Məhkəmə qərarları › İş №2-1(122)-95/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-95/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-95/2024 09.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X17 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X5 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum övladı N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü olmuş əsgər X9 29 iyun 2022-ci il tarixdə saat 09:45 radələrində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. O, bununla bağlı 25 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsində iddia qaldırmış və iddiası qeyrimümkün hesab olunmuşdur. O, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağriş üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə xx.xx.2023. tarixində etdiyi müraciətə xx.xx.2023 tarixində imtina cavabı verilmiş və imtina belə əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin verdiyi xx.xx.2022 tarixli arayışa görə həlak olma səbəbi xidməti vəzifələrin icrası ilə əlaqədardır əsgər X6 Şəhid və ailəsinə Şəhid ailəsi statusu verilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyil. İddiaçı göstərilənlərə əsasən övladı X5 Şəhid, ailə üzvlərinə isə Şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2023-cü il tarixli, e-2-1(122)-691/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinə qarşı “övladı X5 "Şəhid", ailə üzvülərinə isə "Şəhid ailəsi" statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə inzibati məhkəmə icraatına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı N iyun 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının vəsatəti təmin edilmiş, məhkəmənin N iyun 2024-cü il tarixli protokol qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X5 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 21 sentyabr 2023-cü il tarixli, 3-43-69/2-622/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il, 15 yanvar tarixli 10 saylı qərarının 1.2.6-cı bəndinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir və 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində dəyişikliklər edilməsi haqqında 14 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.2-ci bəndinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edilir. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Cavabdeh orqan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarının 1.2.6-cı və 4.1 -ci bəndinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində dəyişikliklər edilməsi haqqında 14 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.2-ci bəndinə müvafiq olaraq, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli arayışına əsasən X6 Şəhid ailəsinə şəhid ailəsi statusu verilməsi, qanunvericiliyə uyğun olmadığı üçün, məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Üçüncü şəxsin yazılı etirazının qısa xülasəsi: Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan N iyun 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1-1(092)- 30/202N nömrəli hökmündən görünür ki, polkovnik-leytenant X12 N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edərkən 29 iyun 2022-ci il tarixdə saat 08 radələrində yuxarı komandanlığın göstərişinə əsasən həmin hərbi hissənin maddi texniki təminat bölüyünə məxsus “2 P-8” markalı, “PES- 100” tipli, “AO-0367" hərbi qeydiyyat nömrə nişanlı qoşqunun yığılaraq N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin N nömrəli avtomobil saxlancına aparılması tapşırılmış, sonuncu da öz növbəsində tapşırığın icra edilməsini MTT bölüyünün təmir taqım komandiri gizir X10 həvalə etmişdir. Sözügedən qoşqunun aparılması dartıcı nəqliyyat vasitəsi ilə (maşın mexanizm) təmin edilməli olduğu halda, təmin edilməmiş və həmin qoşqunun aparılması gizir Orxan Cəfərovun rəhbərliyi altında mərhum Fazil Məmmədlinin də aralarında olduğu ümumilikdə 15 nəfər hərbi qulluqçuya tapşırılmışdır. Həmin gün saat 09:35-09:40 radələrində qoşqu hərbi qulluqçular tərəfindən qeyd edilən təyinat nöqtəsinə aparılan zaman mərhum Fazil Məmmədlinin ayağının sürüşməsi nəticəsində qoşqunun altına yıxılmış, çevrilib çıxmaq istəyərkən sonuncunun başı hərəkətdə olan qoşqunun sağ ön təkərinin altında qalması nəticəsində ağır zərərvurmaya aid olan xəsarətlər alaraq həlak olmuşdur. Bununla da polkovnik-leytenant X12 və gizir X13 hərbi qulluqçuları təyinatından kənar işə cəlb etməklə öz xidməti borcuna vicdansız və laqeyd münasibət götərməklə texniki təhlükəsizlik qaydalarına səhlənkar yanaşaraq “Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri” 12.3.020-20 DÜST-ün (dövlət standartının) 3.3.2 və 3.3.3 bəndlərinin “yük çəkisi 20 kqdan çox olduqda, həmçinin yüklər 25 metrdən çox məsafəyə daşındıqda qaldırıcı (dartıcı) və ya digər maşın-mexanizmlərdən istifadə olunmalıdır" və “avtomobil nəqliyyatında əməyin mühafizəsi üzrə qaydalarfın 20.4.2-ci bəndinin “2-ci və 3-cü kateqoriya yüklərin (20 kq-dan 500 kq-a qədər və 500 kq-dan artıq) daşınması bütün hallarda maşın-mexanizmlər vasitəsi ilə həyata keçirilməlidir”, eyni zamanda Azərbaycan Respublikası Müdafiə nazirinin 18 iyun 1996-cı il tarixli 160 saylı əmrinin “hərbi qulluqçuların təyinatdan kənar istifadə edilməsi qadağandır” tələblərini pozmuşlar. Beləliklə, mərhum əsgər Fazil Məmmədli hər hansı bir döyüş tapşırığını yerinə yetirən zaman deyil, komandirlərinin qanunsuz verdiyi tapşırığı yerinə yetirən zaman həlak olmuşdur. Həmin vaxt onun yerinə yetirdiyi vəzifənin döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlara aidiyyəti olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçının iddiası qanunauyğun olmadığı üçün təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 09 iyul 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin nümayəndəsi X7 müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1-1(092)-30/202N nömrəli hökmünün surətindən görünür ki, X12 və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 (iki) il 6 (altı) ay müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin məhkəməyə göndərdiyi N nömrəli hərbi hissənin arayışının sürətindən görünür ki, hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci taqımının 4-cü manqasının sürücüsü mərhum əsgər X11 29 iyun 2022-ci il tarixdə saat 09:45 radələrində verilmiş xidməti tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin döyüş maşınları parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalmış, “Baş-beyin ödemi, beyin toxumasında qan sızma və əzilmə, açıq kəllə beyin travması” xəsarəti alması nəticəsində həlak olmuşdur. Həlak olmasının səbəbi xidməti vəzifələrinin icrası ilə əlaqədardır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 21 sentyabr 2023-cü il tarixli, 149N nömrəli məktubundan görünür ki, hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü mərhum əsgər X11 29 iyun 2022-ci tarixdə saat 09:45 radələrində verilmiş tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin maşınlar parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalmış, “baş-beyin ödemi, beyin toxumasında qan sızma və əzilmə, açıq kəllə beyin travması” xəsarəti alması nəticəsində həlak olmuşdur. Mərhum əsgər X4 vəfat etdiyi tarixdə N nömrəli hərbi hissə təlim ərəfəsində olmamış və yaxud təlimə hazırlanmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 02 oktyabr 2023-cü il tarixli, 4250 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissə hesab edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun 2024-cü il tarixli, 423 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 18 dekabr 2020-ci il tarixli “Azərbaycan Ordusunun döyüş şəraitində və cəbhəboyu zonada müdafiə zolağında yerləşən hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında” əmrinə əsasən 2021-ci ilin yanvar ayının 1-dən etibarən N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə hesab olunmur. N nömrəli hərbi hissə cəbhəboyu zonada müdafiə zolağında yerləşən hərbi hissədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü 15 yanvar tarixli 10 saylı Qərarının: - 1.1-ci maddəsinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - 1.2.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. - 4.1-ci maddəsinə əsasən: ... Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Qaydalarda qanunvericiliklə digər hadisələrin müəyyən olunması mümkünlüyünün nəzərdə tutulması (1.2.6-cı bənd) «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, qanunvericiliklə digər hadisələrin müəyyən edilməməsi Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə baxan səlahiyyətli dövlət orqanları tərəfindən qeyd olunan Qanunun 1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uyğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş hesab edilmiş şəxslərə şəhid adının verilməsini istisna etmir. Lakin Qaydaların 1.2.6-cı bəndinə sonradan əlavə olunmuş «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəasında atəşkəs dövrünə aid məhz iki halın xüsusi olaraq göstərilməsi, qanun normasına nisbətən daha məhdud xarakterli təəssürat yaratmaqla, qeyd olunan Qanun əsasında şəhid adının verilməsini istisna etməsə də, hər hansı başqa şəraitdə həlak olmuş şəxslərə şəhid adının verilməsini mümkünsüz edən kimi görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı oğlu X5 “Şəhid” statusunun verilməsindən ibarətdir. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. İş materiallarından müəyyən olundu ki, minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü mərhum əsgər X11 29 iyun 2022-ci tarixdə ona verilmiş tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin maşınlar parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalması nəticəsində həlak olmuşdur. Qeyd olunan cinayət əməli polkovnik-leytenant X12 və gizir X8 yüklərin yerdəyişmə əməliyyatları, ümumi təhlükəsizlik tələblərinin pozması və qulluğa səhlənkar yanaşmaları nəticəsində törədilmişdir. Cinayət qanununun tələblərinə uyğun olaraq Naxçıvan MR Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1-1(092)-30/202N nömrəli hökmünə əsasən X12 və X13 təqsirli bilinərək məhkum edilmişlər. İstinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”da şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X5 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X5 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar