Məhkəmə qərarları › İş №2-1(3-10)-320/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-320/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-320/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik maddi yardım göstərilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpe llyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş zərər çəkmiş şəxs kimi minimum əmək haqqının 15 misli məbləğində birdəfəlik maddi yardımın göstərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bildirmişdir ki, Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində birdəfəlik yardımın ödənilməsi məqsədi ilə iş üzrə cavabdeh orqana müraciət etmişdir. Belə ki, ona həqiqətən də Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar III qrup əlillik (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) müəyyən edilmişdir. Lakin, iş üzrə cavabdeh orqan ## #### 2025-ci il tarixli məktubu ilə ona Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində birdəfəlik yardımın ödənilməsindən imtina edərək ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Halbuki, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü (Əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsinə əsasən, bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı İddiaçı cavabdehə müraciət edərək ona Çernobıl qəzasının səhhətinə vurduğu ziyana görə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyinə uyğun olaraq kompensasiyanın verilməsini xahiş etmiş, cavabdehin ##.##.2025-ci il tarixli *-***/*-Q-*****/**** nömrəli məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş zərər çəkmiş şəxs kimi minimum əmək haqqının 15 misli məbləğində birdəfəlik maddi yardım göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla - əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, -müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Işin faktiki hallarından görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının ##.##.2025-ci il tarixindən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar III dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) əlilliyi müəyyən edildiyindən ona ##.##.2025-ci il tarixindən 330 manat məbləğində olmaqla Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar III dərəcə əlilliyi olan şəxs kimi Prezident təqaüdü təyin edilmişdir və hazırda ödənişi davam etdirilir. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya proaktiv qaydada 2025ci il üçün 300 manat məbləğində radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verifən birdəfəlik sosial müavinət təyin edilmişdir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü (Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsində həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara əlillik dərəcəsinə uyğun olaraq minimum əmək haqqından hesablanan maddi yardım, hər il müalicə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən məbləğdə birdəfəlik müavinət, habelə başçısını itirmiş ailələrin birdəfəlik kompensasiya almaq hüququ göstərilir. Qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları" ilə müəyyən edilmiş və qərarın qüvvədə olduğu ## ######## 2006-cı ilədək həmin Qaydalarla tənzimlənmişdir. Sözügedən Qaydaların 3.1-ci bəndində göstərilir ki, “birdəfəlik maddi yardım bu qaydalar qüvvəyə minənədək (##.##.1994-cü il) əlil olanlara, iştirakçılara və başçısını itirmiş ailələrə bu qaydalar qüvvəyə minəndən 10 gün müddətində, ondan sonra əlil hesab edilənlərə isə pensiya təyin olunduğu ayda ödənilir və kompensasiyaların miqdarı ödənilən vaxt respublika üzrə qüvvədə olan minimum əmək haqqına əsasən müəyyən edilir”. Qaydaların 3.2ci bəndinə əsasən kompensasiyalar pensiya təyin edən orqan tərəfindən ödənilir. Sözügedən Qərar “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir. “Sosial müavinətlər haqqında “Azərbaycan Respublikasının Qanununda isə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun”da adı çəkilən birdəfəlik yardımın ödənilməsi mexanizminin və ödəməli olan orqanın (qurumun) müəyyən edilmədiyini nəzərə alaraq iddiaçıya sözügedən birdəfəlik maddi yardımın ödənilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020- ci tarixli **** №-li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Istinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi birdəfəlik maddi yardımın ödənilməsi cavabdeh orqana həvalə edilmədiyindən, maddi yardımın ödənilmə mexanizmi və ödəməli olan qurum müəyyən edilmədiyindən Iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

4. Iddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki Inzibati Məhkəməsinin (hakim X1) # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Işin faktiki hallarından görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının ##.##.2025-ci il tarixindən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar III dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) əlilliyi müəyyən edildiyindən ona ##.##.2025-ci il tarixindən 330 manat məbləğində olmaqla Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar III dərəcə əlilliyi olan şəxs kimi Prezident təqaüdü təyin edilmişdir və hazırda ödənişi davam etdirilir. Eyni zamanda iddiaçıya proaktiv qaydada 2025-ci il üçün 300 manat məbləğində radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən birdəfəlik sosial müavinət təyin edilmişdir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü (Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsində həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara əlillik dərəcəsinə uyğun olaraq minimum əmək haqqınından hesablanan maddi yardım, hər il müalicə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən məbləğdə birdəfəlik müavinət, habelə başçısını itirmiş ailələrin birdəfəlik kompensasiya almaq hüququ göstərilir. Qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları" ilə müəyyən edilmiş və qərarın qüvvədə olduğu ## ######## 2006-cı ilədək həmin Qaydalarla tənzimlənmişdir. Sözügedən Qaydaların 3.1-ci bəndinə göstərilir ki, “birdəfəlik maddi yardım bu qaydalar qüvvəyə minənədək (##.##.1994-cü il) əlil olanlara, iştirakçılara və başçısını itirmiş ailələrə bu qaydalar qüvvəyə minəndən 10 gün müddətində, ondan sonra əlil hesab edilənlərə isə pensiya təyin olunduğu ayda ödənilir və kompensasiyaların miqdarı ödənilən vaxt respublika üzrə qüvvədə olan minimum əmək haqqına əsasən müəyyən edilir." Qaydaların 3.2ci bəndinə əsasən kompensasiyalar pensiya təyin edən orqan tərəfindən ödənilir. Sözügedən Qərar “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir. “Sosial müavinətlər haqqında“ Azərbaycan Respublikasının Qanununda isə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun"da adı çəkilən birdəfəlik yardımın ödənilməsi mexanizminin və ödəməli olan orqanın (qurumun) müəyyən edilmədiyini nəzərə alaraq iddiaçıya sözügedən birdəfəlik maddi yardımın ödənilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Oxşar nzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli qərarının 35-37-ci bəndlərində qeyd edilir ki, cavabdeh inzibati orqan “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları"nın qüvvədən düşdüyü ##.##.2006-cı il tarixinədək kompensasiyanı hesablayıb vermə öhdəliyi daşıyırdı. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçının II qrup əlilliyi 2011-ci ilə təsadüf etmişdir. Deməli 2006-cı ilədək qüvvədə olan göstərilən normanın dispozisiya şərti iddiaçıya münasibətdə təmin olunmadığından və həmin vaxt istinad olunan maddi hüquq norması qüvvədə olmadığından ona tələb olunan kompensasiyanın ödənilməməsində cavabdeh haqlı olmuşdur. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçıya ##.##.2025-ci il tarixindən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar III dərəcə əlillik təyin edilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyinə münasibətdə görünür ki, iddiaçının əlilliyini aldığı tarixdə həmin istinad olunan kompensasiyanın ödənilməsinin nəzərdə tutulduğu maddi hüquq norması qüvvədə deyildi və cavabdeh inzibati orqan həmin ödənişi ödəməyərək iddiaçının hər hansı subyektiv hüququnu pozmamış, ona qüvvədə olan qanunvericilik normaların tələblərinə əsasən hər il müalicə üçün verilən birdəfəlik müavinət ödənilmişdir. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə müayinə olunmuş “Siqmavarı bağırsağın bədxassəli yenitörəməsi, S-vari bağırsağın Cr.i. T4N1M0. III mərhələ, əməliyyat və 5 kurs PKT-dən sonrakı vəziyyət. Postradiasyon toksiki ensefalopatiya. Baş beynin məhdud atrofiyası” diaqnozu ilə, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə” səbəbi ilə müddətsiz (OFP-60%) üçüncü dərəcəli əlillik təyin edilmişdir. “Xəstəlik və əlilliyin yaranma səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqəliliyinin təyini üzrə Komissiya”nın vətəndaş İddiaçı barədə ##.##.2024-cü il tarixli qərarından görünür ki, diaqnoz: postradiasion-toksiki ensefalopatiya. Baş beyin məhdud atrofiyası. S-vari bağırsaq xərçəngi, sidik kisəsinin arxa divarına və rektosiqmoid nahiyyəsinə sirayət edən, Xolesistektomiya. Hepatoz. Vətəndaş İddiaçı xəstəliyi Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı şüalanma ilə əlaqədardır. DIN-in Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı, ##.##.1959-cu il təvəllüdlü. Xəstəlik: postradiasion-toksiki ensefalopatiya. Baş beyin məhdud atrfoiyası. Svari bağırsağ xərçəngi, sidik kisəsinin arxa divarına və rektosiqmoid nahiyyəsinə sirayət edən, Xolesistektomiya. Hepatoz. Bəli, Xidməti vəzifələrin icrası zamanı alınmışdır. Əsas: AR Səhiyyə Nazirliyi “Xəstəlik və əlilliyin yaranma səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqəliliyinin təyini üzrə Komissiya” ##.##.2024-cü il tarixli qərarı. ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, ##.##.1982ci il tarixdə iddiçının Daxili işlər orqanlarında xidmət müddəti: təqvimi hesablama ilə -33 il 06 ay 16 gün, imtiyazlı hesablama ilə 40 il 07 ay 13 gün təşkil edir.

TƏTBIQ EDILƏN HÜQUQ

12. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərərçəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydaları”: (2006-cı ilin sentyabr ayının 13-ü qüvvədən düşmüşdür). Maddə 14. Əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 30 misli məbləğində; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 20 misli məbləğində; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir.

14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: (Qüvvədə olan) Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0. 2. Birdəfəlik müavinətlər: 4.0. 2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət; Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:

11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə.

15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

17. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

19. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli 406 №li qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın « HYPERLINK "https://legalacts.az/az/document/225" \h Çernobıl HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h qəzasının HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h ləğvinda HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h iştirak HYPERLINK "https://legalacts.az/az/document/225" \h etmiş HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h və HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h həmin HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h qəza HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h nəticəsində HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h zərər HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h çəkmiş HYPERLINK "https://legalacts.az/az/document/225" \h HYPERLINK "https://legalacts.az/az/document/225" \h vətəndaşların HYPERLINK "https://legalacts.az/az/document/225" \h statusu HYPERLINK "https://legalacts.az/az/document/225" \h və HYPERLINK "https://legalacts.az/az/document/225" \h sosial HYPERLINK "https://legalacts.az/az/document/225" \h müdafiəsi HYPERLINK "https://legalacts.az/az/document/225" \h haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür. Beləliklə, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır.”

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş zərər çəkmiş şəxs kimi minimum əmək haqqının 15 misli məbləğində birdəfəlik maddi yardımın verilməsindən ibarətdir.

23. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2025ci il tarixindən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar III dərəcə əlillik təyin edilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyinə münasibətdə görünür ki, iddiaçının əlilliyini aldığı tarixdə həmin istinad olunan kompensasiyanın ödənilməsinin nəzərdə tutulduğu maddi hüquq norması qüvvədə deyildi və cavabdeh inzibati orqan həmin ödənişi ödəməyərək iddiaçının hər hansı subyektiv hüququnu pozmamış, ona qüvvədə olan qanunvericilik normaların tələblərinə əsasən hər il müalicə üçün verilən birdəfəlik müavinət ödənilmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərərçəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydalarının qüvvədən düşdüyü 2006-cı ilin sentyabr ayının 13-nə qədər kompensasiyanı hesablayıb vermə öhdəliyi daşıyırdılar.

26. Lakin iş materiallarından görünür ki, DIN-in Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı, ##.##.1959-cu il təvəllüdlü. Xəstəlik: postradiasion-toksiki ensefalopatiya. Baş beyin məhdud atrfoiyası. Svari bağırsağ xərçəngi, sidik kisəsinin arxa divarına və rektosiqmoid nahiyyəsinə sirayət edən, Xolesistektomiya. Hepatoz. Bəli, Xidməti vəzifələrin icrası zamanı alınmışdır. Əsas: AR Səhiyyə Nazirliyi “Xəstəlik və əlilliyin yaranma səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqəliliyinin təyini üzrə Komissiya” ##.##.2024-cü il tarixli qərarı. “Xəstəlik və əlilliyin yaranma səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqəliliyinin təyini üzrə Komissiya”nın vətəndaş İddiaçı barədə ##.##.2024-cü il tarixli qərarından görünür ki, diaqnoz: postradiasion-toksiki ensefalopatiya. Baş beyin məhdud atrfoiyası. S-vari bağırsağ xərçəngi, sidik kisəsinin arxa divarına və rektosiqmoid nahiyyəsinə sirayət edən, Xolesistektomiya. Hepatoz. Vətəndaş İddiaçı xəstəliyi Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı şüalanma ilə əlaqədardır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə müayinə olunmuş “Siqmavarı bağırsağın bədxassəli yenitörəməsi, S-vari bağırsağın Cr.i. T4N1M0. III mərhələ, əməliyyat və 5 kurs PKT-dən sonrakı vəziyyət. Postradiasyon toksiki ensefalopatiya. Baş beynin məhdud atrofyası” diaqnozu ilə, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə” səbəbi ilə müddətsiz (OFP-60%) üçüncü dərəcəli əlillik təyin edilmişdir.

27. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli *** nömrəli qərarı ilə müvafiq kompensasiyanın verilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli *** nömrəli qərarı ilə həmin *** nömrəli qərar qüvvədən düşmüş hesab edilmişdir.

28. Göründüyü kimi ## ######## 2006-cı il tarixindən etibarən 1994-cü il ## ###### tarixli *** nömrəli qərar artıq hüquqi qüvvəyə malik olmamış və həmin qərarda nəzərdə tutulmuş pul kompensasiyasının verilməsi üçün hüquqi əsas mövcud olmamışdır.

29. Bu baxımdan iddiaçının Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etməsi faktı özlüyündə ona sonradan, yəni müvafiq normativ hüquqi akt qüvvədən düşdükdən sonra həmin akt əsasında birdəfəlik müavinət tələb etmək hüququ vermir.

30. Bundan başqa, mübahisəli sosial ödənişin təyin edilməsi üçün şəxsin müvafiq hüquqi statusunun mövcudluğu ilə yanaşı həmin statusa qanunvericiliklə müvafiq ödəniş hüququ verilməsinin də nəzərdə tutulması tələb olunur. Qüvvədən düşmüş normativ hüquqi aktın müddəaları sonradan yaranmış hüquqi münasibətlərə tətbiq edilə bilməz.

31. Beləliklə, iddiaçının Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etməsi və həmin qəza ilə əlaqədar əlilliyinin müəyyən edilməsi iş üzrə əhəmiyyətli hallar olsa da bu hallar ##.##.2006-cı il tarixindən qüvvədən düşmüş *** nömrəli qərar əsasında birdəfəlik müavinətin təyin edilməsi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz.

32. *-*(***)-****/**** nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası aşağıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir.

33. Göründüyü kimi 2006-cı ilədək qüvvədə olan göstərilən normanın dispozisiya şərti iddiaçıya münasibətdə təmin olunmadığı üçün, ona tələb olunan kompensasiya ödənilməmişdir. Iddiaçının əlillik statusu müəyyən olunduğu vaxtda artıq qeyd olunan qərar və istinad olunan maddi hüquq norması qüvvədən düşmüşdür.

34. Ona görə də cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əlilliyinin müəyyən edildiyi tarixdə müvafiq kompensasiyanın verilməsini nəzərdə tutan normativ hüquqi aktın artıq qüvvədə olmamasını nəzərə almamış, bununla da birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik maddi yardım göstərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar