Məhkəmə qərarları › İş №2-1(3-6)-1979/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1979/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1979/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Həbibbəyli İradə Rəhim qızının cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1rşı işi üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə plan cizginin tərtib edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)-7249/2025 ömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, 096 № li Sərəncamı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X15 Təşkilatının ## ### 2003-cü il tarixli ** saylı Protokolu nəzərə alınaraq Müəssisənin ##.##.2023-cü il tarixli, 28 № li əmri ilə Həbibbəyli İradə Rəhim qızına fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.

2. Torpaq sahəsi ayrılarkən yerləşmə cizgisi tərtib edilməmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmişdir.

4. İddiaçı həmin torpaq sahəsinə plan cizginin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-X1 müracit etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

5. Cavabdeh ##.##.2024-cü il tarixli məktubda bildirmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin ## ####### 2015-ci il tarixli *** saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin İctimai- X1 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10 (Buzovna Tərəvəzçiliksüdçülük sovxozunun) ## ### 2003-cü il tarixli ** saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Həbibbəyli İradə Rəhim qızına fərdi mənzil tikintisi üçün 0.10 ha hesabı ilə *-**** saylı həyətyanı torpaq sahəsi ayrılmışdır Məlumat üçün bildiririk ki, vətəndaşlara torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10 Əmrləri və Abşeron rayon İcra Hakimiyyətinin Sərəncamları bir nüsxə tərtib olunmuş və vətəndaşa təhvil verilmiş, surətləri isə arxivdə saxlanılmamışdır. Bu səbəbdən İtmiş sənədlərinizin təsdiqlənmiş surəti və plancizginin verilməsi tərəfimizdən mümkün deyildir. Məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Tərəvəzçilik-

6. Südçülük sovxozu ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə plancizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan sənədin əsasında ona verilmiş torpaq sahəsi faktiki istifadəsindədir. ## ### 2003-cü il tarixdən həmin torpaq sahəsi hazırkı dövrə qədər istifadəsindədir. Hesab edir ki, onun konstitusion mülkiyyət hüquqlarına ziddir.

8. Cavabdeh iddia tələbinə yazılı münasibət məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmiş və ləğv edilmiş X10 arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 təhvil verilmişdir. Eyni zamanda, sözügedən Fərmanın 12.3.3-cü yarımbəndinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinnin 2015- ci il 30 oktyabr tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün vətəndaşlara müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 vasitəsilə verilməsi təmin edilir.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin yönəldiyi İdarə iddia tələbinə cavab verməli olmayan qurum olduduğundan iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai X1 elektron ünvanına (https://presarchive.gov.az/az-content/12.html) əsasən fəaliyyət istiqamətləri aşağıdakılardır: Arxiv fondlarında saxlanılan sənədlərin mühafizəsini təmin etmək; Arxiv fondlarında saxlanılan sənədlərin komplektləşdirilməsi, uçotu və istifadəsini təşkil etmək; Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş siyasi partiyalar, ictimai hərəkatlar və digər müvafiq təşkilatların sənədlərinin qəbulunu həyata keçirərək onların dövlət tərəfindən mühafizəsini təmin etmək; Arxivdə mühafizə olunan sənədlərin dəyərinin ekspertizasını keçirmək; Kitabxana fondunda saxlanılan nəşrlərin mühafizəsini təmin etmək və uçotunu aparmaq; Kitabxana fondunu yeni ədəbiyyatla və əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək; Tədqiqatçılara kompleks kitabxana, biblioqrafiya və informasiya xidməti göstərmək; Arxivdə mühafizə olunan sənəd və nəşrlərin elmi əsaslarla gigiyena, rejimli mühafizəkonservasiya, cildləmə və bərpası işini təşkil etmək; Arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu əks etdirən elektron elmi məlumat aparatını yaratmaq və təkmilləşdirmək; Kitabxana fondunun avtomatlaşdırılmış elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək; Arxiv və kitabxana fondlarını özündə əks etdirən ənənəvi və elektron kataloqkartoteka sistemini yaratmaq və təkmilləşdirmək; Arxiv və kitabxana fondlarının rəqəmsallaşdırılması və sığorta fondunun yaradılması işini təşkil etmək; Arxiv sənədləri əsasında elmi və elmi-publisistik məqalələr, sənədlər toplusu və kitablar nəşr etmək; Аrxivin oxu zallarında tədqiqatçılara xidmət göstərmək; Dövlət idarə, təşkilat və müəssisələrinin rəsmi sorğularına əsasən, müəyyən olunmuş qaydada sənədlərin surətini vermək; Hüquqi və fiziki şəxslərin rəsmi müraciətlərinə əsasən ödənişsiz sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı vermək; Xarici ölkə arxivləri, muzey və kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq; Azərbaycanın ictimai-siyasi tarixinə aid dünyanın müxtəlif ölkələrinin arxivlərində mühafizə olunan sənədləri aşkarlamaq və onların mümkün formada repatriasiyasını təşkil etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə Arxivə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

11. Sadalananlardan göründüyü kimi cavabdeh inzibati orqanın torpaq sahəsinə plancizginin verilməsi ilə bağlı hər hansı bir səlahiyyəti müəyyən edilməmişdir. Cavabdeh İdarə Arxivdə mövcud olan sənədlərin surətini tərtib edərək iddiaçıya verə bilər. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmiş və ləğv edilmiş X10 arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimaiX1 təhvil verilmişdir. Ləğv edilmiş X10 arxivində olmayan və vaxtı ilə torpaq ayrılarkən tərtib edilməmiş plan-cizginin verilməsi hazırkı İdarənin səlahiyyətlərinə aid məsələ deyildir. Həmçinin cavabdehin münasibət məktubunda da plan cizginin X1 tərəfindən deyil, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinnin 2015- ci il 30 oktyabr tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün vətəndaşlara müvafiq arxiv arayışı və plancizginin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 vasitəsilə verilməsinin təmin edildiyi qeyd edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinnin 2015-ci il ## ####### tarixli *** nömrəli Fərmanının 2-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X10) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir.

12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

14. Məhkəmə kollegiyası həmin qərardadında qeyd etmişdir ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırki işdə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-X1 tərəfindən ayrı-ayrı şəxslərə vaxtilə ayrılmış torpaq sahələrinə dair plan cizgi sənədi də verilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu istiqamətdə inzibati praktikasının mövcud olmasını araşdırmamışdır.

15. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halıdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X15 Təşkilatının ## ### 2003-cü il tarixli ** saylı Protokolu nəzərə alınaraq Müəssisənin ##.##.2023-cü il tarixli, 28 № li əmri ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.

17. Torpaq sahəsi ayrılarkən yerləşmə cizgisi tərtib edilməmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmişdir.

19. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı ona ayrılmış torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən plan cizginin verilməsinə yönəlmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-

20. ci ll tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmiş və ləğv edilmiş X10 arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 təhvil verilmişdir.

21. Eyni zamanda sözügedən Fərmanın 12.3.3.-cü yarımbəndinə uyğun olaraq arxiv arayışının verilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai- X1 vasitəsilə verilməsi təmin edilir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh ayrılmış torpaq sahələrinə dair vətəndaşlara plan-çizgini təqdim etmək səlahiyyətindədir. Çünki, məhkəməyə təqdim edilmiş ## ####### 2024-cü il tarixli plan-çizgidən görünür ki, cavabdeh tərəfindən plan-çizginin verilməsi həyata keçirilir. Məhkəmə bu halları nəzərə almayaraq ümumiyyətlə araşdırma aparmamış və iddia tələbini rədd etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

25. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmiş və ləğv edilmiş X10 arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 təhvil verilmişdir. 12.3.3.-cü yarımbəndinə uyğun olaraq arxiv arayışının verilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 vasitəsilə verilməsi təmin edilir.

28. Məhkəməyə həmçinin, Azərbaycan Respublikası Prezidentinin İşlər Müdirinin ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamı ilə təsdiq edilmiş, cavabdehin Əsasnaməsi təqdim edilmişdir. Həmin Əsasnamənin: Bənd 2. Sənədlər Arxivinin əsas fəaliyyət istiqamətləri Sənədlər Arxivinin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin, eləcə də digər dövlət orqanlarının və məhkəmələrin idarəetmə fəaliyyəti üzrə ilkin mənbə olan arxiv sənədlərinə yaranan tələbatını təmin etmək, daxil olan sorğular əsasında rəsmi məlumatları və arayışları təqdim etmək, Sənədlər Arxivində saxlanılan dövlət əhəmiyyətli sənədlərin mühafizəsini və onların kağız və elektron daşıyıcılarda istifadəsini təmin etmək, onların uçotunu aparmaq, ekspertizasını və bərpasını təşkil etməkdən ibarətdir. Bənd 3. 3. Sənədlər Arxivində saxlanılan sənədlərin tərkibi: 3.1. Sənədlər Arxivində saxlanılan sənədlərin (bundan sonra-Arxiv fondu) tərkibinə aşağıdakılar daxildir: ... 3.1.11. Ləğv edilmiş X10 arxivi Bənd 4. Sənədlər Arxivinin vəzifələri 4.1.1. hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlər əsasında arxiv arayışları vermək; 4.1.2. ləğv edilmiş X10 arxivi əsasında, vətəndaşlara ayrılmış torpaq sahələri barədə arayışlar vermək;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X15 Təşkilatının ## ### 2003-cü il tarixli ** saylı Protokolu nəzərə alınaraq Müəssisənin ##.##.2023-cü il tarixli, 28 № li əmri ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.

34. Torpaq sahəsi ayrılarkən yerləşmə cizgisi tərtib edilməmişdir.

35. Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmişdir.

36. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı ona ayrılmış torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən plan cizginin verilməsinə yönəlmişdir.

37. Apellyasiya instansiya məhkəməsinin göstərişlərinin araşdırılması məqsədi ilə, cavabdehə ##.##.2025-ci il tarixdə aşağıdakı sualların cavablandırılması barədə sorğu göndərilmişdir:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 Nizamnaməsinin (və ya Əsanaməsinin) təsdiq edilmiş surətinin;

2. Arxiv İdarəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfarı Müəssisəsi tərəfindən ayrılmış torpaq sahələrinə dair müstəqil şəkildə yerləşmə cizgisi olmayan yeni cizginin tərtib edilməsi ilə bağlı səlahiyyətinin olubolmaması barədə məlumatın;

3. Surəti sorğuya əlavə edilmiş plan-cizginin tərtib edilməsinə əsas olmuş sənədlərin surətinin;

4. İddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10 ##.##.2003-cü il tarixli, ** nömrəli əmri ayrılmış torpaq sahəsinə cizginin tərtib edilməsi ilə bağlı iddia tələbinə münasibət bildirilməsi. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-

38. ci l tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmiş və ləğv edilmiş X10 arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-X1 təhvil verilmişdir. Eyni zamanda sözügedən Fərmanın 12.3.3.-cü yarımbəndinə uyğun olaraq arxiv arayışının verilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai- X1 vasitəsilə verilməsi təmin edilir.

39. Sadalanan normalardan göründüyü kimi, cavabdeh İdarə müstəqil şəkildə cizgi tərtib edilməsini deyil, arxivdə mövcud olan sənədlər əsasında arxiv arayışışn verilməsini təmin edir. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh ayrılmış torpaq sahələrinə dair vətəndaşlara plan-

40. çizgini təqdim etmək səlahiyyətindədir. Çünki, məhkəməyə təqdim edilmiş ## ####### 2024-cü il tarixli plan-çizgidən görünür ki, cavabdeh tərəfindən plan-çizginin verilməsi həyata keçirilir. Məhkəmə bu halları nəzərə almayaraq ümumiyyətlə araşdırma aparmamış və iddia tələbini rədd etmişdir.

41. Məhkəmə Kollegiyası bununla bağlı bir daha qeyd edir ki, yuxarıda müəyyən olunduğu kimi Ləğv edilmiş X10 arxivində olmayan və vaxtı ilə torpaq ayrılarkən tərtib edilməmiş plan-cizginin verilməsi hazırkı İdarənin səlahiyyətlərinə aid məsələ deyildir.Tətbiq olunan normalardan göründüyü kimi, cavabdeh İdarə müstəqil şəkildə cizgi tərtib edilməsini deyil, arxivdə mövcud olan sənədlər əsasında arxiv arayışışn verilməsini təmin edir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar