Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1294/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Şərifov İlyas Nizam oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), İsmayılzadə Fərid Sabir oğlu və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı Şərifov İlyas Nizam oğlunun, Cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlunun iştirakı ilə, İddiaçı Şərifov İlyas Nizam oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ##.##.1962-ci il təvəllüdlü iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 1979-1980-ci illərdə Ucar rayon “Yeni yol” kolxozunda işləmiş, ##.##.1983-cü il tarixdən ##.##.1989-cu il tarixədək Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin * nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsində xidmət etmişdir. ##.##.1989-cu il tarixli əmək kitabçasına əsasən, iddiaçı ##.##.1989-cu il tarixdən ##.##.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı keçmiş “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin “Paris Kommunası” adına Baş İstehsalat Vahidində ##.##.1989-cu il tarixdə elektrikquraşdırma sahəsində “gəmi üzrə elektrik quraşdırıcısı şagirdi” vəzifəsində işə qəbul edilmiş, ##.##.1989-cu il tarixdən elektrikquraşdırma sahəsində ikinci dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı”, ##.##.1992- ci il tarixdən elektrikquraşdırma sahəsində dördüncü dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı”, ##.##.1995-ci il tarixdən texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində “mühəndis-texnoloq”, ##.##.1998-ci il tarixdən üzən dokda səkkizinci dərəcəli “elektromexanik”, ##.##.1998-ci il tarixdən üzən dokda doqquzuncu dərəcəli “böyük elektromexanik” işləmiş, ##.##.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı həmin vəzifələrdə əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun ümumilikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993- cü il tarixli, *** nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XIV (“Metal emalı”) bölməsinin 3-cü (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri”) bəndinin 2150300a1753a şifrəli “gəmi elektrik quraşdırıcıları” vəzifəsinə və XXVIII (“Nəqliyyat”) bölməsinin 3- cü (“Dəniz və çay donanması”) bəndinin 23003020-25410 şifrəli “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexaniklər” vəzifəsinə uyğundur. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli güzəştli arayışda qeyd edilənlərdən fərqli olaraq, iddiaçının həmin müəssisədəkı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, onun sözügedən müəssisədə ##.##.1989-##.##.1989-cu il tarixlərində “elektrik montyoru şagirdi”, ##.##.1989- ##.##.1992-ci il tarixlərində “gəmi elektriki”, ##.##.1992- ##.##.1995-ci il tarixlərində “gəmi elektrik quraşdırıcısı”, ##.##.1995-##.##.1998-cı il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə “mühəndis-texnoloq”, ##.##.1998-##.##.1998-cı il tarixlərində “elektrik mexaniki”, ##.##.1998-##.##.2003-cü il tarixlərində isə “xxxx” vəzifələrində işlədiyi müəyyən edilmişdir. Bu fakt “xxxx" QSC ilə birgə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktla təsdiq olunur. İddiaçının işlədiyi ##.##.1989-##.##.1989-cu il tarixlərində “elektrik montyoru şagirdi”, ##.##.1989-##.##.1992-ci il tarixlərində “gəmi elektriki” vəzifələri “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli güzəştli arayışda istinad olunan müvafiq Siyahının “Metal emalı” bölməsinin “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bəndində nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçının ##.##.1998-##.##.1998-ci il tarixlərində “elektrik mexaniki”, ##.##.1998- ##.##.2003-cü il tarixlərində “xxxx” vəzifələrində işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, “dəniz və çay donanması” sahəsinə aid deyil. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 6 ay 19 gün (##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərifov İlyas Nizam oğlu ## ######## 1962ci il tarixdə anadan olmuşdur. 1979-cu ildən əmək fəaliyyətinə başlamış, ## ###### 2006-cı il tarixədək 25 ildən artıq ümumi sığorta stajına və 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən əmək stajına malikdir. Sığorta stajına daxil olan dövrlər aşağıdakı kimidir: 1. - ## #### 1979-cu il tarixdən ## ####### 1980-ci il tarixədək Ucar rayonu (Əlikənd kəndi) «Yeni yol» kolxozunda kolxozçu işləmişdir – (1 il 4 ay 23 gün) 2. - ## ####### 1980-ci il tarixdən ## ###### 1982-ci il tarixdək hərbi xidmətdə olmuşdur – (2 il 1 ay 10 gün). 3. - ##.##.1983-cü il tarixdən ##.##.1989-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin * nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin yanğın söndürəni vəzifəsində xidmətdə olmuşdur – (6 il 6 ay 14 gün), 4. - ##.##.1989-cu il tarixdə «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş İstehsalat Vahidində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul olunmuş (əmr № K-386. ##.##.1989), 4.1. - ##.##.1989-cu il tarixdə Elektrik quraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-81. ##.##.1989), 4.2. ##.##.1992-ci il tarixdə Elektrik quraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-49. ##.##.1992), 4.3. - ##.##.1995-ci il tarixdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq vəzifəsinə keçirilmiş - (əmr № K-57. ##.##.1995) 4.4. - ##.##.1998-ci il tarixdə Üzən doka səkkizinci dərəcəli elektro-mexanik vəzifəsinə keçirilmiş - (əmr № K-202. ##.##.1998), 4.5. - ##.##.1998-ci il tarixdə Üzən doka səkkizinci doqquzuncu elektro-mexanik vəzifəsinə keçirilmiş - (əmr № K-212. ##.##.1998) 4.6. - ##.##.2003-cü il tarixdə həmin işdən öz xahişiylə azad edilmişdir - (əmr № K***. ##.##.2003). Beləliklə, «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş İstehsalat Vahidində ümumi sığorta stajı – 14 il 2 ay 00 gün təşkil edir. Gəmi eletrik quraşdırcısı, mexanik və böyük mexanik kimi, əmək şəraiti ağır olan işlərdə olan stağı 10 il 9 ay 2 gün təşkil edir. 5.1. ## ###### 2003-cü il taridən ## ######## 2005-ci il tariədək “xxxx” firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K-05-03, ##.##.2003). Beləliklə, hərbi xidmət müddəti də daxil olmaqla ##.##.2006-cı il tarixə 26 il 00 ay 07 gün ümumi sığorta stajına malik olmuşdur. Həmin sığorta stajının 12 il 6 ay 24 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda Metal emalı XIV-cü bölmə (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) KOD 2150300a1753a; və Nəqliyyat XXVIII bölmə (Çay dəniz donanması) Kod 23003020-23484 mexanik və böyük mexanik vəzifələrinə uyğundur. Göstəritlənlərə əsasən, yaşdan, yəni ## ######## 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq ## #### 2024-cü il tariхdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, 57 yaşdan, yəni ## ######## 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini хahiş etdi. Cavabdeh inzibati orqanın ## #### 2024-cü il tariхli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək peniyasının təyin edilməsindən imtina edildi. Cavabdeh inzibati orqan imtinanı оnunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ila təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin vəzifələrin va göstəricilərin Siyahısı"nın metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma va gəmi təmiri işləri bəndi (11.6) və nəqliyyat bölməsində (21) dəniz və çay donanması bəndi (21.2) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx» QSC "Zığ" Gəmi Təmiri va Tikintisi Zavodunun sizə dair ## #### 2024-cü il tarixli **-*-*/*-*- **/**** nömrəli arayışında ##.##.1989- ##.##.1989-cu il tartxləri arasındakı dövr ərzində elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə sagird, ##.##.1989-##.##.1995ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə söbəsində mühəndis-texnoloq, ##.##.1998- ##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində elektrik mexanik, ##.##.1998-##.##.2003- cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektrikmexanik vəzifələrində işlədiyiniz qeyd edilib adıçəkilən müəssisədəki iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sizin sözügedən müəssisədə ##.##.1989- ##.##.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru sagirdi, ##.##.1989- ##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektriki, ##.##.1992-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə mühəndistexnoloq, ##.##.1998-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində elektrik mexaniki, ##.##.1998-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində isə xxxx vəzifələrində islədiyiniz müəyyən edilíb. Bu fakt xxxx" QSC tərəfindən 17 aprəl 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göründüyü kimi, islədiyiniz elektrik montyoru sagirdi va gəmi elektriki vəzifəsi sözügədən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahların metal emalı bölməsinin Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işiəri bəndində nəzərdə tutulmayıb. Eyni zamanda elektrik mexaniki və xxxx vəzifələrində işlədiyiniz dövrdə çalışdığınız müəssisənin fəaliyyət sahəsi isə həmin arayışda istinad edilən, yuxanda qeyd olunan dəniz və çay donanması sahəsinə aid deyil. Göstərilən səbəblərdən də sizin güzəştli stajlnız 12 il 6 aydan az (4 il 6 ay 19 gün (##.##.1992- ##.##.1995-ci il və ##.##.2003- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərla görə əmək pensiyasının təyinatı qanunveririciliyin tələbləri baxmından mümkün hesab edilmir». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 57 yaşdan, yəni ## ######## 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Belə ki, «xxxx» QSC Zığ Gəmi Təmiri və Tikintisi Zavоdunun 13- *-*/*-*-**/**** nömrəli, ##.##.2024-cü il tariхli arayışından görünür ki, Şərifоv İlyas Nizam оğlu (##.##.1962ci il təvəllüdlü) «ХƏZƏRDƏNIZGƏMITƏMIRI» İstehsalat Birliyi «Paris Kоmmunası» adına Baş İstehsalat Vahidində işləmişdir. ##.##.1989-cu il tarixdə «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş İstehsalat Vahidində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul olunmuş (əmr № K-386. ##.##.1989), ##.##.1989-cu il tarixdə Elektrik quraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-81. ##.##.1989), ##.##.1992-ci il tarixdə Elektrik quraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-49. ##.##.1992), ##.##.1995-ci il tarixdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndistexnoloq vəzifəsinə keçirilmiş (əmr № K-57. ##.##.1995), ##.##.1998-ci il tarixdə Üzən doka səkkizinci dərəcəli elektro-mexanik vəzifəsinə keçirilmiş (əmr № K-202. ##.##.1998), ##.##.1998-ci il tarixdə Üzən doka səkkizinci doqquzuncu elektro-mexanik vəzifəsinə keçirilmiş (əmr № K-212. ##.##.1998), ##.##.2003-cü il tarixdə həmin işdən öz xahişi ilə azad edilmişdir (əmr № K***. ##.##.2003). Gəmi elektrik quraşdırıcısı, meхanik və böyük meхanik kimi İ.Şərifоv əmək şəraiti ağır оlan işləri yerinə yetirmiş və оnun bu işdə ümumilikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tariхli *** nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısına əsasən, bölmə ХIV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanхana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şirif 2150300a1753a gəmi elektrik quraşdırıcıları yarımbəndinə və ХХVIII bölmənin (Nəqliyyat) 3-cü bəndinin (Dəniz və çay dоnanması) şirif 23003020-25410 (elektrik meхanikləri, оnların köməkçiləri, böyük elektrik meхanikləri) yarımbəndinə uyğundur. «xxxx» Firmasının **KE- **-**** nömrəli, ## #### 2020-ci il tariхli arayışından görünür ki, Şərifоv İlyas Nizam оğlu (##.##.1962-ci il təvəllüdlü) ## ###### 2003-cü il taridən ## ######## 2005-ci il tariədək “xxxx” firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K-05-03, ##.##.2003). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tariхli *** nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısına əsasən, bölmə ХIV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanхana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şirif 2150300a1753a gəmi elektrik quraşdırıcısı uyğundur. xxxx» QSC Zığ Gəmi Təmiri və Tikintisi Zavоdunun **-*-*/*-*-**/**** nömrəli, ##.##.2024-cü il tariхli arayışından görünür ki, gəmi elektrik quraşdırıcısı, meхanik və böyük meхanik kimi İ.Şərifоv əmək şəraiti ağır оlan işləri yerinə yetirmiş və оnun bu işdə ümumilikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Həmçinin «xxxx» Firmasının **KE-**-**** nömrəli, ## #### 2020-ci il tariхli arayışından görünür ki, Şərifоv İlyas Nizam оğlu (##.##.1962-ci il təvəllüdlü) ## ###### 2003-cü il tarixdən ## ######## 2005-ci il tariədək “xxxx” firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K-05-03, ##.##.2003). Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tariхli *** nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısına əsasən, bölmə ХIV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanхana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şirif 2150300a-1753a gəmi elektrik quraşdırıcıları yarımbəndinə və ХХVIII bölmənin (Nəqliyyat) 3-cü bəndinin (Dəniz və çay dоnanması) şirif 23003020-25410 (elektrik meхanikləri, оnların köməkçiləri, böyük elektrik meхanikləri) yarımbəndinə uyğun vəzifədə işlədiyi müddət ## ###### 2006-cı il tariхədək 10 il 9 ay 2 gün +1 il 9 ay 24 gün = 12 il 6 ay 26 gün təşkil edir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Beləliklə, hərbi xidmət müddəti də daxil olmaqla ##.##.2006-cı il tarixə 26 il 00 ay 07 gün ümumi sığorta stajına malik olmuşdur. Həmin sığorta stajının 12 il 6 ay 26 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və 7 göstəricilərin * nömrəli Siyahısı”nda Metal emalı XIV-cü bölmə (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) KOD 2150300a-1753a; və Nəqliyyat XXVIII bölmə (Çay dəniz donanması) Kod 23003020-23484 mexanik və böyük mexanik vəzifələrinə uyğundur. Göstəritlənlərə əsasən, 57 yaşdan, yəni ## ######## 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, cavabdeh inzibati orqan əsassız оlaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediliməsindən imtina etmişdir. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli 3-17- 1/2- Ş-******/**** nömrəli məktubla bildirilmişdir ki, iddiaçının güzəştli sığorta stajı 12 il 6 aydan az (4 il 6 ay 19 gün (##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, İ.X5 təqdim etdiyi “xxxx” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun ##.##.2024-cü il tarixli **-*-*/*-*-**/**** nömrəli arayışında iddiaçının ##.##.1989-##.##.1989-cu il tarixlərdə Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, ##.##.1989-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, ##.##.1995-##.##.1998-ci il tarixlərdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, ##.##.1998- ##.##.1998-ci il tarixlərdə elektro mexanik, ##.##.1998-##.##.2003-cü il tarixlərdə isə böyük elektro-mexanik vəzifələrində işlədiyi qeyd edilib. Sözügedən müəssisədə İ.Şərifovun iş fəaliyyətinə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun həmin müəssisədə ##.##.1989-##.##.1989-cu il tarixlərdə elektrik montyoru şagirdi, ##.##.1989-##.##.1992-ci il tarixlərdə gəmi elektriki, ##.##.1992- ##.##.1995-ci il tarixlərdə gəmi elektrik quraşdırıcısı, ##.##.1995-##.##.1998-ci il tarixlərdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, ##.##.1998-##.##.1998-ci il tarixlərdə elektrik mexaniki, ##.##.1998- ##.##.2003-cü il tarixlərdə isə xxxx vəzifələrində işlədiyi müəyyən edilmiş, həmin fakt “xxxx” QSC tərəfindən ##.##.2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Qeyd olunan məktubda qeyd edilir ki, İ.Şərifovun işlədiyi elektrik montyoru şagirdi və gəmi elektriki vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Siyahı) metal emalı bölməsinin qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində nəzərdə tutulmayıb. Eyni zamanda iddiaçının elektrik mexaniki və xxxx vəzifələrində işlədiyi dövrdə çalışdığı müəssisənin fəaliyyət sahəsinin həmin arayışda istinad edilən, Siyahıda göstərilən Nəqliyyat bölməsinin dəniz və çay donanması sahəsinə aid olmadığı göstərilmişdir. Beləliklə, sözügedən səbəblərdən iddiaçının güzəştli stajı 12 il 6 aya tamamlanmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı İ.Şərifovun ##.##.1989-##.##.1989cu il, ##.##.1989-##.##.1992-ci il, ##.##.1998- ##.##.1998-ci il və ##.##.1998-##.##.2003cü il tarixlərdə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əmək fəaliyyəti dövrlərinin güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyə ziddir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ## #### 2024-cü il tarixli **-*-*/*-*-**/**** nömrəli arayışda ##.##.1989-##.##.1989-cu il tarixləri arasındakı dövr ərzində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, ##.##.1989-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, ##.##.1998-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində elektro mexanik, ##.##.1998-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektro-mexanik vəzifələrində işlədiyi əks olunmuşdur. Lakin, “xxxx” QSC-nin iştirakı ilə tərtib edilmiş ##.##.2024- cü il tarixli İ.Şərifovun iş stajına dair məlumatların yerində yoxlanılması barədə birgə aktdan məlum olur ki, iddiaçı sözügedən müəssisədə ##.##.1989-##.##.1989-cu il tarixlərdə elektrik montyoru şagirdi, ##.##.1989-##.##.1992-ci il tarixlərdə gəmi elektriki, ##.##.1992-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə mühəndistexnoloq, ##.##.1998-##.##.1998-ci il tarixlərdə elektrik mexaniki, ##.##.1998-##.##.2003cü il tarixlərdə isə xxxx vəzifələrində işləmişdir. Göründüyü kimi, ##.##.1989-##.##.1989-cu il və ##.##.1989- ##.##.1992-ci il tarixlərdə çalışdığı elektrik montyoru şagirdi və gəmi elektriki vəzifələri Siyahının metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də göstərilən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməyib. Həmçinin, İ.Şərifovun ##.##.1998-##.##.1998- ci il və ##.##.1998-##.##.2003-cü il tarixlərdə elektrik mexaniki və xxxx vəzifələrindəki iş stajı ilə bağlı qeyd edirik ki, iddiaçının çalışdığı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsi onun tərəfindən təqdim edilmiş müvafiq arayışda istinad olunan Siyahının nəqliyyat bölməsinin(21) dəniz və çay donanması (21.2) sahəsinə aid deyil. Göründüyü kimi iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı ##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixləri arasındakı dövrləri əhatə etməklə cəmi 4 il 6 ay 19 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən olunmuş həddən (12 il 6 ay) azdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Şərifov İlyas Nizam oğluna 57 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-2-1(112)-11301/2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” QSC-nin iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli iddiaçının iş stajına dair məlumatların yerində yoxlanılması barədə birgə aktdan məlum olur ki, iddiaçı sözügedən müəssisədə ##.##.1989-##.##.1989-cu il tarixlərdə elektrik montyoru şagirdi, ##.##.1989-##.##.1992-ci il tarixlərdə gəmi elektriki, ##.##.1992-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, ##.##.1998-##.##.1998-ci il tarixlərdə elektrik mexaniki, ##.##.1998- ##.##.2003-cü il tarixlərdə isə xxxx vəzifələrində işləmişdir. Göründüyü kimi, ##.##.1989-##.##.1989-cu il və ##.##.1989-##.##.1992-ci il tarixlərdə çalışdığı elektrik montyoru şagirdi və gəmi elektriki vəzifələri Siyahının metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də göstərilən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməyib. Həmçinin, iddiaçının ##.##.1998- ##.##.1998-ci il və ##.##.1998-##.##.2003-cü il tarixlərdə elektrik mexaniki və xxxx vəzifələrindəki iş stajı ilə bağlı qeyd edilir ki, iddiaçının çalışdığı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsi onun tərəfindən təqdim edilmiş müvafiq arayışda istinad olunan Siyahının nəqliyyat bölməsinin (21) dəniz və çaydonanması (21.2) sahəsinə aid deyil. Göründüyü kimi iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı ##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixləri arasındakı dövrləri əhatə etməklə cəmi 4 il 6 ay 19 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən olunmuş həddən (12 il 6 ay) azdır. Lakin birinci instansiya məhkəməsi “xxxx” QSC-nin iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktı və yuxarıda qeyd edilənləri, həmçinin iddiaçının elektrik mexaniki və xxxx vəzifələrində çalışdığı Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsinin müvafiq Siyahının nəqliyyat bölməsinin (21) dəniz və çay donanması (21.2) sahəsinə uyğun olmamasını nəzərə almamış, həmçinin iddiaçının ##.##.1995- ##.##.1998-ci il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsində çalışdığı mühəndis-texnoloq vəzifəsinin güzəştli iş stajı olmasını təsdiqləyəcək hər hansı bir sübutun olmadığı təqdirdə həmin dövrü də güzəştli iş stajı kimi qəbul etmiş, beləliklə, işin hallarını ətraflı tədqiq etmədən iddiaçının ##.##.1989-##.##.2003 və ##.##.2003-##.##.2005-ci illər nəzərə alınmaqla 12 il 6 aydan çox güzəştli iş stajı olduğunu hesab etmiş və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Ceyhun Məmmədov) ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1- ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən stehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XIV. Metal emalı” bölməsi 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsi 2150300a—1753a “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” XXVIII. Nəqliyyat bölməsi 23003000 şifrəli “3. Dəniz və çay donanması” yarımbölməsi 23003020—25410 “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri” İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini və işə təkrar apellyasiya qaydasında baxılması zamanı əldə edilmiş əlavə sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Onun həmin tarixdə tələb olunan yaş həddinə çatması və ##.##.2006-cı ilədək azı 25 il ümumi iş stajına malik olması tərəflər arasında mübahisə doğurmur. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında iddiaçının ümumi ümumi stajının mübahisləndirilmədiyini bildirdi. Eyni zamanda, iş mateiallarındakı sübutlardan da müəyyən olunur ki, iddiaçı 25 il sosial sığorta stajını toplamışdır. Hazırkı işdə mübahisə yalnız iddiaçının ##.##.2006-cı ilədək azı 12 il 6 ay güzəştli iş stajına malik olubolmaması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək onun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. Buna görə iddiaçının ##.##.2006-cı ilədək formalaşmış güzəştli iş stajına hüquqi qiymət verilərkən 'Vətəndaşların pensiya təminatı haqqında' Qanunun 13-cü maddəsinin 'b' bəndi və Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahı tətbiq edilməlidir. Həmin Siyahının XIV bölməsinin “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində 2150300a-1753a şifri ilə “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları”, XXVIII bölməsinin “Dəniz və çay donanması” yarımbölməsində isə 23003020-25410 şifri ilə “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri” güzəştli pensiya hüququ verən peşə və vəzifələr sırasında göstərilmişdir. Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı mübahisəli iş dövrlərindən sonra qüvvəyə mindiyindən həmin dövrlərin hüquqi qiymətləndirilməsinin birbaşa normativ əsası deyil. İşəgötürənin ##.##.2026-cı il tarixli arayışında bu Siyahıya istinad edilməsi isə peşə və vəzifələrin sonrakı tənzimləmədə də eyni sahə daxilində saxlanıldığını göstərən əlavə məlumat kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının nəticəsi, ilk növbədə, mübahisəli dövrdə qüvvədə olmuş *** nömrəli qərarla təsdiqlənmiş * nömrəli Siyahıya əsaslanır. Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında əmək kitabçası, işəgötürənin güzəştli arayışı və ##.##.2024-cü il tarixli birgə akt arasındakı fərqlərin aradan qaldırılması, iddiaçının konkret tarixlərdə hansı peşə və vəzifələrdə işlədiyinin dəqiqləşdirilməsi, habelə müəssisədən izahlı arayış alınması zəruri hesab edilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən həmin göstərişlər icra edilmiş, cavabdehdən və işəgötürəndən əlavə məlumatlar tələb olunmuş, 'Zığ' Gəmi Təmiri və Tikintisi Zavodunun ##.##.2026-cı il tarixli məktubu, eyni tarixli güzəştli arxiv arayışı və mübahisəli peşə və vəzifələrə dair təlimatlar iş materiallarına əlavə edilərək digər sübutlarla birlikdə araşdırılmışdır. Əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının gəmi üzrə elektrik quraşdırıcısı şagirdi və mühəndis-texnoloq kimi işlədiyi müddətlər güzəştli iş stajına aid edilə bilməz. Belə ki, həmin peşə və vəzifələr müvafiq Siyahıda nəzərdə tutulmamış, mühəndistexnoloq vəzifəsi üzrə görülən işlərin Siyahıdakı hər hansı iş, peşə və ya vəzifəyə uyğunluğu da sübut olunmamışdır. Lakin bu dövrlərin güzəştli staja daxil edilməməsi iddianın yekun nəticəsinə təsir etmir. Gəmi elektrik quraşdırıcısı kimi iş dövrü Əmək kitabçası və işəgötürənin arxiv sənədləri əsasında verdiyi ##.##.2026-cı il tarixli arayış iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1995-ci il tarixədək gəmi elektrik quraşdırıcısı kimi işlədiyini təsdiq edir. Arayışda bu müddət 5 il 6 ay 20 gün göstərilmişdir. Həmin peşə *** nömrəli qərarla təsdiq edilmiş * nömrəli Siyahının 2150300a-1753a kodunda birbaşa nəzərdə tutulmuşdur. ##.##.2024-cü il tarixli birgə aktda iddiaçının əvvəlcə “gəmi elektriki”, ##.##.1992-ci il tarixdən isə “gəmi elektrik quraşdırıcısı” işlədiyi göstərilmişdir. Bununla belə, cavabdeh həmin aktda göstərilən ##.##.1992-ci il tarixini də deyil, yalnız ##.##.1992-ci il tarixini güzəştli dövrün başlanğıcı kimi qəbul etmiş və bu fərqin səbəbini nə inzibati icraat zamanı, nə də məhkəmənin əlavə sorğusuna cavabında izah etmişdir. Birgə aktla əmək kitabçası və sonradan verilmiş arxiv arayışı arasındakı fərq qiymətləndirilərkən nəzərə alınmalıdır ki, əmək kitabçasında ##.##.1989-cu il tarixdən ikinci dərəcəli, ##.##.1992-ci il tarixdən isə dördüncü dərəcəli gəmi elektrik quraşdırıcısı kimi işləməyə dair ardıcıl qeydlər mövcuddur. ##.##.2026-cı il tarixli arxiv arayışı da həmin əmrlərə əsaslanaraq bütöv dövrü eyni peşə üzrə təsdiqləmişdir. Dərəcənin dəyişməsi peşənin dəyişməsi demək deyil. Bundan əlavə, təqdim olunmuş ikinci və dördüncü dərəcəli gəmi elektrik quraşdırıcısının peşə təlimatları hər iki dərəcə üzrə işlərin gəmi elektrik avadanlıqlarının və kabel xətlərinin quraşdırılması, sökülməsi, təmiri və sınağı ilə bağlı olduğunu göstərir. Deməli, iddiaçının ##.##.1989-cu il tarixdən gördüyü işlər Siyahıda nəzərdə tutulmuş gəmi elektrik quraşdırıcısı peşəsinin funksional məzmununa uyğundur. Bu sübutların məcmusu qarşısında birgə aktda peşə adının fərqli yazılması, aktın hansı ilkin sənədlər əsasında və nə üçün əmək kitabçasındakı qeydlərdən fərqli tərtib olunduğu açıqlanmadığından, əmək kitabçası və arxiv arayışının sübutetmə qüvvəsini aradan qaldırmır. Buna görə ##.##.1989-cu il tarixdən ##.##.1995-ci il tarixədək olan 5 il 6 ay 20 günlük dövr bütövlükdə güzəştli iş stajına daxil edilməlidir. Elektromexanik və böyük elektromexanik kimi iş dövrü İşəgötürənin ##.##.2026-cı il tarixli arayışına əsasən iddiaçı ##.##.1998-ci il tarixdən ##.##.2003-cü il tarixədək üzən dokda elektromexanik və böyük elektromexanik işləmiş, bu vəzifələr üzrə stajı 5 il 2 ay 10 gün təşkil etmişdir. Cavabdeh bu vəzifələrin Siyahıda göstərildiyini mübahisələndirmir, lakin iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin “Dəniz və çay donanması”na aid olmadığını bildirir. Kollegiya həmin dəlili iş üzrə əldə edilmiş yeni sübutlarla təsdiqlənməyən formal yanaşma hesab edir. Əvvəla, işəgötürənin təqdim etdiyi arxiv arayışında müəssisənin təşkilati dəyişikliklərinin ardıcıllığı göstərilmiş və iddiaçının işlədiyi istehsalat vahidinin Xəzər Dəniz Gəmiçiliyinin strukturunda fəaliyyət göstərdiyi təsdiq edilmişdir. Müəssisənin gəmi təmiri və gəmiqayırma üzrə ixtisaslaşması onun donanmanın fəaliyyəti ilə funksional bağlılığını istisna etmir, əksinə, həmin bağlılığı təsdiq edir. İkincisi, vəzifə təlimatlarından görünür ki, iddiaçı elektromexanik və böyük elektromexanik kimi müəssisənin ümumi elektrik təsərrüfatında deyil, bilavasitə üzən dokda çalışmışdır. Onun funksiyalarına üzən dokun elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılması, nasazlıqların aradan qaldırılması, akkumulyator batareyalarının doldurulması, dokun batırılması və qaldırılması zamanı ballastın qəbulu və çıxarılması üzrə mərkəzi idarəetmə pultunun işinin təmin edilməsi, elektrik avadanlıqlarının istismarına və təhlükəsizliyinə nəzarət kimi işlər daxil olmuşdur. Bu funksiyalar iddiaçının işinin həm obyekti, həm məzmunu, həm də yerinə yetirildiyi sahə baxımından * nömrəli Siyahının XXVIII bölməsinin 'Dəniz və çay donanması' yarımbölməsində nəzərdə tutulan elektrik mexaniki və xxxx vəzifələrinə uyğun olduğunu göstərir. İşəgötürənin ##.##.2026-cı il tarixli izahlı arayışı da həmin uyğunluğu təsdiq edir. Güzəştli stajın müəyyən edilməsində peşə və vəzifənin yalnız adı ilə kifayətlənmək olmaz. Siyahıda sahəvi şərt nəzərdə tutulduqda şəxsin gördüyü işin xarakteri, işlədiyi obyekt və müəssisənin fəaliyyət istiqaməti birlikdə qiymətləndirilməlidir. Hazırkı işdə bu meyarların hamısı iddiaçının üzən dokda elektromexanik və böyük elektromexanik kimi fəaliyyətinin 'Dəniz və çay donanması' yarımbölməsinə aid olduğunu təsdiq edir. Bu səbəbdən ##.##.1998-ci il tarixdən ##.##.2003-cü il tarixədək olan 5 il 2 ay 10 günlük dövr də güzəştli iş stajına daxil edilməlidir. Stajın yekun hesablanması və apellyasiya şikayətinə qiymət İddiaçının “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəmi elektrik quraşdırıcısı, elektromexanik və böyük elektromexanik kimi işlədiyi güzəştli dövrlər birlikdə 10 il 9 ay təşkil edir. Onun ##.##.2003-cü il tarixdən ##.##.2005-ci il tarixədək 'xxxx' firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə dördüncü dərəcəli gəmi elektrik quraşdırıcısı kimi işlədiyi 1 il 9 ay 24 günlük dövrün güzəştli xarakteri isə cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, gəmi üzrə elektrik quraşdırıcısı şagirdi və mühəndis-texnoloq kimi işlənmiş müddətlər hesablamaya daxil edilmədən iddiaçının ##.##.2006-cı ilədək güzəştli iş stajı 12 il 6 ay 24 gün təşkil edir. Bu müddət qanunla tələb olunan 12 il 6 aylıq həddi keçir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar işə təkrar baxılması zamanı əldə edilmiş arxiv arayışı və peşə-vəzifə təlimatları ilə təkzib edilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərdiyi ziddiyyətlər aradan qaldırılmış, hər bir mübahisəli dövrə ayrıca hüquqi qiymət verilmişdir. Buna görə cavabdehin iddiaçının yalnız 4 il 6 ay 19 gün güzəştli staja malik olması barədə mövqeyi iş üzrə sübutların məcmusuna uyğun deyildir. İddiaçı ##.##.2019-cu il tarixdə 57 yaşına çatmışdır. Həmin tarixdə onun tələb olunan ümumi və güzəştli iş stajına malik olduğu müəyyən edildiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin qarşılıqlı tətbiqi əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Həmin məhkəmənin ayrı-ayrı iş dövrlərinə verdiyi hüquqi qiymətdə olan çatışmazlıqlar apellyasiya baxışında aparılmış əlavə araşdırma ilə aradan qaldırılmış və qərarın yekun nəticəsinin dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1294/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1294/2026
10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver