Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-322/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iki “Müharibə veteranı” statusuna görə hər iki təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. Iddiaçı, cavabdeh orqana ##.##.2021-ci il tarixdə müraciət edərək iki “Müharibə veteranı” statusunun olmasını bildirmiş və hər bir statusa görə təqaüdün ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh orqan ##.##.2021-ci il tarixli məktubunda göstərmişdir ki, Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ## ##### 2019-cu il tarixli, *** nömrəli Fərmanına əsasən, ##.##.2019-cu il tarixdən müharibə veteranlarına 80 manat məbləğində AR Prezidentinin təqaüdü təsis edilmişdir. Iddiaçıya ##.##.2021-ci il tarixindən etibarən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Eyni zamanda qeyd olunan qanunvericiliyə əsasən şəxslərə yalnız bir növ Prezident təqaüdü verilir. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən aydın olur ki, Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmiş şəxslərə ayrı-ayrılıqda iki təqaüd verilməsi nəzərdə tutulmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər iki təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı tələbində göstərmişdir ki, o, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısıdır. 2021-ci ilə qədər II qrup Qarabağ müharibəsi əlili kimi pensiya almış, 2021ci ildə əlillik meyarlarında dəyişiklik olması səbəbini əsas gətirərək əlilliyi ləğv edilmişdir. Hazırda iddiaçıya Əfqanıstan müharibəsi iştirakçısı kimi 80 manat Prezident təqaüdü ödənilir, iddiaçı hesab edir ki, ona Qarabağ müharibəsi iştirakçısı kimi də sözügedən təqaüd ödənilməlidir. Həmin tələblə cavabdehə müraciəti təmin edilməmişdir.
5. Cavabdeh iddia ərizəsinə etirazın dəlillərini ilkin müraciətə imtina məktubunun dəlilləri ilə əsaslandırmışdır.
6. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını maddi hüquq normalarını sadalamaqla əsaslandırmış və qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçıya Şəki rayon Hərbi komissarlığı tərəfindən verilmiş ****** nömrəli, ##.##.2005-ci il tarixli Müharibə Veteranı vəsiqəsi verilmişdir. Iddiaçının müəyyən edilmiş əlilliyi başa çatdıqdan sonra iddiaçıya Prezident təqaüdünün ödənilməsi həyat keçirilir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. Bu baxımdan da eyni məbləğə malik iki təqaüdün də birinin ödənilməsi qanunauyğun olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Göründüyü kimi müxtəlif statuslara əsasən ayrılıqda Prezident təqaüdlərinin verilməsi nəzərdə tutulmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
8. Iddiaçı, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Iddiaçı apellyasiya şikayətinin dəlillərində yalnız Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və ya dəyişdirilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etirazında, ilkin imtina cavabında və birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində göstərdiyi dəlillərə istinad etmişdir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, onun iştirak etdiyi müharibələr ayrı-ayrı ölkələrin ərazisində keçirilmişdir. O, Əfqanıstan və İ Qarabağ müharibələrində iştirak etdiyinə görə ayrılıqda hər iki təqaüd təyin edilməlidir. Onun hər iki veteranlığına görə 80 manat məbləğində aylıq ödəniş müəyyən edilmişdir. Belə olan halda Fərmanın 2.2-ci bəndinin tələbləri hazırkı mübahisəyə aid edilə bilməz. Həmçinin qeyd etdi ki, Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Prezident təqaüdlərinin aşağıdakı növləri vardır: a) “X4” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü; b) Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü; c) “Xalq” fəxri adına görə aylıq təqaüd; d) “Əməkdar” fəxri adına görə aylıq təqaüd; e) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü; f) Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdü; g) 20 Yanvar şəhid ailəsinə Prezident təqaüdü; h) Şəhid ailəsi üçün Prezident təqaüdü; i) Əfqanıstanda xidmət edən şəxslərə və onların ailələrinə təqaüd; j) Ümumi səbəblərdən əlilliyi olan şəxslərə Prezident təqaüdü; k) 1941–1945-ci illər müharibə iştirakçılarına və digər kateqoriyalara təqaüdlər; l) Müharibə veteranlarına Prezident təqaüdü və s.
13. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ## ##### 2019-cu il tarixli Fərmanı:
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il #####in #-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
19. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Iddiaçı məhkəməyə müraciət edərək Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı olmasını, buna görə iki ayrı veteranlıq əsasının hər biri üzrə ona “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ayrıca ödənilməli olmasını bildirmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın məzmunundan görünür ki, normativ tənzimləmə “müharibə veteranı” statusu ilə bağlı vahid Prezident təqaüdü müəyyən edir.
22. Hazırkı halda iddiaçıya ödənilən məbləğ məhz müharibə veteranlarına verilən Prezident təqaüdüdür. Iddiaçının əlavə tələb etdiyi ödəniş də eyni adlı, eyni məbləğli təqaüddür.
23. Fərmanın 2.2-ci bəndində Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız birinin - ən yüksəyinin verilməsi qaydası nəzərdə tutulmuşdur. Bu tənzimləmə eyni şəxsə eyni əsaslarla bir neçə Prezident təqaüdünün ödənilməsini istisna edir. Buna görə də iddiaçının Əfqanıstan və Qarabağ müharibələrində iştirak etməsi onun veteranlıq statusunun yaranmasına əsas olsa da, həmin statusa bağlı eyni Prezident təqaüdünün iki dəfə ödənilməsi üçün hüquqi əsas yaratmır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.