Məhkəmə qərarları › İş №2-1(3-6)-1202/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1202/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1202/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X13 və X12 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasına əsasən ##.##.1961-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti: ##.##.1991- “Sevinc” Atelyesinə xadimə qəbul edilmişdir. ##.##.1992- Azərbaycan SSR Əmək Məcəlləsinin 36.5-ci maddəsinə əsasən işdən azad edilmişdir. ##.##.1992- Sevinc İcarə Müəssisəsinə xadimə olaraq qəbul edilmişdir. ##.##.1992- öz ərizəsi əsasında işdən azad edilmişdir. ##.##.1992-AR DİN Avtonəqliyyat Təsərrüfatına xadimə vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1994-AR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. ##.##.1994-Bakı Tütün Kombinatında siqaret sexinə maşinist tələbəsi kimi qəbul edilmişdir. ##.##.1994-3-cü dərəcəli maşinis təyin edilmişdir ##.##.1998-öz arzusu ilə işdən azad olunmuşdur. ##.##.2000-“X3” ASC-yə 3 aylıq sınaq müddəti ilə xadimə qəbul edilmişdir. ##.##.2001- Siqaret sexinə serviz işçisi keçirilmişdir. ##.##.2016-həmin sexə fəhlə keçirilib. ##.##.2017-həmin sexə serviz işçisi keçirilib. ##.##.2017-AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. ##.##.2017-“X3” ASC-də İstehsalat Departamentinin siqaret istehsalı sexinə fəhlə vəzifəsinə işə qəbul olub. ##.##.2021-AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. ##.##.2021-“Baku İnternational Tobacco MMC-yə İstehsalat Departamentinin siqaret istehsalı sexinə fəhlə vəzifəsinə işə qəbul edilib. ##.##.2021-İdarə Aparatı İstehsalat Departamentinin siqaret istehsalı sexinə fəhlə vəzifəsinə keçirilib. ##.##.2023- AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən işdən azad edilmişdir. ##.##.2023-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 əmək müqaviləsi əsasında III şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı(qardaşı) vəzifəsinə qəbul edilmişdir.

2. İş materiallarına əlavə edilmiş X3 ASC tərəfindən verilən ##.##.2025-ci il tarixli *** nömrəli Arxiv Arayışına əsasən ##.##.1994-cü il tarixində *- nömrəli Siqaret sexinə maşinist vəzifəsinə işə qəbul edilib. Əsas: Əmək kitabçası;##.##.1994-cü il tarixində 3-nömrəli Siqaret sexinə maşinist vəzifəsinə keçirilib. Əsas: Əmək kitabçası; ##.##.1998-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilib. Əsas: Əmək kitabçası; ##.##.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə Təsərrüfat qrupuna xadimə vəzifəsinə işə qəbul edilib. Əsas: ## ##### 2000-ci il tarixli N-48-m\h saylı əmr; ##.##.2001-ci il tarixində Siqaret sexinə servis işçisi vəzifəsinə keçirilib. Əsas: ## #### 2001-ci il tarixli N-**-ş/h saylı əmr; ##.##.2016-cı il tarixində Siqaret sexinə fəhlə vəzifəsinə keçirilib. Əsas: ## ###### 2016-cı il tarixli N-***-ş/h saylı əmr; ##.##.2017ci il tarixində Siqaret sexinə servis işçisi vəzifəsinə keçirilib. Əsas: ## ###### 2017-ci il tarixli N-*-ş/h saylı əmr; ##.##.2017-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsin "a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. Əsas: ## #### 2017-ci il tarixli N-***-ş saylı əmr; ##.##.2017-ci il tarixində İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə fəhlə vəzifəsinə işə qəbul edilib. Əsas: ## #### 2017-ci il tarixli N-***-ş saylı əmr. ##.##.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsin "a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. Əsas: ## ###### 2021-ci il tarixli N-**-ş saylı əmr. Nuruyeva (Ələkbərova) Çiçək Xanış qızının işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. Nuruyeva (Ələkbərova) Çiçək Xanış qızının ##.##.1994 - ##.##.1998 (3 il 11 ay 27 gün), ##.##.2016 ##.##.2017 (1 ay 29 gün), ##.##.2017 – ##.##.2021 (3 il 8 ay 18 gün), olmaqla ümumilikdə 7 il 10 ay 4 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi üzrə fəhlə vəzifəsinə: istehsalatbinalarının yığışdırıcıları; Maşinist vəzifəsinə: tütün kəsən maşın maşinistləri aiddir. ## ###### 1996-cı il tarixində "R.J.Reynolds Tobacco-Baku Qapılı" Tipli Səhmdar Cəmiyyəti yaranmışdır. ## #### 1999-cu ildə isə "R.J.Reynolds Tobacco-Baku" ləğv edilib Bakı Tütün kombinatının bazasında "xxxx" X1 Cəmiyyəti yaradılıb. ## ###### 2000-ci il tarixindən "xxxx" ATSC "xxxx" ATSC adlandırılıb. ## #### 2002-ci il tarixindən etibarən isə "xxxx" ATSC "xxxx" ASC adlandırılmışdır.

3. Baku İnternational Tobacco MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli HRİ/*** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, o həqiqətən də, "Baku İnternational Tobacco" MMC-də ##.##.2021-ci il tarixində İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə fəhlə vəzifəsinə işə qəbul edilib. Əsas: ## ###### 2021-ci il tarixli N-**Q saylı əmr. ##.##.2021-ci il tarixində İdarə aparatı İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə fəhlə vəzifəsinə keçirilib. Əsas: ## ##### 2021-ci il tarixli N-***Q saylı əmr. ##.##.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsin "b" bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) işdən azad edilib. Əsas: ## ###### 2023-cü il tarixli N-***A saylı əmr. İddiaçı işlədiyi dövrlərdə yuxarıda göstərilən müəssisənin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı ##.##.2021-##.##.2021 (1 ay 29 gün), ##.##.2021-##.##.2023 (2 il 7 ay 5 gün) olmaqla ümumilikdə 2 il 9 ay 4 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə fəhlə vəzifəsinə: İstehsalat binalarının yığışdırıcıları vəzifəsi aiddir.

4. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubu ilə təqdim edilən İddiaçı Xaniş qızının hesab məlumatlarına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən əməkhaqqı üzrə 2006-cı il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2007-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2008-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2009-cu il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2010-cu il üzə yanvar, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2011-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2012-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2013-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2014-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2015-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2016-cı il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2017-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2018-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2019-cu il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2020-ci il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2021-ci ilin yanvar və fevral ayları üzrə gəlir 47946.03 manat, hesablanmış 11986.19 manat, ödənilmiş 11986.13 manat; “Baku İnternational Tobacco” MMC tərəfindən 2021-ci il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2022-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr; 2023-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr üzrə gəlir 16076..84 manat, hesablanmış 4019.22 manat, ödənilmiş 3936.87 manat; “xxxx” X2 tərəfindən 2023-cü ilin dekabr, 2024-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral, mart ayları üzrə gəlir 10351.28 manat, hesablanmış 2587.83 manat, ödənilmiş 2314.63 manat qeyd edilmişdir.

5. Məhkəmə sorğusuna cavab olaraq X3 ASC-nin ##.##.2025- ci il tarixli *** nömrəli məktubunda göstərilmişdir ki, Nuruyeva (Ələkbərova) X7 ##.##.1994 -cü il tarixdən ##.##.1998 -ci il tarixədək maşinistin şagirdi, maşinist (əmək kitabçasına əsasən), ##.##.2016 – ##.##.2017-ci il tarixdən ##.##.2017-##.##.2021-ci il tarixədək fəhlə vəzifəsində işləmişdir. Nuruyeva (Ələkbərova) Çiçək Xanış qızının Siqaret sexindəki maşinistin şagirdi, maşinist, fəhlə (tütün kəsən maşın maşinistləri, istehsalat binalarının yığışdırıcıları) vəzifə funksiyaları aşağıdakılardır: Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır,Əmək və nizam-intizam qaydalarına riayət etməlidir, İstehsalat mərtəbəsində doldurucu xətlərdə tütünün verilməsində iştirak etmək, şəxsən siqaret kasetlərini arabaya doldurmalı və qablaşdırıcı xətlərə aparmalı; Maşından tozu, jilkanı, və digər brakları götürməli və material paylayana təhvil verməli, Növbənin sonunda maşının tozunu silməli, Yağlı siqaretləri yığışdırmalı, brak siqaretləri və filtr kasetlərini açmalı, Növbə rəisinin hazırladığı gündəlik iş qrafikinə əsasən işləməlidir, Tapşırılan işi vaxtında tamamlamaq üçün öz iş həmkarlarına tam yardım və əməkdaşlıq etməli, Siqaret kasetlərini arabaya doldurarkən və bir yerdən digər yerə apararkən bütün ehtiyat tədbirləri görülməlidir. Siqaret kasetlərini arabaya doldurarkən və bir yerdən digər yerə apararkən bütün ehtiyat tədbirləri görülməlidir, Şirkətin uniformasını geyinməli; Şirkətin inkişafı üçün təşkilata tələb olunan daimi dəyişikliklərə yardım etmək; Sexin fəaliyyətinə aid digər məsələləri həll etmək; Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir; Siqaret sexində istehsal prosesi zamanı verilən gündəlik tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Avadanlıq ətrafında təmizliyə və səliqəyə nəzarət Azərbaycan Respublikası tullantıların yığışdırılmasında iştirak etmək. Qablaşdırma, yükləmə, boşaltma və digər fiziki işlərdə iştirak etmək. İstehsal xəttinə materialların verilməsi və ya hazır məhsulun düzgün yığılması prosesində dəstək göstərmək. İş sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına riayət etmək. Məsul şəxslərin tapşırığı ilə digər yardımçı işlərə dəstək göstərmək. Istehsalat prosesində qarşılaşdığı nasazlıq və uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat vermək. Maşinist tərəfindən verilən gündəlik tapşırıqların yerinə yetirilməsi. Istehsalat avadanlıqlarının quruluşu, iş prinsipi və təhlükəsizlik qaydalarını öyrənmək. Maşınların iş prosesini izləmək və lazım olduqda maşinistə məlumat vermək. Təmizlik və texniki qulluq işlərində iştirak etmək. Avadanlıqların yığılması, təmiri və sazlanması zamanı kömək etmək. İş zamanı texniki təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etmək. Nuruyeva (Ələkbərova) Çiçək Xanış qızının maşinistin şagirdi, maşinist (Əmək kitabçasına əsasən), fəhlə (tütün kəsən maşın maşinistləri, istehsalat binalarının yığışdırıcıları) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi üzrə fəhlə vəzifəsinə: istehsalat binalarının yığışdırıcıları; Maşinistin şagirdi,maşinist (əmək kitabçasına əsasən) vəzifəsinə: tütün kəsən maşın maşinistləri aiddir. Qeyd: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qanunlarına əsasən müvafiq sürətdə zərərli sahə ilə bağlı tələb olunanlar tərəfimizdən yerinə yetirilmişdir.

6. Məhkəmə sorğusuna cavab olaraq Baku İnternational Tobacco MMC-nin ##.##.2025ci il tarixli M/*** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı İdarə aparatı İstehsalat Departamentinin Siqaret İstehsalı sexində ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək fəhlə vəzifəsində işləmişdir. İddiaçı İadə Aparatı İstehsalat Departamentinin Siqaret İstehsalı sexindəki fəhlə (istehsalat binalarının yığışdırıcıları) vəzifə funksiyaları aşağıdakılardır: Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. İstehsalat mərtəbəsində doldurucu xətlərdə tütünün verilməsində iştirak etmək aparmalı,Şəxsən siqaret kasetlərini arabaya doldurmalı və qablaşdırıcı xətlərə, Maşından tozu, jilkanı, və digər brakları götürməli və material paylayana təhvil verməli, Növbənin sonunda maşının tozunu silməli, Yağlı siqaretləri yığışdırmalı, brak siqaretləri və filtr kasetlərini açmalı, Növbə rəisinin hazırladığı gündəlik iş qrafikinə əsasən işləməlidir Tapşırılan işi vaxtında tamamlamaq üçün öz iş həmkarlarına tam yardım və əməkdaşlıq etməli, Siqaret kasetlərini arabaya doldurarkən və bir yerdən digər yerə apararkən bütün ehtiyat tədbirləri görülməlidir, Şirkətin uniformasını geyinməli; Şirkətin inkişafı üçün təşkilata tələb olunan daimi dəyişikliklərə yardım etmək; Sexin fəaliyyətinə aid digər məsələləri həll etmək; Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. İddiaçı fəhlə (istehsalat binalarının yığışdırıcıları) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi üzrə fəhlə vəzifəsinə: istehsalat binalarının yığışdırıcıları aiddir. Qeyd: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qanunlarına əsasən müvafiq sürətdə zərərli sahə ilə bağlı tələb olunanlar tərəfimizdən yerinə yetirilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli *-**-*/*-N-******/**** nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edənmüvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “X3” ASC-nin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında ##.##.2016- ##.##.2017-ci il, ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövrlər ərzində, “X10” MMC-nin isə ##.##.2025-ci il tarixli HR/*** nömrəli arayışında ##.##.2021- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisələrdə fəhlə vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz fəhlə vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalat binalarının yığışdırıcıları vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (3 il 11 ay 25 gün (##.##.1994- ##.##.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ## #### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1961-ci il tarixdə doğulmuşdur. ##.##.2021-ci il tarixdə 60 yaşım tamam olmuşdur. ## #### 2023-cü il tarixdə artıq 61 yaşı var. 25 ildən artıq olan iş stajına baxdıqda müəyyən olunur ki, ## #### 2023cü il tarixədək ümumi iş stajının 10 ili güzəştli şərtlərlə iş stajına aitdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi "Baku İnternational Tobacco" MMC-nin ##.##.2025-ci il tarixli və ##.##.2025- ci il tarixli arayışlarından göründüyü kimi 7 il 10 ay 4 gün və 2 il 9 ay 4 gün olmaqla ümumilikdə 10 il 7 ay 8 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Ona ## #### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə və hazırki dövrədək ödənilməmiş pensiya məbləği birdəfəlik ödənilə bilər. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdi, lakin ## ### 2025-ci il tarixli məktubla imtina cavabı verildi. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciətinə cavabdeh orqanın imtinasını qanunsuz hesab edir. Bu səbəbdən də məhkəməyə müraciət edərək süründürməçilik mərhələsindən keçmək məcburiyyətində qalmışdır. İnsan hüquqlarının əsas təminatçısı hesab edilən məhkəmə tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olub-olmaması barədə qəbul edilə bilər.

10. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 ıl azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X3" ASC-nin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında ##.##.2016-##.##.2017-ci il, ##.##.2017- ##.##.2021-ci il tarixləri arasındakı dövrlər ərzində, “X10” MMC-nin isə 01,05.2025-ci il tarixli HR/*** nömrəli arayışında ##.##.2021-27.11,2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisələrdə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi fəhlə vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalat binalarının yığışdırıcıları vəzifəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (3 il 11 ay 25 gün (##.##.1994- ##.##.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir.Oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edirik ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)- 1410/2021, 2-1(102)-131/2022, 2-1 (102)- 1399/2023, *-*(***)-***/**** nömrəli işlər üzrə qərarlar). İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan güzəştli stajının olması öz təsdiqini tapmır. Həmçinin onu da qeyd edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

11. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əmək kitabçasına əsasən, iddiaçının ##.##.1991-##.##.1992.-ci ilədək, ##.##.1992-##.##.1992, ##.##.1992- ##.##.1994, ##.##.1994-##.##.1998,##.##.2000- ##.##.2006-cı ilədək dövr və ##.##.2006-cı il tarixdən sonra ##.##.2017-ci ilədək və ##.##.2017-##.##.2021-ci ilədək MDSS-lərin ödənildiyi dövr nəzərə alınmaqla tələb etdiyi dövrə-##.##.2023-cü il tarixə tələb olunan ümumi iş stajını toplamışdır. Cavabdeh imtinasında iddiaçının ümumi stajını mübahisələndirməmiş, yalnız iddiaçının tələb olunan güzəştli iş tajının olmadığına istinad etmişdir. Cavabdehin mövqeyinə görə iddaiaçını güzəştli iş stajı 10 ildən az (3 il 11 ay 25 gün (##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir.

14. İş üzrə iddiaçının işləmiş olduğu X3 ASC, Baku İnternational Tobacco MMC-nin verdikləri güzəştli arayışlara əsasən iddiaçının ##.##.1994 - ##.##.1998, ##.##.2016 ##.##.2017, ##.##.2017 – ##.##.2021-ci ilədək, eləcə də ##.##.2021-##.##.2021, ##.##.2021-##.##.2023-cü ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsinə uyğunlaşdırmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

16. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

17. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”.

18. İddiaçının zərərli iş stajı bilavasitə ##.##.2023-cü ilə 10 ilə tamamlandığından güzəştli pensiya hüququ həmin tarixdən yaranmış hesab olunmalıdır.

19. Beləliklə, iddiaçı ##.##.2023-cü ilə tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı # ### 2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən ## ### 2025-ci il tarixli *-**-*/*-N-******/**** nömrəli imtina məktubu ilə ona kifayət qədər güzəştli stajının olmaması bildirilmiş, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçının mübahisəli güzəştli iş stajının araşdırılmasına dair işə birinci instansiya məhkəməsi qismində baxmış məhkəmənin mövqeyinə görə X3 ASC, X10 MMC-nin verdikləri güzəştli arayışlara əsasən iddiaçının ##.##.1994- ##.##.1998, ##.##.2016-##.##.2017, ##.##.2017-2602.2021-ci ilədək, eləcədə ## ##.2021-##.##.2021, ##.##.2021-##.##.2023-cü ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş 'Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsinə uyğunlaşdırmışdır. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X3" ASC-nin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında ##.##.2016-##.##.2017-ci il, ##.##.2017- ##.##.2021 -ci il tarixləri arasındakı dövrlər ərzində, “X10" MMC-nin isə ##.##.2025ci il tarixli HR/*** nömrəli arayışında ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisələrdə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi fəhlə vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalat binalarının yığışdırıcıları vəzifəsinə aid deyil. Oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edirlər ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki. işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021. 2-1 (102)-131/2022. 2-1 (102)-1399/2023, *-*(***)- ***/**** nömrəli işlər üzrə qərarlar). Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (3 il 11 ay 25 gün (##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qadınlar üçün # #### 2023 – ## #### 2024-cü ildədək peniya yaşı 63 il 06 ay, # #### 2024 – ## #### 2025 ilədək dövrdə 64 yaşdır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəliQərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının Əmək kitabçasına əsasən iddiaçının ##.##.1991-##.##.1992.-ci ilədək, ##.##.1992-##.##.1992, ##.##.1992- ##.##.1994, ##.##.1994-##.##.1998,##.##.2000- ##.##.2006-cı ilədək dövr və ##.##.2006-cı il tarixdən sonra ##.##.2017-ci ilədək və ##.##.2017-##.##.2021-ci ilədək MDSS-lərin ödənildiyi dövr nzəərə alınmaqla tələb etdiyi dövrə-##.##.2023-cü il tarixə tələb olunan ümumi iş stajını toplamışdır.

33. Cavabdeh imtinasında iddiaçının ümumi stajını mübahisələndirməmiş, yalnız iddiaçının tələb olunan güzəştli iş tajının olmadığına istinad etmişdir.

34. Cavabdehin mövqeyinə görə iddaiaçını güzəştli iş stajı 10 ildən az (3 il 11 ay 25 gün (##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir.

35. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır.

36. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (##.##.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş və ##.##.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir.

37. Həmin Qaydalara * nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

38. İş üzrə iddiaçının işləmiş olduğu X3 ASC, Baku İnternational Tobacco MMC-nin verdikləri güzəştli arayışlara əsasən iddiaçının ##.##.1994 - ##.##.1998, ##.##.2016 ##.##.2017, ##.##.2017 – ##.##.2021-ci ilədək, eləcə də ##.##.2021-##.##.2021, ##.##.2021-##.##.2023-cü ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsinə uyğunlaşdırmışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

40. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

41. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”.

42. Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsi zərərli peşə kimi nəzərəd tutulmuşdur.

43. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş və ##.##.2006-cı ilədək qüvvədə olan (iddiaçının işlədiyi dövr ##.##.1994-##.##.1998 dövrünə uyğun) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 22405010 1) Tütün istehsalı bölməsində 2240500a—19258 istehsalat binalarının yığışdırıcıları zərərli peşə kimi nəzərdə tutulmuşdur.

44. İşəgötürənin verdiyi güzəştli arayış və sözügedən vəzifənin funksional təyinatı baxımından məhkəmə hesab edir ki, iddiaçının Siqaret sexindəki maşinistin şagirdi, maşinist, fəhlə tütün kəsən maşın maşinistləri, istehsalat binalarının yığışdırıcıları vəzifələrində işinin zərərli xüsusiyyəti bilavasitə siqaret maşından tozu, jilkanı, və digər brakları götürdüyü, maşının tozunu silməsi, yağlı siqaretləri yığışdırma, brak siqaretləri və filtr kasetlərini açma, tullantıların yığışdırılması zamanı tütün məmulatından ayrılan zərərli maddə, toz ayırmalarına məruz qalmaqla işin bilavaitə zərərli xüusiyyətlərini əks etdirir və işəgötürənin də verdiyi arayışa uyğu olaraq vəzifə funskiyaları bilavasitə istehsalat binalarının yığışdırıcıları peşəsinin funksional təyinatı ilə eynilik təşkil edir. Bunun əksini sübut edən halları isə cavabdeh məhkəməyə təqdim etməmiş, yalnız vəzifə adının hərfi mənada uyğunlaşdrılmasından çıxış etməklə tələbə formal yanaşmışdır.

45. İddiaçının zərərli iş stajı bilavasitə ##.##.2023-cü ilə 10 ilə tamamlandığından güzəştli pensiya hüququ həmi tarixdən yaranmış hesab olunmalıdır.

46. Beləliklə, iddiaçı ##.##.2023-cü ilə tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir.

47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli güzəştli iş stajının araşdırılmasına dair işə birinci instansiya məhkəməsi qismində baxmış məhkəmənin mövqeyinə görə X3 ASC, X10 MMC-nin verdikləri güzəştli arayışlara əsasən iddiaçının ##.##.1994- ##.##.1998, ##.##.2016-##.##.2017, ##.##.2017-2602.2021-ci ilədək, eləcədə ## ##.2021-##.##.2021, ##.##.2021-##.##.2023-cü ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş 'Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbölməsində (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) istehsalat binalarının yığışdırıcıları vəzifəsinə uyğunlaşdırmışdır. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X3" ASC-nin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında ##.##.2016-##.##.2017-ci il, ##.##.2017- ##.##.2021 -ci il tarixləri arasındakı dövrlər ərzində, “X10" MMC-nin isə ##.##.2025ci il tarixli HR/*** nömrəli arayışında ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisələrdə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi fəhlə vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalat binalarının yığışdırıcıları vəzifəsinə aid deyil. Oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edirlər ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki. işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021. 2-1 (102)-131/2022. 2-1 (102)-1399/2023, *-*(***)- ***/**** nömrəli işlər üzrə qərarlar). Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (3 il 11 ay 25 gün (##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir.

48. Bununla bağlı məhkəmə Kollegiyası bir daha qeyd edir ki, nəzərə alınmalıdır ki, məhkəmənin sorğusuna cavab olaraq Baku İnternational Tobacco MMC-nin ##.##.2025-ci il tarixli M/*** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı İdarə aparatı İstehsalat Departamentinin Siqaret İstehsalı sexində ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək fəhlə vəzifəsində işləmişdir. İddiaçı İadə Aparatı İstehsalat Departamentinin Siqaret İstehsalı sexindəki fəhlə (istehsalat binalarının yığışdırıcıları) vəzifə funksiyaları aşağıdakılardır: Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. İstehsalat mərtəbəsində doldurucu xətlərdə tütünün verilməsində iştirak etmək aparmalı,Şəxsən siqaret kasetlərini arabaya doldurmalı və qablaşdırıcı xətlərə, Maşından tozu, jilkanı, və digər brakları götürməli və material paylayana təhvil verməli, Növbənin sonunda maşının tozunu silməli, Yağlı siqaretləri yığışdırmalı, brak siqaretləri və filtr kasetlərini açmalı, Növbə rəisinin hazırladığı gündəlik iş qrafikinə əsasən işləməlidir Tapşırılan işi vaxtında tamamlamaq üçün öz iş həmkarlarına tam yardım və əməkdaşlıq etməli, Siqaret kasetlərini arabaya doldurarkən və bir yerdən digər yerə apararkən bütün ehtiyat tədbirləri görülməlidir, Şirkətin uniformasını geyinməli; Şirkətin inkişafı üçün təşkilata tələb olunan daimi dəyişikliklərə yardım etmək; Sexin fəaliyyətinə aid digər məsələləri həll etmək; Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. İddiaçı fəhlə (istehsalat binalarının yığışdırıcıları) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi üzrə fəhlə vəzifəsinə: istehsalat binalarının yığışdırıcıları aiddir. Qeyd: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qanunlarına əsasən müvafiq sürətdə zərərli sahə ilə bağlı tələb olunanlar tərəfimizdən yerinə yetirilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar