Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-363/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçının Cavabdeh “tibb işi” ixtisasına bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçının Cavabdeh tibb işi ixtisasına bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsinə əsasən iddiaçı Azərbaycan Tibb Univeristetinin ##.##.2021-ci il tarixli **/Q nömrəli əmri ilə Hərbi Tibb Fakültəsinin “hərbi tibb” ixtisası üzrə qəbul olunmuş, Azərbaycan Tibb Univeristetinin ##.##.2025-ci il tarixli, 3-28-20/3-1—****/**** saylı əmri ilə hərbi tibb fakültəsindən IV kursundan səhhətinə görə xaric edilmişdir. Bundan sonra ATU-nun eyni ixtisas olan universitetin tibbi işi ixtisasına bərpa olunmasını xahiş etmiş, lakin cavabdehin ##.##.2025-ci il tarixli ****/**** saylı məktubu ilə iddiaçının bərpa edilməsinin məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir.
2. Cavabdehin ## #### 2025-ci il tarixli *-**-**/*-*-****/**** saylı məktubunda bildirilmişdir ki, ## ###### 2024-cü il tarixli qərarında müəyyən edilmiş qaydaların 2.7-2.12-ci bəndlərində nəzərdə tutulan bal tələbinə uyğun gəlmədiyi üçün “hərbi tibb” ixtisası üzrə bərpası mümkün olmamışdır.
3. Iddiaçı bildirmişdir ki, o, Tibb Universitetinin Hərbi Tibb Fakültəsində aldığı təhsil, yəni ona təsdris edilən fənlər, dərs saatları arasında heç bir fərq olmamaqla sonuncunun tibb işi ixtisasına bərpa olunmasını istisna edən hər hansı bir hal da yoxdur. Belə ki, iddiaçı 4 il müddətində tibb işi ixtisası üzrə eynilik təşkil edən fənlər üzrə təhsil almış, həmin fənlər üzrə imtahanları vermiş və həmin fənlər üzrə hər hansı bir kəsri olmamışdır.
4. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Azərbaycan Respublikası X3 təşkil etdiyi imtahanlarda iştirak edib 485,9 bal toplayaraq 2021/2022-ci tədris ilində Cavabdeh Hərbi tibb fakültəsinin “Hərbi tibb” ixtisası üzrə 1-ci kursuna dövlət sifarişi əsasında qəbul olunmuşdur. Rektorun ##.##.2025-ci il tarixli 3-28-20/3-1- ****/**** nömrəli əmri ilə Quluyev xəstəliyi ilə əlaqədar olaraq həmin fakültənin IV kursundan xaric edilmişdir.
5. Nəzərinizə çatdırırıq ki, tələbələrin bərpası, ixtisasının dəyişdirilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ###### 2024-cü il tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasının təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilinin müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarına müvafiq olaraq aparılır. Həmin qaydaların 4.1-ci bəndinə əsasən, yaz semestrində təhsil müəssisəsindən xaric olunmuş şəxslər yalnız növbəti yaz semestrində təhsil müəssisəsinə bərpa olunurlar.
6. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, təhsil müəssisəsinə bərpa və ixtisasın dəyişdirilməsi barədə vətəndaşların müraciətinə həmin Qaydaların 2.7- 2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla baxılır. Belə ki, Qaydaların 2.8-ci bəndində göstərildiyi kimi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin ixtisasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi müvafiq ixtisas üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. Bununla bağlı Quluyevə ##.##.2025-ci il tarixli *-**-**/*-Q-****-*-****/**** nömrəli məktubda bildirilmişdir. Məlumat üçün bildiririk ki, 2021/2022-ci tədris ilində (iddiaçının qəbul olduğu il) Cavabdeh “tibb” ixtisasına keçid balı 556.6 olmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) # ### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli 3-29-68/2-258/2026№li məktubu (mütəxəssis rəyi) təqdim edilmişdir. Həmin məktubda hazırda Şirvan Inzibati Məhkəməsinin icraatında oxşar inzibatı işlə bağlı (Cavabdeh “hərbi tibb” ixtisasından səhhətinə görə xaric olunmuş sabiq tələbə Mirtağı Cəbrayılzadənin Cavabdeh mülki “tibb” ixtisasına bərpası) həmin məhkəmənin hakiminin mütəxəssis rəyi almaq üçün verdiyi sorğuya Agentlik tərəfindən cavab olaraq qeyd edilmişdir ki, xüsusi təyinatlı ali təhsil müəssisələrindən səhhətinə görə xaric olunmuş tələbələr uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə yuxarıda qeyd olunan Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü, 4.4-cü və 4.9-cu bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. Həmin məktubda Agentlik qeyd olunan Qaydaları əsas gətirərək tələbənin qəbul olunduğu ildə topladığı balın bərpa olunmaq istədiyi ixtisasların həmin ildə müəyyən olunmuş keçid balından aşağı olduğu üçün onun bu ixtisaslara bərpasını mümkünsüz hesab etmişdir. Eyni zamanda bildirilmişdir ki, tələbə digər mülki ali təhsil müəssisələrində IV ixtisas qrupu üzrə minimal tələbi ödənilən ixtisaslardan birinə bərpa oluna bilər. Qəbul və keçid ballarının mexanizmi xüsusi bilik tələb edən sahə olduğundan, qeyd olunan mütəxəssis rəyi iş üzrə ən həlledici sübut idi, lakin məhkəmə onu nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsini # ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBIQ EDILƏN HÜQUQ
13. Inzibati Prosessual Məcəllə: Maddə 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.41. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi; 1.0.42. tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd; 1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi; 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi; 10.2. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyaları daxildir. 29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ###### 2024cü il tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasının təhsilalma formasının dəyişdiriılməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları : 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. 1.3. Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir. 1.5. Tələbə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://eqanun.az/framework/27030" \h 2013-cü il ## ###### tarixli HYPERLINK "https://eqanun.az/framework/27030" \h 348 HYPERLINK "https://e-qanun.az/framework/27030" \h nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır. ... 4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar. 4.2. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər. 4.3. Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir. 4.12. Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.
16. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları : 1.2 Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. 1.3 Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir: - hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı; - ali təhsil müəssisəsinin tədris tədris planlarına uyğun olaraq fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorların seçilməsi; - təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması; - tələbəyə sərbəst iş üçün şəraitin yaradılması; - biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi; - hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşması; - hər bir fənn üzrə ayrıca jurnalın tərtibi; - tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması; - təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı; - fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılması. 2.1 Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. 2.2 Ixtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir. 2.3 Ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir. Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.
17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. Inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (IPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Cavabdeh “tibb işi” ixtisasına bərpa olunmasından ibarətdir.
22. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Işin hallarından görünür ki, iddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, ona imtina bildirişi təqdim edildiyindən iddiaçı ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Cavabdeh apellyasiya şikayətini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ###### 2024-cü il tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasının təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilinin müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən iddiaçının qəbul olduğu il tələbə qəbulu imtahanında topladığı balın ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi müvafiq ixtisas üzrə minimal keçid balından aşağı olması ilə əsaslandırmışdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ###### 2024-cü il tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasının təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 3.1-ci maddəsinə əsasən tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. ali təhsil müəssisəsini dəyişdikdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən); 4.1-ci maddəsinə əsasən Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.
26. Cavabdehin istinad etdiyi Qaydaların 2.8-ci bəndində qeyd edilir ki, “2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun”.
27. Göründüyü kimi burada təsbit olunan hallar təhsilalanın təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsini nəzərdə tutmuşdur. Həmin Qaydalar təhsil müəssisəsinə bərpa ilə bağlı müraciəti əhatə etməməklə bərabər məhdudlaşdırmamışdır.
28. Bundan başqa iddiaçının təhsilini davam etdirmək istədiyi “tibb işi” ixtisası ilə qəbul olunaraq dörd il təhsil aldığı “hərbi tibb” ixtisasının tədris proqramına əsasən keçirilən fənlərin kredit sayları arasında kifayət qədər uyğunluq mövcuddur.
29. Iddiaçının IV kursdan etibarən ATU-nun digər fakültəsinə bərpa edilməsini tələb edəcəyi halda qəbul balının uyğunluğundan əlavə yuxarıda qeyd olunan xüsusatlar da qiymətləndirilməli olacaqdır. Bu halda da müvafiq uyğunsuzluğun olduğu müəyyən edilir.
30. Bundan əlavə məhkəmə “ixtisas dəyişmə” ilə “bərpa”nı fərqləndirilməsini zəruri hesab edir. Bu zaman xaric olunmanın əsası olan “səhhətinə görə” xaricedilmənin şəxsin iradəsindən asılı olmayan hal olması vurğulanmalıdır.
31. Aydındır ki, iddiaçı “hərbi tibb” ixtisasına tam yiyələnərək həmin ixtisas üzrə fəaliyyətini davam etdirdikdən sonra da səhhətinə görə hərbi tibb sahəsindən tərxis ola bilərdi, bu halda belə iddiaçının həkim kimi fəaliyyət göstərməsini istisna edən hal mövcud deyildir.
32. Bununla yanaşı, birinci instansiya məhkəməsi minimal keçid balının formalaşmasına münasibətdə haqlı olaraq qeyd etmişdir ki,burada hər hansı ixtisas üzrə minimum keçid balı limiti mövcud deyildir. Keçid balının formalaşması həmin ixtisas üzrə abituriyentlərin müraciəti əsasında müsabiqə nəticəsində formalaşdığından məhkəmə həmin dəlili də əsassız hesab edir.
33. Bundan başqa məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh ##.##.2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubuna əsasən bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının X3 ##.##.2021-ci il tarixli **/Q nömrəli əmrinə əsasən 485.9 bal toplayaraq Cavabdeh ##.##.2021-ci il tarixli ***/T nömrəli əmri ilə hərbi tibb fakültəsinin “Hərbi tibb” ixtisasının İ kursuna dövlət hesabına qəbul olmuş və rektorun ##.##.2025-ci il tarixli *-**-**/*-*-****/**** nömrəli əmrinə əsasən səhhəti ilə əlaqədar olaraqb həmin ixtisasın IV kursundan xaric edilmişdir. Cavabdeh “Tibb” ixtisasına həmin il keçid balı 556.6 olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı müvafiq Qaydalara əsasən ATU-nun “Tibb” ixtisasına ödənişli əsasla bərpa olunması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir.
34. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qayraları”nın tələblərinə uyğun olaraq məktubda təqdim edilmiş siyahıya əsasən tələbələrin bərpa olunması tövsiyə olunur.
35. Həmin məktuba əlavə edilmiş cədvələ əsasən, İddiaçı hərbi tibb, 2021/2022 qəbul, azərbaycan bölməsi, əyani, dövlət sifarişli ixtisasdan tibb, azərbaycan bölməsi, əyani, ödənişli əsaslarla ixtisasına bərpa olunması təklif edilmişdir.
36. Göründüyü kimi cavabdehin iddiaçının “tibb işi” ixtisasına bərpası məsələsi ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət etməsi həmin bərpanın mümkün olmadığını deyil, əksinə, məsələnin həlli üçün müvafiq inzibati prosedurun həyata keçirildiyini göstərmişdir.
37. Eyni zamanda, Agentliyin cavabında iddiaçının “tibbişi” ixtisasına əyani və ödənişli əsaslarla bərpa edilməsinin təklif olunması da iddiaçının həmin ixtisasa bərpasının mümkünlüyünün dövlət təhsil idarəetmə orqanı tərəfindən istisna edilmədiyini göstərir. Əksinə, təqdim edilən cavabda bərpanın mümkünlüyü qəbul edilməklə yalnız onun hansı əsaslarla həyata keçirilməsi məsələsinə münasibət bildirmişdir.
38. Odur ki, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı Quliyev Cavidan Ariz oğlunun “tibb işi” ixtisasına bərpa olunması öhdəliyini cavabdeh Cavabdeh həvalə etməkdə haqlı olmuşdur.
39. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.