Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-71/2022 02.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı “Naxçıvan Bələdiyyəsinə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m. mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m. ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m. artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m. ərazidən 379 kv.m. ərazi yayındırılaraq 100 kv.m. ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m. əraziyə bələdiyyə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m. mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Bələdiyyəsinə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m. mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m. ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m. artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m. ərazidən 379 kv.m. ərazi yayındırılaraq 100 kv.m. ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m. əraziyə bələdiyyə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m. mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 02 mart 2022-ci il tarixə təyin edilmişdir. Həmçinin İddiaçı yardım məktubu ünvanlanaraq hazırki iş üzrə iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmədiyi, iddia tələbinin aydın ifadə olunmadığı və cavabdeh inzibati orqan tərəfindən hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Bununla əlaqədar olaraq iddia tələbində dəqiqləşdirmə aparılması və hüquqlarının hansı qaydada pozulduğunu təsdiq edən faktların məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 15 gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsindən 379 kv.m. torpaq sahəsinin yayındırıldığını, həmin əraziyə bələdiyyə qərarının verilməsini tələb etdiyini, əgər verilməsi mümkün olmadıqda dəyərinin bugünki bazar qiyməti ilə ona ödənilməli olduğunu, tələbində hər hansı dəqiqləşdirmə aparılması zərurətinin olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılması və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X5 iddiaçının tələbinin onlara da aydın olmadığını bildirərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Naxçıvan Bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 83 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 600 kv.m. sahəsi olan 46 nömrəli həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 100 kv.m. torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 16.3 və 16.4cü bəndlərinə əsasən X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. - Naxçıvan Bələdiyyəsinin 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 500 kv.m. sahəsi olan 42 nömrəli həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 140.1 kv.m. torpaq sahəsi 112 manat dəyərində qiymətləndirilmiş və müəyyən olunan məbləğ X1 bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.0.2 yarımbəndinə, 16-cı maddəsinin 16.3 və 16.4-cü bəndlərinə əsasən vətəndaş X3 mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçının tələbinin məzmunundan belə aydın olur ki, iddiaçı 2006 və 2013-cü il tarixli X2 və X3 adına verilmiş bələdiyyə qərarları əsasında 379 kv.m. torpaq sahəsinin verilmədiyini iddia edir və həmin əraziyə bələdiyyə qərarının verilməsini, bu mümkün olmadıqda isə dəyərinin bugünki bazar qiyməti ilə ödənilməsi tələb edir. Göründüyü kimi, qeyd olunan qərarlarda iddiaçının adına təsadüf edilmir. Ona görə də iddiaçı həmin qərarların mübahisələndirilməsi və ya yayındırılmış torpaq sahəsi barəsində bələdiyyə qərarının verilməsi ilə bağlı tələb hüququna malik deyil. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından və onun hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati tərəfindən hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmadığndan iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı 11 fevral 2022-ci il tarixli yardım məktubu göndərilmiş və müvafiq tədbirlər görülməsi məqsədilə müddət təyin edilmişdir. İddiaçı tərəfindən məhkəmənin qeyd olunan məktubu 16 fevral 2022-ci il tarixdə imza edilərək alınmasına baxmayaraq məktubda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün bugünədək hər hansı tədbir görülməmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı İPM-nin 13-cü maddəsinə əsasən yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi və hazırki iş üzrə subyektiv hüquqa malik olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin qeyd olunan tələblərinə məhəl qoyulmayaraq müvafiq sənədlər təqdim edilməmiş və işə hazırki tələb çərçivəsində baxılması xahiş olunmuşdur. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Qeyd edilənlərə uyğun olaraq məhkəmə iclasında iştirak edən İddiaçı yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı məhkəmənin yardımına məhəl qoymamış, iddia tələbini dəqiqləşdirməmiş, həmçinin hazırki tələb üzrə subyektiv hüquqa malik olduğunu sübut edən faktları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı “Naxçıvan Bələdiyyəsinə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m. mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m. ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m. artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m. ərazidən 379 kv.m. ərazi yayındırılaraq 100 kv.m. ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m. əraziyə bələdiyyə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m. mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı “Naxçıvan Bələdiyyəsinə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m. mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m. ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m. artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m. ərazidən 379 kv.m. ərazi yayındırılaraq 100 kv.m. ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m. əraziyə bələdiyyə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m. mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-71/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-71/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver