Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1766/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı dörd uşağa və yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(**)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı dörd uşağa və yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin ##.##.2015-ci tarixli, *-*(**)-***/**** saylı qərarının ləğv edilməsi və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, ərizəçi Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir. Iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını mübahisələndirsə də, faktiki olaraq şikayətin məzmunundan iddiaçının konkret tələbi tam aydın müəyyən olunmur. Belə ki, apellyasiya şikayətində iddiaçı Bakı Inzibati Məhkəməsinin qərarı (qərardadı) nəzərə alınmaqla işə yenidən baxılmasını, DSMF tərəfindən onun boynuna qoyulmuş 19730 manat borcun tamamilə silinməsi, hər ay pensiyasından 83 manatlıq qanunsuz tutulmanın dayandırılmasını və indiyədək tutulmuş pulların geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında məhkəməyə bildirdi ki, işə yenidən baxılmasına etiraz etmir, sadəcə düzgün baxılmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Hazırkı iş üzrə apellyasiya şikayətinin mümkünlüyü məsələsi qiymətləndirilərkən ilk növbədə nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında apellyasiya baxışı mücərrəd qaydada işə yenidən baxılması mexanizmi deyil, konkret məhkəmə aktından, konkret həcmdə və konkret prosessual tələblə verilmiş şikayət əsasında həyata keçirilən yoxlama mərhələsidir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti şikayət verən şəxsin iradəsinin ehtimal edilən, lakin şikayətin məzmununda aydın ifadə olunmayan istiqamətləri üzrə deyil, yalnız mübahisələndirilən məhkəmə aktı və həmin akta qarşı irəli sürülmüş müəyyən edilə bilən apellyasiya tələbi çərçivəsində yaranır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 83-cü maddəsinin məzmununa görə, şikayət inzibati məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan və müstəqil mübahisələndirilməsi qanunla nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin mümkünlüyü əsaslarını yoxlayır; apellyasiya mümkün sayılmadıqda şikayəti qəbul etməkdən imtina edir və bu məsələ üzrə qərardad çıxarır. Eyni normada apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərarını yalnız apellyasiya tələbi həddində dəyişdirə bilməsi də təsbit edilmişdir. Bu qaydalar apellyasiya icraatının predmetinin və hədlərinin şikayətin özündən aydın görünməsini zəruri edir. Apellyasiya şikayətinin mümkünlüyü üçün təkcə şikayət vermək hüququnun formal mövcudluğu kifayət etmir. Şikayət elə ifadə olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hansı aktının yoxlanılmalı olduğunu, həmin aktın ləğvinin, dəyişdirilməsinin, yoxsa başqa prosessual nəticənin tələb edildiyini müəyyən edə bilsin. Şikayətçi qərardaddan şikayət verdiyini bildirdiyi halda, şikayətin məzmununda mahiyyəti üzrə qərarın və inzibati orqanın hərəkətlərinin nəticələrinin aradan qaldırılmasını tələb edirsə, belə müraciət artıq konkret qərardadın qanuniliyinin yoxlanılması barədə apellyasiya şikayəti kimi deyil, məzmun etibarilə yeni və ya dəqiqləşdirilməmiş maddi-hüquqi tələblərin toplusu kimi çıxış edir. Bu isə apellyasiya icraatının predmetini müəyyən etməyə imkan vermir. Inzibati prosesdə məhkəmənin yardım etmək vəzifəsi mövcud olsa da, bu vəzifə tərəfin əvəzinə apellyasiya tələbi formalaşdırmaq, şikayətçinin iradəsini ehtimal etmək və ya bir-birindən fərqli prosessual nəticələri məhkəmənin öz mülahizəsi ilə seçmək mənasına gəlmir. Inzibati Prosessual Məcəllənin 13-cü maddəsi məhkəmənin aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində və formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməsini nəzərdə tutur, lakin bu prinsip dispozitivlik və tərəflərin bərabərliyi prinsiplərini aradan qaldırmır. Məhkəmə yardım göstərə bilər, amma şikayətçinin yerinə hansı aktdan, hansı həddə və hansı nəticə üçün şikayət verildiyini müəyyən edib yeni apellyasiya predmeti yarada bilməz. Apellyasiya icraatının məqsədi birinci instansiya məhkəməsinin konkret aktının qanuniliyini yoxlamaqdır. Şikayətin məzmunundan isə aydın olmur ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğvini, işin yenidən baxılması üçün qaytarılmasını, yoxsa DSMF-yə qarşı yeni məcburetmə və ya öhdəliyin icrası tələblərinin təmin edilməsini istəyir. Bu qeyri-müəyyənlik apellyasiya instansiyası məhkəməsinin baxış hədlərini müəyyən etməsinə mane olur. Baxış hədləri müəyyən edilmədiyi halda isə apellyasiya instansiyası məhkəməsi nə tərəflərin prosessual hüquq bərabərliyini, nə cavabdehin etiraz bildirmək hüququnu, nə də məhkəmə baxışının predmetinin sabitliyini təmin edə bilər. Nəticə etibarilə məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiаçı İddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(**)-***/**** saylı qərardadından apellyasiya şikayətinin məzmununun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanının dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdak qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(**)-***/**** saylı qərardadından iddiаçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(3-6)-1766/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1766/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver