Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1305/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sənədlərin təqdim edilməsi və əmlak üzərinə həbs qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(*-*)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ismayıllı rayon notariat kontorunda 05.11,2022-ci il tarixdə təsdiq edilmiş 4 Ə-*** saylı müqavilənin və həmin müqavilənin bağlanması üçün əsas olmuş bütün sənədlərin (torpaq sənədləri, JN0098 kodlu akt və s.) Baş Notariat Idarəsindən məhkəmə yolu ilə tələb edilərək iş materiallarına əlavə edilməsi, Həbs (təminat tədbiri) barədə: Inzibati Prosessual Məcəllənin 31-ci maddəsinə uyğun olaraq, iddiaya baxılan müddətdə Ismayıllı rayonu Quşençə kəndi ərazisində yerləşən 3.82 hektar torpaq sahəsi (JN-0098 kodlu göstərişlə verilmiş əmlak) üzərinə həbs (qadağa) qoyulması, onun hər hansı formada özgəninkiIəşdiriIməsinin və yüklülük qoyulmasının qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı (hakim A.Babayev) ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia “öhdəliyin icrası haqqında” iddiaya aiddir və öhdəlik müvafiq sənədlərin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması münasibətlərindən yarandığından, işin aidiyyəti IPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun həll edilməlidir. Cavabdeh Cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayır (AZEMIS Elektron Məhkəmə Informasiya sistemindən çıxarış iş materiallarına əlavə olunmuşdur). Belə olan halda məhkəmənin qənaətinə görə işə IPM-in 8.1.2-ci maddəsinin müddəası tətbiq edilməklə iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə işin Sumqayıta göndərilməsi qanunsuz olduğu üçün ləğv edilməlidir. Mübahisəli 3.82 ha torpaq sahəsindən hər il təxminən 10 000 manat dəyərində buğda və ot məhsulu götürülür. Hazırda məhsul yığımı vaxtı yaxınlaşır. Işin məhkəmələr arasında aylarla uzanması qarşı tərəfin qanunsuz gəlir əldə etməsinə və ona ağır maddi ziyan dəyməsinə səbəb olur. Qərardadın ləğv edilərək işin Bakı Inzibati Məhkəməsinə qaytarılması və əmlak üzərinə dərhal həbs qoyulması xahiş edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq Dövlət notariat arxivində əlavə məlumatın olmaması səbəbindən iş üzrə məhkəmə iclasına onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ## ### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək xəstəxanada stasionar müalicə almışdır. Hazırda da özünü pis hiss edir. Bu səbəbdən məhkəmə iclasında şəxsən iştirak edə bilmir. Iddiaçı eyni zamanda, cavabdeh tərəfin "sənədlərin olmaması" barədə bəhanələrinə dair xüsusi olaraq bildirmişdir ki, hazırda hər bir vətəndaş öz telefonu vasitəsilə vahid sistemə daxil olub bütün notariat əməliyyatlarını görə bilir. Ölkədə vahid elektron sistem mövcuddur və bütün sənədlər orada saxlanılır. O, sözügedən saxta sənədlər barədə məlumatı məhz Qəbələ ASAN Xidmət mərkəzində vahid elektron sistem vasitəsilə öyrənmişdir. Dövlət sistemində olan sənədlərin Baş Notariat Idarəsində olmaması qeyri-mümkündür. Burada açıq-aşkar saxtakarlıq baş verib: rəhmətlik atasının sənədlərini gizlədərək, torpağı saxta yolla nənəsinin adı ilə əmisinin oğlunun adına rəsmiləşdiriblər. Onun məhkəmədə hüquqlarını müdafiə etməyi üçün bu sənədlər mütləq şəkildə tələb olunmalıdır. Işin baxılmasının uzanmaması üçün, şikayətə onun iştirakı olmadan baxılması, şikayətin tam təmin edilərək işin Bakı Inzibati Məhkəməsinə qaytarılması və torpaq üzərinə təcili həbs (təminat tədbiri) qoyulması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini IPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bununla belə təqdim edilən iddianın mükünlüyünün yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmə ərazi aidiyyəti ilə bağlıdır. Işə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyəti olmayan məhkəmə hətta iddianın mümkünlüyünə də qiymət verə bilməz. Iş materiallarından aydın olur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. IPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. IPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunan AZEMIS Elektron Məhkəmə Informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. Inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının * №-li, ##.##.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Sumqayıt şəhəri Sumqayıt Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini isə haqlı və düzgün sayaraq qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən, həmçinin iddianın aidiyyət qaydalarının müəyyən edilməsi məhz iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan üzrə qiymətləndirildiyindən hazırkı mübahisəyə Bakı Inzibati Məhkəməsində baxılması istisna olunur. IPM-nin 8.6-cı maddəsinə görə Inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1305/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1305/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver