Məhkəmə qərarları › İş №2-1(122)-854/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-854/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-854/2024 23.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yenidən istintaq olunmuş ********* nömrəli cinayət işinə 01 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilmişdir (əməldə cinayət tərkibi olmadığından). Həmçinin müvafiq qərarın 2-ci bəndi ilə İddiaçı vurulmuş ziyan tələb etmək hüququ tanınmış, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyan, yəni 202500 (iki yüz iki min beş yüz) AZN pul vəsaitinin onun Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-nin Naxçıvan filalındakı AZ75İBAZ******************** nömrəli hesab köçürülməsinin Cavabdeh tərəfindən təmin edilməsi qərara alınmışdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan qərar qanuni qüvvəsini almışdır. Belə ki, Cavabdeh qeyd edilən qərardan Naxçıvan Şəhər Məhkəməsinə şikayət vermiş, məhkəmənin işə baxması nəticəsində şikayət əsaslı hesab edilməmiş və təmin olunmamışdır. Buna dair Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 6(078)-3/12023 saylı qərar qəbul etmişdir ki, bu qərardan da apellyasiya şikayəti verilməmişdir. Bundan sonra bir neçə dəfə ərizə ilə yazılı surətdə Cavabdehnə qeyd edilən qərarın icrası ilə bağlı müraciət edilsə də, bunların heç bir nəticəsi olmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirilmiş, qanuni qüvvəyə minmiş, dövlətin adından çıxarılan qərarın araşdırıldığı qeyd edilmişdir. Hətta bununla bağlı yazılı surətdə Naxçıvan MR Prokurorluğuna da müraciət olunmuşdur. Nəticə etibarı ilə Cavabdeh istintaqın müvafiq qərarı ilə ona həvalə edilmiş öhdəliyini icra etmir və iddiaçının hüquqları bərpa olunmur. O da son nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 23 may 2023-cü il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları göndərilərək, habelə məhkəmə iclasında bilavasitə hüquqi yardım göstərilərək hazırda qaldırılmış iddianın ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə olmamaqla inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti nəticəsində yaranmış mübahisədən irəli gəldiyi, belə olan təqdirdə publik (ümumi) hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından həmin tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 iddiaçının ödədiyi vəsaitin prokurorluğun depozit hesabına ödənildiyini və maliyyə nazirliyinin büdcə təşkilatlarının öhdəlikləri üçün cavabdeh olmadığını bildirib, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Naxçıvan MR Prokurorluğunun Cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə mülkiyyət əleyhinə olan cinayət təqibinə xitam verilməsi haqqında 11 noyabr 2022-ci tarixli qərarından aydın olur ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı tərəfindən dövlət büdcəsinə vurulmuş 135.000 (yüz otuz beş min) manat zərərin və cinayət nəticəsində vurulmuş zərərin əlli faizi 67.500 (altmış yeddi min beş yüz) manat dövlət büdcəsinə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Prokurorluğunun depozit hesabına ödənildiyindən barəsində aparılan cinayət təqibinə xitam verilməsi, Rüstəmov X3 Muxtar Respublikası Prokurorluğunun depozit hesabına ödənilmiş 135.000 (yüz otuz beş min) manat zərərin və cinayət nəticəsində vurulmuş zərərin əlli faizi 67.500 (altmış yeddi min beş yüz) manat pulun iş üzrə cinayət təqibinə xitam verildiyinə görə dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Maddi – texniki təminat şöbəsinə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Naxçıvan MR X1 prokuroru kiçik ədliyyə müşaviri X5 01 sentyabr 2023-cü il tarixli, 63 qeydiyyat nömrəli qərarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməsi, İddiaçı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ tanınması və cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyan, yəni 202500 (iki yüz iki min beş yüz) manat pul vəsaitinin İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-nin Naxçıvan filialındakı AZ75İBAZ338D1C2544********** nömrəli hesaba köçürülməsinin Cavabdeh tərəfindən təmin edilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-ci il tarixli, 6(078)-3/2023 saylı qərarının surətindən müəyyən olunur ki, Naxçıvan MR X1 prokuroru kiçik ədliyyə müşaviri X5 cinayət təqibinə xitam verilməsi haqqında qərarından Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.2.1-ci maddəsinə əsasən inzibati icraat haqqında qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir ki, “iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır”. Göründüyü kimi, iddianın mümkün sayılmasının ilkin şərtlərindən biri tərəflərdən birinin inzibati orqan olması və tərəflər arasındakı münasibətin publik hüquqdan irəli gələn münasibətlər olmasıdır. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının: 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 7.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.1-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra mülki mühakimə icraatı qaydasında baxılır və vurulmuş ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar