Məhkəmə qərarları › İş №2-1(122)-808/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-808/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-808/2025 14.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "X6 Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 18 fevral 2025-ci il tarixli, 3-17-9/2-Ə-1909/2025 nömrəli qərarının ləğv olunması və 65 yaşının tamam olduğu 21 yanvar 2025-ci il tarixdən ona əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı il tarixdə Ordubad rayonu, Parağaçay qəsəbəsində anadan olmuşdur. 1975-1978-ci illərdə Naxçıvan Orta texniki peşə məktəbində inşaatçı xərrat ixtisası üzrə ümumi orta təhsil almışdır. Əmək fəaliyyətinə 27 aprel 1978-ci il tarixdən 5 nömrəli Tikinti Trestində başlamış, 17 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən tikinti trestində 26 iyul 1993-cü il tarixədək işləmişdir. 26 iyul 1993-cü il tarixdə köçürmə yolu ilə 4-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmiş, 08 oktyabr 1993-cü il tarixdə işdən azad olunmuşdur. Həmçinin 2008-2009-cu illər ərzində Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsinə sosial sığorta ödənişləri etmişdir. 2007-ci il tarixdən isə “Kapital Bank”-ın Ordubad rayon Filialının xəzinədarlıq hesabına sahibkarlıq fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi ödənişləri etmiş, lakin ödədiyi sadələşdirilmiş vergi ödənişləri və sosial sığorta haqqları əmək stajı üçün sosial sığorta sisteminə işlənmədiyindən ona qanunla sosial sığorta stajı hesablanmamışdır. 2025-ci ilin yanvar ayından ona yaşa görə 220 manat sosial müavinət təyin edilmişdir. İddiaçı ona yaşa görə qanunla əmək pensiyasının təyin edilməsi üçün X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna 27 yanvar 2025-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 18 fevral 2025-ci il tarixli məktubunda onun toplanmış sənədlərinə əsasən ümumilikdə 18 il, 6 ay, 1 gün sığorta stajının olduğunu və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək eləcə də 27 yanvar 2025-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilməklə onun 25 il sığorta stajından 6 il, 5 ay, 29 gün az olduğu qeyd olunmaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasından 18 fevral 2024-ci il tarixli qərarla imtina olunmuşdur. İddiaçı göstərilənlərə əsasən cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 18 fevral 2025-ci il tarixli, 3-17-9/2-Ə-1909/2025 nömrəli qərarının ləğv olunması və 65 yaşının tamam olduğu 21 yanvar 2025-ci il tarixdən ona əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 05 may 2025-ci il tarixdə məhkəməyə daxil olan iddiaya dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamış və işlədiyi müddətlər nəzərə alınmaqla onun 2006-ci ilədək 18 il 6 ay 01 gün sığorta stajı və 19051,59 manat pensiya kapitalı, 2006-ci il tarixdən müraciət etdiyi xx.xx.2025-ci il tarixədək fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmamışdır ki, bu da qanunvericiliklə tələb edilən 25 il sığorta stajından və 40.320,0 manat pensiya kapitalından azdır. Həmçinin iddiaçının 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Ordubad rayon bölməsinin 27 yanvar 2025-ci il tarixli, 3-43-69/2-14- 25 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 24 gün) həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı tərəfindən Fonda Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı barədə sənəd təqdim olunmamışdır. İddiaçı tərəfindən Fonda təqdim edilmiş 25 yanvar 2008-ci il tarixli, 777818 nömrəli mədaxil qəbzin surətinə əsasən o, 22 fevral 2008-ci il tarixli, 405740 nömrəli qəbzin surətinə əsasən 15 manat, 28 mart 2008-ci il tarixli, 405871 nömrəli qəbzin surətinə əsasən 15 manat, 23 yanvar 2009-cu il tarixli, 11 nömrəli qəbzin surətinə əsasən 25.20 manat, 30 mart 2009-cu il tarixli, 23 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 28 aprel 2009-cu il tarixli, 409517 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 28 aprel 2009-cu il tarixli, 44 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 26 may 2009-cu il tarixli, 41 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 26 may 2009-cu il tarixli, 409790 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 25 iyun 29 iyun 2009-cu il tarixli, 410040 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 29 iyun 2009-cu il tarixli, 409790 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 29 iyun 2009cu il tarixli, 13 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 23 iyul 2009-cu il tarixli, 17 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 29 iyul 2009-cu il tarixli, 410486 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 24 avqust 2009-cu il tarixli, 410533 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 28 sentyabr 2009-cu il tarixli, 54 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 24 oktyabr 2009-cu il tarixli, 4 nömrəli qəbzin surətinə əsasən 30.20 manat, 21 noyabr 2009-cu il tarixli, 411587 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 21 dekabr 2009-cu il tarixli, 412030 nömrəli qəbzin surətinə əsasən 22.50 manat, 25 yanvar 2010-cu il tarixli, 71 nömrəli qəbzin sürətinə əsasən 22.50 manat, 26 yanvar 2010cu il tarixli, 36 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 23 fevral 2010-cu il tarixli, 119 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 23 fevral 2010-cu il tarixli, 86 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 19 mart 2010-cu il tarixli, 49 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 29 mart 2010-cu il tarixli, 93 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 22 aprel 2010-cu il tarixli, 19 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 26 aprel 2010-cu il tarixli, 63 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 26 may 2010-cu il tarixli, 39 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 29 iyun 2010-cu il tarixli, 48 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 26 iyul 2010-cu il tarixli, 24 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 28 iyul 2010-cu il tarixli, 22 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 24 avqust 2010-cu il tarixli, 41 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 25 avqust 2010cu il tarixli, 38 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 28 sentyabr 2010-cu il tarixli, 44 nömrəli qəbzin surətinə əsasən 25.70 manat, 26 oktyabr 2010-cu il tarixli, 18 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 24 noyabr 2010-cu il tarixli, 36 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 27 dekabr 2010-cu il tarixli, 36 nömrəli qəbzin surətinə əsasən 25.70 manat, 25 noyabr 2010-cu il tarixli, 118 nömrəli qəbzin surətinə əsasən 22.70 manat, 24 dekabr 2010-cu il tarixli, 19 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 25 yanvar 2011-ci il tarixli, 35 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 22 fevral 2011ci il tarixli, 90 nömrəli qəbzin surətinə əsasən 27.70 manat, 24 fevral 2011-ci il tarixli, 30 nömrəli qəbzin surətinə əsasən 50.20 manat, 18 mart 2011-ci il tarixli, 12 nömrəli qəbzin surətinə əsasən 60.20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X2 Sisteminin "Sığorta" altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" və "Pay torpaq mülkiyyətçisi" kimi uçota alınmamışdır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyine Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 18 fevral 2025-ci il tarixli, 3-17-9/2-0-1909/2025 nömrəli qərarının ləğv olunması vе 65 yaşının tamam olduğu 21 yanvar 2025-ci il tarixdən ona əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 14 iyul 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında elan olunmuş məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 18 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-1909/2025 nömrəli qərarından məlum olur ki, İddiaçı tələb olunan 25 il sığorta stajının və 40320 manat pensiya kapitalının olmaması səbəbi ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş uçota dair arayışdan məlum olur ki, onun xx.xx.2007-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmişdir. Həmçinin sahibkarlıq və vergi tutulan əməliyyatları xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Hazırda iddiaçının fəaliyyəti dayandırılmış vəziyyətdədir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Ordubad Rayon Bölməsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 3-43-69/2-14/25 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 may 2025-ci il tarixli, 3-17-9-1/2-5598/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 sistemi”nin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən, vətəndaş İddiaçı fərdi şəxsi hesab açılmış, lakin həmin hesabda heç bir məcburi dövlət sosial sığorta ödənişlərinə rast gəlinmədi. - xx.xx.2008-ci il tarixli, 777818 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 15 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2008-ci il tarixli, 405740 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 15 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2008-ci il tarixli, 405871 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 15 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2008-ci il tarixli, 406525 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 15 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 409517 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 409790 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 410040 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 410486 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 410533 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 410994 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 411587 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2009-cu il tarixli, 412030 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 38 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 86 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 93 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 64 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 39 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 98 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 124 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 38 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 22.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 49 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 25.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 18 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 25.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 64 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 25.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 38 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 25.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 71 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 25.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 90 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 25.70 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0 və 2.0.1-ci maddələrinə görə dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması fərdi uçotun məqsədləridir. - 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. - 2.0 və 2.0.4-ci maddələrinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması fərdi uçotun məqsədləridir. - 3.0 və 3.0.1- ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. - 4.1- ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1.5-ci maddəsinə əsasən sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar sosial sığorta hadisəsi hesab edilir. - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X2 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X2 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydasının: -2.1-ci bəndinə əsasən sığortaedənin sığortaçıda uçotu dedikdə, sığortaedənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan məlumatlar əsasında uçota alınması və həmin uçot məlumatlarında dəyişikliklərin aparılması nəzərdə tutulur. -2.2-ci bəndinə əsasən sığortaedənin sığortaçıda olan aşağıdakı uçot məlumatları sığortaedənin Dövlət Vergi Xidmətinin X1 uçot məlumatları ilə müəyyən olunur və real vaxt rejimində qurumlararası elektron informasiya mübadiləsi yolu ilə həyata keçirilir: -2.3-ci bəndinə əsasən sığortaedənlərin uçot məlumatları Dövlət Vergi Xidməti tərəfindən mərkəzləşdirilmiş qaydada sığortaçıya real vaxt rejimində ötürülür və sığortaçı tərəfindən onlara sığortaedənin uçot nömrəsi (SUN) verilir. -1.3-cü bəndinə əsasən sığortaedənlərin və sığortaolunanların sığortaçıda uçotu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən Nazirliyin X2 sisteminə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərində olan uçot məlumatlarına uyğun olaraq təşkil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə əsas mübahisəli məsələlər iddiaçının ümumi siğorta stajının qanunla nəzərdə tutulan müddətdən az olması və fərdi sahibkar kimi ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (X7 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan qeyd edilən arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəf iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasının iddiaçının adından ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə olan məlumatların 01 iyul 2018-ci il tarixinədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sistemində (MEİS) fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması əsası ilə çıxış etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, o, 2008-2011-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi öz adına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 aprel 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı ********* VÖEN üzrə 2007-2010-cu illər üzrə fiziki şəxs kimi sadələşdirilmiş vergi ödəmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, elə təkcə qeyd edilən illərin məcmusu üzrə Dövlət Vergi Xidmətində olan həmin uçot məlumatları əsasında cavabdeh tərəfindən pensiya kapitalının uçotu və statistik hesabatlar üzrə təhlilləri aparılsaydı Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7 və 22-1.2.1-ci maddələrinə əsasən iddiaçıya əmək pensiyası təyin edilə bilərdi. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və pensiya təyin edilməsindən imtina olunması barədə qanunsuz və əsassız qərar qəbul etməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüquqnu pozmuşdur. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır. Qanunverici mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sığorta stajına daxil edilməsini məcburi şərt kimi müəyyən edir. Məcburi dövlət sosial sığorta haqlarını sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxsin təqdim etdiyi məbləği qəbul edib fərdi uçotunu aparmamaq sosial sığortanın prinsiplərinə zidd olmaqla onun sosial təminat hüququnu pozur. Bu qərarda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuş, qeyd edilən hallar isə real sübutlar və hüquq normaları ilə dəstəklənməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "X6 Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 18 fevral 2025-ci il tarixli, 3-17-9/2-Ə-1909/2025 nömrəli qərarının ləğv olunması və 65 yaşının tamam olduğu 21 yanvar 2025-ci il tarixdən ona əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 18 fevral 2025-ci il tarixli, 3-17-9/2-Ə-1909/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı 65 yaşının tamam olduğu 21 yanvar 2025-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar