Məhkəmə qərarları › İş №2-1(3-10)-39/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-39/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-39/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh DSMF ** saylı Regional Ərazi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Məhkəmə icraatının gedişində iddiaçı əlavə ərizə təqdim etmiş və iddia qaldırılan zaman yol verilmiş formal xəta aradan qaldırılaraq cavabdeh qismində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının çıxış etməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, # ###### 1976-cı il tarixdən # #### 1977-ci il tarixədək və ## ###### 1977-ci il tarixdən ## ###### 1978-ci il tarixədək xxxx rayon X5 fəhlə işləmişdir. # #### 1978-ci il tarixdən ## #### 1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. ## #### 1980-ci il tarixdən ## ###### 1980-ci il tarixədək xxxx Təmir-Tikinti Sahəsində santexnik (usta), ## ###### 1980-ci il tarixdən ## ###### 1982-ci il tarixədək xxxx Avtomobil Təmiri Zavodunun Mühərrik sexində çilingər, ## ###### 1982-ci il tarixdən ## #### 1983-cü il tarixədək həmin Zavodda 3-cü dərəcəli çilingər, ## #### 1983-cü il tarixdən ## ### 1999-cu il tarixədək Mühərrik sexində 3-cü dərəcəli çilingər, ## ### 2005-ci il tarixdən # ###### 2007-ci il tarixədək “xxxx” ASC-nin xxxx Qum-Çınqıl filialında sürücü işləmişdir. Təşkilatların adı və tutduğu vəzifələr əmək kitabçasında əks olunmuşdur. Ona yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. İmtina məktubunda qeyd olunmuşdur ki, onun sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir, 2006 – 2007-ci illərdə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 2005 – 2007-ci illərdəki iş dövrü şübhə doğurduğundan, həmin dövr sığorta stajına daxil edilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz. Belə ki, onun əmək stajı 21 il 21 gün, hərbi xidmət dövrü isə 2 ildir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir. ## ##### 2005-ci il tarixdən # ###### 2007-ci il tarixədək xxxx Qum-Çınqıl Müəssisəsində olan dövrün mötəbərliyinə şübhə olduğundan və MEİS “Pensiya” altsistemində olan məlumatlara əsasən # ###### 2006-cı il tarixdən # ###### 2007-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil olunması məsələsinə baxıla bilər. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya «Sosial müavinətlər haqqında» Qanunun 7.0.2ci maddəsinə müvafiq olaraq ## ### 2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı pensiya yaşına ## ### 2024-cü il tarixdə çatmışdır. - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə ünvanlanmış # ###### 2024-cü il tarixli məktubunda isə qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçı İddiaçı ## ###### 1982-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınaraq ümumilikdə 2 il 6 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. # ###### 2006-cı il tarixədək iddiaçının həmin staja əsasən pensiya kapitalının məbləği 617,10 manat təşkil etmişdir. Həmin kapitalın ## ### 2024-cü il tarixə indeksləşdirilmiş məbləği 2.032,09 manatdır. Əmək kitabçasının surətinə əsasən ## ###### 1982-ci il tarixdən ## ### 1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri də daxil olmaqla ümumi sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir ki, bu da tələb olunan 25 il sığorta stajından azdır. İddiaçı tərəfindən əlavə sənəd təqdim olunacağı təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, ## ###### 1982-ci il tarixdən ## ### 1999cu il tarixədək olan dövrün araşdırılması zərurəti yaranacaqdır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. - Qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına (o cümlədən həmin staja texniki peşə məktəbində təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla) və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı toplamış, eləcə də # ###### 2006cı il tarixdən # #### 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış kişilərin 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan başqa, qanunvericilikdə # ###### 2002-ci il tarixdən sonrakı iş müddətinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil olunması da təsbit olunmuşdur. - Hazırkı işin məhkəmə araşdırılması ilə iddiaçı İddiaçı ## ### 2005-ci il tarixdən # ###### 2007-ci il tarixədək “xxxx” ASC-nin xxxx Qum-Çınqıl filialında işlədiyi sürücü vəzifəsinə görə əmək haqqı alması təsdiqini tapsa da, əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmir. Bunu ASC-nin DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış # ###### 2025-ci il tarixli məktubu təsdiqləyir. Belə olan halda, iddiaçının əmək kitabçasında əks olunmuş qeydlər üzrə həmin müəssisədəki fəaliyyət dövrü onun sığorta stajına daxil olunmur. - İddiaçının inzibati icraatda və məhkəmə icraatında tədqiq olunmuş əmək kitabçasında onun # ###### 1976-cı il tarixdən ## ### 1999-cu il tarixədək hərbi xidmət və əmək fəaliyyəti dövrləri ümumilikdə 20 il 6 ay 22 gün təşkil edir. Onun texniki peşə məktəbində 1974 – 1976-cı illərdəki təhsil müddəti əlavə edildiyi halda da, sığorta stajı 25 ilə toplanmır. - Məhkəmə həmçinin qeyd etmişdir ki, 1974 – 1999-cu illər üzrə qazanmış olduğu pensiya hüququ pensiya kapitalına çevrilməklə iddiaçının fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (320 manatdan) az olmayan pensiya təminatına imkan vermədiyindən (46.080 manatdan az olduğundan), «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə uyğun onun pensiya hüququ yaranmır. - Bundan başqa, iddiaçının # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı da qeydə alınmadığından, onunla bağlı «Əmək pensiyaları haqqında» Qanunun 22-1.1-ci maddəsinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada pensiya təyinatı da aparıla bilməz.

7. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o məhkəmə prosesində sübut etdi ki, 25 illik əmək stajı var. Amma məhkəmə cavabdehin heç bir əsası olmayan sübutlarını arqument gətirərək onun iddiasını təmin etmədi. Belə ki, o, məhkəmə prosesində sənədlər və faktlara söykənərək sığorta kartının və müxtəlif illərdə işlədiyi müəssisələrdə əmək kitabçasını, o cümlədən əsgərlik xidmətini 25 illik iş stajı kimi sübut etsə də, məhkəmə onun iddiasını təmin etməyərək cavabdehin xeyrinə qərar çıxardı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətinə vermiş olduğu etirazı birinci instansiya məhkəməsi zamanı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinin məzmunu ilə eyni əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı oğu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (2017-ci il tarixdən qüvvədə olan redaksiyada); 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

16. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin (2020ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (2020-ci il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1.1 Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət (2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla (2020-ci il tarixdən qüvvədə olan redaksiyada), sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada)) sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək (2020-ci il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək (2020-ci il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) (2019-cu il tarixdən qüvvədə olan redaksiyada) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır (2019cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir (2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının sistemi vasitəsilə həyata keçirir (2020-ci il tarixdən qüvvədə olan redaksiyada); qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir (2019-cu il tarixdən qüvvədə olan redaksiyada); Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir (2019-cu il tarixdən qüvvədə olan redaksiyada).

17. Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativhüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin; “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; həmin Qanunun 23-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş özəl sosial sığorta təşkilatlarının fəaliyyəti üçün lisenziyanı verən müvafiq icra hakimiyyəti orqanı barədə təklifini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; öz səlahiyyətləri daxilində “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: 2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; 2.1-1. həmin Qanunun 13.4-cü maddəsində (birinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; 2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; ... 2.1-4. həmin Qanunun 1.1.6-cı, 1.1.11-ci maddələrində və 19.1-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; ... 2.4. həmin Qanunun 1.1.2-ci, 1.1.6-cı, 1.1.11-ci maddələrində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda), 13.4-cü (hər iki halda), 14.7-ci, 14- 1.2-ci maddələrində, 15-ci maddəsinin birinci hissəsinin, on yeddinci (hər iki halda), iyirmi ikinci və iyirmi dördüncü abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 19.1-ci və 19.1-1-ci maddələrinin birinci cümlələrində, 19.1-2-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

28. İddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə, 25 illik əmək stajını təsdiq edən sığorta kartı, əmək kitabçası və hərbi xidmət sənədlərinə lazımi hüquqi qiymət verməmiş, cavabdehin əsassız etirazlarına üstünlük verərək qanunsuz və əsassız qərar qəbul edilmişdir.

29. Cavabdeh orqan apellyasiya şikayətinə etirazında bildirir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir, ##.##.1982-ci il tarixindən ##.##.1999-cu il tarixinədək olan dövr üzrə əlavə sənədlər təqdim ediləcəyi təqdirdə həmin sənədlər qanunvericiliyə uyğun qaydada araşdırılacaq və sığorta stajı qanunvericiliyin tələblərinə uyğun olduğu halda pensiya hüququna yenidən baxılacaq, eyni zamanda ##.##.2005-ci il tarixindən ##.##.2007-ci il tarixinədək "xxxx" Qum-Çınqıl Müəssisəsində işlədiyi dövrün mötəbərliyinə dair şübhələrin mövcud olması və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən həmin dövrlərin sığorta stajına daxil edilmədiyini göstərmişdir.

30. Birinci instansiya məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçının inzibati icraatda və məhkəmə icraatında tədqiq olunmuş əmək kitabçasında onun # ###### 1976-cı il tarixdən ## ### 1999-cu il tarixədək hərbi xidmət və əmək fəaliyyəti dövrləri ümumilikdə 20 il 6 ay 22 gün təşkil edir.

31. Həmçinin, təqdim edilmiş iddiaçının peşə təhsili barədə attestatından görünür ki, ##.##.1974-##.##.1976-cı illər ərzində (1 il 10 ay 16 gün) təhsil almışdır.

32. Göründüyü kimi, iddiaçının sığorta stajı 22 il 5 ay 18 gün təşkil edir.

33. Hazırda mübahisəli dövr ##.##.2005-ci ildən ##.##.2007-ci il tarixədək olan dövrlərdir. Eyni zamanda, iddiaçının 2006-cı ilin ## ######ınadək 25 illik sığorta stajının tamamlanmaması ilə bağlıdır.

34. Kollegiya tərəfindən iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək “xxxx” ASC-nin xxxx Qum-Çınqıl filialında sürücü vəzifəsində işləməsini təsdiq edən sənədlərin, həmçinin ##.##.2005-ci ildən ##.##.2006-cı il tarixədək və ##.##.2006-cı ildən ##.##.2007-ci il tarixədək olan dövrlərə dair iddiaçının fərdi şəxsi hesabına əsasən məcburi dövlət sosial sığorta (MDSS) haqqının ödənilib-ödənilməməsi, ödənilmədiyi təqdirdə səbəbləri barədə məlumatın əldə edilməsi məqsədilə Azərbaycan Respublikası “xxxx” ASC-nə sorğu göndərilmişdir.

35. Həmin sorğuya 24 aprel və ## ### 2026-cı il tarixli cavab məktublarında qeyd edilmişdir ki, “xxxx” ASC-nin X1 filialı 2016-cı ildə Bakı Tikinti Mexanikləşdirmə filialına birləşdirilmişdir. Bakı Tikinti Mexanikləşdirmə filialının təqdim etdiyi əmr kitabından çıxarışdan görünür ki, İddiaçı ##.##.2005-ci ildə işə qəbul edilmiş və ##.##.2007-ci ildə işdən azad edilmişdir. İddiaçı fərdi şəxsi hesabına əsasən məcburi dövlət sosial sığorta (MDSS) haqqının ödənilib-ödənilməməsi barədə məlumat əldə etmək mümkün olmadı. Səbəb: Çünki, “xxxx” ASC-nin X1 filialı ləğv edilmiş və sənədlər tam şəkildə Bakı Tikinti Mexanikləşdirmə filialına verilməmişdir.

36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən dövrlərin sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmuşdur.

37. Kollegiya bildirir ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin ya fərdi şəxsi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması, ya da qanunla müəyyən edilmiş azı 25 il sığorta stajına malik olması tələb edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə iş müddətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mümkündür.

38. Göründüyü kimi, ##.##.2002-ci il tarixindən sonrakı dövrlər üzrə əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi üçün təkcə əmək münasibətlərinin mövcudluğu və ya əmək haqqının ödənilməsi kifayət etmir, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi də mötəbər sübutlarla təsdiq edilməlidir.

39. Belə ki, iş materialları ilə iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək "xxxx" ASC-nin xxxx Qum-Çınqıl filialında sürücü vəzifəsində işlədiyi və əmək haqqı aldığı təsdiq olunsa da, həmin dövr üzrə onun fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə Kollegiya tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmişdir.

40. Kollegiya qeyd edir ki, sorğuya cavab olaraq təqdim edilmiş sənədlərlə iddiaçının qeyd olunan müəssisədə işləməsi təsdiqlənsə də, filialın ləğv edilməsi və sənədlərin tam şəkildə Bakı Tikinti Mexanikləşdirmə filialına təhvil verilməməsi səbəbindən onun fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə dair məlumatın əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə, iş materiallarında mübahisəli dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən mötəbər sübut mövcud olmadığından həmin müddətin sığorta stajına daxil edilməsi üçün hüquqi əsas müəyyən edilmir.

41. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2018-ci il tarixinə pensiya kapitalının mövcud olması zəruri şərtlərdən biridir. İddiaçının fərdi şəxsi hesabında həmin tarixə pensiya kapitalı qeydə alınmadığından, onun barəsində qeyd olunan normaya uyğun olaraq yaşa görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi də mümkün olmamışdır.

42. Göründüyü kimi, iş materialları iddiaçının mübahisəli dövrdə əmək fəaliyyətini həyata keçirdiyini təsdiq etsə də, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə isə ##.##.2002-ci il tarixindən sonrakı dövrün sığorta stajına daxil edilməsi üçün əmək fəaliyyətinin mövcudluğu ilə yanaşı, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi də təsdiq olunmalıdır. Eyni zamanda, iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması onun barəsində «Əmək pensiyaları haqqında» Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsini də istisna edir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir.

44. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda istinad olunan normalara (“Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin 2019-cu il tarixədək qüvvədə olan redaksiyasına) görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır.

45. Cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır.

46. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır.

47. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin ona əmək pensiyası təyin etmək öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur.

48. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Qanunvericiliyin tələbinə əsasən sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. İddiaçı da öz növbəsində sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür.

49. Qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli Qərarına görə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”.

50. Plenumun qərarını rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmək haqqından mübahisələndirilən dövr ərzində məcburi dövlət sosial sığorta haqqı tutulması və ödənilməsi işdə olan sübutlarla təsdiqini tapmadığından iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir.

52. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

53. Odur ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövrlər (##.##.2005-##.##.2007) nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi məcburi dövlət sosial sığorta (MDSS) haqqı ödənilmədiyindən əsaslı sayıla bilməz.

54. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar