Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-379/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iddiaçıya ##.##.2009-##.##.2010, ##.##.2014-##.##.2015, ##.##.2015- ##.##.2015-ci illərdə hər dəfə 1 il müddətinə, ##.##.2016-##.##.2021-ci illərdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir.
2. ##.##.2021-ci il tarixdə cavabdeh orqan tərəfindən “yuxarı ətrafların əzilməsi və travmatik amputasiyanın nəticələri, sol əlin III-IV-V barmaqlarının orta əsas səviyyəsində amputasiyası. Amputasion güdül” diaqnozuna münasibətdə iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əliliyin təyin edilməsindən imtina edilmişdir.
3. Iddiaçıya sonuncu dəfə cavabdeh orqan tərəfindən ##.##.2023-cü il tarixdə “yuxarı ətrafların əzilməsi və travmatik amputasiyanın nəticələri, sol əlin III barmağının orta falanqasının başı səviyyəsində IV barmağın orta falanqasının metafizi səviyyəsində, V barmağın distal falanqa səviyyəsində amputasiyası” diaqnozuna münasibətdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əliliyin təyin edilməsindən imtina edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə müraciət edərək “müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - o, ##.##.1978-ci ildə anadan olmuşdur. 1997-ci ildə Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmışdır, döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış və 1998-ci il tarixdə aldığı hərbi travma nəticəsində “Odlu silah yaralanması nəticəsində sol əlin III- IV-V barmaqlarının orta falanqalarının güllə yaralanmasından sonrakı amputasion güdülləri” diaqnozu ilə müayinə və müalicələrdə olmuşdur. Səhhətində yaranmış ciddi və sağalmaz problem ilə əlaqədar cavabdeh tərəfindən ## #### 1999-cu ildə müddətsiz 3cü qrup əllik təyin edilmişdir. Daha sonra 2012-ci ildə aldığı xəsarətlərə görə müddətsiz 2ci dərəcə əlillik təyin edilmişdir. 2021-ci il tarixdə heç bir zərurət yaranmadığı təqdirdə onu əlilliyi ilə əlaqədar yenidən komissiyaya çağırmışlar. Komissiyanın rəyinə əsasən, ##.##.2021-ci il tarixindən etibarən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. O, əlilliyinin bərpa olunması barədə dəfələrlə müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, heç bir nəticə verməmişdir. Belə ki, onu müraciəti ilə əlaqədar 2022-ci ildə yenidən komissiyaya dəvət etmişlər, lakin yenə də əlilliyi bərpa olunmamışdır. Cavabdeh orqanın məktubunda qeyd edilmişdir ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. O, yenidən cavabdeh orqana ərizə ilə müraciət etmişdir. ##.##.2023-cü il tarixli məktubla ərizəsinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın məktubda qeyd etdiyi xüsusat ümumiyyətlə anlaşılan deyil. O, hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində sol əlinin III-IV-V barmaqları amputasiya olunmuş və nəticədə ona müddətsiz əlillik təyin edilmişdir. Belə olan halda cavabdeh orqanın məktubda qeyd etdiyi “əlillik müddətinin bitməsi” necə ola bilər? Cavabdehin mövqeyinə görə onun amputasiya olunmuş barmaqları yenidən özlüyündə bərpa olunmuş, yaxud da olunacaqdır. Lakin cavabdeh orqan bu cür cavab verərkən nəzərə almamışdır ki, o, meduza, kərtənkələ yox, insandır. Hesab edir ki, cavabdehin əlilliyin dayandırılmasına yönəlmiş hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, o, 1998-ci ildən bu günə qədər aldığı xəsarətlərdən əziyyət çəkir və sonuncu dəfə təxminən 2 il əvvəl Şəki rayon xəstəxanasında stasionar müalicədə olmuşdur. Qeyd edir ki, əlilliyinin bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə əlilliyi ilə bağlı stasionar və ambulator müalicələr almışdır. Buna görə də, hesab edir ki, cavabdeh orqan əlilliyin təyin olunmasından tamamilə əsassız olaraq imtina etmişdir. 22 il müddətsiz əlilliyi davam edib. Əgər onun səhhətində olan problem sağalan idisə, o zaman necə ola bilər ki, ona müddətsiz əlillik təyin olunmuşdur? Heç bir zərurət yaranmadığı halda 2021-ci il tarixdə əlilliyinin müayinəsi ilə əlaqədar komissiyanın keçirilməsi özlüyündə qanunsuzdur. Bildirir ki, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək, cavabdeh orqanın qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarın surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Lakin bu günə qədər cavabdeh orqan tərəfindən qərarın rəsmi surəti ona təqdim edilməmişdir.
6. Cavabdeh iddia tələbinə etirazını aşağıdakıları bildirmişdir: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri, Sol əlin III barmağının orta falanqasının başı səviyyəsində IV barmağın orta falanqasının metafizi səviyyəsində, V barmağın distal falanqa səviyyəsində amputasiyası. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı əlillik vəziyyətinə ##.##.2023-cü il tarixli göndəriş əsasında baxılmış, ## ##### 2024-cü il tarixdə iddiaçıya imtina barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu “sms” onun mobil telefon nömrəsinə göndərilmişdir (Bunu təsdiq edən elektron sistemdən çıxarış etiraza əlavə edilmişdir). Iddiaçı isə ##.##.2026-cı il tarixdə, yəni 2 ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hesab edirik ki, hazırkı iddia mümkünsüz hesab edilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim X2) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçı barəsində ##.##.2023-cü il və ##.##.2024-cü il tarixində “diaqnoz əlillik təyin etməməsi barədə” barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. Iddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi. Nəzərə alınmalıdır ki, iddia ərizəsi ##.##.2026-cı il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarı qəbul edildikdən 2 ildən çox müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Iddiaçının məhz 2 ildən çox müddət keçdikdən ona əlilliyin təyin edilibedilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır). Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ildən çox müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Odur ki, iddiaçının cavabdeh orqanın qərarından məlumat almaq üçün mövcud vasitələrdən istifadə etməməsi onun passivliyi (hərəkətsizliyi) və məsələyə laqeyd yanaşması kimi qiymətləndirilməlidir ki, bu da iddia müddətinin buraxılmasına səbəb olur. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı exidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi. Buna görə də məhkəmə hesab edir ki, IPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. IPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin IPMnin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Buna görə də müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etməlisiniz. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. IPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi IPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir.
9. Iddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh orqan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə vəkil sorğusu təqdim edilmiş, həmin sorğuya cavab olaraq təqdim edilən ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktuba əsasən rəsmi cavab verilmişdir: “ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçünmüraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Həkim sirri təşkil edən məlumatlar başqa şəxslərə, vəzifəli şəxslərə yalnız vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə verilə bilər. Belə ki, bildirmişdirlər ki, “Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü yarımbəndinə əsasən sağlamlıq vəziyyəti haqqında məlumatlar konfidensial hesab olunur, Sizə və ya 3-cü şəxslərə təqdim edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, barəsində sorğu ilə müraciət etdikləri şəxsin razılığı olmadan həmin şəxsə dair fərdi məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsi mümkün deyildir.” Bundan başqa, iddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək, cavabdeh orqanın qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarın surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, lakin bu günə qədər cavabdeh orqan tərəfindən qərarın rəsmi surəti iddiaçıya təqdim edilməmişdir. Yuxarıda qeyd olunan cavabdan da açıq şəkildə göründüyü kimi, cavabdeh orqan iddiaçının qanuni nümayəndəsinin təqdim etdiyi vəkil sorğusuna cavabda inzibati aktın mövcudluğu və məzmunu ilə bağlı məlumat verməkdən imtina etmişdir. Halbuki, vəkilin təqdim etdiyi etibarnamə və order əsasında qanuni nümayəndə statusu tanınmalı və aidiyyəti qərarlar təqdim edilməli idi. Inzibati aktın təqdim olunması anlayışı yalnız şəxsin özünə yazılı qaydada çatdırılması ilə başa çatmış sayılır. Əgər şəxs qərardan xəbərdar deyilsə, onun bu qərardan şikayət vermə imkanının itirilməsi konstitusion ədalət prinsipinə ziddir. Vətəndaş barəsindəki nəticə sonradan məhkəmə tərəfindən sorğu vasitəsi ilə öyrənilmişdir. Bu, qərarın vətəndaşa faktiki təqdim edilməsi mənasına gəlmədiyindən iddia müddəti hələ başlamamışdır və ötürülməsi qeyri-mümkündür. Cavabdeh orqanın əlilliyin tanınmaması barədə qərarının rəsmi qaydada iddiaçıya təqdim olunduğuna dair iş materiallarında hər hansı sübut yoxdur. Həmin qərarın mövcudluğu barədə yalnız məhkəmə icraatı çərçivəsində cavabdeh tərəfindən təqdim olunan sənədlər vasitəsilə məlumat əldə edilmişdir. Məhkəmə, əlilliyin təyinatı üzrə prosedurların spesifik tibbi və hüquqi bilik tələb etdiyini nəzərə alaraq, bu sahədə iddiaçının səhv anlamalarının və hüquqi qeyri-müəyyənliklərin iddia müddətinin ötürülməsi üçün əsas sayıla bilməyəcəyini qiymətləndirməlidir. Iş materiallarından göründüyü kimi, iddiaçı yalnız məhkəmə prosesi gedişində onun barəsində əlilliyin təyinatından imtina edilməsi barədə qərarın mövcudluğundan xəbər tutmuşdur. Bu səbəbdən həmin qərarın ləğvinə dair iddia müddətinin hesablanması yalnız inzibati aktla faktiki tanışlıq anından başlanmalı və nəticə etibarilə iddia müddəti ötürülməmiş hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırılmışdır.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyöun izahat verərək şikayətin təmin edilməsini və Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı ##.##.2023-cü il tarixdə əlilliyin ləğv edilməsindən məlumatlı olmuş, lakin qərarı əldə edə bilmədiyindən qeyd edilən qərarı mübahisələndirə bilməmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə uyğun izahart verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı kollegiyanın iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/14623" \l ":~:text=T%C6%8FSD%C4%B0Q%20ED%C4%B0LM%C4%B0%C5%9ED%C4%B0R- ,H%C9%99rbi%2Dh%C9%99kim%20ekspertizas%C4%B1%20haqq%C4%B1nda,- %5B1%5D"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
19. Iddianın iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
21. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
23. Iş materiallarından göründüyü kimi, iddia tələbi “cavabdehin ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi, müddətsiz əlilliyin dayandırıldığı tarixdən etibarən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi irəli sürülmüşdür.
24. Iddiaçı barəsində ##.##.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina qərarı qəbul edilmişdir. Yəni, sözügedən tarixdə iddiaçı barəsində qüvvədə olan, müddətsiz əlillik təyinatı mövcud olmamışdır. Belə ki, ##.##.2016-cı ildə iddiaçıya 5 il müddətinə müəyyən edilmiş 2-ci dərəcəli əlillik ##.##.2021-ci ildə başa çatmış, növbəti tibbi göndərişlərə münasibətdə isə cavabdeh orqan əlilliyin müəyyən olunmasından imtina etmişdir. Odur ki, qüvvədə olmayan əlilliyin dayandırılması və ya bərpası iddianın predmetini təşkil edə bilməz.
25. Faktiki olaraq hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona ##.##.2023-cü il tarixdən əlilliyin müəyyən olunmasıdır. Iddiaçı, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının ona verilmədiyini bildirsə də, iş materialları ilə onun həmin qərardan məlumatlı olması aşkar müəyyən edilir. Belə ki, iddiaçı ona əlilliyin təyin edilməməsindən narazı olub cavabdehə müraciət etmiş və bu müraciət əsasında cavabdeh orqan ##.##.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmişdir. Iddia ərizəsi isə ##.##.2026-cı ildə - 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verilmişdir.
26. Kollegiya qeyd edir ki, iddiaçıya ##.##.2021, ##.##.2022, ##.##.2022, ##.##.2022-ci il və ##.##.2023-cü il tarixlərdə ardıcıl olaraq imtina cavabları verilmişdir. Iddiaçının əlilliyi başa çatdıqan sonra dəfələrlə imtina cavabı alması onu göstərir ki, hər növbəti müraciət zamanı əvvəlki müraciətin mənfi nəticələnməsi iddiaçıya məlum olmuşdur.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi kollegiyanın iclasında iddiaçının ##.##.2023-cü il tarixdə onun barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarının qəbul edilməsindən məlumatı olduğunu, lakin qeyd edilən qərarı əldə etmədiyindən onu mübahisələndirə bilmədiyini bildirmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.
29. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. Iddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi.
30. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür. Belə olan halda iddiaçının sonuncu imtina cavabından 2 ildən artıq vaxt keçdikdən sonra - ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır).
31. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ildən artıq müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.
32. Xüsusilə qeyd olunmalıdır ki, həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkün idi. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin exidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayət idi.
33. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi.
34. Apellyasiya şikayətinin dəlillərində iddiaçının nümayəndəsi bildirir ki, “iddiaçı yalnız məhkəmə prosesi gedişində onun barəsində əlilliyin təyinatından imtina edilməsi barədə qərarın mövcudluğundan xəbər tutmuşdur. Bu səbəbdən həmin qərarın ləğvinə dair iddia müddətinin hesablanması yalnız inzibati aktla faktiki tanışlıq anından başlanmalı və nəticə etibarilə iddia müddəti ötürülməmiş hesab edilməlidir”.
35. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçı əvvəllər cavabdehin ##.##.2021-ci il tarixli qərarını mübahisələndirmişdir. Həmin işə birinci instansiya məhkəməsində baxılarkən inzibati icraat materialları, o cümlədən cavabdehin ##.##.2023-cü il tarixli qərarı ##.##.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və iddiaçının həmin sənədlərlə tanış olmaq imkanı yaranmışdır. Birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli qərardadında cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsini vurğulamışdır.
36. Həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsi *-*(***)-***/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərardadının 3-cü və 26-cı bəndlərində ##.##.2023-cü il tarixli imtina qərarına və onun əsaslarına münasibət bildirilmişdir.
37. Odur ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü kimi, iddia müddətinin inzibati aktla faktiki tanışlıq anından hesablanmalı olduğu qəbul edilsə belə, onun ##.##.2023-cü il tarixli qərarla ən geci ##.##.2025-ci il tarixdən (elektron kabinetə yerləşdirildiyi vaxtdan) tanış olmaq imkanı olmuşdur. Bu tarixdən hesablandıqda da hazırkı iddianın verilməsi üçün nəzərdə tutulmuş müddəti yenə ötürülmüş olacaqdır.
38. Imtina qərarının cavabdeh orqan tərəfindən iddiaçıya birbaşa təqdim edilməməsi ilə bağlı dəlil də iddiaçının həmin inzibati aktdan məlumatlı olması barədə gəlinən nəticəni dəyişmir. Kollegiya həmin dəlili iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinin tətbiqindən yan keçməyə yönəlmiş özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirir.
39. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının nümayəndəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.