Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-217/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Üçüncü şəxs “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (üçüncü şəxslər: X6 və “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi) “şikayətinə baxılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı 01 dekabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı öhdəliyin icrası haqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Səhiyyə Nazirliyi tərəfindən həmin nazirlyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri torakal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətinə baxılmasının Sağlamlıq Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməsi və şikayətinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması vəzifəsinin nazirliyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin Nazirliyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin torakal cərrahiyə şöbəsinin müdiri torakal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətə baxılmasının Bakı Sağlamlıq Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməklə İddiaçı tərəfindən verilmiş şikayətə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-528/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra, məhkəmə qərarı icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra edilmədiyini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı 01 dekabr 2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə qəbul edilmş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının icra icraatına xitam verilməsi və məhkəmə qərarının icra edilməməsi ilə bağlı ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səhiyyə Nazirliyi tərəfindən məhkəmənin qərarı uzun müddətdən sonra “Vətəndaşların müraciətləri haqqında" Qanunun 9.3 və 9.4-cü maddələrinin tələbləri pozulmaqla icra edilmişdir. Belə ki, Nazirlikdə aparılmış xidməti araşdırmanın nəticəsi barədə Nazirliyin şöbə rəhbəri qərar vermişdir. Halbuki, Nazirliyin şöbə rəhbərlərinin belə bir səlahiyyəti yoxdur. “Vətəndaşların müraciətləri haqqında" Qanunun 9.3 və 9.4-cü maddələrinin tələblərinə görə dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir: -9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə; -9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə; -9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə. - 9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur. Ərizəyə məhkəmədə baxılarkən borclu (cavabdeh) tərəfindən xidməti yoxlamanın nəticəsinə dair qanunla hüquqi şəxsin rəhbəri hesab olunan Səhiyyə Naziri qərarı məhkəməyə təqdim edilməmiş, hakim tərəfindən həmin qərarın, ümumiyyətlə, mövcudluğu araşdırılmamış, qanunsuz olaraq 2-1(112)-5734/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadla Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmş 2-1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının icra icraatına xitam verilmişdir. Görünür borclu nazir olduğu üçün məhkəmə öz qərarının icrasını təmin edə bilməmişdir, qanunla müəyyən edilmiş tədbirləri görməkdən çəkinmişdir. Məhkəmə hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə, ölkə Konstitusiyasında, qanunlarda və beynəlxalq konvensiyalarda təsbit edilmiş digər məlum prinsiplərə sədaqətini nümayiş etdirə bilməmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxs X6 məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçı “Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2026-cı il tarixdə ərizə verərək Bakı şəhərindən kənarda olduğu üçün məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin və üçüncü şəxs X3 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Üçüncü şəxs “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı). Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 116-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı 10 nömrəli 19 noyabr 2021-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, “İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2- M107xx-xx-10534/2023 nömrəli məktubundan görünür ki, həmin məktub vətəndaş İddiaçı torakal cərrah Arif Ağayev ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə daxil olmuş şikayət məktubu aidiyyəti üzrə baxılması, qaldırılan məsələnin araşdırılması, nəticəsi barədə Səhiyyə Nazirliyinə və vətəndaşa məlumat verilməsi üçün aidiyyəti üzrə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənova göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış 09/02/31 nömrəli, 09 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciəti ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli Ns 3-28/2- M10743- 31-10534/2023 nömrəli (daxil olma: 747/04 nömrəli xx.xx.2023-cü il tarixli) məktubuna aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-28/2-M-10743/4-31-186/2024 nömrəli məktubdan görünür ki, iddiaçının “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin torakal cərrahı Arif Ağayev barədə Səhiyyə Nazirliyinə və müxtəlif qurumlara ünvanlanmış şikayət ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qərarın icra edilməsi məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən xidməti araşdırma təyin edilmiş və araşdırmanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X9nə həvalə edilmişdir. Həmin şöbə tərəfindən xidməti araşdırma aparılmış və müraciət edən şəxsin araşdırmada iştirakı təmin edilmişdir. Araşdırmada iştirak edən İddiaçı yazılı izahat verməkdən imtina edərək araşdırmanın X9 tərəfindən aparılmasına etiraz etdiyini bildirmişdir. Halbuki “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir və xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixində “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin (bundan sonra Mərkəz) Cərrahiyyə şöbəsinə “Tibbi proseduradan sonra həqiqi səs aparatının altında baş verən stenoz. Traxeyanın subqlottik stenozu, grade İİ. Ağciyərin postcovid fibrozu. Xroniki respirator çatışmazlıq. Xroniki tənəffüs çatışmazlığı” diaqnozu ilə daxil olmuş, “Servikotomiya, traxeyanın sirkulyar rezeksiyası və uc-uca anastomoz” əməliyyatı icra edilmiş və xx.xx.2023-cü il tarixində qənaətbəxş vəziyyətdə evə yazılmışdır. Xidməti araşdırma zamanı Mərkəzin həkim-cərrahı X6 yazılı izahat verərək İddiaçı müraciətində göstərdiyi xüsusatların əsassız olduğunu və bütün ödənişlərin kassaya ödənildiyini bildirmişdir. İzahatında A.Ağayev Mərkəzdə göstərilən tibbi xidmətlə əlaqədar pasiyentlər və ya onların yaxınları tərəfindən ödənişlərin tibb müəssisəsinin kassasına və ya bank hesabına edildiyini, bunun əsasında müvafiq qəbzin təqdim olunduğunu, bununla yanaşı rəsmi ödənişlərdən kənar (həkimlərə və ya digər şəxslərə) ödənilən ödənişlərin qeyriqanuni olması müraciət edən şəxslərə izah edilməklə bildirişə imza etdirildiyini bildirmişdir. Araşdırma zərurəti ilə əlaqədar, xx.xx.2023-cü il tarixində Mərkəzə müraciət etmiş X1 dair maliyyə sənədləri X9nə təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, Mərkəz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxsdir. X4 xx.xx.2023-cü il tarixində icbari tibbi sığorta göndərişi olmadan Mərkəzə müraciət etmiş və ona ödənişli əsaslarla tibbi xidmət göstərilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xidməti araşdırmanın nəticəsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyinə məlumat verilmiş və müraciətin əsaslı olduğu təsdiq edilmədiyindən həmin Qanunun 9.3.3-cü maddəsinə əsasən şikayət üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi xitam verilir. İşin yuxarıda qeyd edilən faktiki hallarından da görünür ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmişdir. Birinci instansiya məhkəməsi də qərarın icra olunmasına istinad edərək icra icraatına xitam vermişdir. İşin hallarından da aydındır ki, məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulan öhdəlik - İddiaçı şikayətinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması ilə bağlı olmuşdur. Həmin maddənin normasında qeyd olunur ki, dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır. … Qeyd etmək lazımdır ki, məhkəmə qərarının icrası çərçivəsində cavabdeh, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə uyğun olaraq xidməti araşdırma təyin etmiş və bu araşdırmanın aparılmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X9nə həvalə etmişdir. Həmçinin, X9 tərəfindən aparılmış xidməti araşdırma zamanı, müraciət edən şəxsin hüquqlarının təmin edilməsi məqsədilə onun araşdırmaya cəlb edilməsi təmin olunmuşdur. İnzibati icraat zamanı cavabdeh müvafiq qanuni tələblərə tam əməl etmiş və Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq xidməti araşdırmanın aparılmasını təmin etmişdir. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı, göstərilən araşdırmanın həyata keçirilməsi və müraciət edən şəxsin iştirakı, məhkəmə qərarının icrasının tam və düzgün şəkildə yerinə yetirildiyini təsdiq edildiyini müəyyən etmişdir. İddiaçı da apellyasiya şikayətində məhkəmə qərarının icra olunduğunu etiraf etmişdir. Ona görə də birinci instansiya məhkəməsi ərizə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı 01 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı 01 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-217/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-217/2026
17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver