maddələrini nəzərə alaraq əvvəllər dövlət qulluğunda çalışmış gömrük əməkdaşlarının dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilmiş və məlumat vərəqi aidiyyəti üzrə təqdim edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd edilənlərə əsasən və Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı nəzərə alınaraq eyni faktiki hal üzrə digər gömrük əməkdaşlarına münasibətdə də məlumat vərəqləri hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. Əlavə olaraq sorğuya əsasən, Azərbaycan Respublikası Dövlət X7 Naxçıvan Baş Gömrük İdarəsinin Məxfi bölməsinin sabiq rəisi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktub, ona uzun müddət xidmət illərinin hesablanması zamanı nəzərə alınmış xidmət dövrləri barədə məlumatlar və əmək kitabçasının təsdiq olunmuş surəti məhkəməyə təqdim olunur. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı ünvanladığı 20 avqust 2024-cü il tarixli, 9-3/2-P-3725-42-703/2024 nömrəli məktubdan görünür ki, onun 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. - Komitənin Naxçıvan Baş Gömrük İdarəsinin Məxfi bölməsinin sabiq rəisi İddiaçı dair uzun müddət xidmət illərinin hesablanması zamanı nəzərə alınmış xidmət dövrləri barədə məlumatdan görünür ki, xx.xx.1999-xx.xx.2003-cü il tarixlərdə 2 il (0,5) Naxçıvan Dövlət Universitetində ali təhsil, xx.xx.2003-xx.xx.2004 cü il tarixlərdə 11 ay, 11 gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, Culfa rayon Məşğulluq Mərkəzində xx.xx.2006 - xx.xx.2007-ci il tarixlərdə 7 ay dövlət qulluğu, Dövlət Gömrük Komitəsində xx.xx.2007-xx.xx.2024 16 il, 10 ay, 5 gün dövlət qulluğunun xüsusi növü nəzərə alınmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 mart 2025-ci il tarixli, 3-33-1200/2- 000733/2025 nömrəli məktubla gömrük orqanlarında xidmət etmiş İddiaçı xidmət illəri barədə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 mart 2025-ci il tarixli, 3-33/2-004294/2025 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Məxfi bölməsinin sabiq bölmə rəisi, gömrük xidməti polkovnikleytenantı Paşayev X5 Muxtar Respublikası Dövlət Gömrük Komitəsi “Naxterminalkompleks” X9 İqtisadi Birliyin 24 oktyabr 2007-ci il tarixli, 019ş nömrəli əmri ilə Birliyin Tərəzi təsərrüfatı bölməsinin inspektoru vəzifəsinə xidmətə qəbul edilmişdir. S.T.X11 Respublikası Dövlət Gömrük Komitəsinin 1 noyabr 2010-cu il tarixli, 183ş nömrəli əmri ilə Culfa Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 1 noyabr 2010-cu il tarixli, 184ş nömrəli əmri ilə ona gömrük xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Məxfi bölməsinin sabiq bölmə rəisi, gömrük xidməti polkovnik-leytenantı İddiaçı şəxsi işində saxlanılan sənədlərə əsasən bildiririlir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 8-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə uyğun olaraq onun tutduğu vəzifə xüsusi rütbə nəzərdə tutulan vəzifədir və baş rəis heyətinə aiddir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qeyd edilən Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli, 91 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Qeyd edilən Qərarın 3.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı nəzərə alınır. Gömrük orqanlarında xidmətin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin 58-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrininqarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” ilə müəyyən edilir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli və gömrük orqanlarının vəzifəli şəxslərinə münasibətdə “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarlarına uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsini tənzimləyən normativ hüquqi aktda “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli, 4 nömrəli Qərarı pensiya təyinatı üçün hüquq mənbəyi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2ci hissəsinin 13-cü abzasına uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Daha yüksək hüquqi qüvvəyə malik olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” ilə dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli, 91 nömrəli Qərarı ilə dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi qaydası və şərtləri müəyyən edilmiş və həmin Qərarla gömrük orqanlarında xidmət illəri hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajının nəzərə alınması tənzimlənmişdir. Həmçinin “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nda dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilmişdir. Qeyd edilən normativ hüquqi aktlarda dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuş və həmin stajın müvafiq pensiya təyin edilərkən nəzərə alınmaması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edirik ki, qeyd edilən məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-10415/2023 nömrəli qərarı mövcuddur və həmin qərarda dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi və məlumat vərəqinin doldurularaq pensiya təyin edilməsi üçün aidiyyəti üzrə təqdim edilməsi qət edilmişdir. Qeyd edilən məsələ üzrə, eləcə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.6-cı, 10.1-ci və 10.5-ci maddələrini nəzərə alaraq əvvəllər dövlət qulluğunda çalışmış gömrük əməkdaşlarının dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilmiş və məlumat vərəqi aidiyyəti üzrə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd edilənlərə əsasən qanunvericiliyə uyğun olaraq və Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı nəzərə alınaraq eyni faktiki hal üzrə İddiaçı də dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə daxil edilmiş və məlumat vərəqi hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. İddiaçı 20 iyul 2003-cü il tarixdən 1 iyul 2004-cü il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr, Naxçıvan Dövlət Universitetində aldığı 4 il təhsil müddəti 2 il sayılmaqla, 1 iyul 2006-cı il tarixdən 1 fevral 2007-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Məşğulluq Mərkəzində dövlət qulluğu stajı, 24 oktyabr 2007-ci il tarixdən 29 avqust 2024-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir. İddiaçı xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün pensiya təminatına əsas olan xidmət stajı ümumilikdə 20 il 4 ay 16 gün təşkil etmişdir və hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olduğu üçün xidmət illərinə görə pensiya hüququ yaranmışdır. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı gömrük orqanlarında xidmətinə müvafiq ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 avqust 2024-cü il tarixli, 3-33/821Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilmiş və qanunvericiliyə uyğun olaraq barəsində məlumat vərəqi tərtib edilərək aidiyyəti dövlət orqanına göndərilmişdir. Əlavə olaraq, İddiaçı xidmət illərinə dair şəxsi işində saxlanılan sənədlərin və məlumat vərəqinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. - A seriyalı, 137561 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Naxçıvan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 25 iyun 2003-cü il tarixli, 03 saylı protokoluna əsasən tarix ixtisası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 may 2025-ci il tarixli, 3-17-9-1/2-4979/2025 nömrəli məktubdan məlum olur ki, sığortaolunan İddiaçı Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən 1 iyul 2006-cı il tarixindən 1 fevral 2007-ci il tarixinədək xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları X1 Sisteminin “Sığorta” (Hesabat) altsistemində öz əksini tapmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 20 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-7333/2025 nömrəli məktubla məhkəməyə göndərilmiş İddiaçı məxsus ***-**** nömrəli “Məlumat Vərəqi”nin surətində İddiaçı cəmi iş stajı və xidmət illəri 20 il 4 ay 16 gün, cəmi təminat xərcliyi 4437.70 manat kimi qeyd edilmişdir. xx.xx.2026-cı il tarixli təqrirə əsasən işə əlavə edilmiş 15(122)-1/2025 nömrəli inzibati işin materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 may 2025-ci il tarixli, 3-17-9-1/2-5537/2025 nömrəli məktubdan aydın olur ki, İddiaçı X2 Sisteminin “Pensiya” altsistemi üzərindən avtomatlaşdırılmış (proaktiv) qaydada sistem tərəfindən pensiya təyin edilməsi üçün qərar verilmişdir. Lakin, Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən proaktiv qaydada təyin edilən pensiya işləri araşdırılarkən məlum olmuşdur ki, İddiaçı pensiya hüququ qazandıran gömrük orqanlarında xidmət illərinə dövlət qulluğunda işlədiyi dövrlərdə nəzərə alınaraq təyinat aparılmışdır. Bu səbəbdən sistem tərəfindən təyin edilən pensiya ödəniş olunmadan dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-7691/2025 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasının 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı X1 sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün sığorta stajları araşdırılmışdır. Araşdırma zamanı İddiaçı 19 il 9 ay 16 gün xidmət illəri üzrə sığorta stajı (təhsil müddəti və hərbi xidmət dövrü daxil olmaqla) və Culfa rayon Məşğulluq Mərkəzində işlədiyi dövr üzrə 7 ay sığorta stajının olduğu məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Qanunun 9.5.1-ci maddəsinə əsasən 20 təqvim üzrə xidmət illəri olmadığından ona X1 sisteminin “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. - 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. (1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyada) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. - 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. - 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. - 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli, 4 nömrəli Qərarının 2-ci hissəsində digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətinin və dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi müəyyən olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli qərardadında nəzərdə tutulmuş hüquqi mövqe Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir. Hazırkı işdə iddiaçının ali təhsil aldığı müddət, hərbi xidmət dövrü və əmək kitabçasında olan iş stajını sübut edən qeydlər üzrə qazanılmış əmək pensiyası hüququ nəzərə alındıqda ümumi iş stajının 19 il 9 ay 16 gün müəyyən edilir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən bu hal mübahisələndirilmir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsas səbəbi iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 7 (yeddi) ay dövlət qulluğunda qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmaması ilə bağlı olmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli qərardadında nəzərdə tutulmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, Konstitusiyanın 55-ci maddəsinin İİ hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edildiyi kimi, uzun xidmət müddətinin pensiya hüququnun əldə olunması üçün əsas sayılması qanunvericinin güddüyü məqsədlə – müvafiq orqanlarda dövlət qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik etməklə (stimullaşdırmaqla) əlaqədardır. Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar olmadıqda güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya ödənişinin dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial təminat hüququna dair müddəaların, habelə vətəndaşların etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnə bilər. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğu sisteminin zəif cəhətlərindən biri kimi dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması göstərilmişdir. Pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi məsələlərinin dəqiq və aydın şəkildə tənzimlənməsi həmin Strategiyanın məqsədlərinə uyğun olmaqla yanaşı qarşılıqlı rotasiya üçün əlverişli institusional mühitin yaradılmasına da xidmət edəcəkdir. Müvafiq təkmilləşdirilmə aparılanadək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə məsələlər həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) müvafiq normaları da rəhbər tutulmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq işlər üzrə inzibati icraat zamanı etimad hüququnun qorunması prinsipi də nəzərə alınmalıdır. Hazırkı mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi, xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı gömrük orqanlarında xidmətinə müvafiq ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/821Ş nömrəli əmri (inzibati aktı) ilə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilmiş və barəsində məlumat vərəqəsi tərtib edilərək aidiyyəti dövlət orqanına göndərilmişdir. Göründüyü kimi, iddiaçının ona güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan iş stajının cəmi 2 ay 14 günü (tələb edilən 20 il -19 il 9 ay 16 gün=2 ay 14 gün) dövlət qulluğunda, böyük qismi isə gömrük orqanlarında, yəni dövlət qulluğunun xüsusi növündə işlədiyi dövrlərə təsadüf etmişdir. Komitə tərəfindən iddiaçının barəsində məlumat vərəqəsi tərtib edilərkən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işlədiyi dövrlər də pensiyaya çıxmaq hüququ verən xidmət illərinə hesablanmışdır. Bundan sonra İddiaçı X2 Sisteminin “Pensiya” altsistemi üzərindən avtomatlaşdırılmış (proaktiv) qaydada sistem tərəfindən pensiya təyin edilməsi üçün qərar verilərək pensiyanın məbləği müəyyən edilmişdir. Sonradan Fond tərəfindən onun 20 təqvim üzrə xidmət illəri olmadığından X1 sisteminin “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi ilə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, iddiaçı məhz dövlət orqanlarının qərarlarına və müvafiq hərəkətlərinə etimad etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi onun barəsində məlumat vərəqəsi tərtib etmiş, digər tərəfdən isə ona X1 Sisteminin “Pensiya” altsistemi üzərindən avtomatlaşdırılmış (proaktiv) qaydada sistem tərəfindən pensiya təyin edilməsi üçün qərar verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən elektron qaydada təqdim edilmiş məlumat vərəqəsinin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində geri qaytarmaması səbəbindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının gömrük orqanlarında xidmətinə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 3-33/821Ş nömrəli əmr qəbul edildiyindən iddiaçının əvvəlki işinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər iki orqan (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun) tərəfindən qəbul edilmiş qərarlar və müvafiq hərəkətlər mövcud olmasa idi, İddiaçı gömrük orqanlarında xidmətini əlavə 2 ay 14 gün davam etdirərək 2024-cü ilin sonunda güzəştli şərtlə əmək pensiyasına çıxmaq hüququ qazanardı. Göründüyü kimi dövlət orqanlarının səlahiyyətləri çərçivəsində hərəkətləri nəticəsində iddiaçının sosial vəziyyəti uzun müddətli ağırlaşmışdır. Belə ki, iddiaçı keçən müddət ərzində işindən məhrum olunmaqla yanaşı, pensiya ilə də təmin oluna bilməmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar